Son Dəqiqə

Bu gün, 16:00 - Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?

Bu gün, 15:30 - Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?

Bu gün, 14:22 - Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?

Bu gün, 10:00 - Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq

Bu gün, 09:44 - ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib

Bu gün, 09:39 - Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill

Bu gün, 09:18 - Fransa ordusu Ukraynaya girir - 5 ssenari

Bu gün, 09:16 - Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət

Bu gün, 09:01 - Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT

Bu gün, 09:00 - Solovyov Bakıya şər atmağına “peşman” oldu

Bu gün, 07:56 - Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan

Bu gün, 06:53 - "Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı

Bu gün, 06:12 - “Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”

Bu gün, 06:08 - Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri

Bu gün, 06:03 - Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO

Bu gün, 05:57 - Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)

Bu gün, 05:49 - "Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"

Bu gün, 05:42 - Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır

Bu gün, 05:37 - Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş

Bu gün, 05:32 - Putin: “Rusiya üçün dost olmayan elitalar...”

Dünən, 16:00 - Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan

Dünən, 15:30 - Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

Dünən, 14:22 - Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH

Dünən, 14:00 - "Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz

Dünən, 10:27 - Xocalı şəhərində Şəhidlər xiyabanı salınır

Dünən, 10:00 - Qərbi Azərbaycan Xronikası: Ermənilər Şumer, Urartu, Qamər və Qıpçaq nişanələrini öz adına çıxır

Dünən, 09:41 - Alimlər həyəcan təbili ÇALDI: uşaq salfetləri autizm yaradır

Dünən, 09:19 - “İlkin məlumatlar “Crocus”da Ukrayna izini təsdiqləyir” - Bortnikov

Azinfo.tv
 Valyuta məzənnəsi

Azərbaycan və Qoşulmama hərəkatının artan nüfuzu

Tarix:18-10-2021, 15:48

Azərbaycan və Qoşulmama hərəkatının artan nüfuzu





2021- ci il oktyabrın 11-də Prezident İlham Əliyev Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş yüksək səviyyəli Toplantıda Hərəkatın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyətindən söz açıb.
Qeyd edək ki,
Qoşulmama Hərəkatının artan beynəlxalq nüfuzu, beynəlxalq münasibətlər sisteminin önəmli meyarıdır. 1961-ci ildə Belqradda təsis edildiyi vaxtdan Qoşulmama Hərəkatı qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynamışdır. BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, multilateralizmin həqiqi nümunəsi hesab edilir.

Qoşulmama Hərəkatının beynəlxalq müstəvidə Azərbaycana ciddi dəstəyi olub. Bu təşkilatın üzvləri arasında İkinci Qarabağ müharibəsindən əvvəl və sonra Azərbaycanın haqlı mövqeyini dəstəkləyənlər olub. 2020-ci ilin oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamə layihəsi irəli sürülmüşdü. Onun qəbul edilməməsinin əsas səbəbi isə məhz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri və Qoşulmama Hərəkatının üzvləri idilər. Çünki Azərbaycan qurumun bütün prinsiplərinə əməl edir, o cümlədən digər dövlətlərin ərazi bütövlüyünü qoruyur.

Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsi münasibətlərimizin davamlı olması üçün zəmin yaratmışdır. Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin Azərbaycana verdiyi dəstək əhəmiyyətli hadisədir. Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər. Bununla da, həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqliyini nümayiş etdir.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana həvalə edilməsi bizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür”.
Bu da məlumdur ki, Hərəkatın Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Hərəkat dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirir, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edir. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü tanımışdır.

Himanitar sahədəki missiyasına nəzər saldıqda görürük ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir ki, onun yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım idi.

Bununla yanaşı, koronavirusa qarşı mübarizələrini dəstəkləmək üçün Azərbaycan Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir. Azərbaycan təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə etmişdir.
Azərbaycan “peyvənd millətçiliyi” nə və peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınmasına qarşı narazılığını açıq şəkildə ifadə edir. Belə hərəkətlər Qoşulmama Hərəkatına üzv ölkələri öz əhalisini qorumaq imkanından məhrum edir. Peyvəndlərə çıxış sahəsində fərq çox böyükdür. Beynəlxalq hesabatlara əsasən, dünyada mövcud olan peyvənd dozalarının 75 faizi 10 zəngin ölkə tərəfindən alındığı halda, aşağı gəlirli ölkələrdə peyvəndlənmə 2 faizdən azdır. Cari ilin mart ayında Azərbaycanın təşəbbüsü əsasında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə qəbul edilib.

Bu gün beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standartlar və selektiv yanaşmanın tətbiqi dünyada münaqişələrin ədalətli həllinə mənfi təsir göstərir. Azərbaycan belə selektiv yanaşmaya məruz qalıb. Beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartlardan istifadə edən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaya bildi. Həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdi. 1992-ci ilin fevralında Xocalı soyqırımını törədərək yüzlərlə mülki şəxsi, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirdi. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün doğma evlərinə qayıtmaq hüququ da daxil olmaqla, əsas insan hüquqlarını pozdu.

44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etdi, 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.

Azərbaycan 120 ölkəni birləşdirən bu mötəbər quruma rəhbərlik edərək beynəlxalq hüququn normaları və prinsipləri əsasında bu mötəbər missiyanı ədalətlə, layiqincə yerinə yetirməyə nail olmuşdur.

Hafiz Kərimov
AHİTİ- nin İsmayıllı komitəsinin sədri

İnformasiya şöbəsi
Oxunub: 190

XƏBƏR LENTİ
Bu gün, 16:00 Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30 Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22 Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 09:44 ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:39 Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:18 Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:01 Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 09:00 Solovyov Bakıya şər atmağına “peşman” oldu
Bu gün, 07:56 Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 06:53 "Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 06:12 “Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 06:03 Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 05:49 "Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 05:42 Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 05:37 Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 05:32 Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 16:00 Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30 Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:22 Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH