Son Dəqiqə

Dünən, 16:00 - Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?

Dünən, 15:30 - Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?

Dünən, 14:22 - Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?

Dünən, 10:00 - Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq

Dünən, 09:44 - ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib

Dünən, 09:39 - Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill

Dünən, 09:18 - Fransa ordusu Ukraynaya girir - 5 ssenari

Dünən, 09:16 - Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət

Dünən, 09:01 - Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT

Dünən, 09:00 - Solovyov Bakıya şər atmağına “peşman” oldu

Dünən, 07:56 - Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan

Dünən, 06:53 - "Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı

Dünən, 06:12 - “Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”

Dünən, 06:08 - Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri

Dünən, 06:03 - Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO

Dünən, 05:57 - Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)

Dünən, 05:49 - "Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"

Dünən, 05:42 - Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır

Dünən, 05:37 - Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş

Dünən, 05:32 - Putin: “Rusiya üçün dost olmayan elitalar...”

27-03-2024, 16:00 - Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan

27-03-2024, 15:30 - Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

27-03-2024, 14:22 - Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH

27-03-2024, 14:00 - "Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz

27-03-2024, 10:27 - Xocalı şəhərində Şəhidlər xiyabanı salınır

27-03-2024, 10:00 - Qərbi Azərbaycan Xronikası: Ermənilər Şumer, Urartu, Qamər və Qıpçaq nişanələrini öz adına çıxır

27-03-2024, 09:41 - Alimlər həyəcan təbili ÇALDI: uşaq salfetləri autizm yaradır

27-03-2024, 09:19 - “İlkin məlumatlar “Crocus”da Ukrayna izini təsdiqləyir” - Bortnikov

Azinfo.tv
 Valyuta məzənnəsi

Sovet dönənimdə “pambıqla kəsilən” başlar – rəşidovşina və “Ağ qızıl” ın qurbanları

Tarix:4-07-2015, 13:13

Sovet dönənimdə “pambıqla kəsilən” başlar – rəşidovşina və “Ağ qızıl” ın qurbanları















Bir müddət əvvəl Reuters agentliyi “ İnsan Hüquqlarına dair Özbək – Alman Forumu” nun hesabatına əsaslanaraq məlumat yaydı. Hesabatdan məlum olur ki, ötən il – 2014 cü ildə Özbəkistanda milyonlarla insan zorla pambıq yığımına cəlb edilib. Daha dəqiq desək, insanlar qul kimi pambıq tarlalarında məcburən işlədilib. Bu isə, XXI əsrdə hələ də, Özbəkistanda faktiki olaraq quldarlığın mövcud olduğunu göstərir

