Son Dəqiqə

Bu gün, 15:17 - Prezident Dövlət Xidmətinin yeni binasının açılışında - FOTO

Bu gün, 14:22 - Paşinyan və Mirzoyan arasında gərginlik yaşandı

Bu gün, 13:32 - “Moşu”ya vəzifə verildi – Biz müddət öncə işsizlikdən şikayətlənmişdi

Bu gün, 13:20 - Polislər Fransa prezidentinə "murdar" deyən qadının evinə basqın etdi - FOTO

Bu gün, 12:46 - Gorus-Xankəndi yolunun marşrutu dəyişdirilir – Paşinyan

Bu gün, 11:46 - Bu ölkələrlə quru sərhədlərimiz açılır - Tarix bilindi

Bu gün, 11:39 - Heydər Əliyevin 100 illiyi ilə əlaqədar yubiley medalı təsis edilir

Bu gün, 11:34 - Əliyev “gəlin” desə, 800 min türk əsgər Bakıya qaçar - Türkiyəli yazar

Bu gün, 11:30 - Azərbaycan Laçın dəhlizində nəzarət məntəqəsi qurub?

Bu gün, 11:26 - Qərbi Azərbaycan İcması Aİ-nin Ermənistandakı missiya rəhbərinə cavab verib

Bu gün, 11:17 - Erməni kəşfiyyatı Bakını necə qarışdırmaq istəyib? - DTX-nin inanılmaz “La Vira” əməliyyatı - VİDEO

Bu gün, 10:13 - "Bakcell"dən iPhone istifadəçilərinə xəbər!

Bu gün, 09:58 - Bu yollarda tıxac var - SİYAHI

Bu gün, 09:55 - DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bu gün, 09:30 - Ermənistan 704 yaşayış məntəqəmizin adını dəyişib - VİDEO

Bu gün, 09:24 - Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Bu gün, 09:20 - Ərdoğan: “Qərb Türkiyəni Rusiyaya qarşı müharibəyə cəlb etmək istəyirdi”

Bu gün, 09:13 - Hirkan Milli Parkında yanğın başlayıb

Bu gün, 09:09 - Xankəndi-Laçın yolunda aksiyanın 109-cu günü: tələblər dəyişməz, şüarlar eyni

Dünən, 16:00 - Rusiya İrana görə Ermənistana qadağa qoydu

Dünən, 15:30 - Sabahın havası açıqlandı

Dünən, 14:39 - Baş Narkotiklərlə Mübarizə İdarəsində yeni təyinat olub

Dünən, 14:31 - Prezident sərəncam imzaladı

Dünən, 14:22 - Mərkəzi Bankdan qiymət artımı ilə bağlı AÇIQLAMA

Dünən, 14:02 - Nazir Ermənistanla münasibətlərin normallaşma şərtlərini açıqladı

Dünən, 13:43 - İlham İsmayılın oğlu saxlanıldı - FOTO

Dünən, 13:36 - Qazi anaların şəhid övladlarının xatirəsinə film çəkilir!!!.

Dünən, 12:42 - “Tez gəl, evə daxil ola bilərlər” - Fazil Mustafa ilk ona zəng edib

Azinfo.tv
 Valyuta məzənnəsi

Rəsmi Bakıdan Ermənistanın dünənki bəyanatına cavab

Tarix:17-03-2023, 14:40

Rəsmi Bakıdan Ermənistanın dünənki bəyanatına cavab


Martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışına istinadən Ermənistan Xarici İşlər Nazirliyinin növbəti dəfə yalan və iftira dolu bəyanatı, Ermənistanın 30 ilə yaxın bir dövrdə həyata keçirdiyi işğal siyasətini, habelə hazırkı postmünaqişə dövründə Azərbaycana və azərbaycanlılara qarşı törətdiyi və gələcəkdə törədə biləcəyi təxribatları ört-basdır etmək məqsədi daşıyır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Ermənistan tərəfindən 30 illik işğal dövründə yüzlərlə şəhər və kəndin, tarixi və dini abidələrin məqsədli şəkildə dağıdılması, təbii sərvətlərin talanması, 4 minə yaxın vətəndaşın itkin düşməsi və kütləvi məzarlıqların aşkarlanması, Ermənistanın mina təhdidlərini davam etdirməsi, ərazi bütövlüyü və suverenliyə, eləcə də üçtərəfli bəyanat çərçivəsində öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini tam olaraq çıxarmaması, Zəngəzur dəhlizinin açılmasına maneçilik törətməsi, indiki Ermənistan ərazisindən azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirilməsi faktlarının və Qərbi Azərbaycan İcmasının öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması tələbinin Ermənistana qarşı “ərazi iddiası” və “təcavüzə hazırlıq” kimi qələmə verilməsi tamamilə əsassızdır.

