Son Dəqiqə

14-10-2020, 17:47 - Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI

14-10-2020, 17:46 - Millimizin baş məşqçisi: "Azərbaycan Qarabağ uğrunda müharibə aparır"

14-10-2020, 17:46 - İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibə verib - VİDEO

14-10-2020, 17:45 - Azərbaycan Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ

14-10-2020, 17:44 - İlham Əliyev: "Ermənistan hesab edirdi ki, atəşkəsdən istifadə edərək yeni qüvvələr səfərbər edə bilərlər"

14-10-2020, 17:38 - Bu rayonda vəzifələr "vərəsə"liklə ötürülür…

4-10-2020, 00:54 - Azərbaycanlı hakerlər erməni naziri porno izləyərkən "yaxaladı"

4-10-2020, 00:46 - İlham Əliyev Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib

4-10-2020, 00:37 - SON DƏQİQƏ: İlham Əliyev elan etdi: Madagiz işğaldan azad olundu

3-10-2020, 18:34 - Erməni işğalçıları postdan qaçmasın deyə qandallanırlar - VİDEO

3-10-2020, 18:27 - Azərbaycan Ordusu düşmənin bir qrup hərbi qulluqçusunu əsir götürdü

3-10-2020, 18:17 - Ermənilər Laçından qaçırlar - FOTO

3-10-2020, 18:03 - Ermənilərin Xankəndidən qaçmasının görüntüləri yayıldı - VİDEO

3-10-2020, 17:51 - Prezident: “Ermənistan bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq”

3-10-2020, 17:34 - İlham Əliyev: “Onların fikrincə, hər şey çox məntiqlidir, lakin çox böyük səhv etdilər”

3-10-2020, 17:03 - Müdafiə Nazirliyi orduya yardımla bağlı məlumat yaydı

3-10-2020, 16:53 - İlham Əliyev: “Ermənistan sülh istəmir, onlar bizim torpaqları həmişəlik işğal altında saxlamaq istəyirlər”

3-10-2020, 16:42 - İlham Əliyev və Mehriban Əliyeva bir aylıq əməkhaqlarını Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər

3-10-2020, 16:36 - Prezident İlham Əliyevə müraciətlər: vətəndaşlar işğalçılarla mübarizəyə hazırdır

3-10-2020, 16:31 - Tramp hospitala yerləşdirildi

3-10-2020, 16:12 - Azərbaycan Prezidenti: "İndi baş verənlər Ermənistanın destruktiv siyasətinin nəticəsidir"

3-10-2020, 15:38 - Cəbhənin müxtəlif istiqamətlərində düşmənin döyüş aktivliyinin qarşısı alındı - VİDEO

3-10-2020, 15:31 - Makron İlham Əliyevə zəng etdi

3-10-2020, 15:26 - Bakıdan cəbhəyə yollanan müəllimlərin sayı açıqlandı - RƏSMİ

3-10-2020, 15:19 - Türkiyədə küçələrin birinə general Polad Həşimovun adı veriləcək

3-10-2020, 02:17 - Azərbaycan alimləri, ölkəmizin hər bir vətəndaşı kimi öz bacarıqlarını və biliklərini Vətənimizin xoşbəxt gələcəyinə, ərazi bütövlüyünə həsr etməyə, canlarını qurban verməyə hazırdırlar!

3-10-2020, 02:04 - Bu gün işğaldan azad olunan ərazilərimiz – Döyüşdə iştirak edən, düşməni geri oturdan igidlərimizi siz də tanıyın!

2-10-2020, 19:33 - Xocavənd: İşğaldan azadlığa doğru - VİDEO

Azinfo.tv
 Valyuta məzənnəsi

Əlixan Zeynalov: Mənim prezidentim daim ölkəm üçün çalışır

Tarix:23-09-2020, 05:11

Əlixan Zeynalov: Mənim prezidentim daim ölkəm üçün çalışır


Əlixan Zeynalov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır! Prezident İlham Əliyevdən nümunə götürən Əlixan Zeynalovun böyüklüyü onun sadəliyində və cəmiyyətə insani münasibətindədi! Əlixan Zeynalov cəmiyyətə maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Əlixan Zeynalov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Şirvan şəhəri 4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Şirvan şəhəri 4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi Əlixan Zeynalovu dövlətimizə şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

