Son Dəqiqə

Dünən, 19:31 - 211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…

Dünən, 16:00 - Rəsmi Tiflis Ermənistanın silahlanmasında İŞTİRAK EDƏCƏKMİ? - AKTUAL

Dünən, 15:30 - Tiflisin Bakıya ehtiyacı var... - ÇÜNKİ...

Dünən, 14:22 - Paşinyanın daş-kəsəkli və əzablı yolu - GƏLİŞMƏ

Dünən, 14:00 - Cənubi Qafqazda hind ehtirası - NƏ BAŞ VERİR?

Dünən, 10:30 - NATO-nun baş katibinin Azərbaycana səfəri başa çatdı - FOTO

Dünən, 10:24 - İlham Əliyev Putini təbrik edib

Dünən, 10:20 - Pakistan Əfqanıstanı bombaladı: çoxlu ölü

Dünən, 10:02 - Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb, Azərbaycan xalqını bayram münasibətilə təbrik edib - Yenilənib

Dünən, 10:00 - NATO indi də Cənubi Qafqaza can atır: Bu hərbi-siyasi alyansın hədəfləri Bakının mövqeyindən asılıdır

Dünən, 09:18 - NATO Azərbaycanla tərəfdaşlığının daha da gücləndirilməsində səbirsizlənir

Dünən, 09:00 - Prezident: Azərbaycan-NATO tərəfdaşlığının uzun tarixi var

Dünən, 08:38 - Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı

Dünən, 08:27 - Türkiyə nəhəngi Qurban Qurbanovla maraqlanır

Dünən, 08:21 - Azərbaycana yaz gəlir

Dünən, 08:16 - Avtomobil sahibləri üçün əla fürsət - Əldən verməyin!

Dünən, 08:11 - Nüfuzlu ABŞ nəşri Ermənistanı qınadı: "Azərbaycana qarşı çıxır..."

Dünən, 06:10 - Şad xəbər: Sosial müavinətlər qrafikdən əvvəl ödəniləcək

Dünən, 05:27 - Füzuli şəhərinə daha 34 ailə yola salınıb - FOTOLAR

16-03-2024, 10:00 - İcra başçıları əvəzinə xüsusi nümayəndələr - YENİ DETALLAR MƏLUM OLDU

16-03-2024, 09:19 - Azərbaycanda “TikTok” bağlanacaq? - RƏSMİ AÇIQLAMA

16-03-2024, 09:00 - “II Napoleon” Rusiyaya daha bir savaş açır: Kreml Avropanı dağıtmaq bəhanəsi qazanır

16-03-2024, 06:49 - Bakıda yeni hava limanı tikilir - VİDEO

16-03-2024, 06:41 - Prezident yeni alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub - FOTO

