Son Dəqiqə

Bu gün, 14:22 - Paşinyan və Mirzoyan arasında gərginlik yaşandı

Bu gün, 13:32 - “Moşu”ya vəzifə verildi – Biz müddət öncə işsizlikdən şikayətlənmişdi

Bu gün, 13:20 - Polislər Fransa prezidentinə "murdar" deyən qadının evinə basqın etdi - FOTO

Bu gün, 12:46 - Gorus-Xankəndi yolunun marşrutu dəyişdirilir – Paşinyan

Bu gün, 11:46 - Bu ölkələrlə quru sərhədlərimiz açılır - Tarix bilindi

Bu gün, 11:39 - Heydər Əliyevin 100 illiyi ilə əlaqədar yubiley medalı təsis edilir

Bu gün, 11:34 - Əliyev “gəlin” desə, 800 min türk əsgər Bakıya qaçar - Türkiyəli yazar

Bu gün, 11:30 - Azərbaycan Laçın dəhlizində nəzarət məntəqəsi qurub?

Bu gün, 11:26 - Qərbi Azərbaycan İcması Aİ-nin Ermənistandakı missiya rəhbərinə cavab verib

Bu gün, 11:17 - Erməni kəşfiyyatı Bakını necə qarışdırmaq istəyib? - DTX-nin inanılmaz “La Vira” əməliyyatı - VİDEO

Bu gün, 10:13 - "Bakcell"dən iPhone istifadəçilərinə xəbər!

Bu gün, 09:58 - Bu yollarda tıxac var - SİYAHI

Bu gün, 09:55 - DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bu gün, 09:30 - Ermənistan 704 yaşayış məntəqəmizin adını dəyişib - VİDEO

Bu gün, 09:24 - Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Bu gün, 09:20 - Ərdoğan: “Qərb Türkiyəni Rusiyaya qarşı müharibəyə cəlb etmək istəyirdi”

Bu gün, 09:13 - Hirkan Milli Parkında yanğın başlayıb

Bu gün, 09:09 - Xankəndi-Laçın yolunda aksiyanın 109-cu günü: tələblər dəyişməz, şüarlar eyni

Dünən, 16:00 - Rusiya İrana görə Ermənistana qadağa qoydu

Dünən, 15:30 - Sabahın havası açıqlandı

Dünən, 14:39 - Baş Narkotiklərlə Mübarizə İdarəsində yeni təyinat olub

Dünən, 14:31 - Prezident sərəncam imzaladı

Dünən, 14:22 - Mərkəzi Bankdan qiymət artımı ilə bağlı AÇIQLAMA

Dünən, 14:02 - Nazir Ermənistanla münasibətlərin normallaşma şərtlərini açıqladı

Dünən, 13:43 - İlham İsmayılın oğlu saxlanıldı - FOTO

Dünən, 13:36 - Qazi anaların şəhid övladlarının xatirəsinə film çəkilir!!!.

Dünən, 12:42 - “Tez gəl, evə daxil ola bilərlər” - Fazil Mustafa ilk ona zəng edib

Dünən, 12:28 - İsrailli nazir Ceyhun Bayramovla görüşdə: “İrana qarşı birgə hərəkət etməliyik”

Azinfo.tv
 Valyuta məzənnəsi

Bölgəyə gələn isim diqqət çəkdi: Böyük projedə Azərbaycan detalı - NƏ BAŞ VERİR?

Tarix:28-02-2023, 14:22

Bölgəyə gələn isim diqqət çəkdi: Böyük projedə Azərbaycan detalı - NƏ BAŞ VERİR?


Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Gözlənilən baş verdi, Ruben Vardanyan separatçı rejimdən uzaqlaşdırıldı. Üstəgəl, onun Xankəndidən də getdiyi, “siyasin fəaliyyət”ini İrəvanda davam etdirəcəyi deyilir. Sizcə, Vardanyanın Xankəndidən getməsi proseslərə necə təsir göstərəcək?

- Əsaslı təsir göstərməyəcək, onsuz da Vardanyanın olub-olmamasına baxmayaraq, bölgədə separatizm vardı. Amma Vardanyan amili məsələləri bir qədər də mürəkkəbləşdirirdi. Vardanyan tez-tez sərsəm açıqlamalar verirdi, müsahibə verdiyi xarici KİV-lərdə Azərbaycan əleyhinə mənfi fikirlər formalaşdırırdı. Yəni bütün hallarda onun getməsi və ya kənarlaşdırılması müsbət nəticə verə bilər, amma əsaslı dəyişiklik gözləmək çətindir. Çünki əsas problem Vardanyan deyil, əsas problem budur ki, regionda bir separatçı rejim var. Bu qondarma rejimin silahlı birləşmələri var.

Azərbaycan bu separatçı rejimə son qoymaq üçün çalışır. Həmin qondarma rejimin başçıları ilə yox, daha münasib şəxslərlə görüşlər keçirilir. Bizi maraqlandıran budur ki, bu görüşlər nəticə versin.

İndi müzakirələr gedir ki, Cənubi Qafqazda kommunikasiyalar açılmalıdır. Kommunikasiyalar həm də Qarabağda açılmalıdır. Məsələn, Tərtərdən Kəlbəcərə yol açılmalıdır, Ağdama yol olmalıdır, köçkünlərimiz yavaş-yavaş qayıtmalıdır. Bunun üçün ərazilərimizdəki separatçı rejimin silahlıları tərksilah edilməlidir. Bizim məqsədimiz budur. Təəssüflər olsun ki, bunlarla bağlı hələlik ciddi proses müşahidə olunmur. Çünki oradakı separatçı rejim qalır. Ona görə də Vardanyanın olub-olmaması bu köklü problemlərin həllinə təsir göstərmir.

- Son gəlişmələr Laçın yolunda, Ermənistanla sərhəddə Azərbaycanın müvafiq qurumlarının nəzarət-buraxılış məntəqəsinin qoyulacağı məsələsini də aktuallaşdırıb. Belə bir addım hansı gəlişmələrə yol aça bilər?

- Üçtərəfli razılaşmalarda bu yöndə Azərbaycanın qarşsısında heç bir məhdudiyyət qoyulmur. Məsələn, 10 noyabr razılaşmasının 9-cu bəndində qeyd olunur ki, Azərbaycan tərəfi “Laçın dəhlizi”ndə gediş-gəlişin təhlükəsizliyini təmin edir. İndi biz o təhlükəsizliyi necə təmin edə bilərik ki, o yolda bizim postumuz, bir hərbçimiz yoxdur? Bu gün ekofəallardan başqa, Laçın yolunda bizim təhlükəsizliyə cavabdeh olan orqanlar fəaliyyət göstərmirlər. Məntiqə əsasən, biz orada nəzarət-keçid məntəqəsini qurmalıyıq ki, 9-cu bəndim bütün tələblərinə cavab verək. Hüquqi baxımından da bizə heç bir maneə yoxdur və biz bu istiqamətdəki işlərimizi görməliyik.

- Ermənistan mətbuatı günlərdir Azərbaycan, Türkiyə və Rusiya arasında gedən müzakirələrə, telefon danışıqlarını gündəmdə saxlayır. Ermənilərin iddialarına görə, bu üç ölkə Zəngəzur dəhlizinin açılması ilə bağlı fəal iş aparır. Siz bu ehtimalı nə qədər mümkün hesab edirsiniz?

- Bəli, bu istiqamətdə danışıqlar aparılır, çox güman ki, həm də fəal şəkildə. Çünki Zəngəzur dəhlizi hər üç tərəfə lazımdır. Nəyə görə lazım olduğu dəfələrlə deyilib, sübutlar da gətirilib. Ona görə də, bu, erməni tərəfi üçün sürpriz ola bilməz. Çox güman ki, Ermənistan xarici işlər naziri Mirzoyan bu yaxınlarda Ankaraya səfər edəndə bu məsələ orada Türkiyə rəsmiləri ilə müzakirə edilib. Eyni zamanda, Ermənistan bu haqda Rusiya ilə müzakirə aparır. Sadəcə olaraq, Ermənistan addım atmalıdır, hələlik isə əngəllər yaradır. Amma bu o demək deyil ki, Ermənistan bu dinamikada iştirak etmir, o da iştirak edir, müxtəlif müzakirələr aparır.