Bəs necə oldu ki, milyonlarla insan “Ağ qızıl”ın quluna çevrildi? Bu suala cavab çox sadədir. Bir şəxsin şan – şöhrət hərisliyi və milyonlarla pul qazanmaq həvəsi. Əslində, indi də mövcud olan bu cür münasibətlər sisteminin əsası hələ sovetler dövründə yaradılmışdır. Təbii ki, həmin dövrdə bu cür hallardan danişmaq və yazmaq mümkün deyildi. Bunun əvəzində TV və medialarda öhdəliyi vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirən “Xoşbəxt və sosializm quruculuğu yolunda əmək qəhrəmalığı” nümayiş etdirən “fədakar zəhmətkeşlər” in gülümsəyən şəkilləri və hesabatları göstərilir və çap etdirilirdi. Real vəziyyət haqqında isə yazmaq sözün həqiqi mənasında partiya və dövlətə qarşı cinayət hesab olunurdu. Ancaq, çox maraqlıdır ki, bütün “beşillik plan” ların artıqlaması ilə və vaxtından əvvəl yerinə yetirilən SSRİ də ən adi ərzaq və sənaye məhsullarının daim qıtlığı olub. Bunun səbəb isə, ölkə həyatının bütün sahələrini əhatə edən “Pripiska” (rəqəmlərin saxtalaşdırılması) mexanizminin geniş yayılmasında idi.
Məhz, həmin mexanizm bir qrup adama rahat həyat bəxş etmiş , milyonlarla insanı isə qula çevirmişdi.
SSRİ də ilk hay küylü pripiska prossesi 50 ci illərin sonlarında baş vermişdir.
1957 ci ilin mayında Sov KP MK baş katibi N.Xruşşov çıxış edərək “Bütün sahələrdə ABŞ a çatmaq və onu arxada qoymaq!” şüarını irəli sürür. 1959 cu ildə maldarlıq və ət istehsalı sahəsində Ryazan vilayətinin planı dörd dəfədən artıq yerinə yetirilməsi barədə hesabat verilir. Həmin dövrdə vilayətə “Lenin ordeni” verilir, vilayət Kommunist Partiyasının birinci katibi A. Larionov isə yüksək səviyyədə dövlət mükafatları ilə mükafatlandırılır. Lakin, sonrakı illərədə vilayət əvvəlki “uğurları” təkrarlaya bilmir. Tezliklə məlum olur ki, 1959 cu ilin uğuru əslində dəhştli faciə üzərində əldə edilib. Məlum olur ki, ət planını yerinə yetirmək üçün, koxozçuların şəxsi təsərrüfatlarındakı heyvanlar zorla əllərindən alınmış eyni zamanda, qonşu vilayətlərdən də pulla heyvanlar alınmışdır. Nəticədə, çoxlu sayda kolxoz dağılmış, vilayət isə faktiki olaraq müflis olmuşdur. Bunun nə ilə nəticələnəcəyini başa düşən A.Larionov isə zəhər içərək həyatına son qoymuşdur.
Təbii ki, Ryazan vilayəti və A.Larionov N.Xruşşovun və Kommunist Partiyasının avantürasının qurbanı olmuşdur. Sonralar,bu cür avantürist çıxışlar və öhdəliklər adi hala çevrilir.
Kağız üzərindəki saxta “uğurlu hesabatlar”ın real həyatla ziddiyət təşkil etməsi 1962 ci il iyununda Novocerkassk hadisələrinə səbəb olmuşdur. Ərzaq məhsullarının qıtlığına və qiymətlərin qalxmasına etiraz edən dinc sovet vətəndaşları partiyanın əmri ilə sovet ordusu tərəfindən güllə – boran edilmişdir.
1976 cı il fevralın 24 martın 5 dək Moskvada, Kremlin Qurultaylar Sarayında Sov KP növbəti, XXV ci qurultayı keçirilir. Qurultayda çıxış edən Özbəkistan KP MK birinci katibi Şərəf Rəşidov bildirir ki, Özbəkistan öhdəçilik olaraq 5 mil 500 min ton pambıq yığımını üzərinə götürür. Rəşidovun bu avantürsaı qurultayda sürəkli alqışlarla qarşılanır. Təbii ki, sovet rəhbərliyi və qurultay iştirakçıları çox gözəl başa düşürdülər ki, Özbəkistanın bu çür öhdəliyi yerinə yetirməsi mümkün deyil. Lakin, bəs nəyə görə heç kim buna etiraz etmədi ? .
Əlbətdə, həmin dövrdə bu avantüraya etiraz etmək “Kommunizm quruculuğu”na xəyanət hesab oluna bilərdi. Eyni zamanda, Siyasi Büronun üzvülüyünə namizəd, baş katib L.Brejnevin yaxın dostu və sevimlisi olan Ş.Rəşidovu yalançılıqda ittiham etmek ağla gələn məsələ deyildi. Lakin, Ş.Rəşidov tam arxayın idi. Bu cür fantastik öhdəliyi yerinə yetirmək üçün dəfələrlə uğurla sınaqdan çıxmış Pripiska metodu mövcutdur. Həm də axı o, respublikanın əvəzedilməz lideri və sahibidir. Özbək xalqı ona “Xalq atası” deyərək müraciət edir. O necə istəsə elədə olmalıdır!.
Ş.Rəşidov “Xalq atası” titulunu 1966 cı il aprelin 26 da dəhşətli Daşkənd zəlzələsindən sonra qazanmışdır. Baş vermiş zəlzələ nəticəsində şəhər tamailə dağılmışdır. Zəlzələnin səhəri günü Sov KP MK baş katiibi L.Brejnev ve Nazirlər Kabinetinin sədri A. Kosıqin Daşkəndə gəlirlər. Özbəkistan KP MK binasında 7 ci mərətbədə, Ş.Rəşidovun kabinetində müşavirə keçirilir. Müşavirə zamanı bayırdan qışqırıq və fit səsləri gəlir. Brejnev soruşur : “Nədir yoxsa yenə zəlzələ oldu ? ”. Ona bildirirlər ki, yox sadəcə yaxınlıqdakı stadionda futbol oyunu var “Paxtakor” qol vurub. Bunu eşidən Brejnev üzünü Rəşidova tutaraq deyir : „ Hə Şərəf Rəşidoviç sizdə heç bir zəlzələ olmayıb. Sadəcə qol vurublar“.
Beləliklə, zəlzələ nəticəsində dağılmış Daşkənd şəhərinin yenidən bərpa edilməsi üçün İttifaq büdcəsindən külli miqdarda vəsait ayrılır. Həmin dövrdə bütün sovet respublikaları Daşkənd şəhərinin bərpa edilməsi üçün inşaat dəstələri göndərirlər. Qısa müddətdə, Daşkənd şəhərinin mərkəzi bərpa edilir, mikrorayonlar və yeni müasir yaşayış komplesləri inşaa edilir. Sovet dövründə şəhərin əksər küçə və yaşayış əraziləri həmin vaxt orada çalışan inşaatçıların şərəfinə SSRİ nin ayrı – ayrı respublikalarının və şəhərlərinin adını daşıyırdı.Nəticədə, Daşkənd şəhəri həmin dövrdə SSRİ də ən modern şəhərlərdən birinə çevrilir. Məhz bu uğurdan Rəşidov respublikada şəxsi avtoritetini və hakimiyyətini möhkəmləndirmək üçün istifadə edir. Respublika tebliğat orqanları bütün bu uğurları şəxsən Ş.Rəşidovun adı ilə bağlayır və o, “Xalqın atası” adlandırılır.
Əslində, bu metod yalnız Özbəkistanda deyil, həmin dövrdə bütün sovet respublikalarında geniş yayılmışdır. Belə ki Moskvada, Kremldə hər hansı bir ittifaq əhəmiyyətli zavod və ya fabrikin tikintisi haqqinda qərar qəbul edilir və büdcədən vəsait ayrılır. Bu zaman , respublikalarda tebliğat orqanları bunu respublika rəhbərinin adı ilə bağlayır və onun şəxsi təbliğatını təşkil edirdilər.
1976 cı ildə isə, “Xalq atası” şəxsi şan – şöhrəti naminə xalqı qula çevirmək istiqamətində ilk addımını atır.
Beləliklə, geniş miqyaslı pambıq yığımına və pripiskaya start verilir. Respublika bütövlükdə pambıq yetişdirilməsi və yığımi istiqamətində köklənir. Həmin prosses zamanı, kütləvi şəkildə pulsuz işçi qüvvələrindən geniş istifadə olunmağa başlanır.
