Son Dəqiqə

Dünən, 16:00 - Paşinyan qapalı iclasda İlham Əliyevlə görüşü haqda nə danışdı?.. - Ermənistan KİV

Dünən, 15:30 - Ermənistanda yeni iqtisadi sıçrayış: Nikol yaxşı “oynayır” - Görünəni odur ki...

Dünən, 14:22 - Gərginlik qırılma xəttinə çatır: Xaos planı ilə Azərbaycan ətrafında yerləşirlər - NƏ BAŞ VERİR?

Dünən, 13:39 - DİQQƏT! - Bu şəxslər hərbi xidmətdən azaddır

Dünən, 12:19 - “Əbədi Birlik” Gənclər İctimai Birliyi, Gəncliyə Yardım Fondu, BMT tərəfdaşı Beynəlxalq İnsan Hüquqları Müdafiə komitəsi və Beynəlxalq İnformasiya Agentliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı tədbir keçirilib

Dünən, 10:00 - Bu gün Su çərşənbəsidir

Dünən, 09:54 - Ali təhsilli olanları satıcı işləməyə nə vadar edir? - VİDEO

Dünən, 09:43 - Məktəbə avtomobillə gələn yuxarı sinif şagirdləri ilə bağlı XƏBƏRDARLIQ

Dünən, 09:38 - “Tərtər işi”ndə bəraət alan əsgərə təzminat veriləcək - Məbləğ

Dünən, 09:33 - Rus sərhədçiləri Ermənistanı tərk etməlidir - Alen Simonyan

Dünən, 09:17 - Azərbaycan Cənubi Qafqazda Fransa ilə Almaniyanı üz-üzə gətirir, hərbi-texniki əməkdaşlıq...

Dünən, 09:00 - Çingiz Mustafayevlə bağlı 32 illik gerçək üzə çıxdı

Dünən, 08:44 - Bayden: "İsrail Ramazan ayında Qəzzada fəaliyyətini dayandıracaq"

Dünən, 08:40 - Kamil Zeynallı başına gələnləri onun "üstünə yıxdı" - FOTO

Dünən, 08:28 - Prezidentin nazir təyin etdiyi Fərid Əhmədov kimdir? - DOSYE

Dünən, 08:24 - İlham Əliyev yeni nazir təyin etdi - FOTO

Dünən, 07:17 - Tanınmış həkim sevgilisi ilə birlikdə həyat yoldaşını döydü - KİV

Dünən, 07:12 - Prezident Səudiyyə Ərəbistanının Həcc və Ümrə nazirini qəbul etdi

Dünən, 07:01 - Ailə boşandıqda qanunvericilik daha çox kişiyə, yoxsa qadına hüquq tanıyır? – AÇIQLAMA

Dünən, 06:15 - İranın bu addımı Qərbdə müsbət qarşılanacaq – The Wall Street

Dünən, 06:08 - Azərbaycanda əxlaq polisi yaradılır? - VİDEO

26-02-2024, 16:00 - Qafqazda sülh müqaviləsi post-Putin dövrünün məsələsidir - NƏ ETMƏLİ?

26-02-2024, 15:30 - Yeni müharibəyə hazırlıq: Ermənistana silah gətirən nazirin şok planı - GƏLİŞMƏ

26-02-2024, 14:22 - Müharibə riski artır, Paşinyan üçün təhlükə böyüyür - Növbəti gediş Kremlindir

26-02-2024, 10:13 - Rusiya "erməni böhranı"nı birdəfəlik həll edəcək: Kreml Ermənistanın taleyi ilə bağlı yekun qərar vermək üzrədir

26-02-2024, 10:01 - Nazirliyə yeni təyinat - SƏRƏNCAM (FOTO)

26-02-2024, 10:00 - Ərdoğan: Türkiyə Qarabağda qardaşları ilə əl-ələ, çiyin-çiyinə dayanır

26-02-2024, 09:54 - Prezident Xocalıda soyqırımı memorialının təməlini qoyub

Azinfo.tv
 Valyuta məzənnəsi

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 140 il ötür

Tarix:31-01-2024, 09:00

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 140 il ötür


Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 140 il ötür.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyub, buranı bitirdikdən sonra təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. Milli istiqlal hərəkatımızın və təkcə türk ellərində deyil, bütün Şərq, İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşlı M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilib.

1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.

1993-cü ilin 29 dekabrında Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" fərman imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan 2023-cü il dekabrın 30-da Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, bu il Mədəniyyət Nazirliyi Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir.
Oxunub: 18

XƏBƏR LENTİ
Dünən, 16:00 Paşinyan qapalı iclasda İlham Əliyevlə görüşü haqda nə danışdı?.. - Ermənistan KİV
Dünən, 15:30 Ermənistanda yeni iqtisadi sıçrayış: Nikol yaxşı “oynayır” - Görünəni odur ki...
Dünən, 14:22 Gərginlik qırılma xəttinə çatır: Xaos planı ilə Azərbaycan ətrafında yerləşirlər - NƏ BAŞ VERİR?
Dünən, 13:39 DİQQƏT! - Bu şəxslər hərbi xidmətdən azaddır
Dünən, 12:19 “Əbədi Birlik” Gənclər İctimai Birliyi, Gəncliyə Yardım Fondu, BMT tərəfdaşı Beynəlxalq İnsan Hüquqları Müdafiə komitəsi və Beynəlxalq İnformasiya Agentliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı tədbir keçirilib
Dünən, 10:00 Bu gün Su çərşənbəsidir
Dünən, 09:54 Ali təhsilli olanları satıcı işləməyə nə vadar edir? - VİDEO
Dünən, 09:43 Məktəbə avtomobillə gələn yuxarı sinif şagirdləri ilə bağlı XƏBƏRDARLIQ
Dünən, 09:33 Rus sərhədçiləri Ermənistanı tərk etməlidir - Alen Simonyan
Dünən, 09:17 Azərbaycan Cənubi Qafqazda Fransa ilə Almaniyanı üz-üzə gətirir, hərbi-texniki əməkdaşlıq...
Dünən, 08:44 Bayden: "İsrail Ramazan ayında Qəzzada fəaliyyətini dayandıracaq"
Dünən, 08:40 Kamil Zeynallı başına gələnləri onun "üstünə yıxdı" - FOTO
Dünən, 08:28 Prezidentin nazir təyin etdiyi Fərid Əhmədov kimdir? - DOSYE
Dünən, 08:24 İlham Əliyev yeni nazir təyin etdi - FOTO
Dünən, 07:12 Prezident Səudiyyə Ərəbistanının Həcc və Ümrə nazirini qəbul etdi
Dünən, 07:01 Ailə boşandıqda qanunvericilik daha çox kişiyə, yoxsa qadına hüquq tanıyır? – AÇIQLAMA
Dünən, 06:15 İranın bu addımı Qərbdə müsbət qarşılanacaq – The Wall Street
Dünən, 06:08 Azərbaycanda əxlaq polisi yaradılır? - VİDEO
26-02-2024, 16:00 Qafqazda sülh müqaviləsi post-Putin dövrünün məsələsidir - NƏ ETMƏLİ?