Son Dəqiqə

Bu gün, 09:00 - Türkiyə Böyük Millət Məclisinin sədri seçilib

Dünən, 19:35 - Ulu Öndər Heydər Əliyev – tarixə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət

Dünən, 16:00 - Paşinyan Rusiyadan qırıla biləcəkmi? - Görünəni odur ki...

Dünən, 15:30 - Ruslar Qarabağda sülhü İNHİSARA ALIBLAR? - BU NƏDİ BELƏ?

Dünən, 15:00 - Erməni hərbçi Laçın postundan mülki geyimdə keçmək istədi və... - TƏFƏRRÜAT

Dünən, 14:44 - İlham Əliyev 2 fərman imzaladı

Dünən, 14:22 - Ermənistanı yanına çəkən İranın SÜLHÜ POZMA PLANI - Bunun BAŞQA ADI YOXDUR...

Dünən, 13:30 - Vahid Mustafayevin 1 milyon manat borc alır - ANS TV açılır?

Dünən, 12:57 - Hərbi Prokurorluqdan kütləvi məzarlıqlarla bağlı açıqlama

Dünən, 12:40 - Sel Laza yolunu yuyub apardı

Dünən, 12:35 - Türkiyə parlamenti bu gün özünə yeni sədr seçəcək

Dünən, 12:31 - Paşinyan Rusiyaya gedib

Dünən, 12:21 - Sürücüləri fantastik cərimələr gözləyir: 150, 200, 300 manat...

Dünən, 11:54 - İsmayıllının başcısı və müavinindən ƏLLƏM-QƏLLƏM OLAY - Sahibkarın örüş yerini necə əlindən aldılar - VİDEO

Dünən, 10:46 - Sinan Oğan “Haber Global”da Ərdoğan və Kılıçdaroğlu ilə görüşlərinin pərdəarxasını açıqladı - VİDEO

Dünən, 10:41 - Kaxovka SES-in partladılmasının əsas SƏBƏBİ

Dünən, 10:37 - Paşinyanın oğlu daha bir hücumun qurbanı oldu

Dünən, 10:19 - Ukraynada SES-in dağıdılması ilə bağlı DƏHŞƏT: mümkün fəlakətlər açıqlandı

Dünən, 10:14 - Türkiyə lirəsi ucuzlaşır - YENİ REKORD

Dünən, 10:10 - Ağdamda yeni tikinti işlərinə başlanılır

Dünən, 10:04 - Qaxda sel nəticəsində yolda hərəkəti məhdudlaşdırıb

Dünən, 09:00 - Ruslar silahı Kremlə qarşı çevirir: Hərbi müxalifət Putini devirməyi hədəfləyir

6-06-2023, 16:00 - Sonuncu "Qisas" əməliyyatı olacaq? - AKTUAL

6-06-2023, 15:30 - Erməni əhali kolxoz bazarındakı tərəvəz kimi satışa çıxarılıb? - NƏ BAŞ VERİR?

6-06-2023, 15:02 - Prezident açılışda iştirak etdi - FOTOLAR

6-06-2023, 15:00 - İrəvanın “ötür-ötür oyunu”: Sülh müqaviləsi dalana dirənir - Görünəni odur ki...

6-06-2023, 14:22 - Fars-molla rejimi Güneydəki soydaşlarımıza sahib çıxmırsa... - AÇIQLAMA

6-06-2023, 13:55 - Manukyan hərbçiləri Paşinyana qarşı qiyama çağırıb

Azinfo.tv
 Valyuta məzənnəsi

“İstəsələr bizə deyə bilərlər: yığışın və burdan rədd olun” – Paşinyandan maraqlı açıqlamalar...

Tarix:25-05-2023, 10:18

“İstəsələr bizə deyə bilərlər: yığışın və burdan rədd olun” – Paşinyandan maraqlı açıqlamalar...


“Biz elə bir yerdə yaşayırıq ki, bu torpaq üçün kadastr şəhadətnaməmiz yoxdur”. AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu mayın 24-də parlamentin iclasında baş nazir Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, Azərbaycanla sülh müqaviləsi imzalansa, Ermənistan belə kadastr sənədini əldə edə biləcək.

Azatutyunun yazdığına görə Paşinyan çıxışında müxalifətin - Yerevanın Bakının Qarabağa və anklavlara dair bütün tələblərini yerinə yetirməsi və əvəzində heç nə almaması barədə tənqidini qəbul etdiyini bildirib, amma deyib ki, Ermənistan “de jure” öz torpağının sahibi olmaq şansı qazana bilər:

“Biz hamımızmı başa düşürük ki, 30 ildir sevimli vətənimizdə kadastr şəhadətnaməsi olmadan yaşayırıq, Erməni dövləti də özünün çoxminillik tarixində heç vaxt kadastr sertifikatına malik olmayıb? Əgər biz istədiyimizi edə bilsək, tariximizdə ilk dəfə olaraq kadastr sertifikatı əldə edəcəyik və torpağımızın təkcə “de facto” yox, həm də “de jure” sahibi olacağıq”.

Bunun ardınca baş nazir fikirlərini daha sadə dildə izah etməyə çalışıb:

“Biz dünyanın elə bir yerində yaşayırıq ki, burada belə düşünən azı bir neçə ölkə var ki, istəsələr bizə deyə bilərlər: yığışın və burdan rədd olun. Onda biz deyə bilməyəcəyik ki, bir dəqiqə gözləyin, kadastr şəhadətnaməmizi göstərək...”

