Son Dəqiqə

1-10-2022, 11:39 - Ankaradan Moskvaya sərt mesaj: Rədd edirik!

1-10-2022, 11:34 - Prezident Sofiyada Yunanıstanın Baş naziri ilə görüşdü - FOTO

1-10-2022, 10:16 - Baş prokuror: "Tərtər işi" ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir"

1-10-2022, 10:11 - Ağ Ev: "Kreml hərbi yolla bacarmadığına siyasi yolla nail olmaq istəyir"

1-10-2022, 10:07 - Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb

1-10-2022, 01:51 - Nahid Bağırov İsmayıllı rayon sakinini ÖLÜMLƏ üz-üzə qoyub - DƏHŞƏT - VİDEO+FOTO

30-09-2022, 19:57 - Zelenski NATO sənədi imzaladı: "Qətiyyətli addım..." - TƏCİLİ İCLAS

30-09-2022, 19:53 - "Əlimizdən gələni edirik ki, tərəfdaşlarımızı təbii qazla təmin edək”

30-09-2022, 19:49 - ABŞ-dan Ermənistan şirkətlərinə sanksiya - SƏBƏB

30-09-2022, 19:44 - Kremldə Ukraynanın 4 regionunun Rusiyaya daxil olmasına dair sazişlər imzalanıb - VİDEO

30-09-2022, 16:00 - Bayramov və Mirzoyan görüşəcək

30-09-2022, 15:30 - Erməni hərbi analitik: Bakı 2 günə bizi bu günə qoydusa...

30-09-2022, 15:28 - Prezident onlara ali xüsusi rütbələr verdi - SİYAHI

30-09-2022, 15:22 - Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

30-09-2022, 14:10 - Azərbaycan bayrağına hörmətsizlik edən vəzifəli şəxs şəhid övladı imiş - YENİLƏNİB - VİDEO

30-09-2022, 14:03 - Bakıda polisdən qaçan sürücü dəhşət yaşatdı, atəş açıldı - ANBAAN VİDEO

30-09-2022, 13:52 - Azərbaycan və Bolqarıstan prezidentləri arasında təkbətək görüş olub - FOTO

30-09-2022, 13:48 - “Caliber”: “Ermənistan yeni müharibəyə hazırlaşır” - VİDEO

30-09-2022, 13:41 - Zelenskidən Putinə ŞOK TƏHDİD - Ukraynanın cavabı ağır olacaq

30-09-2022, 13:32 - Bakıda səs-küylü gecə: Polisə tabe olmayan şəxsin maşınına atəş açıldı

30-09-2022, 13:25 - İlham Əliyev Sofiyada naməlum əsgərin məzarını ziyarət edib

30-09-2022, 13:20 - İlham Əliyev Bolqarıstana rəsmi səfərə gedib - FOTO

30-09-2022, 13:16 - Hacı Şahin Hüseynov qazilərə, şəhid ailələrinə, veteranlara daim diqqət və qayğı göstərir - ÖZƏL

30-09-2022, 12:08 - Trampdan DÜNYAYA MESAJ: "Bu təxribat müharibəyə səbəb ola bilər"

30-09-2022, 11:52 - Ziya Ağayev: Ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq

30-09-2022, 11:50 - Nəbi İsgəndərov: 44 günlük müharibənin hər bir günü Zəfər günü idi

30-09-2022, 11:17 - Rəhim Rəhimlinin ölüm səbəbi açıqlandı

30-09-2022, 11:12 - Müğənni Rəhim Rəhimli vəfat etdi - FOTO

Azinfo.tv
 Valyuta məzənnəsi

Çempionlar Liqası: "Qarabağ" mübarizəni dayandırdı - YENİLƏNİB

Tarix:24-08-2022, 09:00

Çempionlar Liqası: "Qarabağ" mübarizəni dayandırdı - YENİLƏNİB


“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib.

Köhlən atlar” Çexiyada “Viktoriya” (Plzen) komandasının qonağı olub. Portuqaliyalı FIFA referisi Artur Diaşın idarə etdiyi görüş Ağdam təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Matçdan öncə meydan sahiblərinin baş məşqçisi Mixal Bilek müdafiə futbolu sərgiləyəcəklərini bildirsə də, Plzen klubu oyuna hücumlarla başlayıb. İlk dəqiqələrdən Azərbaycan çempionunu meydanın ona aid hissəsinə sıxışdıran “Viktoriya” erkən qolla vəziyyəti özm xeyrinə dəyişməyə çalışıb. 2-ci dəqiqədə Lukaş Kalvaxın vurduğu top qapıdan aralı keçib. “Qarabağ”ın qapı istiqamətində ilk zərbəsi 16-cı dəqiqəyə təsadüf edib. Abdullah Zubirin zərbəsində dəqiqlik çatmayıb. 2 dəqiqə sonra Kadi Borgesin ötürməsində sonra Filip Ozobiçin Yindrjix Staneklə üzbəüz qalmasına Ludek Pernitsa mane olub. 19-cu dəqiqədə referi onun qərarına etiraz edən Luka Quqeşaşviliyə sarı vərəqə göstərib. 30-cu dəqiqədə İbrahima Vadji sürəti hesabına rəqibin cərimə meydançasına daxil olub ötürmə etmək istəsə də, Libor Holik onun qarşısını kəsib. 34-cü dəqiqədə Marko Veşoviçin sağ cinahdan qapı qarşısına göndərdiyi topa komanda yoldaşlarından heç kim toxuna bilməyib. 38-ci dəqiqədə isə Ozobiç baxımlı qolla hesabı açıb. Kadi Borgesin standart vəziyyətdən ötürməsini müdafiəçilər uzaqlaşdırmaq istəyərkən top Azərbaycan millisinin yarımmüdafiəçisinin qarşısına düşüb. Xorvatiyalı futbolçu dəqiq zərbə ilə komandasını önə çıxarıb. Qoldan sonra təzyiqi artıran “Qarabağ” 42-ci dəqiqədə fərqi artırmağa yaxın olub. Amma Toral bayramovun sol cinahdan ötürməsini nə Vadji, nə də Ozobiç tamamlaya bilib. Hücumun davamında Riçard Almeydanın cərimə meydançasının kənarından endirdiyi qüvvətli zərbə az fərqlə tirin üstündən keçib. İlk hissə “köhlən atlar”ın minimal hesablı üstünlüyü ilə yekunlaşıb.