BDYPİ-nin Şirvan Regional İmtahan Qeydiyyat Şöbəsinin rəisi Əlixan Zeynalov - Müasir Azərbaycan Respublikasının banisi ulu öndər Heydər Əliyevin layiqli varisi olan möhtərəm prezidentimiz İlham Əliyev cənablarının 17 illik fəaliyyətinə nəzər saldıqda,onu xalqını qəlbən sevən, dərin erudisiyalı.qətiyyətli,dövrün çağırışlarına çevik cavab verən bir lider olduğunu görürük. Möhtərəm prezidentimizi dünyada güclü bir siyasətçi kimi qəbul edilir və ona daim hörmətlə yanaşırlar.Onun apardığı düşünülmüş.uzaqgörən siyasət nəticəsində ölkə iqtisadiyyatı son illər sürətli və dinamik inkişaf yoluna qədəm qoydu.
Bu gün Azərbaycan azad və mütərəqqi düşüncə tərzinin diktə etdiyi bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna sadiqliyini sübuta yetirmişdir. Dövlət başçımızın gerçəkləşdirdiyi uğurlu diplomatiya yeni əsrdə Azərbaycanın nəinki bölgədə.bütün dünyada layiqli yerini tutmasını, regional liderliyini təmin etmişdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, eləcə də Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi, TAP, TANAP layihələrinin reallaşdırılması Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqelərini daha da gücləndirmişdir.
Müharibə şəraitində yaşayan Azərbaycan eyni zamanda bölgədə ən müasir silahlarla təmin olunmuş güclü orduya sahib olmuşdur.Bu da iyul ayında Tovuz hadisələrində bir daha özünü parlaq şəkildə göstərdi.Torpaqlarımızda təxribat törətmək istəyən düşmən ordumuzdan güclü zərbə aldı və Azərbaycan ordusunun əzmi qarşısında geri çəkilməli oldu.
"Siyasətimizin əsasında Azərbaycan vətəndaşı dayanır" - deyən cənab Prezident İlham Əliyev keyfiyyətcə yeni mərhələdə insan və vətəndaş mənafeyinə xidmət edən islahatların həyata keçirilməsini pandemiya zamanı nəinki dayandırmadı.əksinə daha da dərinləşdirdi.Onun apardığı bu islahatlar geniş xalq kütlələri tərəfindən böyük rəğbətlə qarşılandı və müdafiə olundu.Möhtərəm prezidentimiz karantin günlərində də daim diqqətini iqtisadiyyatın inkişafına,sadə vətəndaşın həyat rifahının yüksəldilməsinə yönəltdi.
Belə ki.14 sentyabr 2020-ci il tarixdə Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki Peşə Təhsil Mərkəzinin açılışındakı çıxışında cənab prezident bir daha ölkə iqtisadiyyatının inkişafını öz fəaliyyətinin prioritet amili olduğunu bəyan etdi:”Daxili tələbat nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin edilməlidir.Son illərdə bu işləri görməklə buna böyük dərəcədə müvəffəq olmuşuq. İndi əsas işimiz ondan ibarətdir ki, baxmalıyıq, harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir”.
Xaricdə yaşayan soydaşlarımıza daim böyük diqqət göstərən dövlət başçımız respublikamızın inkişafında dünya azərbaycanlılarının da iştirakını görmək istəyir.onların imkan və səylərini dövlətimizin inkişafı üçün vacib məqam hesab edir: ”Xaricdə yaşayan azərbaycanlı iş adamları da gəlib Azərbaycana vəsait qoysunlar. Azərbaycan onların vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan onların da gücünü artırır. Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz vətəninə vəsait qoymalıdırlar, öz vətəni ilə daim əlaqə saxlamalıdırlar”.
Heç kəsə sirr deyil ki, gənclik bir millətin yaşaması və inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir.Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır.
Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv iştirak edir və onların fəaliyyəti üçün dövlətimiz geniş imkanlar yaradır. Çünki Prezident Cənab İlham Əliyevin apardığı uğurlu siyasət birbaşa vətəndaşın,o cümlədən Azərbaycan gəncinin sosial rifahına yönəlib
“Sumqayıt Kimya Sənaye Parkının ümumi inkişaf tendensiyası yeniliklərə münasibətilə fərqlənir. Elə nəzdində açılışı olan Peşə Təhsil Mərkəzini də bu xüsusda fərqləndirmək olar. Çünki ilk dəfədir ki, ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır, bununla da bir neçə strateji hədəfə nail olunur: tələbələrə müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri aşılanacaq. Təlim-tədris prosesində iştirak edəcək mütəxəssislər elə parkın rezidentlərinin yüksəkixtisaslı işçilərindən olacaq. Öz növbəsində tələbələr də Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində təcrübə keçməklə, iş yeri əldə etmək imkanı qazanacaqlar.”
Təmsil etdiyim SOCAR-ın Qobustan Regional Təlim Mərkəzi məhz belə bir qayğının,belə bir fəaliyyətin nəticəsində yaranmışdır. Peşə ixtisaslı fəhlə kadrlarına olan tələbatı nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2013-cü ildə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin nəzdində beynəlxalq peşə təhsili standartlarına cavab verən müasir tədris otaqları, ən yeni avadanlıqlarla komplektləşdirilmiş, yüksək ixtisaslı kadrların hazırlanması üçün nəzərdə tutulan fənn kabinələri və qaynaq emalatxanası, ən yeni texniki vasitələr və alətlərlə təmin olunmuş Qobustan Regional Təlim Mərkəzini yaratdı. Bu mərkəz cənab Prezidentin gənclərimizə olan qayğısının parlaq təzahürü idi.Azərbaycanın müxtəlif bölgələrindən olan yüzlərlə gənc burda təhsil alaraq müxtəlif peşələrə yiyələnirlər.
Bu gün cənab Prezident tərəfindən uğurla, yeni dövrün tələblərinə uyğun şəkildə aparılan islahatlar ölkəmizin siyasi-iqtisadi inkişafını, o cümlədən sosial rifahının yüksəlişini təmin edir.Cənab İlham Əliyevin prezident olduğu 17 ildə ölkəmizin həyatının müxtəlif sferalarında- istər iqtisadiyyat və ya mədəniyyət, istər idman, istərsə də elm və təhsil sahələrində baş verən dinamik inkişaf Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanır.Xalq öz prezidentini sevir və daim ona dəstəyini nümayiş etdirir.Bu güc,bu birlik-həmrəylik əbədidir,tükənməzdir.
Oxunub: 44

