Son Dəqiqə

24-12-2019, 17:35 - Prezident Qarabağ müharibəsi əlillərinə mənzil və avtomobillər verdi

24-12-2019, 17:30 - Prezident 73 minədək aztəminatlı ailəni sevindirdi

24-12-2019, 17:15 - İlham Əliyev 2 saylı DOST mərkəzinin açılışında iştirak etdi — FOTO

24-12-2019, 16:35 - Sənədsiz evlərin sakinlərinə — ŞAD XƏBƏR - ÜNVANLAR

24-12-2019, 16:28 - Lukaşenko İlham Əliyevi təbrik etdi

24-12-2019, 16:21 - Şamaxı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb — FOTO

24-12-2019, 16:07 - Musayeva Ramilə Elman qızına məxsus olan AB-II N:-084184 və AB-II N:-057475 seriyalı diplomlar itirilmişdir

24-12-2019, 13:57 - 58 yaşlı Prezident: “Bəlkə də Azərbaycanda yeganə adamam ki…”

24-12-2019, 13:52 - Məzahir Pənahov bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqladı

24-12-2019, 13:47 - Asiyada dəhşət yaşanır: Müsəlmanlara qarşı qətliam…

24-12-2019, 13:42 - Samir Şərifovdan Qərar – İcrasına şəxsən nəzarət edəcək

24-12-2019, 13:37 - "Faiq Ağayev məni səhnəyə buraxmırdı"

24-12-2019, 13:22 - Polislər küçədə çılpaq gəzən qızı geyindirməyə çalışdılar — VİDEO

24-12-2019, 13:16 - “Survivor”un qalibi olmuş məşhur idmançı atasını məhkəməyə verd — FOTO + VİDEO

24-12-2019, 13:10 - Saxta attestat verilməsi mümkündürmü? — VİDEO

24-12-2019, 13:04 - Mehriban Əliyeva Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib — FOTO

24-12-2019, 12:59 - DTX-nın həbs etdiyi Tatarovun şok videosu yayıldı

24-12-2019, 12:53 - Prezident: Deputat seçilir, ondan sonra öz dairəsinə heç baş çəkmir, heç maraqlanmır — VİDEO

24-12-2019, 12:39 - İlham Əliyevin yerli telekanallara tam müsahibəsi — VİDEO

24-12-2019, 12:32 - Bakı və Abşeronun bu qəsəbələrində su olmayacaq — Magistral kəmərdə qəza

24-12-2019, 12:25 - Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ad günüdür

24-12-2019, 12:16 - Prezident həbs olunan icra başçılarından DANIŞDI - Bu vicdansızlıqdı... - VİDEO

23-12-2019, 17:21 - “Kim nə deyirsə desin, siqaret cahilliyin əsəridir…” — Fazil Mustafa

23-12-2019, 17:16 - Azərbaycan şou-biznesində ŞOK qalmaqal — Nişan, +18görüntülər ...- VİDEO

23-12-2019, 17:08 - Kirayə mənzil almaq istəyənləri ən çox maraqlandıran — SUALLARA CAVABLAR

23-12-2019, 17:02 - Putin İlham Əliyevi təbrik etdi

23-12-2019, 16:57 - Səhiyyə Nazirliyi Bakıdakı silahlı insidentlə bağlı məlumat yayıb

23-12-2019, 16:51 - Medvedev İlham Əliyevə məktub göndərdi

Azinfo.tv
 Valyuta məzənnəsi

Nazilə Səfərli Xoşqədəm Hidayətqızına — UDUZDU – QƏRAR

Tarix:20-12-2019, 13:54

Nazilə Səfərli Xoşqədəm Hidayətqızına — UDUZDU – QƏRAR


Şairə Nazilə Səfərli (Cəfərova) ilə Xoşqədəm Hidayətqızı (Bəxşəliyeva) arasında davam edən məhkəmə prosesi bitib.
“Məhkəmənin qətnaməsinə görə Nazilə Səfərli və İsa Şükürlü teleaparıcıdan üzr istəməli, həm də dediklərinə təkzib verməlidirlər”.

Bu sözləri “Ölkə.Az”ın əməkdaşı ilə söhbətində Xoşqədəm Hidayətqızının vəkili Tahir Əlirzayev deyib. Vəkil qeyd edib ki, bundan başqa, onlar teleaparıcıya 1000 manat məbləğində təzminat ödəməlidirlər.

“Xoşqədəm xanım Bəxşəliyeva Nizami rayon məhkəməsinə cavabdeh Nazilə Cəfərova (Səfərli) və Şükürov İsaya qarşı şərəf və ləyaqətini müdafiəsi tələbi ilə iddia ilə müraciət edib. Nizami rayon məhkəməsində verilən iddia tələbi üzrə linqvistik ekspertiza keçirildi. Ekspertin verdiyi rəydən məlum olub ki, iddia olunan ifadələr, yəni Cəfərova Nazilə və Şükürov İsa (Show News saytının rəhbəri) tərəfindən deyilən böhtan xarakterli məlumatlar X. Bəxşəliyevanın şərəf və ləyaqətini alçaldan və xələl gətirən məlumatlardır. Cavabdeh (Nazilə Səfərli) tərəfin iddiaya qarşı göstərdiyi etirazlar əsaslı olmadığından , əksinə iddiaçı Xoşqədəm xanım tərəfindən göstərilən sübutlar cavabdehin tam təqsirli olduğunu sübut etdiyindən onun iddiası təmin edilib. Bununla bağlı 2019-cu il fevralın 21-də iddianın təmin edilməsilə bağlı qətnamə çıxıb. Qətnaməyə görə, Nazilə Səfərli və İsa Şükürlü Xoşqədəm xanıma mənəvi zərər vurduqları üçün müştərək şəkildə 1000 manat məbləğində təzminat ödəməlidirlər. Bundan başqa qərara görə, onlar açıq şəkildə Bəxşəliyevadan üzr istəməlidirlər. Əlavə olaraq, onlar Xoşqədəm xanım haqqında dedikləri və yaydıqları yalan məlumatları təkzib etməli, dedikləri böhtan xarakterli məlumatları bəzi saytlarda təkzib etməli idilər ”.

Tahir Əlirzayev bildirib ki, teleaparıcı şairə Nazilənin ödəyəcəyi təzminatı kimsəsiz bir şəxsə bəxş edəcək.

“ Bundan sonra çıxarılan qərardan narazı qalan Nazilə Səfərli qətnamədən Bakı Appelyasiya Məhkəməsinə müraciət edib. Lakin Appelyasiya məhkəməsi işi yenidən araşdıraraq öncəki instansiyanın verdiyi qərarı qüvvədə saxlayaraq, 12 iyul 2019-cu ildə qərar verib.

Qeyd edim ki, həmin qərardan jurnalist İsa Şükürov appelyasiya şikayəti verməyib. O, məhkəmənin qərarı ilə razılaşıb. Bununla da razılaşmayan Səfərli, bu dəfə də Ali Məhkəməyə kassasiya şikayəti verib. İşə baxan Ali Məhkəmənin mülki kollegiyası özünün 17 dekabr 2019-cu il tarixli qərarıyla Nazilə Səfərlinin kassasiya şikayətini rədd edib, Appelyasiya Məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlayıb. Bununla da Nazilə Səfərli qanunda nəzərdə tutulan qaydada bütün instansiyalara şikayət vermə hüququndan istifadə edib. Son nəticə olaraq iş 1 aydan sonra Nizami rayon icra şöbəsinə gedəcək ki, Nizami rayon məhkəməsi tərəfindən qəbul olunan qətnamə icra olunsun”.
Vəkil əməkdaşımızla söhbətində qeyd edib ki, Nazilə Səfərli cinayət məsuliyyətinə də cəlb oluna bilər.

“ Əslində, bu gün Xoşqədəm Bəxşəliyeva istəsə, (artıq əlində məhkəmə qərarı və qətnaməsi var. Bilirsiniz, Ali Məhkəmənin verdiyi qərar anında qüvvəyə minir.) mən məhkəmələrin qətnamə və qərarlarını götürüb yenidən, xüsusi ittiham qaydasında Nizami Rayon məhkəməsinə Nazilə Səfərliyə qarşı müraciət edərəm. Onun cinayət məcəlləsinin 147-148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş edə bilərəm. Buna, Xoşqədəm xanımın tam hüququ və əsası var. Ancaq xanım Bəxşəliyeva bu barədə düşünmür. O, hesab edir ki, məhkəmə tərəfindən verilən məhkəmə qətnamələri sayəsində Nazilə Səfərli qanun və eyni zamanda bu qanunlar qarşısında məsuliyyətini dərk edib, bundan sonra bu cür hərəkətlərdən çəkinər. Yox, görsək ki, bu xanım məsuliyyətini dərk etmir, yenə də bu cür hərəkətlərini davam etdirir, onda mən müvəkkilim Xoşqədəm Bəxşəliyeva ilə məsləhətləşib, yenidən hüquqi yollarla bunu həll etməyə çalışacağam.

Hər bir şəxs qanunla qorunan hüquqlarını məhkəmədə müdafiə etmək hüququna malikdir. Bu konstitusiya ilə də təsdiq olunub. Heç kimə ixtiyar verilmir ki, azad söz, azad mətbuat, kütləvi informasiya vasitələrindən istifadə edib, kiminsə haqqında yalan və böhtan xarakterli məlumatlar yaysın. Bu cür hərəkətlərdən Nazilə Səfərli çəkinməlidir.

Əməkdaşımızın “Nazilə Səfərlinin məhkəmə qərarını yerinə yetirmədiyi təqdirdə vəziyyəti necə olacaq? O, buna görə hansı məsuliyyətə cəlb olunacaq?” sualına da Tahir Əlirzayev münasibət bildirib.

“Bilirsiniz ki, məhkəmənin qərarı Azərbaycan Respublikasının adından qəbul olunur. Bunun icra mexanizmini müəyyən edən icra haqqında qanun var. Bu qanuna görə, məhkəmənin qətnaməsini, icra şöbəsi qəbul olunduğu gündən, 2 ay zaman ərzində icra etməlidir. Qanunda nəzərdə tutulub ki, icra tələbini borclu tərəf mütləq şəkildə yerinə yetirməlidir. Bununla bağlı Nazilə Səfərliyə bildiriş göndəriləcək. Bundan sonra borclu tərəfə icra tələbi borcunu yerinə yetirmək üçün qanunla nəzərdə tutulan zaman 10 gün vaxt verilir. Əgər o, 10 gün ərzində bunu könüllü şəkildə yerinə yetirməsə, məcburi icra üsuluna keçiriləcək. Kəsilən pul cəzası onun bank hesabından, maaş kartından kəsilə bilər. Bundan başqa bu cəza Nazilə Səfərlinin əmlakına da yönələ bilər. Üstəlik, ölkədən çıxışına da qadağa qoyula bilər. İcra şöbəsinə gəlmədikdə barəsində axtarış da verilə bilər. Qanunla nəzərdə tutulan bütün qaydalar həyata keçiriləndən sonra, borclu olan bu şəxs yenə də tələbin icrasından yayınsa, barəsində İnzibati xətalar məcəlləsinin 528-ci maddəsinə görə, 1000 manata qədər cərimə və 1 ay inzibatı həbs nəzərdə tutulacaq. Bundan sonra əgər barəsində görülən inzibati tənbeh tədbiri nəticə verməsə, artıq cinayət məcəlləsinin 306-cı maddəsinə görə, (Məhkəmə tərəfindən qəbul olunmuş qətnamələri, məhkəmə haqqlarının qəsdən icra olunmaması cinayət məsuliyyəti yaradır. Cəzası isə 3 ilə qədər həbs cəzasıdır) cavabdehə cinayət işi başladılacaq”.

Qeyd edək ki, Nazilə Səfərli bir sıra kütləvi informasiya vasitələrində ”Ərim keçmişdə Xoşqədəmi yox, məni seçdiyi üçün”, eyni zamanda özünün istifadə etdiyi “İnstagram” səhifəsində Xoşqədəm Hidayətqızı haqqında “Xoşqədəm dövlətin əleyhinə gedir”, “Xoşqədəmin sözüylə belə çıxır ki, hamının arvadı boşanıb varlı kişi axtarmalıdır”, “Xoşqədəm verilişin adını dəyişib "axırıncı yol" qoysun” başlıqlı açıqlamaları verib.

Xatırladaq ki, tərəflər arasında qalmaqal Xoşqədəm Hidayətqızının Xəzər TV də yayımlanan “Səni axtarıram ”verilişinə Nazilə Səfərlinin keçmiş qardaşı arvadını dəvət etməsilə başlayıb.
Oxunub: 11

XƏBƏR LENTİ
24-12-2019, 17:35 Prezident Qarabağ müharibəsi əlillərinə mənzil və avtomobillər verdi
24-12-2019, 17:30 Prezident 73 minədək aztəminatlı ailəni sevindirdi
24-12-2019, 16:35 Sənədsiz evlərin sakinlərinə — ŞAD XƏBƏR - ÜNVANLAR
24-12-2019, 16:28 Lukaşenko İlham Əliyevi təbrik etdi
24-12-2019, 16:07 Musayeva Ramilə Elman qızına məxsus olan AB-II N:-084184 və AB-II N:-057475 seriyalı diplomlar itirilmişdir
24-12-2019, 13:57 58 yaşlı Prezident: “Bəlkə də Azərbaycanda yeganə adamam ki…”
24-12-2019, 13:52 Məzahir Pənahov bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqladı
24-12-2019, 13:47 Asiyada dəhşət yaşanır: Müsəlmanlara qarşı qətliam…
24-12-2019, 13:37 "Faiq Ağayev məni səhnəyə buraxmırdı"
24-12-2019, 13:22 Polislər küçədə çılpaq gəzən qızı geyindirməyə çalışdılar — VİDEO
24-12-2019, 13:16 “Survivor”un qalibi olmuş məşhur idmançı atasını məhkəməyə verd — FOTO + VİDEO
24-12-2019, 13:10 Saxta attestat verilməsi mümkündürmü? — VİDEO
24-12-2019, 13:04 Mehriban Əliyeva Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib — FOTO
24-12-2019, 12:53 Prezident: Deputat seçilir, ondan sonra öz dairəsinə heç baş çəkmir, heç maraqlanmır — VİDEO
24-12-2019, 12:39 İlham Əliyevin yerli telekanallara tam müsahibəsi — VİDEO
24-12-2019, 12:32 Bakı və Abşeronun bu qəsəbələrində su olmayacaq — Magistral kəmərdə qəza
24-12-2019, 12:25 Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ad günüdür
24-12-2019, 12:16 Prezident həbs olunan icra başçılarından DANIŞDI - Bu vicdansızlıqdı... - VİDEO
23-12-2019, 17:21 “Kim nə deyirsə desin, siqaret cahilliyin əsəridir…” — Fazil Mustafa