Son Dəqiqə

Dünən, 01:21 - DÖVLƏT ƏMƏK MÜFƏTTİŞLİYİNİN MASALLI REGİONAL ŞÖBƏSİNİN SAXTAKARLIĞI

27-11-2021, 17:21 - Cəsarət Əhmədov: “Gənclər və İdman Nazirliyi yanında İctimai Şura ölkəmizə, xalqımıza və dövlətimizə çox fayda verəcək”

27-11-2021, 11:46 - “Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır

26-11-2021, 10:30 - VÜQAR KƏRİMOVA SÖYKƏNƏN "MEŞƏ MAFİYA"SININ "CƏNUB QANADI"

25-11-2021, 11:44 - EKOLOGİYADA NAZİRLİYİNDƏ NƏ BAŞ VERİR ? "YERSIZ GƏLDİ YERLİ QAÇ "

25-11-2021, 11:01 - CƏLİLABADLILAR MEŞƏ SOYQIRIMININ DAYANMSINI TƏLƏB EDİRLƏR

24-11-2021, 02:40 - CƏLİLABADDA NAMİK XIDIROVUN "MEŞƏ SOYQIRIMI" DAVAM EDİR EKOLOGİYA NAZİRI İSƏ SUSUR

24-11-2021, 02:24 - "Kəndimizin etüdü" adlı rəsm sərgisi keçirilib

24-11-2021, 02:22 - Azəriqaz istehsalat birliyi İsmayıllı, Göyçay və Ağsu əhalisinə divan tutur.Video

24-11-2021, 02:20 - CƏLİLABADDA "MEŞƏ MAFİYASI" ŞİKAYƏTÇİNİ POLİSLƏ HƏDƏLIDİ

24-11-2021, 02:18 - Həbsdən çıxmış jurnalist yenidən hədəfdə

24-11-2021, 02:16 - NAMİK XIDIROV ÖZÜ KİMİ QOVULMUŞLARI İŞƏ GÖTÜRÜR

24-11-2021, 02:12 - CƏLİLABADDA SAHİBKAR QOÇU PEYDA OLUB

23-11-2021, 02:43 - VÜQAR KƏRİMOV TƏLƏBƏ YOLDAŞININ ƏLİYLƏ CƏNUB MEŞƏLIRUN BELƏ MƏHV ETDİRİR

23-11-2021, 02:39 - NAMİK XIDIROV MEŞƏLƏRİ MƏHV ETDİRİR EKİLOGİYA NAZİRLİYİ İSƏ SUSUR

23-11-2021, 02:12 - Samux bizim ailə günəbaxan tumlarının qablaşdırılması müəssisəsində antisanitar vəziyyət

23-11-2021, 02:08 - İsmayıllı ətraf mühitlə bağlı layihələrdə fəallıq göstərir

22-11-2021, 11:45 - Bakcell “Milli KSM Mükafatı 2020”nin qalibləri sırasında

22-11-2021, 01:51 - Qarabağ əlili! Ölkədə hüquq sistemi çökdürülüb - Video

22-11-2021, 01:45 - XİDMƏT RƏİSİ NAMİK XIDIROV SİNDİROMUNUN İÇ ÜZÜ

20-11-2021, 21:29 - ETSN: NAMİK XIDIROVUN CƏNUBDA KI, "MEŞƏ MAFIYASI" HƏLƏ DƏ İŞ BAŞINDADIR

20-11-2021, 21:22 - MEŞƏ TƏSƏRRÜFATININ ACI DURUMU

19-11-2021, 14:59 - EKOLOGİYA NAZİRLİYİNİN ƏMƏKDAŞI SAXTAKARLIĞI ÜZƏ ÇIXARTDIĞI ÜÇÜN TÖHMƏT ALDI

19-11-2021, 10:40 - VƏTƏNDAŞ 1 SAYLI REGİONAL EKOGİYADAN ÖLKƏ BAŞÇISINA ŞİKAYƏT EDTİ

19-11-2021, 10:21 - EKOLOGİYA NAZİRİNİN DİQQƏTİNƏ: NAMIK XIDIROVUN MASALLIDA KI, "QARA XƏZİNADARI" KİMDİR

18-11-2021, 13:33 - DÖVLƏT ƏMƏK MÜFƏTTİŞLİYİNİN MASALII ŞÖBƏSİNİ RƏİSİ AKİF ƏLİYEV TAMAHININ BƏLASINA DÜŞÜB

18-11-2021, 12:18 - EKOLOGIYA NAZIRLIYINDƏ ÖZBAŞNALIQ VƏ SAXTAKARLIQLAR ARTIQ PİK HƏDDƏ ÇATIB

18-11-2021, 10:33 - “Nar”ın keçirdiyi “Mobil rabitənin əsasları” təlimi yekunlaşdı

Azinfo.tv
 Valyuta məzənnəsi

ƏSGƏR GÜNDƏLİYİ

Tarix:2-11-2021, 13:56

ƏSGƏR GÜNDƏLİYİ




Təhsil Nazirliyinin təşkilatçılığı ilə İsmayıllıda olarkən 44 günlük Vətən müharibəsində iştirak edən müəllimlərlə də görüşdük. Tədbirdə onlardan müharibə gündəliklini istədim. Bir neçə gündən sonra Sahildən qeyd dəftərçəsinin telefonla çəkilmiş fotolarını aldım. Bu qısa cümlələri, sözləri həyəcansız oxumaq olmur. Ümid edirəm müəllimlərin gündəlikləri gələndə ayrıca kitab kimi nəşr eəcəyik.

13.10.2020
Hamı üçün çox darıxıram. Anam, atam, bacım, nənəm, əmimi, babam, bibilərim, dayılarım, xalam üçün çox darıxıram. Kəndim üçün, İsmayıllı üçün, dostlarım üçün, doğmalarım üçün çox darıxıram.
Budəfəki bombalar çox yaxınımıza düşdü (10 m). adamın gözünün qabağından həyatının hər anı gəlib keçir. Bəlkə də sözlə ifadə edə bilmirəm. Amma müharibə çox ağır şeydir. Ölüm vaxt bilmir. Hər an yanımızdadır. Hər an gələ bilər.

*

14.10.2020
Atam zəng eləmişdi. Danışığından bilirdim ki, çox narahat idi. Bəlkə də məni əsgərliyə göndərdiyinə min dəfə peşmandır. Hələ anamı demirəm. Ən son zəng edəndə ağlayırdı. Allah onlara səbir versin. Bunları yazanda belə minomyotlar dayanmır, başımıza yağır. Allah qorusun bizi. Amin.

*

15.10.2020
Şükür Allaha, 15-nə sağ-salamat çıxdıq. Artıq döyüşə gedirik. 12-ci bölük və bizim 11-ci bölükdən 4 nəfər. Həmin o 4 nəfərdən biri də mənəm. Allahıma sığınıram. Allahıma güvənirəm. İnşallah sağ-salamat qayıdarıq. Doğmalarımı gözü yaşlı qoymaq istəmirəm.

*

16.10.2020
Çox şükür Allahıma. Bu günümüzə. Sağ-salamatıq. Bu gün düşmən postuna girdik. Çoxlu silah-sursat, yemək-içmək ələ keçirdik. Əliyə zəng elədim. İlham əmiyə zəng elədim.

*
17.10.2020-18.10.2020
Nisbətən sakitlikdir. Ötən günlərə nisbətən. Amma evdəkilərə zəng edə bilməmişəm. Yəqin çox narahatdırlar. Amma bu son iki gündə çox irəlilədik. Suyumuz yox idi. yeməyimiz az idi. yolumuz uzun. Allah yolumuzu açıq eləsin.

*
23.10.2020
Yazmağa çox söz var. amma vərəq yoxdur. Çox irəliləmişik. Zəngilan, Qubadlı, Cəbrayılı artıq almışıq. Laçına doğru irəliləyirik. İşimiz getdikcə daha da çətinləşir. Minomyotlar, toplar, hava hücumu… Çox şükür Allaha, sağ-salamat çatmışıq bu günə. Evdəkilərlə danışa bilməmişəm. Bilirəm çox narahatdırlar. Axşamlar yuxularımdan çıxmırlar. Amma yaxşıyıq. Qubadlının kəndindəyik. Allah bizi qorusun. Allah əsgərlərimizi qorusun.

*
24.10.2020
Şükürlər olsun Allaha. Bu günə kimi qoruyub bizi, bu gün yenə döyüşə giririk.
Qubadlını almalıyıq. Allahın izni ilə. Evlə danışa bilməmişəm. Yəqin çox narahatdırlar. Allahın izni ilə bu tapşırığı da başa vurarıq, İnşallah. Qubadlıda görüşərik.

*
25.10.2020 (Maqa ilə)
Şükür Allaha hələ ki sağıq. Son 500 m Qubadlıya. Hər tərəfimizdə erməni var. Atəş səsləri kəsilmir, minomyotlar başımıza yağır. Bir gündür ki, acıq. Allah köməyimiz olsun.

Keçmir saat getmir gün,
Görən nə gələcək başımıza bu gün.
Elə bil ürəyimizə vurulub düyün,
Bircə gələn günlər tez keçəydi kaş,
Keçən günlərimizə olardıq yoldaş.

*
26.10.2020

Çox şükür, çox şükür, Allaha! Qubadlını aldıq. Çox sevincliyik. Evnən danışdım. Hər şey çox yaxşıdır, çox şükür.

*
30.10.20
Yenə hücumdayıq. Allaha çox şükür sağıq. Amma artilleriya başımıza yağdırır. Canımızı güclə qurtarmışıq. Allah hələ ki, qoruyur bizi. Amma nə vaxtsa kimi. Mişel kimi qoyublar bizi ən qabağa, ən hündürə. Evdəkilərə nə qədər yalandan yaxşıyıq, heç nə yoxdur, kef edirik demək olar. Əslində heç də elə deyil. Gecələr soyuqdan, gündüzlər artilleriyadan başımızı soxmağa yer tapmırıq. Allah yar və yardımçımız olsun.

