Son Dəqiqə

9-12-2023, 13:51 - Prezidentin istefaya buraxdığı general Məhərrəm Əliyev kimdir? - DOSYE

9-12-2023, 13:45 - “2026-cı ilin sonunadək biz 140 min insanı yerləşdirməyi planlaşdırırıq”

9-12-2023, 13:39 - “Sülh sazişinin imzalanmasına hər hansı ciddi maneə görmürəm”

9-12-2023, 10:19 - Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib

9-12-2023, 09:08 - Əliyevin Zəngəzur mesajları son xəbərdarlıqdır: Ermənistan “kollaps vəziyyəti”nə düşür

9-12-2023, 09:02 - Yanvarın 28-dək seçki bülletenləri hazırlanacaq

8-12-2023, 16:00 - 150 illik nağıl başa çatdı: Son seçim Bakıya və Ankaraya sığınmaqdır... - FAKT BUDUR!

8-12-2023, 15:30 - Sülh danışıqlarında “yazışma diplomatiya”sı - NƏ BAŞ VERİR?

8-12-2023, 15:01 - Ərdoğan: “Fransa Ermənistanı aldadır”

8-12-2023, 14:56 - Prezident bu yolların təmirinə 300 min manat ayırdı

8-12-2023, 14:52 - Gədəbəydə yol təmirinə 2 milyon manat ayrılıb - SƏRƏNCAM

8-12-2023, 14:47 - Simonyanın bəyanatı: 8 kəndi niyə tələb etməməliyik? - AKTUAL

8-12-2023, 14:30 - Bakcell dünyanın ən sürətlilərinin sürət tərəfdaşı oldu!

8-12-2023, 14:22 - Güclü zəlzələ həyət evlərini bahalaşdıracaq? - Ekspert danışır...

8-12-2023, 13:28 - Prezident Azərbaycanla Ermənistan arasında qəbul olunan birgə bəyanatdan DANIŞDI

8-12-2023, 13:10 - Niyə sülhə bu qədər yaxınlaşdılar və bir gündə nə yaşandı? - TƏHLİL

8-12-2023, 12:09 - Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlanıb

8-12-2023, 12:03 - İlham Əliyev Avropa Şurasının Baş katibini qəbul edib

8-12-2023, 11:41 - "Azərbaycan-Ermənistan sülh sazişi niyyəti təsdiq edildi"

8-12-2023, 11:34 - Bu evləri almaq təhlükəlidir - VACİB ÇAĞIRIŞ

8-12-2023, 11:01 - “Kral” NİYƏ SATILMIR? – İLGİNC

8-12-2023, 10:57 - Bakıdan Kiyevə növbəti yardım göndərildi - FOTO

8-12-2023, 10:45 - Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir - VİDEO

8-12-2023, 09:55 - DİQQƏT! Bu şəxslərə 300 manat cərimə yazıla bilər

8-12-2023, 09:49 - Əliyev və Paşinyanın bu addımını alqışlayırıq - ABŞ

8-12-2023, 09:45 - Bakıya 10 min həb gətirən narkoşəbəkə ələ keçdi

8-12-2023, 09:00 - Arayikgil Bakıda qalacaq

7-12-2023, 21:01 - Azərbaycan və Ermənistan birgə bəyanat yaydı: 34 nəfər azad olundu

Azinfo.tv
 Valyuta məzənnəsi

“Kərimə” dövləti qurmaq istəyən dəstə üzvlərinin məhkəməsi başlayıb

Tarix:29-09-2023, 13:07

“Kərimə” dövləti qurmaq istəyən dəstə üzvlərinin məhkəməsi başlayıb


“Kərimə” dövləti qurmaq istəyən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxslərin vəkilləri işlə tanış olmaq üçün vaxt istəyiblər. Bu səbəbdən məhkəmənin hazırlıq iclasının oktyabrın 5-də davam etdiriləcəyi bildirilib.