XƏBƏR LENTİ
14-10-2020, 17:46 Millimizin baş məşqçisi: "Azərbaycan Qarabağ uğrunda müharibə aparır"
14-10-2020, 17:46 İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibə verib - VİDEO
14-10-2020, 17:45 Azərbaycan Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ
14-10-2020, 17:44 İlham Əliyev: "Ermənistan hesab edirdi ki, atəşkəsdən istifadə edərək yeni qüvvələr səfərbər edə bilərlər"
14-10-2020, 17:38 Bu rayonda vəzifələr "vərəsə"liklə ötürülür…
4-10-2020, 00:46 İlham Əliyev Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib
4-10-2020, 00:37 SON DƏQİQƏ: İlham Əliyev elan etdi: Madagiz işğaldan azad olundu
3-10-2020, 17:51 Prezident: “Ermənistan bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq”
3-10-2020, 17:34 İlham Əliyev: “Onların fikrincə, hər şey çox məntiqlidir, lakin çox böyük səhv etdilər”
3-10-2020, 17:03 Müdafiə Nazirliyi orduya yardımla bağlı məlumat yaydı
3-10-2020, 16:53 İlham Əliyev: “Ermənistan sülh istəmir, onlar bizim torpaqları həmişəlik işğal altında saxlamaq istəyirlər”
3-10-2020, 16:42 İlham Əliyev və Mehriban Əliyeva bir aylıq əməkhaqlarını Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər
3-10-2020, 16:36 Prezident İlham Əliyevə müraciətlər: vətəndaşlar işğalçılarla mübarizəyə hazırdır
3-10-2020, 16:31 Tramp hospitala yerləşdirildi
3-10-2020, 16:12 Azərbaycan Prezidenti: "İndi baş verənlər Ermənistanın destruktiv siyasətinin nəticəsidir"
3-10-2020, 15:31 Makron İlham Əliyevə zəng etdi
3-10-2020, 15:26 Bakıdan cəbhəyə yollanan müəllimlərin sayı açıqlandı - RƏSMİ
3-10-2020, 15:19 Türkiyədə küçələrin birinə general Polad Həşimovun adı veriləcək
3-10-2020, 02:17 Azərbaycan alimləri, ölkəmizin hər bir vətəndaşı kimi öz bacarıqlarını və biliklərini Vətənimizin xoşbəxt gələcəyinə, ərazi bütövlüyünə həsr etməyə, canlarını qurban verməyə hazırdırlar!