Son Dəqiqə

18-09-2020, 17:58 - Xalq artisti Zemfira Nərimanova məhkəməlik oldu

18-09-2020, 14:03 - Axtarışa verilən Əli Həsənova Abidin Fərzəliyevin bağışladığı villa — FOTO

16-09-2020, 19:39 - Gözdən əlili ara fəhləsi kimi işlədirlər... - GİLEY

16-09-2020, 19:39 - Gəncə təhsilində nələr baş verir? - İDDİA

16-09-2020, 19:37 - Ağdamın başçısına qohumbazlıq suçlaması - "Biabırçılıqdır..."

16-09-2020, 19:36 - ŞOK FAKT: İnam Kərimovu necə gözdən salmaq istəyiblər? - Ramiz Mehdiyevlə Əli Həsənovun çirkin oyunları...

16-09-2020, 19:35 - “Zeytun”la bağlı şok iddialar: Şantaj, hədə... - İTTİHAM

16-09-2020, 19:33 - Sabirabad Olimpiya Kompleksində ŞOK YEYİNTİ... - İTTİHAM

16-09-2020, 19:32 - "Mənə tikilən evi satıblar başqasına... QALMIŞIQ ÇÖLDƏ" - Ağcabədidə NARAZILIQ

16-09-2020, 19:31 - "Oqtay Əsədovun qudası Samuxda insanlara zülm edir..." - İTTİHAM

16-09-2020, 19:29 - Xalq şairi Əli Həsənovu "TOPA TUTDU" - "Onun Fətullah Gülənlə əlaqələrinin olması..."

12-09-2020, 19:58 - Bakcell Əli Həsənovun toruna necə düşübmüş? – Nəsib Həsənov onun sözündən niyə çıxa bilmirdi?

12-09-2020, 19:58 - Kərəm Həsənovun “Hacıkənd əməliyyatı” – Bu dəfə onu əfv edəcəklərmi?

12-09-2020, 19:57 - Kərəm Həsənov qalmaqallı əmisi oğlunu özünə köməkçi təyin edib? – FOTO

12-09-2020, 19:57 - Azərbaycan nefti ucuzlaşdı

12-09-2020, 19:56 - Nizami Xudiyevin prokuror oğlu işdən çıxarıldı

12-09-2020, 19:56 - “Binə” Ticarət Mərkəzi açılır — FOTO

12-09-2020, 19:37 - Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab Fikrət Məmmədova

11-09-2020, 16:30 - Metro bu tarixədək bağlı olacaq — RƏSMİ

11-09-2020, 16:10 - Sumqayıtda kişi zorakılıqla öldürüldü

11-09-2020, 16:05 - Tramp “TikTok”a güzəşt etmədi

11-09-2020, 15:41 - Nazirlik deputata cavab verdi

11-09-2020, 15:05 - icra başçısının müavinindən İNANILMAZ XƏYANƏT - Xarici dövlətlərə sığınıb prezidentə böhtan atan blogerlərdən kömək istəyən Şahmar İbadovun BAŞI DƏRDDƏ

11-09-2020, 14:55 - Rusiyanın məşhur səhifəsi Firdovsi Umudovun görüntüsünü paylaşdı - Video

11-09-2020, 14:47 - “Ramiz Mehdiyev onların əleyhinə çox şeylər danışdı”

11-09-2020, 14:44 - Sabah gücləndirilmiş dezinfeksiya aparılacaq

11-09-2020, 14:40 - Profil açıb narkotiki təbliğ edən şəxs saxlanıldı

11-09-2020, 14:27 - Məşhur qəssab bu dəfə də qəhvəsinə qızıl səpdi — VİDEO

Azinfo.tv
 Valyuta məzənnəsi

Məşhur sosial şəbəkələr bu ölkələrdə qadağandır — İlginc səbəblər

Tarix:12-08-2020, 13:47

Məşhur sosial şəbəkələr bu ölkələrdə qadağandır — İlginc səbəblər


Nəhəng dövlətlər arasındakı konfliktlərin sosial şəbəkələrin fəaliyyətinə ciddi təsiri son günlər mediada xeyli aktualdır. Maraqlıdır, dünya ölkələri hansı sosial şəbəkələrə, niyə qadağa qoyublar?
Ted.az bildirir ki, son günlər pandemiya ilə əlaqədar Zoom və ABŞ - Çin münasibətlərindən dolayı TikTok müxtəlif qadağalarla gündəmdədir.

Zoom-a bir sıra ölkələrdə məhdudiyyət qoyulub. Onlardan biri də Tayvan olub. Qadağaya səbəb kimi məlumat təhlükəsizliyinin yetərincə olmaması göstərilib. Fərdi məlumatların Çinə daşındığı iddia olunur. Bir müddət öncə Türkiyədə də Zoom vasitəsilə müəllimlərin kart hesablarından pul oğurlanması iddiası ortaya çıxmışdı. Nyu-York Şəhər Təhsil Departamenti Zoom-a qadağa qoyanlar arasındadır.

Türkiyədə dövlət işçilərinə WhatsApp və Telegram-dan istifadə qadağan edilib. Dövlət qurumlarında yalnız Türkiyə istehsalı mesajlaşma tətbiqlərindən istifadəyə icazə veriləcək. Mütəxəssislərin fikrincə, qadağa məxfi məlumatların digər ölkələrə ötürülməsinin qarşısını almaq məqsədilə tətbiq edilir.

