Son Dəqiqə

16-05-2022, 10:54 - Cəlilabad meşələri qan ağlayır

16-05-2022, 10:45 - Könül Həkimin Könlündə ki, Rüşvət Sevdası-VİDEO

16-05-2022, 10:43 - Qəbələdə dövlət vəsaitlərinin mənimsənildiyi iddia edilir

16-05-2022, 10:40 - Göyçay rayon sakinindən cənab Prezidentə ŞİKAYƏT

15-05-2022, 23:41 - Göyçay sakini ölüm həddinə gəlib - Cənab Prezidentə MÜRACİƏT

15-05-2022, 23:33 - Masallı meşə təsərrüfatının direktoru artıq siftə etdi

15-05-2022, 23:31 - DİN BDYPİ- si sürücülərə torba tikməklə məşğuldur?

15-05-2022, 23:28 - 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi hara baxır

15-05-2022, 23:26 - Mingəçevirdə dövlət vəsaitlərinin qaranlıq təyinatı

14-05-2022, 14:20 - Qəbələdə icra başçısı səviyyəsində sahibkara qarşı özbaşınalıq

14-05-2022, 12:17 - Siyasi dialoq:Dövlətin gələcəyinə hesablanmış ənənə

14-05-2022, 01:48 - Quba RMTM-nin sabiq (keçmiş) direktoru nə oyun çıxardır

13-05-2022, 23:12 - Göycaylı kimsəsiz ana yenidən Mehriban Əliyevaya MÜRACİƏT ETDİ: "Məni hədələyirlər"

13-05-2022, 14:32 - “Bakcell”dən Azərbaycanda növbəti İLK

12-05-2022, 02:54 - Masallıda dövlət meşə fondu zəbtləri

11-05-2022, 11:40 - Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə “Xalq üçün yaşanan ömür” adlı tədbir keçirilib

10-05-2022, 13:24 - Cəlilabad meşələri işbazların gəlir mənbəyinə çevrilib

9-05-2022, 17:12 - Şok: Cənab Prezidentin diqqətinə: Masallıda ana təbiət təhlükə altında_VİDEO

8-05-2022, 22:17 - Masallı meşə təsərrüfatının bədxassəli şişi M. Nurəliyev

8-05-2022, 22:16 - İsmayıllı sakini Elşən İsmayıllı: Dövlətimiz hüquqlarımı pozursa kimə, hara müraciət etməliyəm?

8-05-2022, 02:04 - Bu gün şəhid Ramil Musayevin doğum günüdür

8-05-2022, 02:03 - Xalq şairi İsmayıllıda məzarı başında anıldı

8-05-2022, 01:57 - İsmayıllıda məktəb müəlliməsinə qarşı aparılan iyrənc kompaniya - Üçüncü yazı

8-05-2022, 01:55 - Cəlilabad meşələrində "biçənək biznesi"

7-05-2022, 15:53 - ETSN-nin "bədxassəli şişi" Vüqar Kərimov

7-05-2022, 12:54 - Yevlaxda yol polisi rüşvət başında vətəndaş tərəfindən videoya alındı

6-05-2022, 13:11 - Şok şok: Masallıda açılan "saxta bülleten" qalmaqalı böyüyür

4-05-2022, 15:12 - Gömrükdə inhisarçılığı yaradan generallar - Kimlər hansı sahələrə nəzarət edir? - ARAŞDIRMA

Azinfo.tv
 Valyuta məzənnəsi

“Necə olur ki, cinayəti etiraf edənlər buraxılır, taksi sürücüsünə 13 il cəza verilir?”

Tarix:27-03-2022, 01:29

“Necə olur ki, cinayəti etiraf edənlər buraxılır, taksi sürücüsünə 13 il cəza verilir?”


