Son Dəqiqə

Bu gün, 16:00 - Paşinyan qapalı iclasda İlham Əliyevlə görüşü haqda nə danışdı?.. - Ermənistan KİV

Bu gün, 15:30 - Ermənistanda yeni iqtisadi sıçrayış: Nikol yaxşı “oynayır” - Görünəni odur ki...

Bu gün, 14:22 - Gərginlik qırılma xəttinə çatır: Xaos planı ilə Azərbaycan ətrafında yerləşirlər - NƏ BAŞ VERİR?

Bu gün, 13:39 - DİQQƏT! - Bu şəxslər hərbi xidmətdən azaddır

Bu gün, 12:19 - “Əbədi Birlik” Gənclər İctimai Birliyi, Gəncliyə Yardım Fondu, BMT tərəfdaşı Beynəlxalq İnsan Hüquqları Müdafiə komitəsi və Beynəlxalq İnformasiya Agentliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı tədbir keçirilib

Bu gün, 10:00 - Bu gün Su çərşənbəsidir

Bu gün, 09:54 - Ali təhsilli olanları satıcı işləməyə nə vadar edir? - VİDEO

Bu gün, 09:43 - Məktəbə avtomobillə gələn yuxarı sinif şagirdləri ilə bağlı XƏBƏRDARLIQ

Bu gün, 09:38 - “Tərtər işi”ndə bəraət alan əsgərə təzminat veriləcək - Məbləğ

Bu gün, 09:33 - Rus sərhədçiləri Ermənistanı tərk etməlidir - Alen Simonyan

Bu gün, 09:17 - Azərbaycan Cənubi Qafqazda Fransa ilə Almaniyanı üz-üzə gətirir, hərbi-texniki əməkdaşlıq...

Bu gün, 09:00 - Çingiz Mustafayevlə bağlı 32 illik gerçək üzə çıxdı

Bu gün, 08:44 - Bayden: "İsrail Ramazan ayında Qəzzada fəaliyyətini dayandıracaq"

Bu gün, 08:40 - Kamil Zeynallı başına gələnləri onun "üstünə yıxdı" - FOTO

Bu gün, 08:28 - Prezidentin nazir təyin etdiyi Fərid Əhmədov kimdir? - DOSYE

Bu gün, 08:24 - İlham Əliyev yeni nazir təyin etdi - FOTO

Bu gün, 07:17 - Tanınmış həkim sevgilisi ilə birlikdə həyat yoldaşını döydü - KİV

Bu gün, 07:12 - Prezident Səudiyyə Ərəbistanının Həcc və Ümrə nazirini qəbul etdi

Bu gün, 07:01 - Ailə boşandıqda qanunvericilik daha çox kişiyə, yoxsa qadına hüquq tanıyır? – AÇIQLAMA

Bu gün, 06:15 - İranın bu addımı Qərbdə müsbət qarşılanacaq – The Wall Street

Bu gün, 06:08 - Azərbaycanda əxlaq polisi yaradılır? - VİDEO

Dünən, 16:00 - Qafqazda sülh müqaviləsi post-Putin dövrünün məsələsidir - NƏ ETMƏLİ?

Dünən, 15:30 - Yeni müharibəyə hazırlıq: Ermənistana silah gətirən nazirin şok planı - GƏLİŞMƏ

Dünən, 14:22 - Müharibə riski artır, Paşinyan üçün təhlükə böyüyür - Növbəti gediş Kremlindir

Dünən, 10:13 - Rusiya "erməni böhranı"nı birdəfəlik həll edəcək: Kreml Ermənistanın taleyi ilə bağlı yekun qərar vermək üzrədir

Dünən, 10:01 - Nazirliyə yeni təyinat - SƏRƏNCAM (FOTO)

Dünən, 10:00 - Ərdoğan: Türkiyə Qarabağda qardaşları ilə əl-ələ, çiyin-çiyinə dayanır

Dünən, 09:54 - Prezident Xocalıda soyqırımı memorialının təməlini qoyub

Azinfo.tv
 Valyuta məzənnəsi

Əliyevin Zəngəzur mesajları son xəbərdarlıqdır: Ermənistan “kollaps vəziyyəti”nə düşür

Tarix:9-12-2023, 09:08

Əliyevin Zəngəzur mesajları son xəbərdarlıqdır: Ermənistan “kollaps vəziyyəti”nə düşür


Paşinyan hakimiyyəti bütün geopolitik məsələlərdə olduğu kimi, Zəngəzur dəhlizi ilə bağlı da məhz ABŞ və Qərbin, xüsusilə də Fransanın maraqlarını icra etməklə, əslində, Ermənistanın gələcək taleyini də böyük risk altında buraxmış olur... Hər halda, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan, bütün regional nəqliyyat-kommunikasiya xətlərinə çıxış qazanmadan Ermənistanın müstəqil dövlət kimi mövcudluğu o qədər də real görünmür...
Cənubi Qafqazın gələcək taleyi tədricən aydınlaşmağa başlayıb. Hazırda cərəyan edən geopolitik, geostrateji və geoiqtisadi priseslər bu regionun gələcək iqtisadi inkişaf perspektivlərini böyük ölçüdə müəyyən edə bilər. Ona görə də, dünya nəhəngləri arasında bu regionda geopolitik oyunçuya çevrilmək uğrunda gedən mübarizənin də nəticələri böyük əhəmiyyət daşıyır. Və hazırda regional sülh prosesinin qarşısında əsas əngəllərdən biri kimi diqqəti çəkir.

Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazın regional nəqliyyat-kommunikasiya xətləri hazırda yalnız bölgə dövlətləri deyil, həm də dünya nəhəngləri üçün də olduqca cəlbedici faktor rolunu oynayır. Hər halda, Cənubi Qafqazın nəqliyyat-kommunikasiya qovşağına çevrilmək potensialı inkaedilməz reallıqdır. Yəni, yaxın gələcəkdə bu region beynəlxalq iqtisadi-ticari münasibətlərin tənzimlənməsində açar bölgə rolunu da oynaya bilər.

Təbii ki, bu səbəbdən də, dünya nəhənglərinin regional rəqabətinin məhz Zəngəzur dəhlizi üzərində düyünlənməsi qətiyyən gözlənilməz deyil. Belə ki, məhz Zəngəzur dəhlizinin hələ də reallığa çevrilməməsi Avropa və Asiya qitələri arasında birbaşa və ən sərfəli iqtisadi-ticari marşrutun baş tutmasını əngəlləmiş olur. Bu baxımdan, Zəngəzur dəhlizinin “nifaq alması”na çevrilməsi də tamamilə başadüşüləndir. Və bu dəhlizə nəzarət uğrunda geopolitik savaş layihənin reallaşmasını ləngidir.

Maraqlıdır ki, rəsmi İrəvan 10 noyabr üçtərəfli anlaşması ilə öz üzərinə götürdüyü öhdəliklərdən imtina etməyə çalışır. Belə ki, həmin sənədin 9-cu bəndinə görə, Ermənistan Zəngəzur dəhlizinin açılmasını təmin etməyi öz üzərinə götürüb. Bu nəqliyyat-kommunikasiya xəttinə isə Rusiya sərhəd qoşunlarının nəzarət etməsi nəzərdə tutulub. Və indi Paşinyan hakimiyyəti bu anlaşmanın hüquqi qüvvədən düşməsi üçün əlindən gələn hər şeyi edir.

Ermənistanın bu mövqeyi isə hazırda yalnız rəsmi İrəvanın müstəqil siyasi kursu yürüdə və ölkənin maraqlarına uyğun qərarlar qəbul etmək imkanlarının olmaması ilə izah edilə bilər. Çünki Paşinyan hakimiyyəti Rusiyadan uzaqlaşma vektoru üzrə hərəkət etməyə başladığı andan tamamilə ABŞ və Qərbin nəzarəti altına düşüb. Və Qərbdən gələn sifarişləri və təlimatları qeyd şərtsiz yerinə yetirməkdə davam edir.

ABŞ və Qərb isə Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsinə qətiyyətlə qarşı çıxır. Qərb strateqləri hesab edirlər ki, Rusiyanı iki qitəni birləşdirəcək belə bir önəmli marşruta yaxın buraxmaq yolverilməzdir. Ona görə də, hazırda rəsmi İrəvana birbaşa təlimat verilib ki, Zəngəzur dəhlizi birmənalı şəkildə Ermənistanın nəzarəti təmin edilməklə, açılmalıdır. Ardıncasa, Ermənistanla müəyyən anlaşmalar üzərindən Zəngəzur dəhlizinin Qərb nəhənglərinin nəzarətinə keçirilməsinə çalışılacağı isə qətiyyən şübhə doğurmur. Və bu məsələ ilə bağlı başqa variant barədə düşünmək belə, istəmirlər.

Ancaq burada rəsmi Bakını narahat edən ciddi bir məqam da mövcuddur. Belə ki, Ermənistanın Zəngəzur dəhlizindən keçəcək yükləri və Azərbaycan vətəndaşları yoxlamaq hüququ qazanma ehtimalı qəbuledilməz hesab olunur. Yəni, belə önəmli geoiqtisadi layihənin Ermənistanın nəzarətinə verilməsi gələcəkdə onun fəaliyyətinə də ciddi strateji problemlər yarada bilər. Və bu səbəbdə də, rəsmi Bakı bu təhlükədən yayınmaq üçün alternativ variantlara yönəlməyə üstünlük verir.

Məsələ ondadır ki, rəsmi Bakı marşrutun İran ərazisindən keçirilməsi barədə anlaşma ilə artıq həm Ermənistana, həm də ABŞ və Qərbə sərt mesaj verməkdən çəkinməyib. Ağ Ev isə bu qətiyyətli manevri gözləmədiyindən demək olar ki, çıxılmaz vəziyyətə düşüb. Bir müddət öncə ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayen Azərbaycanı təhdid edərək, marşrutun İrandan keçirilməsinin yolverilməz olduğunu vurğulamışdı. O, əlavə etmişdi ki, əgər, bu marşrut məhz Ermənistan ərazisindən və rəsmi İrəvanın nəzarəti altında reallaşmazsa, sərt reaksiya veriləcək, Azərbaycan-ABŞ münasibətləri korlanacaq.

Ancaq rəsmi Bakı ABŞ-dan gələn bu təhdidlər və marşurutun istiqamətini diqtə etmək cəhdi qarşısında qətiyyən geri çəkilmədi. Rəsmi ABŞ-ı Azərbaycanın daxili işlərinə və başqa dövlətlərlə münasibətlərinə qarışmaq cəhdlərində qınadı. Azərbaycan Prezidenti İlham Əliyev son açıqlamasında bu məsələ barədə danışarkən, ABŞ rəsmisinin nə demək istədiyinin anlaşılmaz və qəbuledilməz olduğuna eyham vurmuşdu. Yəni, rəsmi Bakının qətiyyətli mövqeyindən geri çəkiləcəyinə ümid bəsləmək tamamilə yersizdir.

Digər tərəfdən, Prezident İlham Əliyev ABŞ və Qərbin təlimatları ilə hərəkət edən Ermənistana da sərt və prinsipial mesajlar ünvanladı. Azərbaycan lideri vurğuladı ki, müstəqil qərarlar qəbul etmək qabiliyyəti olmayan rəsmi İrəvan Ermənistanı önəmli nəqliyyat-kommunikasiya maşrutundan kənarda qoyur. Çünki rəsmi Bakı Ermənistanın irəli sürdüyü şərtlər daxilində Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. Əgər, rəsmi İrəvan bu dəhlizin açılmasını və Ermənistanın bundan faydalanmasını istəyirsə, onda imzaladığı anlaşmalarla öz üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməlidir.