Paşinyan əlavə edib ki, əgər Azərbaycanla sülh müqaviləsi imzalansa, Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə dair danışıqlar da təsisatlanmış prosesə çevrilər:

“Biz, hamımız, Ermənistan Respublikasının parlamenti öz sakin statusumuzu gücləndirərək kadastr sertifikatı əldə etmək istəyirik və bunun adı beynəlxalq aləmdə tanınan delimitasiyalı və demarkasiyalı sərhədləri olan dövlətdir”.

Azatutyun yazır ki, mayın 24-də Ermənistanın baş naziri Azərbaycanın Qarabağ da daxil 86 min 600 kvadrat kilometrlik sahədə ərazi bütövlüyünü tanıdığını bir daha bəyan edib. Paşinyan çıxışında bu barədə deyib:

“Azərbaycanın çox dəqiq diskursu var. O deyir: əgər siz bizim ərazi bütövlüyümüzü tanımasanız, biz də sizin ərazi bütövlüyünüzü tanımayacağıq və bu söhbət beynəlxalq icmanın qarşısında baş verir. Biz indi qərar qəbul etməliyik. Yaxşı, deyə bilərik ki, biz Azərbaycanın 86.6 min kvadrat kilometrini tanımırıq və bizim fikrimizcə, Azərbaycan 86.6 min kvadrat kilometr yox, 45.7 kvadrat kilometrdir. Onlar da deyəcəklər: lap yaxşı, bizim fikrimizcə də Ermənistan 29.8 min kvadrat kilometr yox, 8 min 700 kvadrat kilometrdir”.

Paşinyanın fikrincə, məsələ belə mübahisəli qalsa, kimin nə qədər əraziyə malik olması “həmin gün KTMT-də (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) hansı əhvalın hökm sürməsindən asılı olacaq”.

Paşinyan çıxışında anklavlar məsələsinə də toxunub. Azatutyunun yazdığına görə o deyib ki, bu məsələnin “psixoloji qavranması dəyişdirilməlidir”. Onun firkincə bu, sülh şəraitində sırf texniki məsələdir:

“Əgər biz həqiqətən də sülhdən danışırıqsa, bu, böyük strateji dərinliyi olmayan yalnız texniki, təşkilati məsələdir. Amma biz əgər müharibədən danışırıqsa, bu, çox kəskin məsələdir”.

Baş nazir bildirib ki, bu barədə Azərbaycan prezidenti ilə Münhendə və Brüsseldə söhbətləri olub və bu məsələnin siyasi-hüquqi aspektləri var. Paşinyan bildirib ki, bu məsələ ətrafında hələ heç bir razılaşma əldə olunmayıb:

“İki həll variantı var. Variantlardan biri: sərhədin o tayında olan anklav o ölkənin ərazisi kimi qalır, bu tərəfdə olan anklav bu ölkənin. Və əgər tərəflərdən biri razılaşmasa, bu da bir məsələdir və hələ heç nə həll olunmayıb, amma əgər, məsələn, Azərbaycanla dəqiq razılaşma olsa, mən gəlib deyəcəyəm ki, biz bu məsələnin həllində dəqiq razılığa gəlmişik. Amma bu mövzuda yekun razılaşma yoxdur, müxtəlif fikirlər, ideyalar var və yeri gəlmişkən, bunların heç biri rədd edilməyib”.
Oxunub: 11

XƏBƏR LENTİ
Bu gün, 09:00 Türkiyə Böyük Millət Məclisinin sədri seçilib
Dünən, 19:35 Ulu Öndər Heydər Əliyev – tarixə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət
Dünən, 16:00 Paşinyan Rusiyadan qırıla biləcəkmi? - Görünəni odur ki...
Dünən, 15:30 Ruslar Qarabağda sülhü İNHİSARA ALIBLAR? - BU NƏDİ BELƏ?
Dünən, 14:44 İlham Əliyev 2 fərman imzaladı
Dünən, 14:22 Ermənistanı yanına çəkən İranın SÜLHÜ POZMA PLANI - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 12:35 Türkiyə parlamenti bu gün özünə yeni sədr seçəcək
Dünən, 12:31 Paşinyan Rusiyaya gedib
Dünən, 12:21 Sürücüləri fantastik cərimələr gözləyir: 150, 200, 300 manat...
Dünən, 11:54 İsmayıllının başcısı və müavinindən ƏLLƏM-QƏLLƏM OLAY - Sahibkarın örüş yerini necə əlindən aldılar - VİDEO
Dünən, 10:46 Sinan Oğan “Haber Global”da Ərdoğan və Kılıçdaroğlu ilə görüşlərinin pərdəarxasını açıqladı - VİDEO
Dünən, 10:41 Kaxovka SES-in partladılmasının əsas SƏBƏBİ
Dünən, 10:37 Paşinyanın oğlu daha bir hücumun qurbanı oldu
Dünən, 10:19 Ukraynada SES-in dağıdılması ilə bağlı DƏHŞƏT: mümkün fəlakətlər açıqlandı
Dünən, 09:00 Ruslar silahı Kremlə qarşı çevirir: Hərbi müxalifət Putini devirməyi hədəfləyir
6-06-2023, 16:00 Sonuncu "Qisas" əməliyyatı olacaq? - AKTUAL
6-06-2023, 15:02 Prezident açılışda iştirak etdi - FOTOLAR
6-06-2023, 15:00 İrəvanın “ötür-ötür oyunu”: Sülh müqaviləsi dalana dirənir - Görünəni odur ki...
6-06-2023, 14:22 Fars-molla rejimi Güneydəki soydaşlarımıza sahib çıxmırsa... - AÇIQLAMA