Narkotik qaçaqmalçılığına və satışına görə həbs edilərək 13 il müddətinə azadlıqdan məhrum edilən taksi sürücüsü Faiq Məmmədovun ailəsi onunla bağlı istintaqın qərəzli aparıldığı və ədalətsiz hökmün çıxarıldığını bildirir.

“Qafqazinfo”ya müraciət edən anası Məhsəti Məmmədova bildirib ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Elxan Süleymanov da işi düzgün araşdırmayıb: “Hakim nə oğlumu, nə də digər təqsirləndirilən şəxsi məhkəmə zalına gətirdi, məhkəməni videokonfrans vasitəsilə apardı. Buna görə də oğlumun ifadəsi düzgün alınmadı, onlayn iclas keçirməklə Faiqin məhkəmədə iştirak edib sübutlara fikir bildirməsi imkanı məhdudlaşdırıldı”.

M.Məmmədova qeyd edib ki, oğlu Faiq Yevlax rayonunda taksi fəaliyyəti ilə məşğul olub: “Rayonda yaşayan Elşən 2020-ci il sentyabrın 25-də ona 100 manat verərək Beyləqana aparmasını istəyib. Yevlax avtovağzalında Elşənin daha bir tanışı avtomobilə əyləşib və birlikdə Beyləqana gediblər. Rayona çatan zaman Elşən Qardağalı kəndinə sürməsini xahiş edib. Faiq də taksi şoferi kimi onu istədiyi yerə aparıb.

Orada biraz gözlədikdən sonra Elşən həmin şəxslə birlikdə avtomobildən uzaqlaşıb və qısa müddətdə qayıdacağını deyib. Bir neçə dəqiqə sonra atəş səsi eşidilib, tanımadığı həmin şəxs qaçaraq Faiqin avtomobilinə əyləşərək tez oradan uzaqlaşmağı tələb edib. Faiq heç bir şey başa düşmədən oradan uzaqlaşıb.

Bir müddət sonra rayondan tanıdığı İbrahim adlı şəxs ona zəng edərək Elşəni birlikdə axtarmağı təklif edib. Bu zaman sərhəd qoşunlarının əməkdaşları tərəfindən saxlanılaraq hərbi hissəyə aparılıblar. 3 gündən sonra oğluma deyiblər ki sən də narkotik vasitələrin ölkə ərazisinə keçirilməsi ilə məşğul olmusan”.

Faiq Məmmədovun anası qeyd edir ki, məhkəmədə işə baxılan zaman oğlu və vəkili Faiqin narkotik qaçaqmalçılığı ilə məşğul olmasını təsdiq edən sübut olmadığını bildiriblər: “Müstəntiq özündən protokol tərtib edib ki, guya oğlumun telefonunda səs yazısı aşkar olunub və narkotiki göndərən şəxsə vatsapda səs göndərib. Vəkilimiz həmin səs yazısının təqdim edilməsini tələb edəndə məlum oldu ki, protokol saxtadır. Yəni, belə bir səs yazısı yoxdur, müstəntiq özündən protokol tərtib edib.

“Necə olur ki, cinayəti etiraf edənlər buraxılır, taksi sürücüsünə 13 il cəza verilir?”


Bundan başqa, guya sərhəd xidmətinin əməkdaşları tərəfindən aşkar olunmuş narkotikə baxış keçirilən vaxt hal şahidi gətiriblər. Ümumiyyətlə, həmin vaxt orada hal şahidi orada olmayıb. Onun baxış keçirilən vaxtı orada olmadığını sübut etmək üçün anten məlumatların çıxarılmasına dair vəsatətimizi də hakim qəsdən təmin etmədi. İşdə olan sərhəd xidmətinin əməkdaşları oğlumu tanımadılar. Yəni, narkotik keçirən şəxs kimi oğlumu görməyiblər. Müstəntiq sorğusu əsasında rayon polis idarəsindən rəy verilib ki, oğlum Faiq heç vaxt narkotik istifadə etməyib, satıcısı da olmayıb.

