Son Dəqiqə

Bu gün, 16:00 - Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?

Bu gün, 15:30 - Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?

Bu gün, 14:22 - Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?

Bu gün, 10:00 - Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq

Bu gün, 09:44 - ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib

Bu gün, 09:39 - Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill

Bu gün, 09:18 - Fransa ordusu Ukraynaya girir - 5 ssenari

Bu gün, 09:16 - Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət

Bu gün, 09:01 - Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT

Bu gün, 09:00 - Solovyov Bakıya şər atmağına “peşman” oldu

Bu gün, 07:56 - Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan

Bu gün, 06:53 - "Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı

Bu gün, 06:12 - “Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”

Bu gün, 06:08 - Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri

Bu gün, 06:03 - Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO

Bu gün, 05:57 - Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)

Bu gün, 05:49 - "Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"

Bu gün, 05:42 - Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır

Bu gün, 05:37 - Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş

Bu gün, 05:32 - Putin: “Rusiya üçün dost olmayan elitalar...”

Dünən, 16:00 - Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan

Dünən, 15:30 - Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

Dünən, 14:22 - Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH

Dünən, 14:00 - "Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz

Dünən, 10:27 - Xocalı şəhərində Şəhidlər xiyabanı salınır

Dünən, 10:00 - Qərbi Azərbaycan Xronikası: Ermənilər Şumer, Urartu, Qamər və Qıpçaq nişanələrini öz adına çıxır

Dünən, 09:41 - Alimlər həyəcan təbili ÇALDI: uşaq salfetləri autizm yaradır

Dünən, 09:19 - “İlkin məlumatlar “Crocus”da Ukrayna izini təsdiqləyir” - Bortnikov

Azinfo.tv
 Valyuta məzənnəsi

Şəhidini uca tutan Qəhrəman xalq və onun Müzəffər Ali Baş Komandanı

Tarix:28-09-2021, 16:24

Şəhidini uca tutan Qəhrəman xalq və onun  Müzəffər Ali Baş Komandanı



Məlimdur ki, bu gün ölkə başçımızın atdlğı addımlar dünya miqyasında nümunə sayıla bilər.

Şəhidlərimizin Anım Günü – 27 Sentyabr. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev Vətən müharibəsinin başladığı bu günü Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 27 Sentyabr –
Anım Günü ilə əlaqədar xalqa etdiyi müraciəti zamanı qürur hissi ilə vurğuladı ki, şəhidlərin qanı yerdə qalmadı. Azərbaycan Ordusu şəhidlərin qanını aldı. Söylədi ki, biz onların qisasını döyüş meydanında aldıq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. Xalqına müraciəti zamanı ölkə rəhbəri qeyd etdi ki, şəhidlərin xatirəsini əbədiləşdirmək üçün bütün lazımi tədbirlər görülmüş və bundan sonra da görüləcəkdir. 2020-ci il dekabrın 2-də müvafiq Prezident Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi təsis edilmişdir. Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq. Eyni zamanda, Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi inşa olunacaqdır. Bakıda, şəhərimizin ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaqdır.

Doğma İsmayıllımızda da şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədilə neçə- neçə abidə kompleksi inşa edilib, neçə- neçə bulaq çəkilib. Şəhid ailələrinə Prezidentimizin bağışladığı mənzillər, onların problemlərinin yerindəcə həll edilməsi, qazilərimizin müalicəsinə göstərilən diqqət və bir çox sadalamaqla bitməyəcək maddi və mənəvi dəstək Şəhid və döyüşçü ailələrinə böyük Dövlət qayğısının təzahürüdür. Rayon rəhbərliyi və biz təhsil işçiləri bütün ictimaiyyətlə birgə istər Vətən müharibəsi zamanı, istərsə də quruculuq işlərinə başlayarkən qəhrəman oğullarımızın yanında olmağa, onların problemlərinin həllinə köməklik göstərməyə çalışırıq. Bu gün də bu dəstək , bu qayğı davam edir.

Cənab Ali Baş Komandan öz müraciətində Şəhidlərimizlə, qazilərimizlə, Vətən müharibəsində şücaət göstərmiş hərbçilərimizlə, əsgər-zabitlərimizlə fəxr etdiyimizi və onların qəhrəmanlığını heç vaxt unutmayacağımızı bildirərək qətiyyətlə söylədi ki, baxmayaraq ki, mənfur düşmənin əlində əlverişli mövqelər var idi, ərazinin relyefi onlara böyük üstünlük təşkil edirdi, 30 il ərzində 5-6 xətdən ibarət müdafiə istehkamları qurulmuşdu, amma düşmən ordusu geri getməyə məcbur edildi. 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrində bir nəfər də olsun fərari olmamışdır. Ancaq Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur. 44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqətin təntənəsidir. Biz Qələbəni döyüş meydanında qazandıq. 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Biz qan tökərək, şəhidlər verərək bu Qələbəni əldə etdik və düşməni məcbur etdik ki, bizim qabağımızda diz çöksün və kapitulyasiya aktına imza atsın. Həmin düşmən ki, 30 il ərzində Azərbaycan xalqının şərəf və ləyaqətini tapdalamağa çalışırdı. Azğınlaşmış, harınlamış, quduzlaşmış, qudurmuş düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı.

Vədlərinə hər zaman sadiq qalan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik” fikirlərini qürurla səsləndirdi.

Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi.

Həmvətənlərimizin bir çoxu şəhid oldu, itkin düşdü, yaralanaraq sağlamlığını itirdi. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir.

Xalqımız hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, onların müqəddəs ruhu qarşısında ehtiramla baş əyirik.
Yaşasın Qəhrəman Azərbaycan Xalqı, rəşadətli Ordumuz və onun müzəffər Ali Baş Komandanı !

İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri
Rövşən Əliyev
Oxunub: 296

XƏBƏR LENTİ
Bu gün, 16:00 Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30 Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22 Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 09:44 ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:39 Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:18 Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:01 Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 09:00 Solovyov Bakıya şər atmağına “peşman” oldu
Bu gün, 07:56 Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 06:53 "Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 06:12 “Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 06:03 Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 05:49 "Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 05:42 Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 05:37 Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 05:32 Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 16:00 Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30 Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:22 Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH