Son Dəqiqə

Dünən, 13:23 - Şəki rayon məhkəməsində “cərimə rüşvəti“ - Məhkəmənin sədri Ceyhun Əhmədov hara baxır?

Dünən, 13:22 - Nazirlik qolunu itirən qaziyə köhnə protez verib - BİABIRÇI FAKT

Dünən, 13:20 - Ağcabədiyə görün, kim rəhbərlik edir... - İLGİNC İDDİA

Dünən, 13:19 - Keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi saxtakarlıqda ittiham olunur - GİLEY

Dünən, 13:17 - Travmotologiya İnstitutunda Canbaxışovun “canfəşanlığı”nın sirri: - həkim səhvindən ayağı axsaq qalan gənc nələr danışdı?

Dünən, 13:16 - Əgər dövlət bir çarə qılmasa... - Pandemiya təhsilimizi bərbad günə qoyub...

Dünən, 13:15 - İcra başçısı qadın sahibkara təzyiq edir – Prezidentə şikayət

Dünən, 13:13 - "Sahil Babayev kimdir ki, mənim pensiyamı kəsir?" - Neftçaladan ETİRAZ

Dünən, 12:05 - QARABAĞ VETERANINI QƏBUL ETMƏYƏN İCRA BAŞÇISI ŞƏHİDLƏR XİYABANINDA FOTOSESSİYA EDİR - VİDEO

13-04-2021, 17:11 - “Nar” “Yeniliklər Dalğası” kampaniyasına start verir”

13-04-2021, 14:57 - Operativ Qərargah buna icazə verdi

13-04-2021, 14:57 - Zəngilanın Sarıqışlaq kəndinin görüntüləri - VİDEO

13-04-2021, 14:57 - Bakıda quldurluq edən şəxslər saxlanılıb - VİDEO

13-04-2021, 14:56 - Azərbaycanda məhkəmə hakimi vəfat etdi

13-04-2021, 14:56 - Aqil Abbas: “Niyə “Şəhid anaları” medalı olmasın?”

13-04-2021, 14:56 - Anasını çəkiclə öldürən oğul HAKİM QARŞISINDA

13-04-2021, 14:55 - Bu şəxslərin maaşları artırıldı

13-04-2021, 14:55 - Azərbaycan Prezidenti: Ermənistan əlaqə qurmaq istəyərsə, biz də əlimizdən gələni etməyə hazırıq

13-04-2021, 14:55 - İlham Əliyev: Biz Prezident Vladimir Putinlə “İsgəndər-M” raketi ilə bağlı məsələni müzakirə etmişik

13-04-2021, 14:54 - İlham Əliyev: "Biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olduğunu bilsin"

13-04-2021, 14:52 - Sabirabad sakinini KİMLƏR HƏDƏLƏYİR? - GİLEY

13-04-2021, 14:51 - Oqtay Şirəliyev Azərbaycanı necə biabır edir? - FAKT BUDUR!

13-04-2021, 14:49 - Ərəb turistlər Azərbaycanda 50 min dollar rüşvəti hansı məmura verib… - İLGİNC FAKTLAR

13-04-2021, 14:48 - Sahil Babayevə cinayət işi açılmalıdır – “Nə ixtiyarın var ki, insanların pensiyasını kəsirsən?”

13-04-2021, 14:47 - Azad Rəhimovun qudası necə polkovnik oldu? - Gəncənin şefi ilə bağlı iddialar...

10-04-2021, 13:07 - Şəki məhkəməsi rüşvət umdu, jurnalistin iddiasini haqqsiz olaraq təmin etmədi

9-04-2021, 15:09 - “Onlayn təhsil “Nar”ın “TƏHSİL+” internet paketi ilə daha rahatdır!”

2-04-2021, 17:25 - Los-Ancelesdə Ermənistanın cinayətlərinə dair yeni film hazırlanıb - VİDEO

Azinfo.tv
 Valyuta məzənnəsi

Azərbaycan Ordusunun aprel qələbəsindən 5 il ötür

Tarix:2-04-2021, 14:55

Azərbaycan Ordusunun aprel qələbəsindən 5 il ötür


Bu gün Azərbaycan və Ermənistan arasında baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür.
Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Aprel döyüşlərinin başlanmasından 5 il ötür.