Bütün bu sübutlara baxmayaraq hakim Elxan Süleymanov öz istədiyi kimi hökm çıxardı. Necə olur ki, Faiqlə birgə tutulan 2 nəfər azadlığa buraxılır, avtovağzalda maşına minən adam, ümumiyyətlə, araşdırılmır. Cinayəti etiraf edənlər azadlığa buraxılır, amma taksi kimi işləyən adam günahı olmadığı halda 13 il həbs cəzası alır”.

Məhsəti Məmmədov bildirib ki, hökmdən verilən şikayətə hazırda Şirvan Apellyasiya Məhkəməsinin hakimi Məmməd Bağırov tərəfindən baxılır: “Məhkəmə sədrindən bir ana kimi, 45 il müəllimlik stajı olan şəxs kimi məni qəbul etməsini, işi nəzarətə götürməsini, ədalətli qərar çıxarılaraq Novruz bayramı ərəfəsində bir ailəni sevindirməsini xahiş edirəm”.

Qeyd edək ki, bu işlə bağlı Dövlət Sərhəd Xidmətinin yaydığı rəsmi açıqlamada 1956-cı il təvəllüdlü Gəncalı Orucov və İbrahim Qorçuzadənin də saxlanıldığı və hər iki şəxsin cinayət əməlini etiraf etdiyi, əraziyə narkotik vasitə götürməyə gəldikləri barədə ifadə verdikləri bildirilib.

Lakin sonradan İbrahim Qorçuzadə ilə bağlı cinayət işinə xitam verilib. Gəncalı Orucov isə inzibati qaydada cərimələnərək sərbəst buraxılıb. Elşən Süleymanov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Oxunub: 48

XƏBƏR LENTİ
16-05-2022, 10:54 Cəlilabad meşələri qan ağlayır
16-05-2022, 10:45 Könül Həkimin Könlündə ki, Rüşvət Sevdası-VİDEO
16-05-2022, 10:43 Qəbələdə dövlət vəsaitlərinin mənimsənildiyi iddia edilir
16-05-2022, 10:40 Göyçay rayon sakinindən cənab Prezidentə ŞİKAYƏT
15-05-2022, 23:41 Göyçay sakini ölüm həddinə gəlib - Cənab Prezidentə MÜRACİƏT
15-05-2022, 23:33 Masallı meşə təsərrüfatının direktoru artıq siftə etdi
15-05-2022, 23:31 DİN BDYPİ- si sürücülərə torba tikməklə məşğuldur?
15-05-2022, 23:28 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi hara baxır
15-05-2022, 23:26 Mingəçevirdə dövlət vəsaitlərinin qaranlıq təyinatı
14-05-2022, 14:20 Qəbələdə icra başçısı səviyyəsində sahibkara qarşı özbaşınalıq
14-05-2022, 12:17 Siyasi dialoq:Dövlətin gələcəyinə hesablanmış ənənə
14-05-2022, 01:48 Quba RMTM-nin sabiq (keçmiş) direktoru nə oyun çıxardır
13-05-2022, 23:12 Göycaylı kimsəsiz ana yenidən Mehriban Əliyevaya MÜRACİƏT ETDİ: "Məni hədələyirlər"
12-05-2022, 02:54 Masallıda dövlət meşə fondu zəbtləri
11-05-2022, 11:40 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə “Xalq üçün yaşanan ömür” adlı tədbir keçirilib
10-05-2022, 13:24 Cəlilabad meşələri işbazların gəlir mənbəyinə çevrilib
9-05-2022, 17:12 Şok: Cənab Prezidentin diqqətinə: Masallıda ana təbiət təhlükə altında_VİDEO
8-05-2022, 22:17 Masallı meşə təsərrüfatının bədxassəli şişi M. Nurəliyev
8-05-2022, 22:16 İsmayıllı sakini Elşən İsmayıllı: Dövlətimiz hüquqlarımı pozursa kimə, hara müraciət etməliyəm?