Qeyd edək ki, İranda yaşayan, həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif Cümşüdovu şirnikləndirci vədlər müqabilində ələ alaraq ona ölkə ərazisində silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə “müqavimətçi dəstə” yaratması barədə tapşırıqlar veriblər.

Arif Cümşüdov verilmiş tapşırıqlar əsasında ətrafında olan dini radikalizmi təbliğ edən tanışları - Tərzan Qaraşov, Sənan Məmmədov, Xəqani Məmmədov və İqbal Axundovu bu işə cəlb edib. O, yaşadığı evdə mütəmadi olaraq təşkil etdiyi gizli yığıncaqlarda Rufulla Axundzadə və Bəxtiyar Bayramovun göstərişlərini həmin şəxslərə çatdırıb. Dəstə üzvləri əlavə şəxslərin də cəlb edilmələri istiqamətində fəaliyyətlər göstərərək bu barədə Rufulla Axundzadəyə məlumat veriblər.

Bundan başqa, Rufulla Axundzadə Bakı şəhər sakini Anar İsayevi də əməkdaşlığa cəlb edərək ona da ölkə ərazisində iğtişaşların törədilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması üçün “müqavimətçi dəstə” təşkil etməyi tapşırıb. Rufulla Axundzadə yüksək maddi gəlir, silah və digər bütün lazımi dəstəyin veriləcəyini vəd edərək təşkilatlanmaları və birgə fəaliyyət göstərmələri məqsədilə Anar İsayevi Arif Cümşüdovla tanış edib.

Saxlanılan şəxslər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də insanların toplaşdığı mərasimlərdə İran və dini radikalizm lehinə təbliğat apararaq Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqları yerinə yetiriblər.

Dəstə üzvləri eyni zamanda İrandan məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edərək əldə etdikləri külli miqdarda pul vəsaitini məhz Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər.
Oxunub: 29

XƏBƏR LENTİ
9-12-2023, 13:51 Prezidentin istefaya buraxdığı general Məhərrəm Əliyev kimdir? - DOSYE
9-12-2023, 13:45 “2026-cı ilin sonunadək biz 140 min insanı yerləşdirməyi planlaşdırırıq”
9-12-2023, 13:39 “Sülh sazişinin imzalanmasına hər hansı ciddi maneə görmürəm”
9-12-2023, 10:19 Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib
9-12-2023, 09:08 Əliyevin Zəngəzur mesajları son xəbərdarlıqdır: Ermənistan “kollaps vəziyyəti”nə düşür
9-12-2023, 09:02 Yanvarın 28-dək seçki bülletenləri hazırlanacaq
8-12-2023, 16:00 150 illik nağıl başa çatdı: Son seçim Bakıya və Ankaraya sığınmaqdır... - FAKT BUDUR!
8-12-2023, 15:30 Sülh danışıqlarında “yazışma diplomatiya”sı - NƏ BAŞ VERİR?
8-12-2023, 15:01 Ərdoğan: “Fransa Ermənistanı aldadır”
8-12-2023, 14:56 Prezident bu yolların təmirinə 300 min manat ayırdı
8-12-2023, 14:47 Simonyanın bəyanatı: 8 kəndi niyə tələb etməməliyik? - AKTUAL
8-12-2023, 13:28 Prezident Azərbaycanla Ermənistan arasında qəbul olunan birgə bəyanatdan DANIŞDI
8-12-2023, 13:10 Niyə sülhə bu qədər yaxınlaşdılar və bir gündə nə yaşandı? - TƏHLİL
8-12-2023, 12:09 Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlanıb
8-12-2023, 12:03 İlham Əliyev Avropa Şurasının Baş katibini qəbul edib
8-12-2023, 11:41 "Azərbaycan-Ermənistan sülh sazişi niyyəti təsdiq edildi"
8-12-2023, 11:01 “Kral” NİYƏ SATILMIR? – İLGİNC
8-12-2023, 10:57 Bakıdan Kiyevə növbəti yardım göndərildi - FOTO
8-12-2023, 10:45 Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir - VİDEO