*
04.11.20
Çox şükür Allaha sağıq. Ötən günlərə nisbətən sakitlikdi. Artıq ev üçün hər keçən gün daha da çox darıxıram. Ürəyim çox sıxılır. Evdəkiləri, doğmalarımı, sevdiyimi görmək istəyirəm. Allah axırımızı xeyir edər İnşallah.

*
Sentyabr 18
11-ci bölüyün arxası Cəfərov İlkin ilə.

*
Sentyabr 19
Qərargahın arxası bölünüb, gedirəm - Cəfərov İlkin.

*
Sentyabr 21
Şəhərcik naryadı 272.

*
Sentyabr 25
Məhəmməd ilə Şəhərcik naryadı

*
Sentyabr 11
Sıxılıram, darıxıram. Qalan 282 gün necə gəlib keçəcək bilmirəm.

*
Sentyabr 17
11-dən 6 gün keçdi artıq. 276 gün

*
Sentyabr 22
Maqa ilə: Sxoy-payok. Boksda qalırıq. Səfərbərlik.

*
Sentyabr 26
Müharibəyə hazırlıq Maqa ilə. Bilmirik başımıza sabah nə gələcək… Yaxşı olar İnşallah.

*
Sentyabr 27
Meşədəyik. Ağır artilleriya dağıdır.

*
Sentyabr 27
Fizulini aldıq…

*
Oktyabr 11
Cəbrayıldayıq. Səngər qazırıq. Minomyotlar başımıza yağır. Şəhidimiz var. yaralılarımız var.

*
Oktyabr 13
Ağtəpəni aldıq. Postu saxlayırıq.

*
Oktyabr 13, 12:05
Bir şəhid, on yaralı, Allah axırımızı xeyir edər İnşallah.

İnformasiya şöbəsi
Oxunub: 27

XƏBƏR LENTİ
Dünən, 01:21 DÖVLƏT ƏMƏK MÜFƏTTİŞLİYİNİN MASALLI REGİONAL ŞÖBƏSİNİN SAXTAKARLIĞI
27-11-2021, 17:21 Cəsarət Əhmədov: “Gənclər və İdman Nazirliyi yanında İctimai Şura ölkəmizə, xalqımıza və dövlətimizə çox fayda verəcək”
26-11-2021, 10:30 VÜQAR KƏRİMOVA SÖYKƏNƏN "MEŞƏ MAFİYA"SININ "CƏNUB QANADI"
25-11-2021, 11:44 EKOLOGİYADA NAZİRLİYİNDƏ NƏ BAŞ VERİR ? "YERSIZ GƏLDİ YERLİ QAÇ "
25-11-2021, 11:01 CƏLİLABADLILAR MEŞƏ SOYQIRIMININ DAYANMSINI TƏLƏB EDİRLƏR
24-11-2021, 02:40 CƏLİLABADDA NAMİK XIDIROVUN "MEŞƏ SOYQIRIMI" DAVAM EDİR EKOLOGİYA NAZİRI İSƏ SUSUR
24-11-2021, 02:24 "Kəndimizin etüdü" adlı rəsm sərgisi keçirilib
24-11-2021, 02:22 Azəriqaz istehsalat birliyi İsmayıllı, Göyçay və Ağsu əhalisinə divan tutur.Video
24-11-2021, 02:20 CƏLİLABADDA "MEŞƏ MAFİYASI" ŞİKAYƏTÇİNİ POLİSLƏ HƏDƏLIDİ
24-11-2021, 02:18 Həbsdən çıxmış jurnalist yenidən hədəfdə
24-11-2021, 02:16 NAMİK XIDIROV ÖZÜ KİMİ QOVULMUŞLARI İŞƏ GÖTÜRÜR
24-11-2021, 02:12 CƏLİLABADDA SAHİBKAR QOÇU PEYDA OLUB
23-11-2021, 02:43 VÜQAR KƏRİMOV TƏLƏBƏ YOLDAŞININ ƏLİYLƏ CƏNUB MEŞƏLIRUN BELƏ MƏHV ETDİRİR
23-11-2021, 02:39 NAMİK XIDIROV MEŞƏLƏRİ MƏHV ETDİRİR EKİLOGİYA NAZİRLİYİ İSƏ SUSUR
23-11-2021, 02:12 Samux bizim ailə günəbaxan tumlarının qablaşdırılması müəssisəsində antisanitar vəziyyət
23-11-2021, 02:08 İsmayıllı ətraf mühitlə bağlı layihələrdə fəallıq göstərir
22-11-2021, 01:51 Qarabağ əlili! Ölkədə hüquq sistemi çökdürülüb - Video
22-11-2021, 01:45 XİDMƏT RƏİSİ NAMİK XIDIROV SİNDİROMUNUN İÇ ÜZÜ
20-11-2021, 21:29 ETSN: NAMİK XIDIROVUN CƏNUBDA KI, "MEŞƏ MAFIYASI" HƏLƏ DƏ İŞ BAŞINDADIR