Son Dəqiqə

Bu gün, 07:56 - Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan

Bu gün, 06:53 - "Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı

Bu gün, 06:12 - “Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”

Bu gün, 06:08 - Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri

Bu gün, 06:03 - Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO

Bu gün, 05:57 - Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)

Bu gün, 05:49 - "Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"

Bu gün, 05:42 - Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır

Bu gün, 05:37 - Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş

Bu gün, 05:32 - Putin: “Rusiya üçün dost olmayan elitalar...”

Dünən, 16:00 - Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan

Dünən, 15:30 - Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

Dünən, 14:22 - Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH

Dünən, 14:00 - "Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz

Dünən, 10:27 - Xocalı şəhərində Şəhidlər xiyabanı salınır

Dünən, 10:00 - Qərbi Azərbaycan Xronikası: Ermənilər Şumer, Urartu, Qamər və Qıpçaq nişanələrini öz adına çıxır

Dünən, 09:41 - Alimlər həyəcan təbili ÇALDI: uşaq salfetləri autizm yaradır

Dünən, 09:19 - “İlkin məlumatlar “Crocus”da Ukrayna izini təsdiqləyir” - Bortnikov

Dünən, 09:18 - Xocalıya ilk köçün tarixi açıqlanıb

Dünən, 09:14 - Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR

Dünən, 09:10 - Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq

Dünən, 09:00 - Ukraynadakı münaqişə Rusiya ilə Qərb arasında müharibəyə çevrilə bilər - Numan Kurtulmuş

Dünən, 07:36 - Terror dalğası Avropa sıçradı: türklər hədəfdə - VİDEO

Dünən, 06:20 - Ermənistan 4 kəndi bu tarixə qədər qaytara bilər - Bakının PLANI

Dünən, 06:14 - Azərbaycanın quru sərhədləri açılmayacaq

Dünən, 06:02 - ABŞ-da keçirilən nüfuzlu robototexnika yarışmasında gənclərimiz Azərbaycanı uğurla təmsil etdi -Fotolar

Dünən, 05:35 - Gürcüstan millisi tarixi ilkə imza atıb

Dünən, 05:31 - Elgiz Əkbərin və Xoşqədəm Hidayətqızının verilişi ilə bağlı da QƏRAR VERİLDİ

Azinfo.tv
 Valyuta məzənnəsi

Milli Qəhrəman Polad Həşimovun doğum günüdür

Tarix:2-01-2023, 11:12

Milli Qəhrəman Polad Həşimovun doğum günüdür


Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.

P.Həşimovun dünyaya gəlişindən 48 il ötür.

P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüblər. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək hərbçi olub.

General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Onun şəhid olması xəbərini ictimaiyyətə Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev dərin hüznlə çatdırıb. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.

Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası Səmayə Həşimova ilə telefonla danışıb və şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.

Xatırladaq ki, P.Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılıb.

P.Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.

2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. P.Həşimovun adı Türkiyədə də əbədiləşdirilib. Belə ki, Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni park salınıb.

P.Həşimovun iki oğul və bir qız övladı yadigar qalıb.
Oxunub: 157

XƏBƏR LENTİ
Bu gün, 07:56 Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 06:53 "Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 06:12 “Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 06:03 Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 05:49 "Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 05:42 Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 05:37 Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 05:32 Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 16:00 Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30 Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:22 Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00 "Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 10:27 Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 10:00 Qərbi Azərbaycan Xronikası: Ermənilər Şumer, Urartu, Qamər və Qıpçaq nişanələrini öz adına çıxır
Dünən, 09:41 Alimlər həyəcan təbili ÇALDI: uşaq salfetləri autizm yaradır
Dünən, 09:19 “İlkin məlumatlar “Crocus”da Ukrayna izini təsdiqləyir” - Bortnikov
Dünən, 09:18 Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 09:10 Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq
Dünən, 09:00 Ukraynadakı münaqişə Rusiya ilə Qərb arasında müharibəyə çevrilə bilər - Numan Kurtulmuş