Son Dəqiqə

17-09-2021, 16:38 - Quba regional meşə təsərrüfatı mərkəzində nələr baş verir! Hər ayın axırı nazir müavini gəlib 70-80 min manat rüşvət aparır!Video-fakt

17-09-2021, 09:25 - Saakaşvili Gürcüstana gəlmək üçün Avropa Parlamentinin üzvləri ilə görüş keçirib

17-09-2021, 09:23 - O torpaq sahəsinə görə icra başçısı Mehdi Səlimzadəyə 5000(beş min) mnat rüşvət vermişəm - KORRUPSİYA

16-09-2021, 21:54 - İsmayıllıda bir neçə kəndin avtomobil yolu yenidən keyfiyyətli şəkildə təmir olundu! Fotolar

16-09-2021, 15:32 - "“Bakcell”dən “Pulsuz zəng” adlı yeni məhsul”

16-09-2021, 10:25 - İsmayıllıda vətəndaşlara olan xüsusi diqqət və qayğı davam etdirilir

16-09-2021, 10:23 - İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub

16-09-2021, 10:19 - Lerik meşələrinin qənimi Nazir Orucov yenə də qan-qan deyir! Video-audio

15-09-2021, 13:14 - Azərbaycan Respublikasının Prezdenti İLHAM ƏLİYEVƏ

15-09-2021, 13:12 - Nazir Sahil Babayev vərəm xəstəsinin təqaüdünü kəsib Video müsahibə

15-09-2021, 01:31 - Nazir Sahil Babayev ruhi xəstənin təqaüdünü kəsib. Video müsahibə

14-09-2021, 14:12 - "Bakcell abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna SMS-lə ianə etmək imkanı”

13-09-2021, 15:00 - "Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsi elan olundu”

13-09-2021, 02:17 - İsmayıllıda internet yoxdur! Kütləvi narazılıq növbəti problemlərə səbəb olacaq - VİDEO

11-09-2021, 15:59 - İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub

9-09-2021, 10:56 - Vətəndaş! Xalq bank saxtakarlıq, fırıldaq, quldurluq və reketliklə məşğuldur - VİDEO

8-09-2021, 01:52 - Təhsil əngəl tanımır

8-09-2021, 01:50 - İsmayıllının İvanovka kəndinin əhalisinin içməli su problemi həll edilmişdir

7-09-2021, 10:29 - Yardımlıda narkotacirlərə niyə dəyib-dolaşan yoxdur?

7-09-2021, 10:27 - Körpəsi alınan ANANIN üsyanı - Balamı mənə vermirlər! Məhkəmənin qərarı icra olunmur!

7-09-2021, 10:13 - Ucar rayonu Alpout kənd sakini Abbasova Mehriban İnqilab qızı tərəfindən ŞİKAYƏT

7-09-2021, 10:09 - Siyəzəndə şəhid oğlu icra başçısı Novruz Novruzov və birinci müavini Aqşin Ağayev barəsində şok ittihamlar səsləndirdi Video

6-09-2021, 00:37 - Mehdi Səlimzadə üzünə qanunsuz əməllərinə görə etiraz etdiyimə görə məndən qisas alır Video

6-09-2021, 00:31 - Siyəzən rayon icra hakimiyyəti başçısının birinci müavini Aqşin Ağayev barəsində şok iddia - Video

3-09-2021, 10:39 - Şuşa Azərbaycan şəhəridir

3-09-2021, 10:39 - Şuşada Molla Pənah Vaqifin məqbərəsinin yenidən ucaldılması bütövlükdə Azərbaycan ədəbiyyatına verilən yüksək dəyərdir

3-09-2021, 00:11 - Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş keçirilib

3-09-2021, 00:08 - Göyçay: Məktəbimiz, yolumuz bərbad, baxanımız yoxdur,10 dəqiqəlik yolu 40 dəqiqəyə gedirik,uşaqlar məktəbdən evə bit-birə gətirirlər...!_ŞİKAYƏT

Azinfo.tv
 Valyuta məzənnəsi

Şuşada Molla Pənah Vaqifin məqbərəsinin yenidən ucaldılması bütövlükdə Azərbaycan ədəbiyyatına verilən yüksək dəyərdir

Tarix:3-09-2021, 10:39

Şuşada Molla Pənah Vaqifin məqbərəsinin yenidən ucaldılması bütövlükdə Azərbaycan ədəbiyyatına verilən yüksək dəyərdir