Hindistan-Çin münasibətlərindəki problemlərin artması TikTok-a düşərli olmayıb. Bununla yanaşı, Hindistan 59 Çin tətbiqinə qadağa qoyub. Buna ABŞ-Çin münasibətlərin də səbəb olduğu söylənilir.

Birləşmiş Ərəb Əmirliklərində Tvitter, Feysbuk, Yutub kimi böyük platformalara qarşı da ara-sıra qadağalar tətbiq edilir. Flickr, VKontakte, Skype-a da uzun müddət qadağa qoyulub.

Hindistan Daxili İşlər Nazirliyi polislərə Feysbukdan istifadəni qadağan edib. Qadağanın əsas məqsədi xarici qüvvələrə məlumat ötürülməsinin qarşısını almaqdır. Rəsmilərin fikrincə, Hindistan özü Feysbuk kimi sosial şəbəkə yaratmalıdır ki, bura yerli əhalidən başqa heç bir xarici ölkə daxil ola bilməsin. Qaydağaya əməl etməyənlər inzibati məsuliyyətə cəlb olunurlar.
Çin ərazisində WhatsApp, YouTube, Neftlix, Tumblr, Vikipedia, İnstaqram və Redditin fəaliyyəti məhdudlaşdırılıb. Amma Çindəki bəzi yerli sosial şəbəkələr məşhurluğu və istifadəçi sayına görə heç də Feysbuk və Yutubdan geri qalmır. Məsələn, Çin istehsalı olan Qzone sosial şəbəkəsi istifadəçi sayına görə dünyada üçüncü yerdə qərarlaşıb. Yalnız Çinin daxilində istifadə edilir və kənarda tanınmır.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Netflix-dən istifadəni qadağan etməklə bağlı qərarını isə çoxları birmənalı qarşılamayıb. TBMM səlahiyyətliləri bu qərarı belə əsaslandırıblar: "Millət vəkillərinin internet sürəti ilə bağlı şikayətləri araşdırıldı. Abunəlik əsasında fəaliyyət göstərən platformaların günün pik saatlarında interneti xeyli məşğul etdiyi məlum oldu. Buna görə də, mart ayında idarə heyətinə Netflix də daxil olmaqla, bir sıra platformalara giriş qadağan olundu. İyunun 26-dan isə bu məhdudiyyət hər kəsə şamil edildi". Qeyd edək ki, qadağanın R.T.Ərdoğanın sosial məhdudiyyətlər barədə açıqlaması ilə əlaqədar olmadığı vurğulanıb.

Odnoklassniki, VKontakte kimi Rusiya sosial şəbəkələri, həmçinin Yandex şirkətinin bütün xidmətləri Ukraynada qadağa olunub.

2018-ci ildə İraqda başlayan aksiyalara görə tətbiq olunan sosial şəbəkələrə qadağa qərarı isə bir müddət sonra ləğv edilib.

Uzun illərdir ABŞ-la qarşıdurma vəziyyətində yaşayan İran da Whatsapp, Viber, Feysbuk, Tvitter, Yutub-u bloklayıb.

Telegram isə çox geniş istifadə edildiyi üçün onun bloklanması bir çox vətəndaşı işsiz qoya bilər.
Oxunub: 1849

XƏBƏR LENTİ
18-09-2020, 17:58 Xalq artisti Zemfira Nərimanova məhkəməlik oldu
18-09-2020, 14:03 Axtarışa verilən Əli Həsənova Abidin Fərzəliyevin bağışladığı villa — FOTO
16-09-2020, 19:39 Gözdən əlili ara fəhləsi kimi işlədirlər... - GİLEY
16-09-2020, 19:39 Gəncə təhsilində nələr baş verir? - İDDİA
16-09-2020, 19:37 Ağdamın başçısına qohumbazlıq suçlaması - "Biabırçılıqdır..."
16-09-2020, 19:36 ŞOK FAKT: İnam Kərimovu necə gözdən salmaq istəyiblər? - Ramiz Mehdiyevlə Əli Həsənovun çirkin oyunları...
16-09-2020, 19:35 “Zeytun”la bağlı şok iddialar: Şantaj, hədə... - İTTİHAM
16-09-2020, 19:33 Sabirabad Olimpiya Kompleksində ŞOK YEYİNTİ... - İTTİHAM
16-09-2020, 19:32 "Mənə tikilən evi satıblar başqasına... QALMIŞIQ ÇÖLDƏ" - Ağcabədidə NARAZILIQ
16-09-2020, 19:31 "Oqtay Əsədovun qudası Samuxda insanlara zülm edir..." - İTTİHAM
16-09-2020, 19:29 Xalq şairi Əli Həsənovu "TOPA TUTDU" - "Onun Fətullah Gülənlə əlaqələrinin olması..."
12-09-2020, 19:58 Bakcell Əli Həsənovun toruna necə düşübmüş? – Nəsib Həsənov onun sözündən niyə çıxa bilmirdi?
12-09-2020, 19:58 Kərəm Həsənovun “Hacıkənd əməliyyatı” – Bu dəfə onu əfv edəcəklərmi?
12-09-2020, 19:57 Kərəm Həsənov qalmaqallı əmisi oğlunu özünə köməkçi təyin edib? – FOTO
12-09-2020, 19:56 Nizami Xudiyevin prokuror oğlu işdən çıxarıldı
12-09-2020, 19:56 “Binə” Ticarət Mərkəzi açılır — FOTO
12-09-2020, 19:37 Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab Fikrət Məmmədova
11-09-2020, 16:30 Metro bu tarixədək bağlı olacaq — RƏSMİ
11-09-2020, 16:05 Tramp “TikTok”a güzəşt etmədi