Belə ki, kənd və kolxozlarda bütün insanlar eyni zamanda, hamilə qadınlar və kiçik yaşlı uşaqlar tarlalarda zorla pambıq yığmağa məcbur edilir. Maraqlıdır ki, zor gücünə pambıq yığımına çəlb edilən insanlar kolxoz sədrlərinin və briqadirlərin qamçıları altında döyülərək işləməyə məcbur edilirdilər. Pambıq yığımı mövsümündə respublikanın digər sahələrində – ali və orta məktəblər, zavodlar, fabriklər, xəstəxanalar və.s – həyat donmuş olurdu. İxtisasından asılı olmayaraq bütün insanlar zorla pambıq yığımına cəlb edilirdi. Hətda pambıq yığımı zamanı, küçədən keçən avtomobillər milislər tərəfindən saxlanılır və avtomobildəki insanlar zorla tarlaya aparılaraq müəyyən miqdarda pambıq yığmağa məcbur edilirdi. Fantastik planı yerinə yetirməyi bacaqmayan insanlar pambıq kisələrinə daş və torpaq dolduraraq təhvil verirdilər. Briqadirlər isə, təhvil verilmiş pambığı hesabatda iki və ya üç dəfə artıq rəqəmlə qeyd edirdilər. Nəticədə, real pambıq yığımı kağız üzərindəki hesabatla müqayisədə dəfələrlə az yığılırdı. Lakin, bu heçdə ciddi problem deyil. Əsas məsələ kağız üzərindəki hesabatdır. Bunun əvəzində isə, ittifaq büdcəsindən milyonlarla pul alınırdı. Həmin pullar respublika səviyyəsində partiya MK dən başlamış Prokurorluq, Daxili İşlər, Dövlət Təhlükəsizlik Kommitəsi, Tədarük Məntəqələri, Kolxoz sədrləri arasında bölüşdürülürdü. Respublikaya daxil olan milyonlarla pul partiya, təsərrüfat və hüquq mühafizə orqanlarında “Pambıq Mafiyası” nı formalaşdırmışdır. Həmin mafiyalardan ən məşhuru “Odilov mafiyası” idi.
Özbəkistan SSR Fərqanə vilayəti Papsk rayonu Aqrosənaye Kompleksinə rəhbərlik edən Əhmədcan Odilov pripiska yolu ilə milyonlarla pulun əldə edilməsində “rekord göstəricilərə” imza atmışdı. Respublikada Ş.Rəşidovdan sonra böyük nüfuza və qeyri – leqal hakimiyyətə malik olan Ə .Odilov vilayəti özünün şəxsi qanunları ilə idarə edirdi.
Pambıq məsləsinə rəhbərlik edən Odilov şəxsən özü qamçı ilə kolxozçuları döyür, onlara müxtəlif işgəncələr verir və cəza olaraq, qulaqlarını kəsirdi. Hətda, Odilov qeyri – rəsmi silahlı dəstəyə malik idi. Həmin dəstə Odilovun rəqiblərini oğurlayaraq gizli tikilmiş həbsxanalara gətirir və müxtəlif işgəncələr verirdilər.
Təbii ki, Özbəkistanda yaranmış mövcud vəziyyətdən mərkəzi hakimiyyətin xəbəri var idi. Lakin, heç kim artıq nəzarətdən çıxmış vəziyyətlə maraqlanıb özünü çətin vəziyyətə salmaq niyyətində deyildi. Həmdə axı “pambıq məsələsi” artıq, Özbəkistan səviyyəsindən çıxaraq ümumittifaq xarakter almışdı. Çünki, fabriklərin əksəriyyəti Rusiya ərazisində yerləşirdi və onlarda bu prossesdə yaxından iştirak edirdilər.
Özbəkistandan, Azərbaycandan, Türkmənistandan və digər respublikalardan Ryazan, Varonej, Perm, Çelyabinsk, Kuybişev və başqa şəhərlərdəki fabriklərə aşağı keyfiyyətdə pambıq göndərilirdi. Qarşılıqlı anlaşma nəticəsində həmin pambıqlar yüksək keyfiyyətli pambıq kimi qəbul edilirdi. Bir çox hallarda həmin fabriklərə içi boş vaqonlar göndərilirdi və bu vaqonlar içidolu pambıq kimi qeydiyyata alınırdı. Hər bir boş vaqon 10 min rubl rüşvət müqavilində qəbul olunurdu. Həmin dövrdə hər etimala qarşı pripiska prossesinin izini itirmək üçün tez –tez tədarük məntəqələrində, pambıqtəmizləmə zavodlarında və fabriklərdə yanğınlar törədilirdi.
Bundan başqa, Ş.Rəşidov və respublika rəhbərləri ən yüksək səviyyədə müəyyən partiya rəhbərlərini bahalı hədiyyələr və pulla təmin edirdilər. Necə deyərlər, mövcud vəziyyət pambıq tarlalarında qul kimi işlədilən insanlar istisna olmaqla, respublika və mərkəzi hakimiyyət rəhbərlərini tam qane edirdi. Əvəzində isə, respublika rəhbərliyi milyonlarla puldan əlavə müxtəlif dövlət mükafatları, orden və medallar alırdılar.