Şuşa ölkəmizin təbiətinin, tarixinin və sənətinin nadir incisidir. Təbiət, tarix, sənət heç nəyi əsirgəməyib Şuşadan. Füsunkar mənzərələr, gözəl hava, şəfa dolu sular təbiətin dağlarda yerləşən şəhərə Tanrı tərəfindən bəxş olunan töhfədir. Qədim qalalar, bürclər, binalar, küçələr, bulaqlar, daşlar tarixin yadigarlarıdır. Musiqi də, şeir də bu müqəddəs torpağın hər bir qarışında yaşayır. Qarabağ tarixinin, Qarabağda yaranan şeir, musiqi sənətinin zəngin ənənələri bu gün də diridir, canlıdır...

29 ildən sonra yenidən Molla Pənah Vaqifin görüşünə gəlmişdi hər kəs. Yenə onun məqbərəsi ətrafında qələbəlik idi. Qələbə ovqatlı, Zəfər ovqatlı. Burada şeir söyləyən də vardı, muğam oxuyan da. Vaqifin nakam ruhu da elə buradakıların bərabərində dayanıb, hamını salamlayırdı. O müqəddəs ruh ki, illərin həsrətindən qaçaq düşmüşdü buralardan. Amma həmin ruh öz can sirdaşlarının, can qardaşlarının gələcəyi günü səbirsizliklə gözləmişdi. Bax, o gün bu gün idi, Molla Pənah Vaqifin məqbərəsinin yenidən açıldığı gün, Vaqif Poeziya Günlərinin yenidən başladığı gün.

39 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra yenidən təşkil olundu. Tarixi bir az geriyə çevirək. Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını Ulu Öndər Heydər Əliyev vermişdi. Ümumilli liderin təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də Şuşada qarlı, şaxtalı havada məqbərənin açılışı olmuşdu. Bu, təbii ki, o dövrdə sıradan olan hadisə deyildi. Çünki o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Uzun illər ermənilər Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Halbuki, bunun üçün heç bir tarixi, mədəni əsas yox idi. Onu da bildirək ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda, Qarabağ xanının vəziri idi. Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldıldı və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapdı. Məhz bu səfər çərçivəsində ümummilli lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verdi və həmin ilin 29 iyul - 3 avqust tarixlərində Şuşada Vaqif Poeziya Günləri keçirildi. Müasir Azərbaycan ədəbiyyatı tarixində öz bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il avqust ayında şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşardı. Ədəbiyyatsevərlər arasında böyük maraqla qarşılanan bu günlər çərçivəsində şeir gecələri ilə yanaşı, konsert proqramları da təqdim edilirdi.

Prezident İlham Əliyevin Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etməsi, burada “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin bərpa edilməsi təkcə Şuşa şəhərində deyil, bütövlükdə torpaqlarını işğaldan azad etmiş və ərazi bütövlüyünə qovuşmuş müstəqil Azərbaycanda mədəni həyatın təntənəsinə çevrildi.

Heydər Əliyev Fondunun təşkil etdiyi tədbirin məqbərə önündəki açılış mərasimi, cənab prezident İlham Əliyevin qətiyyətli çıxışı və kövrək xatirələri, daha sonra dağlara səpələnən “Qarabağ” şikəstəsinin sədaları Şuşanın bir daha Azərbaycan mədəniyyətinin günəşi olmasını təsdiq etdi. Bəli, gözlədiyimiz gün gəldi. Şuşa azad olundu. Vaqifin məqbərəsi, Vaqifin ruhu azad olundu. Bu günün şahidi olmaq necə böyük xoşbəxtlikdir.

Bu məqamda bir neçə məsələni qeyd etmək yerinə düşər. Şuşa işğal altında olsa da bu günə qədər Azərbaycan xalqı öz sevimli şairini bir an da olsun unutmamışdı. Molla Pənah Vaqifin adının UNESCO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoydu. Bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürü idi. 2017-ci il,

həmçinin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY tərəfindən “Molla Pənah Vaqif İli” elan edilərək, bu çərçivədə tədbirlər keçirildi.