Moskva çalışır ki, Rusiya meydançasında əldə edilmiş razılaşmalar ən azı bu istiqamətdə reallaşsın. Təbii ki, bunda birinci öz maraqları gəlir. Çünki Rusiyanın indi yeni kommunikasiyalara çox böyük ehtiyacı var. Bu kommunikasiyalar Rusiyaya Yaxın Şərq və Aralıq dənizinə çıxış üçün imkanlar yarada bilər. Rusiya həm də Qərbə, Amerikaya göstərmək istəyir ki, məhz onun təşəbbüsü və iştirakı ilə əldə edilmiş razılaşmalar real olaraq fayda verir və reallaşır. Rusiya bunu istəyir, amma görünür, Ermənistana edilən təzyiqlər kifayət etmir. Ona görə də hazırda məsələlərin hansı formada həll edilə biləcəyi ilə bağlı məsləhətləşmələr gedir.

- Cənubi Qafqazla yanaşı, Mərkəzi Asiyada da maraqlı gəlişmələr yaşanır. ABŞ dövlət katibi Entoni Blinkenin bölgəyə səfəri başlayır. Səfər Amerikanın Rusiyaya növbəti gedişi kimi şərh olunur. Siz necə düşünürünüz, bu səfər bölgəyə nə vəd edir?

- Əlbəttə, indi Qərb diplomatlarının, aparıcı siyasətçilərinin postsovet məkanındakı fəallığı anti-Rusiya gedişi kimi qiymətləndirilir. Bunun da əsası var. Çünki Qərb Rusiyanın bu coğrafiyadakı nüfuzundan narahatdır. Qərbin də əsas məqsədi budur ki, orada öz dayaqlarını gücləndirsin, yaxud da bu məsələnin aktuallığını saxlasın. Bu çərçivədə Blinkenin səfəri anti-Rusiya gedişi qiymətləndirilə bilər, amma bu həm də ABŞ-la Mərkəzi Asiya ölkələri arasındakı körpülərin möhkəmləndirilməsinə yönəlib.

Yeri gəlmişkən, burada təkcə Rusiya yox, Çin amilini də nəzərə almaq lazımdır. İndi Çin də ABŞ-a rəqib ölkədir. ABŞ istəyir ki, Mərkəzi Asiya ölkələri daha dayanıqlı və stabil xarici siyasət aparsınlar, regionda Rusiya və Çinin təsiri bir qədər zəifləsin. Amerika bu yöndə region ölkələrinə öz dəstəyini verir.

Digər yandan, Özbəkistan, Qazaxıstan və Türkmənistan neft-qaz ixrac edən ölkələrdir. İndi onların enerji resursları Qərbə lazımdır. ABŞ-ın da marağı budur ki, bu enerji resursları Azərbaycan üzərindən və ya Orta Dəhliz vasitəsilə NATO və Avropa müttəfiqlərinə müntəzəm daşınsın. Bu baxımdan, Blinkenin səfəri Mərkəzi Asiya ölkələrinə müxtəlif geosiyasi qütblər arasında müəyyən balans yaratmağa imkan verir. Yəni bu səfər daha çox region ölkələrinin maraqlarına cavab verir, nəinki Rusiya və Çinə qarşı addımların atılmasına. Çünki bu ölkələr çalışırlar ki, konfrantasiyalardan uzaq olsunlar. Başa düşürlər ki, Çin və Rusiyaya qarşı çıxış etsələr, bu, daxildə mənfi siyasi gəlişmələrə yol aça, xarici siyasi riskləri artıra bilər. Bunlar da onlara lazım deyil.

- Blinken Azərbaycan-Ermənistan sülh müqaviləsinin reallaşması prosesində də fəaldır. Bu baxımdan, onun növbəti dayanacağı Bakı və İrəvana ola bilərmi?