Xüsusilə də, təmiz qızıl və platindən hazırlanmış “Lenin ordeni” ayrıca simvola çevrilmişdi. Belə ki, bu orden partiya və təsərrüfat işçilərinin sosial vəziyyətinin göstəricisi simvolu idi. Həmin ordenlərin sayı ilə hər hansı partiya və təsərrüfat işçisinin sosial vəziyyəti haqqında ilkin təsəvvür yaranırdı. Məs: Ş.Rəşidov 10, Ə.Odilov isə 3 “Lenin ordeni”nə malik idilər. Həmin dövrdə, Özbəkistanda dövlət tərəfindən “Lenin ordeni” ilə mükafatlandırmanın qiyməti 500 min rubl idi. Əgər kimsə 2 və ya 3 “Lenin ordeni” ilə təltif olunurdusa ətrafdakılar bilirdilər ki, bu şəxs artıq milyonlara sahibdir.
Pambıqçılığın sərfəli olduğunu görən digər respublika rəhbərləri də, “Özbəkistan təcrübəsi” ni öz respublikalarında tətbiq etməyə başlayırlar. Bu sahədə Azərbaycan SSR xüsusi “nailiyyətlər” əldə etməyə başlayır.
Özbəkistanda “pambıqçılığın inkişafı” ciddi ekoloji fəsadlara səbəb olmuşdur. Məs: pambıqçılıqda məhsuldarlığı artırmaq məqsədilə su anbarları inşa edilməyə başlanmışdır. Bunun nəticəsi olaraq isə, Aral Gölü qurumuş və bir çox torpaq sahələri şoranlaşaraq yararsız vəziyyətə düşmüşdür.
Yaranmış vəziyyətə təkan verən əsas faktorlardan biri də, region respublikaları rəhbərlərinin öz aralarında şəxsi rəqabətdə olmaları idi. Bu cür rəqabət Ş.Rəşidovla Qazaxıstan Kommunist Partiyası MK birinci katibi D. Kunayev arsında da mövcud idi. Rəşidov 1971 ci ildən Siyasi Büronun üzvü olan D.Kunayevə qısqanır və, Siyasi Büroya üzv olmaq üçün bacardıqca pripiska ilə məşğul olurdu. Lakin o, buna ömrünün sonuna kimi nail ola bilmədi. Eyni zamanda, Rəşidov digər Siyasi Büro üzvü, SSRİ DTK sədri Y.Andropovlada gərgin münasibətlərdə idi. Özbəkistana nəzarət etmək istəyən Andropovun bütün cəhdləri uğursuzluqla nəticələnirdi.
Nəhayət, 1974 cü ildə Andropov özünün şəxsi dostu general E. Nordmanı Özbəkistan DTK na sədr təyin edir. Y. Andropov məhzDTK vassitəsilə Özbəkistandakı pripiska və Rəşidov haqqında kompramat materiallar toplamağa başlayır. 1978 ci ildə Rəşidov E. Nordmanın Özbəkistan DTK sədri vəzifəsindən uzaqlaşdırılmasına nail olur. Bu, Rəşidovun Andropov üzərində qələbəsi hesab olunurdu.
Həmin dövrdə Rəşidovun Andropov üzərində qələbəsini təmin edən iki faktoru qeyd etmək olar. Rəşidovun Brejnevlə şəxsi münasibətləri və həmin dövrdə SSRİ nin “ən qüdrətli ” naziri, SSRİ Daxili İşlər Naziri N.Şelokovla Andropov arasındakı rəqabət və şəxsi antipatiya. Əksər hallarda respublika rəhbərləri mövqelərini möhkəmləndirmək üçün Şelokov və ya Andropovla yaxınlıq edirdilər. Xüsusilə də, Şelokovun nüfuzu daha geniş idi. Həmçinin, Brejnevin qızı Qalina Brejnevanın əri Yuri Çurbanovun SSRİ Daxili İşlər nazirinin müavini olması DİN mövqeyini daha da möhkəmləndirmişdi.
Lakin, 80 ci illərin əvəllərində L.Brejnev səhətinin pisləşməsi ilə əlaqədar olaraq vəziyyətə tam nəzarəti itirməyə başlayır. Bundan istifadə edən Andropov təşəbbüsü ələ alır və rəqiblərini zərərsizləşdirməyə başlayır. İlk hədəf kimi Krasnoyars əyaləti və əyalət partiya komitəsinin birinci katibi B.Medunov seçilir.