Uzun illərdir dövlətimiz tərəfindən tanınmış şəxsiyyətlərin yubileylərinin yüksək səviyyədə qeyd edilməsi, əsərlərinin nəşri və təbliği Molla Pənah Vaqif irsini də əhatə edib. Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamına əsasən ölkəmizdə şairin xatirəsinə həsr edilmiş elmi-praktik konfranslar, rəsm sərgiləri və digər bu qəbildən olan silsilə tədbirlər keçirilib.

Molla Pənah Vaqif öz dövrünün böyük şairi, mütəfəkkiri və dövlət xadimi olub. Onun yaradıcılığı özünəməxsus realist ədəbi-estetik mövqeyi ilə seçilir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən tədbirdə əminik ki, Vaqifin ruhu da dolaşırdı. Əminik ki, şairin ruhu indi şaddır. Bəlkə də bir il əvvəl deyilsəydi ki, gələn il Şuşada Vaqif Poeziya Günləri keçiriləcək, yəqin bu inanılmaz olardı. Zaman dəyişdi, bizə yuxu kimi görünən bu arzu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə reallaşdı.

Təbii ki, bu gün xalqımıza məxsus tarixi abidələrin bərpası, ənənəvi tədbirlərin yenidən və daha möhtəşəm qeyd olunması qayıdışımızın təntənəsidir və Şuşada Molla Pənah Vaqifin məqbərəsinin yenidən ucaldılması bütövlükdə Azərbaycan ədəbiyyatına verilən yüksək dəyərdir. Bu, bizim tariximizin parlaq səhifəsidir. Bu parlaq tarix, parlaq səhifə Şuşanın özü kimi əbədi olacaq.

Heydər Quliyev,

Salyan rayonu Gəncəli kəndi,

Vətən müharibəsi iştirakçısı
Oxunub: 41

XƏBƏR LENTİ
17-09-2021, 16:38 Quba regional meşə təsərrüfatı mərkəzində nələr baş verir! Hər ayın axırı nazir müavini gəlib 70-80 min manat rüşvət aparır!Video-fakt
17-09-2021, 09:25 Saakaşvili Gürcüstana gəlmək üçün Avropa Parlamentinin üzvləri ilə görüş keçirib
17-09-2021, 09:23 O torpaq sahəsinə görə icra başçısı Mehdi Səlimzadəyə 5000(beş min) mnat rüşvət vermişəm - KORRUPSİYA
16-09-2021, 21:54 İsmayıllıda bir neçə kəndin avtomobil yolu yenidən keyfiyyətli şəkildə təmir olundu! Fotolar
16-09-2021, 10:25 İsmayıllıda vətəndaşlara olan xüsusi diqqət və qayğı davam etdirilir
16-09-2021, 10:23 İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
16-09-2021, 10:19 Lerik meşələrinin qənimi Nazir Orucov yenə də qan-qan deyir! Video-audio
15-09-2021, 13:14 Azərbaycan Respublikasının Prezdenti İLHAM ƏLİYEVƏ
15-09-2021, 13:12 Nazir Sahil Babayev vərəm xəstəsinin təqaüdünü kəsib Video müsahibə
15-09-2021, 01:31 Nazir Sahil Babayev ruhi xəstənin təqaüdünü kəsib. Video müsahibə
13-09-2021, 02:17 İsmayıllıda internet yoxdur! Kütləvi narazılıq növbəti problemlərə səbəb olacaq - VİDEO
11-09-2021, 15:59 İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
9-09-2021, 10:56 Vətəndaş! Xalq bank saxtakarlıq, fırıldaq, quldurluq və reketliklə məşğuldur - VİDEO
8-09-2021, 01:52 Təhsil əngəl tanımır
8-09-2021, 01:50 İsmayıllının İvanovka kəndinin əhalisinin içməli su problemi həll edilmişdir
7-09-2021, 10:29 Yardımlıda narkotacirlərə niyə dəyib-dolaşan yoxdur?
7-09-2021, 10:27 Körpəsi alınan ANANIN üsyanı - Balamı mənə vermirlər! Məhkəmənin qərarı icra olunmur!
7-09-2021, 10:13 Ucar rayonu Alpout kənd sakini Abbasova Mehriban İnqilab qızı tərəfindən ŞİKAYƏT
7-09-2021, 10:09 Siyəzəndə şəhid oğlu icra başçısı Novruz Novruzov və birinci müavini Aqşin Ağayev barəsində şok ittihamlar səsləndirdi Video