15-03-2024, 16:00 - Arda Turandan "Qarabağ" paylaşımı - FOTO

15-03-2024, 15:30 - Martın 16-na gözlənilən hava proqnozu

15-03-2024, 10:47 - İlham Əliyev Axim Ştayneri qəbul edib - FOTO

15-03-2024, 10:40 - Boşanmalar artdı, nikahlar azaldı - RƏSMİ

Azinfo.tv
 Valyuta məzənnəsi

Mina xəritələrinin Azərbaycana verilməməsi mənəviyyatsızlıqdır

Tarix:28-07-2021, 09:47

Mina xəritələrinin Azərbaycana verilməməsi mənəviyyatsızlıqdır


Məlum olduğu kimi, müharibənin bitməsindən sonra qalib ölkə olaraq Azərbaycanın öhdəliyinə düşən ən mühüm məsələ işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərinin həyata keçirilməsidir. Əlbəttə, II Qarabağ savaşının ardından ortaya çıxan, işğaldan azad edilmiş ərazilərdəki mövcud mənzərə ölkəmiz üçün böyük çətinlik yaratdı. Burada infrastruktur tamamilə məhv edilib, binalar sökülüb. Postmüharibə dövrünün başlaması ilə həmin ərazilərdə Azərbaycan vətəndaşlarının normal yaşayışını bərpa etmək üçün intensiv işlər başlanıb və bu gün də sürətlə davam etdirilir. Bu mənada qarşımızdakı yeganə əngəl ərazilərin pərakəndə şəkildə minalanmasıdır. Təbii ki, ilk növbədə işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işləri aparılmalı, təhlükəsizlik təmin edilməlidir. Vaxt itirilmədən respublikamızda minatəmizləmə əməliyyatları üzrə milli standartlar müəyyən edildi. Bu prosesin dünya standartlarında həyata keçirilməsi üçün lazımi tədbirlər görülür. Çünki bizim azad edilmiş ərazilərdə olan minalanmanın həcmi bəlkə də dünya miqyasında ən böyük dərəcələrdən biridir.

Bundan əlavə, azad edilmiş ərazilərimizdə kifayət qədər partlamamış silah-sursat da var. Torpaqları minalardan təmizləmək də olduqca böyük zəhmət tələb edən işdir. Prezident İlham Əliyev müharibədən sonrakı çıxışında qeyd etmişdi ki, ərazilərdəki minatəmizləmə əməliyyatlarına ən müasir texnologiyanın cəlb edilməsi üçün artıq müvafiq addımlar atılıb. Həmçinin, peyklərdən istifadə edilməsi burada həlledici məqamlardan biridir. Bildiyiniz kimi, peyk görüntüləri ölkəmizə əlavə imkanlar yaradır ki, biz bu imkanların müharibə vaxtı da şahidi olmuşuq. Belə ki, peyk görüntüləri ermənilər tərəfindən ərazilərimizə dəyən zərərin müəyyən edilməsində mühüm əhəmiyyətə malikdir. Habelə, minaların sıx olduğu sahələri də peyk vasitəsilə aşkar etmək mümkündür.

Minatəmizləmə əməliyyatları üçün ölkəmizə xüsusi texnika da gətirilir. Bunlar arasında Türkiyənin “MEMATT” (mexaniki minatəmizləmə təchizatı) zirehli minatəmizləmə aparatı proses zamanı insan tələfatını minimuma endirmək üçün ideal qurğulardan hesab edilir.

Ermənistan isə dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bu ərazilərin mina xəritələrini verməkdən boyun qaçırır, əksinə yeni minalar yerləşdirmək üçün müxtəlif təxribatlara əl atırdı. Prezident İlham Əliyev bu əməli Ermənistanın növbəti müharibə cinayəti adlandırdı. Ölkə başçısı qeyd edirdi ki, ən böyük çətinlik məhz ondan ibarətdir ki, erməni tərəfi mina xəritələrini verməkdən boyun qaçırır. Ümumiyyətlə, unutmamaq lazımdır ki, ərazilərin minadan təmizlənməsi prosesi hələ uzun müddət davam edəcək. Çünki bu işlər həyati önəm daşıyır və təhlükəsizlik tam təmin edilmədən bu torpaqlarda həyat da bərpa edilə bilməz. Mina xəritələrinin mərhələ-mərhələ təhvil verilməsi isə işin informasiya tərəfidir. Ekspertlərin dediyinə görə, ilkin olaraq bu informasiyanın dəqiqləşdirilməsi lazımdır. Yalnız bundan sonra xəritələrin nə dərəcədə düzgün olduğu müəyyənləşdiriləcək. İkinci mərhələdə xəritələrin əhəmiyyətlilik dərəcəsi hesablanacaq. Bu iki mərhələdən sonra verilən mina xəritələrinin bizə nə dərəcədə faydalı olduğunu söyləmək mümkün olacaq. Əlbəttə, ən yaxşı ssenaridə xəritələrin xətasız olduğu müəyyən edilsə belə, ərazilərin minadan təmizlənməsi üçün Azərbaycanın resurslarından istifadə ediləcək.