1982 ci ilin noyabrında Brejnevin vəfatından sonra hakimiyyətə gələn Andropovun əsas şüarı “İqtisadi cinayətkarlıq və korrupsiyaya qarşı mübarizə” idi. Əslində o, bu şüarla özünün siyasi rəqiblərinə qarşı mübarizə aparırdı. Heçdə təsadüfi deyil ki, Andropovun hakimiyyətdə olduğu qısa müddət(bir il üç ay)hay – küylü qətllər, cinayətlər və müəmmalı ölümlərlə yadda qalıb.
Bu cür müəmmalı ölümlərdən biri də, Andropovla gərgin münasibətlərdə olan Özbəkistan KP.MK birinçi katibi Ş.Rəşidovun ölümü idi.
1983 cü ilin yanvar ayında Andropovun rəhbərliyi ilə Sov KP.MK. Siyasi Bürosu Özbəkistan SSR də pambıqçılıq sahəsində baş vermiş korrupsiya hallarının araşdırılması haqqında qərar qəbul edir və SSRİ Baş Prokurorluğuna xüsusi istintaq komissiyasının yaradılması barədə göstəriş verilir. 1983 cü ildə yaradılmış istintaq komissiyaya. T.Qdılyan və N.İvanov rəhbər təyin olunurlar. Lakin, həmin komissiya tarixə daha çox “Qdilyan – İvanov komissiyası” adı ilədaxil olub. Tezliklə, istintaq zamanı çoxsaylı hüquq pozuntularına yol verdiyi üçün 1984 cü ili iyun aynda T. QdIlyan komissiyanın işindən uzaqlaşdırılır.
Hədəfdə məhz onun olduğunu çox gözəl başa düşən Rəşidov indi çıxılmaz vəziyyətə düşür. 1983 cü ilin oktyabrında Andropov Rəşidova zəng edərək Özbəkistanın götürdüyü öhdəliyi real olaraq yerinə yetirəcəyinə ümid etdiyini bildirir. Əslində, bu o demək idi ki, Rəşidov artıq pambıqçılıq sahəsində pripiska əməliyyatı edə bilməyəçək. Həmin il oktyabrın 31 də Ş.Rəşidov “gözlənilmədən vəfat edir”. Bəzi mülhaizələrə görə, Rəşidov ürəktutmasından vəfat etmişdir. Digər mülahizələrə görə isə, məhz Andropovla telefon danışığından sonra zəhər içərək həyatına son qoymuşdur. Hətda belə şaiyyələrdə yayılmışdı ki, Rəşidov topladığı var – dövləti götürərək xaricə qaçıb. Rəşidovun ölümü o qədər geniş rezonanas yaradır ki hətda, dünya mətbuatında bu barədə çox sayda müxtəlif məqalələr çap olunur.
Ş.Rəşidov Daşkənd şəhərində mərkəzi meydanda dəfn edilir.
SSRİ Prokurorluğunda istintaq komissiyası yaradılsa da, Rəşidovun vəfatı prossesi “arxa plana” keçirir. Lakin, 1984 cü il yanvar ayında baş vermiş hadisə “Pambıq işi” ilə əlaqədar olaraq kütləvi həbslərin başlanmasına səbəb olur.
1984 cü ilin yanvar ayında Moskva ətrafındakı Serpuxov rayonunda yerləşən “Tekstil Fabriki” nin baş mühəndisi yerli DTK ya müraciət edərək bildirir ki, Özbəkistandan gələn adamlar ona dörd içiboş vaqonu dolu pambıq vaqonu kimi qəbul etmək üçün 40 min rubl rüşvət təklif edirlər. Əməliyyat nəticəsində, Özbəkistanın Çizaq rayonu pambıqtəmizləmə zavodunun direktoru və onunla bərabər daha iki nəfər Moskvada həbs edilir. Beləliklə, Özbəkistanda və Rusiyada kütləvi həbslər başlanır.
Xüsusi təşkil edilmiş iqtisadi komissiya təkcə 1978 – 1984 cü illərin pambıq sənayesindəki fəaliyyəti araşdıraraq belə nəticəyə gəlmişdir ki, yalnız son beş il ərzində təxminən 12 milyard dollar mənimsənilib.