Nəhayət, Prezident İlham Əliyevin Zəngəzur mesajlarında Ermənistanın gələcək taleyini müəyyən edə biləcək önəmli bir məqam da yer almaqdadır. Belə ki, Azərbaycan lideri Zəngəzur dəhlizi rəsmi anlaşmaya uyğun şəkildə açılmayacağı təqdirdə, Ermənistanı gözləyən əsas təhlükəyə də dolayısı ilə eyham vurub. Yəni, bu halda, Azərbaycan və Ermənistan arasında heç bir nəqliyyat-kommunikasiya xəttinin açılması gözlənilmir. Bu isə o deməkdir ki, Ermənistanın blokada şəraiti hələ uzun müddət davam edə bilər.

Belə anlaşılır ki, rəsmi İrəvan ABŞ və Qərbin, xüsusilə də Fransanın maraqlarını icra etməklə, əslində, Ermənistanın gələcək taleyini də böyük risk altına salmış olur. Hər halda, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan, bütün regional nəqliyyat-kommunikasiya xətlərinə çıxış qazanmadan Ermənistanın müstəqil dövlət kimi mövcudluğu o qədər də real görünmür. Və ona görə də indi rəsmi İrəvan daha çox məhz Ermənistanın kollaps vəziyyətinə düşmə təhlükəsi barədə düşünməlidir.

“Yeni Müsavat”
Oxunub: 18

XƏBƏR LENTİ
Bu gün, 16:00 Paşinyan qapalı iclasda İlham Əliyevlə görüşü haqda nə danışdı?.. - Ermənistan KİV
Bu gün, 15:30 Ermənistanda yeni iqtisadi sıçrayış: Nikol yaxşı “oynayır” - Görünəni odur ki...
Bu gün, 14:22 Gərginlik qırılma xəttinə çatır: Xaos planı ilə Azərbaycan ətrafında yerləşirlər - NƏ BAŞ VERİR?
Bu gün, 13:39 DİQQƏT! - Bu şəxslər hərbi xidmətdən azaddır
Bu gün, 12:19 “Əbədi Birlik” Gənclər İctimai Birliyi, Gəncliyə Yardım Fondu, BMT tərəfdaşı Beynəlxalq İnsan Hüquqları Müdafiə komitəsi və Beynəlxalq İnformasiya Agentliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı tədbir keçirilib
Bu gün, 10:00 Bu gün Su çərşənbəsidir
Bu gün, 09:54 Ali təhsilli olanları satıcı işləməyə nə vadar edir? - VİDEO
Bu gün, 09:43 Məktəbə avtomobillə gələn yuxarı sinif şagirdləri ilə bağlı XƏBƏRDARLIQ
Bu gün, 09:33 Rus sərhədçiləri Ermənistanı tərk etməlidir - Alen Simonyan
Bu gün, 09:17 Azərbaycan Cənubi Qafqazda Fransa ilə Almaniyanı üz-üzə gətirir, hərbi-texniki əməkdaşlıq...
Bu gün, 08:44 Bayden: "İsrail Ramazan ayında Qəzzada fəaliyyətini dayandıracaq"
Bu gün, 08:40 Kamil Zeynallı başına gələnləri onun "üstünə yıxdı" - FOTO
Bu gün, 08:28 Prezidentin nazir təyin etdiyi Fərid Əhmədov kimdir? - DOSYE
Bu gün, 08:24 İlham Əliyev yeni nazir təyin etdi - FOTO
Bu gün, 07:12 Prezident Səudiyyə Ərəbistanının Həcc və Ümrə nazirini qəbul etdi
Bu gün, 07:01 Ailə boşandıqda qanunvericilik daha çox kişiyə, yoxsa qadına hüquq tanıyır? – AÇIQLAMA
Bu gün, 06:15 İranın bu addımı Qərbdə müsbət qarşılanacaq – The Wall Street
Bu gün, 06:08 Azərbaycanda əxlaq polisi yaradılır? - VİDEO
Dünən, 16:00 Qafqazda sülh müqaviləsi post-Putin dövrünün məsələsidir - NƏ ETMƏLİ?