Son Dəqiqə

Bu gün, 16:00 - Sentyabrın son gününün hava proqnozu

Bu gün, 15:30 - Azərbaycanda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi yaradılır

Bu gün, 15:22 - Azərbaycan polisi və hərbçiləri Xankəndidə - VİDEO

Bu gün, 15:17 - Qarabağ Azərbaycan ərazisidir, sülhməramlı məsələsi Bakı ilə müzakirə olunacaq - Peskov

Bu gün, 14:33 - Dövlət başçısı: "8 şəhər və 92 kəndin Baş planı artıq təsdiq edilib"

Bu gün, 14:29 - Azərbaycan Prezidenti: “Bizə qarşı etnik təmizləmə, işğal və ərazilərimizin məhvi həyata keçirilib”

Bu gün, 14:08 - İlham Əliyev: Bu gün Şərqi Zəngəzur sıfırdan yenidən inşa edilir

Bu gün, 14:03 - Prezident Zəngilan şəhərinə ilk qayıdışın vaxtını açıqladı

Bu gün, 13:57 - Azərbaycan Prezidenti və birinci xanım Qənirə Paşayevanın vəfatı ilə bağlı nekroloq imzalayıblar

Bu gün, 13:25 - Ermənistan MN: Hazırda Azərbaycanla sərhəddə vəziyyət nisbətən sakitdir

Bu gün, 13:07 - “Kərimə” dövləti qurmaq istəyən dəstə üzvlərinin məhkəməsi başlayıb

Bu gün, 13:00 - Qarabağdan ermənilərin kütləvi axını və bunun arxasındakı məkrli oyunların ŞOK DETALLARI

Bu gün, 12:54 - Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ləğv olunur

Bu gün, 12:50 - Erməni silahlıların cinayəti: daha 6 cinayət işi açıldı

Bu gün, 12:15 - Qarabağda mülki obyektlərdə aşkarlanan külli miqdarda silah-sursat müsadirə edilib- VİDEO

Bu gün, 11:27 - Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb Prezident İlham Əliyev forumun açılış mərasimində iştirak edir

Bu gün, 10:30 - Qənirə Paşayeva ilə vida mərasimi keçirilir - FOTO

Bu gün, 10:00 - Xunta buraxılır, separatçılar həbs edilir: Bəs Qarabağı kim və necə idarə edəcək? - AKTUAL

Bu gün, 09:16 - İran parlamentində anti-Azərbaycan çağırışı: “Bakı Təbrizi hədəfə alıb” - RƏYLƏR

Bu gün, 09:00 - Ermənilərin gedişi və İrəvanın hücum planı - Bakı hazırlaşır

Dünən, 21:30 - Prezident İlham Əliyev Zəngilanda: Dövlət başçısının səfərinin DETALLARI

Dünən, 20:16 - Qənirə Paşayeva vəfat etdi

Dünən, 16:00 - XƏBƏRDARLIQ: Açıq şəkildə satılan çərəzlərdən UZAQ DURUN

Dünən, 15:05 - Azərbaycan Prezidenti Zəngilan kəndinin təməlini qoyub

Dünən, 14:58 - Prezident “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışında iştirak edib

Dünən, 14:10 - Prezident Zəngilanın Alıbəyli kəndinin təməlini qoyub

Dünən, 14:03 - Akademik Ziya Bünyadovun 100 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM

Dünən, 13:36 - Zəngilan şəhərində yaşayış məhəlləsinin tikintisinə başlanılacaq

Azinfo.tv
 Valyuta məzənnəsi

Azərbaycan səfiri Meksika mətbuatında erməni nazir müavininin yalan və böhtanlarını ifşa edib - FOTO

Tarix:19-09-2023, 10:37

Azərbaycan səfiri Meksika mətbuatında erməni nazir müavininin yalan və böhtanlarını ifşa edib - FOTO


Meksikanın ən çox oxunan “El Universal” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun müəllifi olduğu “Yalan ayaq tutar, yeriməz: Ermənistanın səmimi olmağının vaxtı çatıb” sərlövhəli geniş məqalə dərc olunub.

Səfirlikdən bildiriblər ki, məqalə sözügedən nəşrdə bir neçə gün əvvəl yayımlanmış Ermənistanın xarici işlər nazirinin müavininin yalan və qərəz dolu yazısına cavab olaraq hazırlanıb.

Yazıda erməni yalanları növbəti dəfə açıq şəkildə ifşa olunur, ikiüzlülük və riyakarlıq xislətindən əl çəkməyən Ermənistanın təcavüzkar siyasətinin ağır nəticələrinə toxunulur və Ermənistan rəhbərliyi ölkəmizə qarşı ərazi iddialarından, qarayaxma kampaniyasından əl çəkməyə çağırılır.
Bildirilir ki, Ermənistan beynəlxalq münasibətlərdə səmimiliyi və beynəlxalq hüquqa hörməti ilə tanınan Meksikanın xoşməramlılığından və qonaqpərvərliyindən dəfələrlə öz çirkin məqsədləri üçün sui-istifadə edib, heç bir həqiqətə əsaslanmayan və qərəzli yazının “Meksika-Ermənistan münasibətlərinin inkişaf perspektivləri” adı altında dərc etdirilməsi məhz bu maraqlara xidmət edir.