1984 cü ildə Siyasi Büro üzvü Y.Liqaçovun iştirakı ilə, Özbəkistan KP. XVI cı plenumunda İmanjon Usmanxocayev Özbəkistan KP.MK birinci katibi seçilir və eyni zamanda plenum, Rəşidovun cəsədinin eksqumasiyası haqqında qərar qəbul edir. Lakin, cəsədin eksqumasiyası üçün 1986 cı il mayın 19 da Siyası Büro ayrıca qərar qəbul edir. Həmin qərarda, qərb mətbuatında gedən məlumatları nəzərə alaraq SSRİ DTK tapşırılır ki, yuksək təhlükəsizlik şəraiti təmin edilməklə Daşənd şəhərinin mərkəzi meydanında dəfn edilmiş çəsədin indetifikasiyaı təşkil edilsin. Mayın 20 dən 21 keçən gecə Daşkəndin mərkəzi meydanı sovet ordusu tərəfindən mühasirəyə alınır və Rəşidovun cəsədi üzərində ekspertiza işi aparılaraq Çağatay qəbristanlığında basdırılır. Lakin, bir hadisə sirr olaraq qalır. Belə ki, Rəşidov rəsmi qaydaya uyğun olaraq tabutda dəfn edilmişdir. Sonradan identikfikasiya üçün qəbir açılarkən orada tabut deyil, kəfənə bükülmüş cəsəd aşkar edilir.
1988 ci il iyununda Sov KP XIX konfransında çıxış edən “Oqonyok” jurnalının baş redaktoru V.Korotiç Rəyasət Heyətinə “Pambıq işi” ilə birbaşa əlaqəsi olan yüksək vəzifəli şəxslərin adı yazılmış siyahı təqdim edir. Necə deyərlər, “Pambıq məsələsi” Sov KP ni “Kabus ” kimi izləyir. Əslində, həmin dövrdə “Aşkarlıq” şəraitində həmin cinayət işi ilə bağlı açıqlamalar, ictimai müzakirələr və çap olunan məqalələr kommunist partiyasına və mövcud sistemə ciddi zərbə vurdu. 1989 cu ildə həbs edilmiş Özbəkistan KP.MK birinci katibi İ.Usmanxocayev istintaq zamanı Siyasi Büro üzvləri Y.Liqaçov, V.Qrişin, Q.Romanov və MK üzvü İ.Kapitonova qarşı ifadə vermişdir. Həmin cinayət işi SSRİ nin ən yüksək dövlət məmurlarının korrupsiya və rüşvətlə məşğul olduqlarını ictimaiyyətin diqqətinə çatdırdı.
“Pambıq işi” ilə bağlı bütövlükdə 800 cinayət işi açılmış və 4 min adam həbs edilmişdir. Lakin, SSRİ nin son illərində həbs edilənlərin əksəriyyəti azadlığa buraxılır. SSRİ dağıldıqdan sonra isə, 1991 ci ilin dekabrında Özbəkistan prezidenti İslam Kərimov həmin işlə əlaqədar olaraq məhkum edilmişlərin əhf edilməsi haqqında fərman verir.
Beləliklə, “Ağ qızıl” uğrunda mübarizə yüz minlərlə insanı qula çevirdi. Eyni zamanda, onun parıltısından zövq alanları isə sonda dəhşətli əzablara və ölümə məhkum etdi.

Surxan Lətifov
Oxunub: 753

XƏBƏR LENTİ
Dünən, 16:00 Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30 Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22 Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 09:44 ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:39 Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:18 Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:01 Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 09:00 Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 07:56 Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 06:53 "Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 06:12 “Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 06:03 Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 05:49 "Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 05:42 Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 05:37 Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 05:32 Putin: “Rusiya üçün dost olmayan elitalar...”
27-03-2024, 16:00 Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30 Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:22 Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH