Son Dəqiqə

9-12-2023, 13:51 - Prezidentin istefaya buraxdığı general Məhərrəm Əliyev kimdir? - DOSYE

9-12-2023, 13:45 - “2026-cı ilin sonunadək biz 140 min insanı yerləşdirməyi planlaşdırırıq”

9-12-2023, 13:39 - “Sülh sazişinin imzalanmasına hər hansı ciddi maneə görmürəm”

9-12-2023, 10:19 - Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib

9-12-2023, 09:08 - Əliyevin Zəngəzur mesajları son xəbərdarlıqdır: Ermənistan “kollaps vəziyyəti”nə düşür

9-12-2023, 09:02 - Yanvarın 28-dək seçki bülletenləri hazırlanacaq

8-12-2023, 16:00 - 150 illik nağıl başa çatdı: Son seçim Bakıya və Ankaraya sığınmaqdır... - FAKT BUDUR!

8-12-2023, 15:30 - Sülh danışıqlarında “yazışma diplomatiya”sı - NƏ BAŞ VERİR?

8-12-2023, 15:01 - Ərdoğan: “Fransa Ermənistanı aldadır”

8-12-2023, 14:56 - Prezident bu yolların təmirinə 300 min manat ayırdı

8-12-2023, 14:52 - Gədəbəydə yol təmirinə 2 milyon manat ayrılıb - SƏRƏNCAM

8-12-2023, 14:47 - Simonyanın bəyanatı: 8 kəndi niyə tələb etməməliyik? - AKTUAL

8-12-2023, 14:30 - Bakcell dünyanın ən sürətlilərinin sürət tərəfdaşı oldu!

8-12-2023, 14:22 - Güclü zəlzələ həyət evlərini bahalaşdıracaq? - Ekspert danışır...

8-12-2023, 13:28 - Prezident Azərbaycanla Ermənistan arasında qəbul olunan birgə bəyanatdan DANIŞDI

8-12-2023, 13:10 - Niyə sülhə bu qədər yaxınlaşdılar və bir gündə nə yaşandı? - TƏHLİL

8-12-2023, 12:09 - Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlanıb

8-12-2023, 12:03 - İlham Əliyev Avropa Şurasının Baş katibini qəbul edib

8-12-2023, 11:41 - "Azərbaycan-Ermənistan sülh sazişi niyyəti təsdiq edildi"

8-12-2023, 11:34 - Bu evləri almaq təhlükəlidir - VACİB ÇAĞIRIŞ

8-12-2023, 11:01 - “Kral” NİYƏ SATILMIR? – İLGİNC

8-12-2023, 10:57 - Bakıdan Kiyevə növbəti yardım göndərildi - FOTO

8-12-2023, 10:45 - Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir - VİDEO

8-12-2023, 09:55 - DİQQƏT! Bu şəxslərə 300 manat cərimə yazıla bilər

8-12-2023, 09:49 - Əliyev və Paşinyanın bu addımını alqışlayırıq - ABŞ

8-12-2023, 09:45 - Bakıya 10 min həb gətirən narkoşəbəkə ələ keçdi

8-12-2023, 09:00 - Arayikgil Bakıda qalacaq

7-12-2023, 21:01 - Azərbaycan və Ermənistan birgə bəyanat yaydı: 34 nəfər azad olundu

Azinfo.tv
 Valyuta məzənnəsi

Hacı Şahin Hüseynov qazilərə, şəhid ailələrinə, veteranlara daim diqqət və qayğı göstərir - ÖZƏL

Tarix:30-09-2022, 13:16

Hacı Şahin Hüseynov qazilərə, şəhid ailələrinə, veteranlara daim diqqət və qayğı göstərir - ÖZƏL


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Şəki şəhər Karvansaray mehmanxana kompleksinin rəhbəri Hacı Şahin Hüseynovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Şəki şəhər Karvansaray mehmanxana kompleksinin rəhbəri Hacı Şahin Hüseynov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Hacı Şahin Hüseynov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Şəki şəhər Karvansaray mehmanxana kompleksinin rəhbəri Hacı Şahin Hüseynova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Şəki şəhər Karvansaray mehmanxana kompleksinin rəhbəri Hacı Şahin Hüseynov - Müzəffər xalq, qalib ölkə kimi əbədi yaşayacağıq. Vətən oğullarımızın qəhrəmanlğı sahəsində 30 ilin işğalına son qoyuldu. Azərbaycanın ərazi bütövlüyü təmin edildi. 30 ildə xalqımız bir amalla yaşayırdı ki, nəyin bahasına olursa-olsun torpaqlarımızı işğalçılardan azad edək. Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman tarixi Zəfərimizə yol açan amillərdən bəhs edərək Vətən sevgisini xüsusi qeyd edir və bildirir ki, bu amalla yaşamışıq. Bizi qələbəyə aparan təkcə hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, hərbi texnikamız yox, bizi qələbəyə aparan Vətən sevgisi idi.

Şanlı Qələbəmiz Azərbaycan xalqının müzəffər, yenilməz xalq olduğunu dünyaya nümayiş etdirdi. Tarixi Zəfərimiz milli qürurumuzu, kimliyimizi özümüzə qaytardı. 30 il işğal altında olan torpaqlarımız azad ediləcəyinə inamını bir gün belə itirmədi. Dövlət başçısı İlham Əliyevin ən yüksək tribunalardan bəyan etdiyi “Biz işğalla heç zaman barışmaycağıq”, “Ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil və ola da bilməz”. “Torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik” kimi bəyanatları mövcud realıqlara söykənirdi. O reallıqlar ki, Azərbaycan diplomatik mübarizədə qalib tərəf idi. Ordu quruculuğunda əldə etdiyimiz yüksək nəticələr Silahlı Qüvvələrimizin torpaqlarımızı azad etmək qüdrətinə malik olduğunu böyük əminliklə söyləməyə əsas verirdi.

Hacı Şahin Hüseynov qazilərə, şəhid ailələrinə, veteranlara daim diqqət və qayğı göstərir - ÖZƏL


Dövlətimizin qətiyyəti, Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlığı sayəsində torpaqlarımız tarixi sahibinə qayıtdı. Dövlət başçısı İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi dövründə 30-a yaxın xarici mətbuata müsahibələrinin birində “Cənab Prezident, Sizə ən çox təsir edən, kədərləndirən, ən çox sevindirən nələr oldu” sualını cavablandırarkən bildirmişdi ki, ən çox kədərləndirən həm mülki vətəndaşlar, həm də əsgərlər arasında itkilərmizdir. Gənc əsgərlərimiz fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda şəhid olurlar. Bu, böyük faciədir. Ən çox sevindirən isə Azərbaycan xalqının iradəsidir. Çünki mərmi altında yaşayan insan yerindən tərpənmir. Deyirlər ki, təki “Vətən sağ olsun!” Dövlət başçısını sevindirən məqamlar sırasında bayrağımızın işğaldan azad edilmiş torpaqlarda dalğalaması da xüsusi qeyd edildi.

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağı ucaldılıb, bu torpaqlarımıza yeni həyat verilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 27 sentyabr-Anım Günü Füzuli rayonunda səfəri zamanı çıxışında əksini tapan məqamların, fikirlərin hər biri Zəfərə gedən yolun aydın mənzərəsini təqdim edir. “Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq” söyləyən cənab İlham Əliyev bildirdi ki, döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik. 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu.