Məqalədə Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətindən bu gün də əl çəkmədiyi, 2020-ci il 10 noyabr tarixli Bəyanata əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, 10 mindən çox hərbiçisini qanunsuz olaraq Azərbaycan ərazisində saxlamaqda və separatçı rejimi maliyyələşdirməkdə davam etdiyi, eləcə də ölkəmizin əsas hissəsini Naxçıvanla birləşdirən Zəngəzur dəhlizinin açılmasına mane olduğu vurğulanır. Hətta Ermənistan baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı onun tərkib hissəsi kimi tanıdığını bəyan etməsinə baxmayaraq, bunun danışıqlarda vaxt qazanmaq üçün istifadə edilmiş erməni hiyləsi olduğu ortaya çıxır.

Eyni zamanda Laçın yolu və “humanitar böhran”la bağlı erməni yalanlarına aydınlıq gətirilir. Müharibədən sonrakı iki il ərzində Azərbaycanın xoş niyyət nümayiş etdirərək Laçın yolunda hər hansı nəzarət mexanizmi təsis etmədiyi halda, Ermənistan tərəfindən ərazilərimizə silah-sursat, hərbi qulluqçuların və terrorçuların daşınması, o cümlədən təbii sərvətlərimizin talan edilməsi ilə bağlı aşkarlanmış çoxsaylı pozuntuların qarşısını almaq məqsədilə “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradıldığı və heç bir məhdudiyyət olmadan fəaliyyət göstərdiyi qeyd olunur. Guya “humanitar fəlakət” yaşayan ermənilərin Bakının Ağdam-Xankəndi yolu ilə göndərdiyi yardımı qəbul etməmələri vəziyyəti “aclıq” kartı ilə manipulyasiya etmək və siyasiləşdirmək məqsədi daşıyır. Diplomat tələsik hazırlanmış qərəzli və heç bir fakta əsaslanmayan “Okampo hesabatı”nın etibarlılığının isə beynəlxalq hüquqşünas Rodni Dikson tərəfindən əsaslı sübutlarla iflasa uğradıldığına, onun ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının bir hissəsi olduğuna diqqət çəkir.

Eyni zamanda, qeyd olunur ki, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından deportasiya edilmiş yüz minlərlə Qərbi azərbaycanlının hüquqları bərpa edilməli və onlar dədə-baba yurdlarına qayıtmalıdırlar. Ermənistan baş nazirinin bu qayıdışı “milli təhlükəsizliyə təhdid” kimi görməsi ikiüzlülüyün növbəti nümunəsidir.

Yazıda o da vurğulanır ki, Ermənistan xarici işlər nazirinin müavini və həmin ölkənin rəhbərliyi qonşu dövlətlərə ərazi iddialarına, qarayaxma kampaniyalarına və hərbi təxribatlara son qoyulmasının vacibliyini dərk etməlidirlər. Belə əməllər regionda uzun zaman gözlənilən sülhün və sabitliyin bərqərar olmasına maneə törədir. Separatçı rejim ləğv edilməklə Ermənistan silahlı qüvvələrinin qalıqları Azərbaycan ərazisindən çıxarılmalı, bütün kommunikasiyalar, o cümlədən Zəngəzur dəhlizi açılmalıdır.
Azərbaycan səfiri Meksika mətbuatında erməni nazir müavininin yalan və böhtanlarını ifşa edib - FOTO
Oxunub: 8

XƏBƏR LENTİ
Bu gün, 16:00 Sentyabrın son gününün hava proqnozu
Bu gün, 15:30 Azərbaycanda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi yaradılır
Bu gün, 15:22 Azərbaycan polisi və hərbçiləri Xankəndidə - VİDEO
Bu gün, 15:17 Qarabağ Azərbaycan ərazisidir, sülhməramlı məsələsi Bakı ilə müzakirə olunacaq - Peskov
Bu gün, 14:33 Dövlət başçısı: "8 şəhər və 92 kəndin Baş planı artıq təsdiq edilib"
Bu gün, 14:29 Azərbaycan Prezidenti: “Bizə qarşı etnik təmizləmə, işğal və ərazilərimizin məhvi həyata keçirilib”
Bu gün, 14:08 İlham Əliyev: Bu gün Şərqi Zəngəzur sıfırdan yenidən inşa edilir
Bu gün, 14:03 Prezident Zəngilan şəhərinə ilk qayıdışın vaxtını açıqladı
Bu gün, 13:57 Azərbaycan Prezidenti və birinci xanım Qənirə Paşayevanın vəfatı ilə bağlı nekroloq imzalayıblar
Bu gün, 13:00 Qarabağdan ermənilərin kütləvi axını və bunun arxasındakı məkrli oyunların ŞOK DETALLARI
Bu gün, 12:54 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ləğv olunur
Bu gün, 11:27 Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb Prezident İlham Əliyev forumun açılış mərasimində iştirak edir
Bu gün, 10:30 Qənirə Paşayeva ilə vida mərasimi keçirilir - FOTO
Bu gün, 10:00 Xunta buraxılır, separatçılar həbs edilir: Bəs Qarabağı kim və necə idarə edəcək? - AKTUAL
Bu gün, 09:16 İran parlamentində anti-Azərbaycan çağırışı: “Bakı Təbrizi hədəfə alıb” - RƏYLƏR
Bu gün, 09:00 Ermənilərin gedişi və İrəvanın hücum planı - Bakı hazırlaşır
Dünən, 21:30 Prezident İlham Əliyev Zəngilanda: Dövlət başçısının səfərinin DETALLARI
Dünən, 16:00 XƏBƏRDARLIQ: Açıq şəkildə satılan çərəzlərdən UZAQ DURUN
Dünən, 15:05 Azərbaycan Prezidenti Zəngilan kəndinin təməlini qoyub