Azərbaycan müharibənin ardından siyasi arenada haqqı olanı tələb etdi. Bu gün Ermənistan uzun müddət ayaq dirədiyi, verməkdən boyun qaçırdığı mina xəritələrini təhvil verirsə, bu, onların beynəlxalq aləmdə ciddi şəkildə sıxışdırıldıqlarını göstərir. Bunun nəticəsidir ki, onlar ard-arda bu ərazilərin xəritələrini verməyə məcbur olurlar. Məlum olduğu kimi, Azərbaycan işğaldan azad olunan ərazilərində törədilən vəhşiliklərə görə təzminat ödənilməsi üçün beynəlxalq məhkəmələrə müraciət edib. Mina xəritələrinin verilməməsi isə Ermənistanın boynuna düşən təzminatın daha da ağırlaşması deməkdir. Beynəlxalq konvensiyalara nəzər saldıqda görə bilərik ki, minaların basdırılması qanunsuz həyata keçirilib. Bu, azmış kimi, mənfur düşmən hətta əraziləri tərk etdikdən sonra da burada mina basdırmaq üçün cəhdlər edirdi. İndiki

mərhələdə ermənilər tərəfindən geri atılan addım isə Azərbaycanın siyasi arenadakı qələbəsinin məntiqi davamıdır.

Bu gün regionda yaranan vəziyyəti strateji olaraq qiymətləndirsək, görərik ki, Azərbaycan istər diplomatik, istər informasiya, istər iqtisadi, istər hərbi cəhətdən özünü dünyaya sübut etmiş ölkədir. Ermənistana qarşı yürüdülən təcrid siyasəti davam edir. Bu mənada, Zəngəzur dəhlizinin açılması məsələsi də regionun iqtisadi maraqlarını birləşdirən önəmli bir layihədir. Ermənistan isə artıq başa düşməlidir ki, ölkədə davam edən böhran vəziyyətindən çıxmaq üçün Azərbaycanın şərtlərini qəbul etməlidir.

Aqil Qurbanov,

Salyan rayon Qarabağlı 2 saylı kənd tam orta məktəbin müəllim
Oxunub: 209

XƏBƏR LENTİ
Dünən, 19:31 211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Dünən, 16:00 Rəsmi Tiflis Ermənistanın silahlanmasında İŞTİRAK EDƏCƏKMİ? - AKTUAL
Dünən, 15:30 Tiflisin Bakıya ehtiyacı var... - ÇÜNKİ...
Dünən, 14:22 Paşinyanın daş-kəsəkli və əzablı yolu - GƏLİŞMƏ
Dünən, 10:30 NATO-nun baş katibinin Azərbaycana səfəri başa çatdı - FOTO
Dünən, 10:24 İlham Əliyev Putini təbrik edib
Dünən, 10:20 Pakistan Əfqanıstanı bombaladı: çoxlu ölü
Dünən, 10:02 Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb, Azərbaycan xalqını bayram münasibətilə təbrik edib - Yenilənib
Dünən, 10:00 NATO indi də Cənubi Qafqaza can atır: Bu hərbi-siyasi alyansın hədəfləri Bakının mövqeyindən asılıdır
Dünən, 09:18 NATO Azərbaycanla tərəfdaşlığının daha da gücləndirilməsində səbirsizlənir
Dünən, 09:00 Prezident: Azərbaycan-NATO tərəfdaşlığının uzun tarixi var
Dünən, 08:38 Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı
Dünən, 08:27 Türkiyə nəhəngi Qurban Qurbanovla maraqlanır
Dünən, 08:21 Azərbaycana yaz gəlir
Dünən, 08:11 Nüfuzlu ABŞ nəşri Ermənistanı qınadı: "Azərbaycana qarşı çıxır..."
Dünən, 06:10 Şad xəbər: Sosial müavinətlər qrafikdən əvvəl ödəniləcək
Dünən, 05:27 Füzuli şəhərinə daha 34 ailə yola salınıb - FOTOLAR
16-03-2024, 10:00 İcra başçıları əvəzinə xüsusi nümayəndələr - YENİ DETALLAR MƏLUM OLDU
16-03-2024, 09:19 Azərbaycanda “TikTok” bağlanacaq? - RƏSMİ AÇIQLAMA