Azərbaycan Ordusunun 44 gündə məhv etdiyi, yaxud qənimət kimi götürdüyü hərbi texnikanın, silah-sursatın statistikası ölkə Prezidentinin Vətən müharibəsi dövründə xalqa müraciətlərində öz əksini tapdı. Sonda isə tarixi Qələbəmizin dünyaya təqdimatı olan Zəfər Paradında həmin qənimətlər nümayiş olundu. Onu da qeyd edək ki, cənab İlham Əliyevin təşəbbüsü və iştirakı ilə Bakının Xətai rayonunda açıq səma altında Hərbi Qənimətlər Parkı yaradıldı. Bu park ümumilikdə Azərbaycanın Zəfərə gedən yolunun, Ermənistan ordusunun zəifliyinin aydın mənzərəsini yaradır.

Ermənilər işğal edilmiş torpaqlarımızda elə istehkamlar qurmuşdular ki, düşünürdülər onları dağıtmaq mümkün olmayacaq. Silahlı Qüvvələrimiz 10 noyabr Bəyanatının imzalanmasına qədər 5 şəhəri, 4 qəsəbəni, 300-ə yaxın yaşayış məntəqəsini, bir sıra strateji yüksəklikləri işğaldan azad etdi. Dövlət başçısı çıxışında bu reallığı qürurla vurğuladı: “44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi. Bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı.” Çıxışda bu məqam da önə çəkildi ki, xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq: “Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq” Azərbaycanın zəngin çoxəsrlik tarixinə Zəfər səhifəsinin yazılması fonunda xalqımızın alnı açıq, üzü ağ, başı ucadır. Biz heç kimin torpağında müharbə aparmamışıq. Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində də öz əksini tapıb. Möhtəşəm Qələbəmiz xalqımızı tarixə müzəffər xalq, ölkəmizi qalib ölkə, dövlət başçısı İlham Əliyevin adını torpqlarımızın xilaskarı kimi yazdı. Tarixinə sahib çıxan xalq məğlubedilməzdir.
Oxunub: 100

XƏBƏR LENTİ
9-12-2023, 13:51 Prezidentin istefaya buraxdığı general Məhərrəm Əliyev kimdir? - DOSYE
9-12-2023, 13:45 “2026-cı ilin sonunadək biz 140 min insanı yerləşdirməyi planlaşdırırıq”
9-12-2023, 13:39 “Sülh sazişinin imzalanmasına hər hansı ciddi maneə görmürəm”
9-12-2023, 10:19 Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib
9-12-2023, 09:08 Əliyevin Zəngəzur mesajları son xəbərdarlıqdır: Ermənistan “kollaps vəziyyəti”nə düşür
9-12-2023, 09:02 Yanvarın 28-dək seçki bülletenləri hazırlanacaq
8-12-2023, 16:00 150 illik nağıl başa çatdı: Son seçim Bakıya və Ankaraya sığınmaqdır... - FAKT BUDUR!
8-12-2023, 15:30 Sülh danışıqlarında “yazışma diplomatiya”sı - NƏ BAŞ VERİR?
8-12-2023, 15:01 Ərdoğan: “Fransa Ermənistanı aldadır”
8-12-2023, 14:56 Prezident bu yolların təmirinə 300 min manat ayırdı
8-12-2023, 14:47 Simonyanın bəyanatı: 8 kəndi niyə tələb etməməliyik? - AKTUAL
8-12-2023, 13:28 Prezident Azərbaycanla Ermənistan arasında qəbul olunan birgə bəyanatdan DANIŞDI
8-12-2023, 13:10 Niyə sülhə bu qədər yaxınlaşdılar və bir gündə nə yaşandı? - TƏHLİL
8-12-2023, 12:09 Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlanıb
8-12-2023, 12:03 İlham Əliyev Avropa Şurasının Baş katibini qəbul edib
8-12-2023, 11:41 "Azərbaycan-Ermənistan sülh sazişi niyyəti təsdiq edildi"
8-12-2023, 11:01 “Kral” NİYƏ SATILMIR? – İLGİNC
8-12-2023, 10:57 Bakıdan Kiyevə növbəti yardım göndərildi - FOTO
8-12-2023, 10:45 Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir - VİDEO