Vurğulanıb ki, eynilə həm sovet Ermənistanı dövründə, həm də 1990-cı illərdən bəri Ermənistan ərazisindəki minlərlə Azərbaycan toponimlərini məqsədyönlü şəkildə dəyişən, Ermənistan ərazisindən Azərbaycan izlərini pozan, tarixi abidələri dağıdan, bununla Azərbaycanın tarixi torpaqlarını erməniləşdirən Ermənistan tərəfinin Azərbaycanın Qərbi Azərbaycan İcması ifadəsindən istifadə etməsini beynəlxalq hüquq pozuntusu kimi təqdim etməsi riyakarlıqdır: "30 ilə yaxın işğal dövründə 9 şəhər və yüzlərlə kəndi talan edən, 1 milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirən, onları öz evlərinə qayıtmaq hüququndan məhrum edən Ermənistanın Azərbaycanın öz doğma torpaqlarını azad etməsindən və bu əraziləri bərpa etməsindən sonra məcburi köçkünlərin və qaçqınların hüquqlarından bəhs etməyə mənəvi haqqı yoxdur".

Bildirilib ki, Azərbaycan öz ərazisində yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində artıq addımlar atmaqdadır: "Azərbaycan erməni sakinlərlə dialoq aparır və xoşniyyətli addım kimi bu çərçivədə növbəti görüşün Bakıda keçirilməsini təklif edib. Ermənistan tərəfi isə bunun əksinə Qərbi Azərbaycan İcmasının dialoq təklifini tamamilə rədd edib. Bu isə Ermənistanın bölgədə sülh və sabitlikdə maraqlı olmadığının və ikiüzlü siyasət aparmasının göstəricisidir. Azərbaycan tərəfi Ermənistanın hər bir təxribatına qarşı beynəlxalq hüquq çərçivəsində bütün zəruri addımları atacaq".
Oxunub: 14

XƏBƏR LENTİ
Bu gün, 15:17 Prezident Dövlət Xidmətinin yeni binasının açılışında - FOTO
Bu gün, 14:22 Paşinyan və Mirzoyan arasında gərginlik yaşandı
Bu gün, 13:32 “Moşu”ya vəzifə verildi – Biz müddət öncə işsizlikdən şikayətlənmişdi
Bu gün, 13:20 Polislər Fransa prezidentinə "murdar" deyən qadının evinə basqın etdi - FOTO
Bu gün, 12:46 Gorus-Xankəndi yolunun marşrutu dəyişdirilir – Paşinyan
Bu gün, 11:39 Heydər Əliyevin 100 illiyi ilə əlaqədar yubiley medalı təsis edilir
Bu gün, 11:34 Əliyev “gəlin” desə, 800 min türk əsgər Bakıya qaçar - Türkiyəli yazar
Bu gün, 11:30 Azərbaycan Laçın dəhlizində nəzarət məntəqəsi qurub?
Bu gün, 11:26 Qərbi Azərbaycan İcması Aİ-nin Ermənistandakı missiya rəhbərinə cavab verib
Bu gün, 11:17 Erməni kəşfiyyatı Bakını necə qarışdırmaq istəyib? - DTX-nin inanılmaz “La Vira” əməliyyatı - VİDEO
Bu gün, 09:24 Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
Bu gün, 09:20 Ərdoğan: “Qərb Türkiyəni Rusiyaya qarşı müharibəyə cəlb etmək istəyirdi”
Bu gün, 09:09 Xankəndi-Laçın yolunda aksiyanın 109-cu günü: tələblər dəyişməz, şüarlar eyni
Dünən, 16:00 Rusiya İrana görə Ermənistana qadağa qoydu
Dünən, 14:39 Baş Narkotiklərlə Mübarizə İdarəsində yeni təyinat olub
Dünən, 14:31 Prezident sərəncam imzaladı
Dünən, 14:02 Nazir Ermənistanla münasibətlərin normallaşma şərtlərini açıqladı
Dünən, 13:36 Qazi anaların şəhid övladlarının xatirəsinə film çəkilir!!!.
Dünən, 12:28 İsrailli nazir Ceyhun Bayramovla görüşdə: “İrana qarşı birgə hərəkət etməliyik”