Son Dəqiqə

Bu gün, 16:00 - Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?

Bu gün, 15:30 - Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?

Bu gün, 14:22 - Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?

Bu gün, 10:00 - Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq

Bu gün, 09:44 - ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib

Bu gün, 09:39 - Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill

Bu gün, 09:18 - Fransa ordusu Ukraynaya girir - 5 ssenari

Bu gün, 09:16 - Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət

Bu gün, 09:01 - Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT

Bu gün, 09:00 - Solovyov Bakıya şər atmağına “peşman” oldu

Bu gün, 07:56 - Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan

Bu gün, 06:53 - "Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı

Bu gün, 06:12 - “Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”

Bu gün, 06:08 - Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri

Bu gün, 06:03 - Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO

Bu gün, 05:57 - Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)

Bu gün, 05:49 - "Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"

Bu gün, 05:42 - Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır

Bu gün, 05:37 - Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş

Bu gün, 05:32 - Putin: “Rusiya üçün dost olmayan elitalar...”

Dünən, 16:00 - Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan

Dünən, 15:30 - Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

Dünən, 14:22 - Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH

Dünən, 14:00 - "Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz

Dünən, 10:27 - Xocalı şəhərində Şəhidlər xiyabanı salınır

Dünən, 10:00 - Qərbi Azərbaycan Xronikası: Ermənilər Şumer, Urartu, Qamər və Qıpçaq nişanələrini öz adına çıxır

Dünən, 09:41 - Alimlər həyəcan təbili ÇALDI: uşaq salfetləri autizm yaradır

Dünən, 09:19 - “İlkin məlumatlar “Crocus”da Ukrayna izini təsdiqləyir” - Bortnikov

Azinfo.tv
 Valyuta məzənnəsi

Aynur vəzifəli şəxsin oğlu olan ərini niyə baltalayıb? - Qətlin TƏFƏRRÜATI

Tarix:30-11-2022, 10:40

Aynur vəzifəli şəxsin oğlu olan ərini niyə baltalayıb? - Qətlin TƏFƏRRÜATI


Ağstafada 1984-cü il təvəllüdlü əri Elvin Abdullayevi baltalayaraq qətlə yetirən qadının məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo” məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1985-ci il təvəllüdlü Aynur Abdullayeva 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin yanvarın 3-də Ağstafanın Dağkəsəmən kəndində qeydə alınıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismindən ifadə verən Aynur Abdullayeva ifadəsində bildirib ki, hadisə günü Elvin sərxoş olub və bu səbəbdən evdə ailə üzvlərini öldürməklə hədələyib.

“Elvin son dövrlər spirtli içkilərə həddən artıq aludə olmasına görə evdə tez-tez qanqaraçılıq, yersiz münaqişələr yaradırdı. Həmin münaqişələr vaxtı da ünvanıma nalayiq ifadələr işlədir, məni vururdu. Elvin Qazax yanğından mühafizə hissəsində dispetçer vəzifəsində, kiçik çavuş rütbəsində işləyirdi. Bir gün işdə, iki gün isə evdə olurdu. İşə gedəndə adətən içki içməsə də, qalan vaxtlarda demək olar ki, ayıq vaxtı olmurdu. Yersiz qısqanclıqlar edirdi, hətta telefon işlətməyimə icazə vermirdi. Mən də söz-söhbət olmasın deyə, telefon işlətmirdim. Bir neçə dəfə rəsmi qaydada ayrılmaq istəsəm də, Elvin icazə vermirdi. Deyirdi, özbaşına yaşaya bilməzsən, məni ölümlə hədələyirdi. Hadisədən əvvəl məzuniyyətə çıxmışdı, bu müddətdə demək olar ki, ayıq vaxtı olmurdu” – A.Abdullayeva ifadəsində bildirib.

Qadının sözlərinə görə, hadisə günü Elvin sərxoş halda arvadından aşağı mərtəbədə yarım arağı qaldığını, gedib onu gətirməsini istəyib. Qadın arağı gətirmək istəmədiyi üçün Elvin onu sillə ilə vurub. Elvinin qışqırmasından uşaqların oyanacağını ehtiyat edərək gedib arağı gətirib. Təxminən 1 saat sonra Elvin ayağa durub “sizə demişdim ki, bu evdən bu gecə heç kim sağ çıxmayacaq” deyib. O, ayağa durub şalvarını geyinərkən yerə yıxılıb. Aynur isə Elvinin onları öldürmək istəyindən şübhələnərək baltaya əl atıb. Elvinin yıxıldığını gördükdən sonra, baltanı hər iki əliylə tutub Elvinin boynunun sol arxa hissəsindən var qüvvəsiylə ilk zərbəni vurub. Zərbədən sonra Elvin xırıldamağa başlayıb. Bundan sonra daha iki zərbə vuraraq ərini öldürüb.

O, qətldən sonra yorğanı Elvinin üstünə çəkib, özü isə hadisənin həyəcanı ilə otaqdakı ventilyatorun yanında yerə çökərək dayanıb. Etdiyi əməldən peşiman olub. Otaqdan çıxıb qapını örtüb, aşağıdakı yardımçı tikiliyə gedib.

Səhər açılanda isə öz anası Elvini soruşub, o isə ərinin yatdığını bildirib. O, qızlarına da eyni cavabı verib. Gün ərzində bir neçə dəfə qapını açıb tərpəniş olub-olmamasına baxıb. Evdəkiləri şübhələndirməmək üçün bir neçə dəfə əlində çay və şirniyyat otağa girib çıxıb və geri qayıdıb. Gün ərzində anasıgil bir neçə dəfə Elvini soruşsular da, durub təkrar yatdığını bildirib.

Yanvarın 4-də isə Aynurun atası evdən pis qoxunun gəldiyini hiss edib. Bundan sonra, Aynur hadisəni gizlətməyin mənası olmadığını başa düşərək məsələni ailə üzvlərinə danışıb. Davamında isə atası ilə birlikdə taksiyə minib Ağstafa rayon polis şöbəsinə yollanıb. Atası çöldə gözləyib, o isə növbətçi hissəyə gedib ərini balta ilə vurub öldürdüyünü, meyitinin evdə olmasını, könüllü təslim olmağa gəldiyini bildirib.

Qeyd edək ki, Elvin Abdullayev Dövlət Sığorta Agentliyinin Qazax filialının direktoru Mübariz Abdullayevin oğludur. Məhkəmədə məlum olub ki, Elvinin atası öz oğlunu evdən qovduğu üçün o, Aynurla birlikdə qayınatasıgildə yaşayırmış.
Oxunub: 87

XƏBƏR LENTİ
Bu gün, 16:00 Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30 Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22 Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 09:44 ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:39 Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:18 Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:01 Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 09:00 Solovyov Bakıya şər atmağına “peşman” oldu
Bu gün, 07:56 Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 06:53 "Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 06:12 “Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 06:03 Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 05:49 "Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 05:42 Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 05:37 Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 05:32 Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 16:00 Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30 Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:22 Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH