Son Dəqiqə

Bu gün, 02:49 - Aprelin 9-dan bu şəxslərin küçəyə çıxma icazəsi ləğv olunur

Bu gün, 02:39 - İlham Əliyevdən sahibkarlıq subyektləri üçün mühüm fərman — Kredit məbləği və müddət artırıldı

Bu gün, 02:31 - Azərbaycanda daha 105 nəfər koronavirusa yoluxdu

Bu gün, 02:08 - Biz dövlət başçımızla birlikdə güclüyük!

Bu gün, 01:56 - Prezidentdən fərman — Bu kreditlərə təminat veriləcək

Dünən, 19:35 - Nişanlı qızı çöllükdə oğlanla görüşdürdü, 13 yaşlı bacısını isə maşınında dəfələrlə... — Azərbaycanda ŞOK

Dünən, 19:27 - Samuxda 15 subartezian quyusu qazılacaq — SƏRƏNCAM

Dünən, 18:54 - Sabah Bakıda yağış yağacaq

Dünən, 18:45 - ŞAD XƏBƏR - Pandemiya dövründə 700 nəfər işlə təmin olunacaq

Dünən, 18:37 - Koronavirusun qarşısının alınmasının yolu açıqlandı

Dünən, 18:28 - Bu yerlərdə bütün sürücülər saxlanılacaq — DYP-dən açıqlama

Dünən, 18:22 - Koronavirusun əsas simptomu qızdırma deyil, budur — Mütəxəssislər AÇIQLADI…

Dünən, 18:12 - Azərbaycanda həkimlərin səfərbərliyi elan edilə bilərmi? — AÇIQLAMA

Dünən, 18:00 - DİQQƏT! Karantin rejimi zamanı bunu edənlər 3 ilədək həbs olunacaqlar — VİDEO

Dünən, 17:55 - Azərbaycanda Ramazan ayı bu vaxtdan başlayacaq — AÇIQLANDI

Dünən, 17:49 - Sabah Milli Məclisin iclası keçiriləcək

Dünən, 17:37 - Bir maska bir can - Ödənişsiz maska sifariş et - VİDEO

Dünən, 16:57 - Formula 1-in Azərbaycan Qran-prisi oktyabrda keçirilə bilər

Dünən, 16:52 - Pərviz Abdullayev "Survivor"ı belə tərk etdi — VİDEO

Dünən, 16:38 - Azərbaycanda bu kafe karantinə rəğmən fəaliyyət göstərib — FOTO / VİDEO

Dünən, 16:23 - Pensiya alanlara ŞAD XƏBƏR — Ödənişlər bu tarixdən başlayır

Dünən, 16:17 - Lerikdə 11-ci sinif şagirdi 59 yaşlı müəllimindən hamilə qaldı — 3 UŞAQ ATASI HƏBS EDİLDİ

Dünən, 16:10 - İcazə alanlara vacib xəbər - yeni funksiyalar işə düşdü — VİDEO

Dünən, 16:00 - Koronavirusla bağlı son STATİSTİKA — DƏHŞƏTLİ RƏQƏMLƏR

Dünən, 15:09 - Ağdaban faciəsindən 28 il ötür

Dünən, 00:39 - Prezidentdən koronavirusa görə altı mobil tipli xəstəxananın tikintisi ilə bağlı SƏRƏNCAM

7-04-2020, 18:39 - SEVİNDİRİCİ XƏBƏR: Alimlər koronavirusun zəif nöqtəsini tapıblar

7-04-2020, 18:23 - Karantin rejimini pozan 1 499 sürücü cərimələndi

Azinfo.tv
 Valyuta məzənnəsi

Məzahir Pənahov bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqladı

Tarix:24-12-2019, 13:52

Məzahir Pənahov bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqladı


Dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkiləri saat 19.00-da başa çatıb və bütün məntəqələr bağlanıb.

Seçkilər 1606 bələdiyyə üzrə 15 min 156 bələdiyyə üzvü yerinə 42 minə yaxın iddiaçının iştirakı ilə keçirilib. Ölkə üzrə bütün məntəqələr – 118 dairənin 5049 məntəqəsi vaxtında, səhər saat 8-də açılıb.

Gün ərzində səsvermənin gedişi ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) 5 dəfə ictimaiyyəti məlumatlandırıb. Günün sonunda ölkə üzrə seçicilərin 32,72 faizinin səsvermədə iştirak etdiyi məlum olub.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin ilkin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Bildirilib ki, gün ərzində səsvermə prosesini kütləvi informasiya vasitələri ictimaiyyətə çatdırıb.

Ümumilikdə bütün məntəqələrdə səsvermə normal keçib, bu və ya digər xoşagəlməz hadisələrlə bağlı əsasən, sosial şəbəkələrdə müəyyən məlumatlar yayılıb.

Amma MSK-ya bir müraciət daxil olub. O müraciət aidiyyəti üzrə dairə seçki komissiyasına göndərilib. Çünki məntəqədə baş verən hadisələrlə bağlı müraciət Seçki Məcəlləsinin tələbinə görə, ilkin olaraq müvafiq dairə seçki komissiyasına göndərilməlidir.

Əgər iddiaçı dairə seçki komissiyasının qərarından narazı qalarsa, onda MSK-ya müraciət edə bilər. Ona görə biz Seçki Məcəlləsinin tələbinə uyğun olaraq qərarımızı verdik.

Onu da qeyd edim ki, gün ərzində MSK-ya rəsmi müraciət daxil olmayıb. Amma sosial şəbəkələrdə yayılan görüntüləri MSK üzvləri artıq ciddi şəkildə araşdırmağa başlayıblar.

MSK sədri qeyd edib ki, ümumilikdə seçkilər sakit şəraitdə keçib, seçicilərin öz iradələrini ifadə etmələri üçün hər cür şərait yaradılıb, onlar da bundan lazımi qaydada istifadə ediblər.

Yekunda 1606 bələdiyyə üzrə səsvermə baş tutub. Hazırda 4556 məntəqədən məlumatlar MSK-nın bazasına daxil olub. Bu da ölkə üzrə ümumi məntəqələrin 90,24 faizi deməkdir.

Beləliklə, 1475 bələdiyyə üzrə məlumatlar hazırda MSK-nın bazasındadır. Bu, ölkə üzrə mövcud bələdiyyələrin 91,84 faizidir.

Yəni, deyə bilərik ki, 1375 bələdiyyə üzrə ilkin nəticələrə görə üzvlərin hamısı artıq məlumdur. Bu, ölkə üzrə mövcud olan bələdiyyələrin 85,62 faizidir.

İlkin nəticələrə görə, tam formalaşmış bələdiyyələrdə liderlik edən namizədlərin sayı 12 min 930 nəfərdir. Yəni, bu, ümumilikdə seçiləcək 15 min 156 bələdiyyə üzvünün 85,31 faizini təşkil edir. Gün ərzində MSK-nın 115 – “qaynar xətt”inə 220 müraciət daxil olub.

Bunlardan 90-nı seçici siyahısı və məntəqələrin ünvanları ilə bağlı sorğulardır. 130 müraciət isə hüquqi məsələlərlə bağlı və məlumatlandırma xarakterli olub.

Məzahir Pənahov deyib ki, səsvermə məntəqələrinin 1000-də, yəni, təxminən 20 faizə yaxınında veb-kameralar quraşdırılmışdır.

Bu veb-kameralara gün ərzində 198069 müraciət olub. Bunlardan 130218-i, yəni, 65,7 faizi ölkə daxilindən, 67851-i isə (34,3 faizi) xaricdən olub. Bu, çox diqqətçəkən rəqəmdir.

Yəni, bu, seçkilərə kifayət qədər diqqətin olmasının göstəricisidir.

Bundan əlavə, Mərkəzi Seçki Komissiyasının internet səhifəsindən istifadəçi sayı 282627 nəfər olub.

Bu da ictimaiyyətin seçkilərə marağının göstəricisidir.   /baku.ws/
Oxunub: 100

XƏBƏR LENTİ
Bu gün, 02:49 Aprelin 9-dan bu şəxslərin küçəyə çıxma icazəsi ləğv olunur
Bu gün, 02:39 İlham Əliyevdən sahibkarlıq subyektləri üçün mühüm fərman — Kredit məbləği və müddət artırıldı
Bu gün, 02:31 Azərbaycanda daha 105 nəfər koronavirusa yoluxdu
Bu gün, 02:08 Biz dövlət başçımızla birlikdə güclüyük!
Bu gün, 01:56 Prezidentdən fərman — Bu kreditlərə təminat veriləcək
Dünən, 19:27 Samuxda 15 subartezian quyusu qazılacaq — SƏRƏNCAM
Dünən, 18:45 ŞAD XƏBƏR - Pandemiya dövründə 700 nəfər işlə təmin olunacaq
Dünən, 18:37 Koronavirusun qarşısının alınmasının yolu açıqlandı
Dünən, 18:28 Bu yerlərdə bütün sürücülər saxlanılacaq — DYP-dən açıqlama
Dünən, 18:22 Koronavirusun əsas simptomu qızdırma deyil, budur — Mütəxəssislər AÇIQLADI…
Dünən, 18:12 Azərbaycanda həkimlərin səfərbərliyi elan edilə bilərmi? — AÇIQLAMA
Dünən, 18:00 DİQQƏT! Karantin rejimi zamanı bunu edənlər 3 ilədək həbs olunacaqlar — VİDEO
Dünən, 17:55 Azərbaycanda Ramazan ayı bu vaxtdan başlayacaq — AÇIQLANDI
Dünən, 17:49 Sabah Milli Məclisin iclası keçiriləcək
Dünən, 17:37 Bir maska bir can - Ödənişsiz maska sifariş et - VİDEO
Dünən, 16:57 Formula 1-in Azərbaycan Qran-prisi oktyabrda keçirilə bilər
Dünən, 16:52 Pərviz Abdullayev "Survivor"ı belə tərk etdi — VİDEO
Dünən, 16:23 Pensiya alanlara ŞAD XƏBƏR — Ödənişlər bu tarixdən başlayır
Dünən, 16:10 İcazə alanlara vacib xəbər - yeni funksiyalar işə düşdü — VİDEO