Belə ki, 2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər aprel ayının 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr nəticəsində Azərbaycan Ordusu şəhid verib, həmçinin mülki əhali arasında da ölən və yaralananlar olub.

Döyüşlər zamanı Azərbaycan Ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, həyata keçirilən sürətli əks-həmlə zamanı 2 000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də Azərbaycan Ordusunun nəzarətinə keçib. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb.

Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub. Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.

Ötən müddət ərzində işğaldan azad olunan ərazilərdə, o cümlədən aprel qələbəsi ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təmir bərpa işləri aparılıb, orada yeni qəsəbə salınıb, ata-baba yurdlarından didərgin salınan insanlar geri dönüblər. Kənddə məscid tikilib, Cocuq Mərcanlı kənd məscidi dini icması fəaliyyət göstərir.

Aprel döyüşlərində Azərbaycan Ordusu düşmənə öz gücünü göstərib. Bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqların azad olunması uğrunda döyüşlərə başlayıb. 44 gün davam edən döyüşlər zamanı 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, 2020-ci ilin noyabrın 20-də Ağdam rayonu, 2020-ci ilin noyabrın 25-də Kəlbəcər rayonu, 2020-ci ilin dekabrın 1-də isə Laçın rayonu sülh yolu ilə Azərbaycana qaytarılıb. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub və bununla da Dağlıq Qarabağ münaqişəsi başa çatıb.

Ərazilərin işğaldan azad olunması ilə bağlı şad xəbərləri Azərbaycan xalqına Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev çatdırıb.
Oxunub: 20

XƏBƏR LENTİ
Dünən, 13:23 Şəki rayon məhkəməsində “cərimə rüşvəti“ - Məhkəmənin sədri Ceyhun Əhmədov hara baxır?
Dünən, 13:22 Nazirlik qolunu itirən qaziyə köhnə protez verib - BİABIRÇI FAKT
Dünən, 13:20 Ağcabədiyə görün, kim rəhbərlik edir... - İLGİNC İDDİA
Dünən, 13:19 Keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi saxtakarlıqda ittiham olunur - GİLEY
Dünən, 13:17 Travmotologiya İnstitutunda Canbaxışovun “canfəşanlığı”nın sirri: - həkim səhvindən ayağı axsaq qalan gənc nələr danışdı?
Dünən, 13:16 Əgər dövlət bir çarə qılmasa... - Pandemiya təhsilimizi bərbad günə qoyub...
Dünən, 13:15 İcra başçısı qadın sahibkara təzyiq edir – Prezidentə şikayət
Dünən, 13:13 "Sahil Babayev kimdir ki, mənim pensiyamı kəsir?" - Neftçaladan ETİRAZ
Dünən, 12:05 QARABAĞ VETERANINI QƏBUL ETMƏYƏN İCRA BAŞÇISI ŞƏHİDLƏR XİYABANINDA FOTOSESSİYA EDİR - VİDEO
13-04-2021, 14:57 Operativ Qərargah buna icazə verdi
13-04-2021, 14:57 Zəngilanın Sarıqışlaq kəndinin görüntüləri - VİDEO
13-04-2021, 14:56 Aqil Abbas: “Niyə “Şəhid anaları” medalı olmasın?”
13-04-2021, 14:55 Bu şəxslərin maaşları artırıldı
13-04-2021, 14:55 Azərbaycan Prezidenti: Ermənistan əlaqə qurmaq istəyərsə, biz də əlimizdən gələni etməyə hazırıq
13-04-2021, 14:55 İlham Əliyev: Biz Prezident Vladimir Putinlə “İsgəndər-M” raketi ilə bağlı məsələni müzakirə etmişik
13-04-2021, 14:54 İlham Əliyev: "Biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olduğunu bilsin"
13-04-2021, 14:52 Sabirabad sakinini KİMLƏR HƏDƏLƏYİR? - GİLEY
13-04-2021, 14:51 Oqtay Şirəliyev Azərbaycanı necə biabır edir? - FAKT BUDUR!
13-04-2021, 14:49 Ərəb turistlər Azərbaycanda 50 min dollar rüşvəti hansı məmura verib… - İLGİNC FAKTLAR