İkinci hissəyə də fəal başlayan Ağdam klubu 48-ci dəqiqədə Zubirlə rəqib qapısı qarşısında təhlükə yaradıb. Lakin onun zərbəsindən sonra top müdafiəçilərə dəyərək, qapı xəttini tərk edib. 50-ci dəqiqədə Kadi Borges uzaq məsafədən çərçivəni nişan alsa da, fərqin böyüməsinə Stanek imkan verməyib. 53-cü dəqiqədə Almeyda zədələnərək meydanı tərk edib. Onu Marko Yankoviç əvəzləyib. 58-ci dəqiqədə hesab bərabərləşib. Şahruddin Məhəmmədəliyevin çıxışda səhvə yol verməsindən sonra Yan Kopits topu qapıdan keçirib. 65-ci dəqiqədə Ozobiç asmasını Bəhlul Musatafazadə başla qapıya göndərsə də, zərbəsində dəqiqlik çatmayıb. 73-cü dəqiqədə isə “Viktoriya” hesabda önə keçib. Yan Kliment 2-ci topu Azərbaycan təmsilçisinin qapısından keçirib. 75-ci dəqiqədə Kalvaxın zərbəsini Məhəmmədəliyev çətinliklə dəf edib. 83-cü dəqiqədə Kadi Borges sol cinahda 2 rəqibini keçib yerlə ötürmə versə də, top ikinci hissədə meydana daxil olan Ramil Şeydayevə çatmayıb. 85-ci dəqiqədə Şeydayevin vurduğu top qapıdan azca aralı keçib. 90-cı dəqiədə Kvabena Ovusunun zərbəsi təhlükəli alınsa da, hədəfdən yayınıb.

Beləliklə, Bakıdakı qolsuz heç-heçədən sonra cavab görüşündə "Viktoriya"ya uduzan "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb. Ağdam təmsilçisi yoluna Avropa Liqasının qrup mərhələsində davam edəcək.

***

Çexiyada "Viktoriya" (Plzen) və "Qarabağ" arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda 3-cü qol vurulub.

Plzen təmsilçisi 2-ci topu "köhlən atlar"ın qapısından keçirməklə, hesabı öz xeyrinə dəyişib - 2:1.


***

Çexiyada "Viktoriya" (Plzen) və "Qarabağ" arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda hesab bərabərləşib.

58-ci dəqiqədə meydan sahiblərindən Yan Kopits tarazlığı bərpa edib.
Oxunub: 36

XƏBƏR LENTİ
1-10-2022, 11:39 Ankaradan Moskvaya sərt mesaj: Rədd edirik!
1-10-2022, 11:34 Prezident Sofiyada Yunanıstanın Baş naziri ilə görüşdü - FOTO
1-10-2022, 10:16 Baş prokuror: "Tərtər işi" ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir"
1-10-2022, 10:11 Ağ Ev: "Kreml hərbi yolla bacarmadığına siyasi yolla nail olmaq istəyir"
1-10-2022, 10:07 Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
1-10-2022, 01:51 Nahid Bağırov İsmayıllı rayon sakinini ÖLÜMLƏ üz-üzə qoyub - DƏHŞƏT - VİDEO+FOTO
30-09-2022, 19:57 Zelenski NATO sənədi imzaladı: "Qətiyyətli addım..." - TƏCİLİ İCLAS
30-09-2022, 19:53 "Əlimizdən gələni edirik ki, tərəfdaşlarımızı təbii qazla təmin edək”
30-09-2022, 19:49 ABŞ-dan Ermənistan şirkətlərinə sanksiya - SƏBƏB
30-09-2022, 19:44 Kremldə Ukraynanın 4 regionunun Rusiyaya daxil olmasına dair sazişlər imzalanıb - VİDEO
30-09-2022, 16:00 Bayramov və Mirzoyan görüşəcək
30-09-2022, 15:28 Prezident onlara ali xüsusi rütbələr verdi - SİYAHI
30-09-2022, 15:22 Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
30-09-2022, 13:52 Azərbaycan və Bolqarıstan prezidentləri arasında təkbətək görüş olub - FOTO
30-09-2022, 13:48 “Caliber”: “Ermənistan yeni müharibəyə hazırlaşır” - VİDEO
30-09-2022, 13:41 Zelenskidən Putinə ŞOK TƏHDİD - Ukraynanın cavabı ağır olacaq
30-09-2022, 13:25 İlham Əliyev Sofiyada naməlum əsgərin məzarını ziyarət edib
30-09-2022, 13:20 İlham Əliyev Bolqarıstana rəsmi səfərə gedib - FOTO
30-09-2022, 13:16 Hacı Şahin Hüseynov qazilərə, şəhid ailələrinə, veteranlara daim diqqət və qayğı göstərir - ÖZƏL