- Əlbəttə, ola bilər, amma bununla bağlı heç bir açıqlama yoxdur. Yəqin ki, indi gəlməyəcək. Bir məsələ də var ki, Mərkəzi Asiya ilə bağlı gündəlik tam müəyyən olunub, burada məqsədlər və bunların həyata keçirilməsi üçün vasitələr bəllidir. Amma bizim regionumuzdakı proseslər o qədər də dinamik deyil və müxtəlif amillərlə səciyyələndirilir. ABŞ-ın bura ilə bağlı konkret strategiyasının olduğu sezilmir. ABŞ həm Azərbaycana, həm də Ermənistana dəstək verir. Burada müəyyən ziddiyyətlər də var. Məsələn, ABŞ Laçın yolu ilə bağlı ermənipərəst mövqedən çıxış edir, digər yandan, enerji və təhlükəsizliklə bağlı Azərbaycanla əməkdaşlıq edir. Bu baxımdan, ABŞ İranlan bağlı Azərbaycana birmənalı dəstəyini bildirdi.

Bir sözlə, ABŞ-ın Cənubi Qafqaz siyasətinin müəyyənləşdirildiyini düşünmürəm. Amma Amerika çalışır ki, regionda dayanıqlı sülh olsun, aparılan danışıqlar nəticəsində sülh müqaviləsi imzalansın. Təbii ki, bunların öz təşəbbüsü ilə olmasını istəyir. Amma burada da ziddiyyətlər var. Çünki bunun üçün Ermənistana təzyiq edilmir. Bu məsələdə Azərbaycana təsir göstərməyin mənası yoxdur, çünki sülh müqaviləsinin şərtləri bəllidir, ABŞ da bunlarla razıdır. Ona görə də bu qeyri-müəyyənlik ABŞ-ın bu regionla bağlı proqnozlaşdırıla bilən addımlar atmasına imkan yaratmır.
Oxunub: 27

XƏBƏR LENTİ
Bu gün, 14:22 Paşinyan və Mirzoyan arasında gərginlik yaşandı
Bu gün, 13:32 “Moşu”ya vəzifə verildi – Biz müddət öncə işsizlikdən şikayətlənmişdi
Bu gün, 13:20 Polislər Fransa prezidentinə "murdar" deyən qadının evinə basqın etdi - FOTO
Bu gün, 12:46 Gorus-Xankəndi yolunun marşrutu dəyişdirilir – Paşinyan
Bu gün, 11:39 Heydər Əliyevin 100 illiyi ilə əlaqədar yubiley medalı təsis edilir
Bu gün, 11:34 Əliyev “gəlin” desə, 800 min türk əsgər Bakıya qaçar - Türkiyəli yazar
Bu gün, 11:30 Azərbaycan Laçın dəhlizində nəzarət məntəqəsi qurub?
Bu gün, 11:26 Qərbi Azərbaycan İcması Aİ-nin Ermənistandakı missiya rəhbərinə cavab verib
Bu gün, 11:17 Erməni kəşfiyyatı Bakını necə qarışdırmaq istəyib? - DTX-nin inanılmaz “La Vira” əməliyyatı - VİDEO
Bu gün, 09:24 Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
Bu gün, 09:20 Ərdoğan: “Qərb Türkiyəni Rusiyaya qarşı müharibəyə cəlb etmək istəyirdi”
Bu gün, 09:09 Xankəndi-Laçın yolunda aksiyanın 109-cu günü: tələblər dəyişməz, şüarlar eyni
Dünən, 16:00 Rusiya İrana görə Ermənistana qadağa qoydu
Dünən, 14:39 Baş Narkotiklərlə Mübarizə İdarəsində yeni təyinat olub
Dünən, 14:31 Prezident sərəncam imzaladı
Dünən, 14:02 Nazir Ermənistanla münasibətlərin normallaşma şərtlərini açıqladı
Dünən, 13:36 Qazi anaların şəhid övladlarının xatirəsinə film çəkilir!!!.
Dünən, 12:28 İsrailli nazir Ceyhun Bayramovla görüşdə: “İrana qarşı birgə hərəkət etməliyik”
Dünən, 12:25 İsrailin XİN rəhbəri İlham Əliyevə təşəkkür edib