Son Dəqiqə

Dünən, 13:23 - Şəki rayon məhkəməsində “cərimə rüşvəti“ - Məhkəmənin sədri Ceyhun Əhmədov hara baxır?

Dünən, 13:22 - Nazirlik qolunu itirən qaziyə köhnə protez verib - BİABIRÇI FAKT

Dünən, 13:20 - Ağcabədiyə görün, kim rəhbərlik edir... - İLGİNC İDDİA

Dünən, 13:19 - Keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi saxtakarlıqda ittiham olunur - GİLEY

Dünən, 13:17 - Travmotologiya İnstitutunda Canbaxışovun “canfəşanlığı”nın sirri: - həkim səhvindən ayağı axsaq qalan gənc nələr danışdı?

Dünən, 13:16 - Əgər dövlət bir çarə qılmasa... - Pandemiya təhsilimizi bərbad günə qoyub...

Dünən, 13:15 - İcra başçısı qadın sahibkara təzyiq edir – Prezidentə şikayət

Dünən, 13:13 - "Sahil Babayev kimdir ki, mənim pensiyamı kəsir?" - Neftçaladan ETİRAZ

Dünən, 12:05 - QARABAĞ VETERANINI QƏBUL ETMƏYƏN İCRA BAŞÇISI ŞƏHİDLƏR XİYABANINDA FOTOSESSİYA EDİR - VİDEO

13-04-2021, 17:11 - “Nar” “Yeniliklər Dalğası” kampaniyasına start verir”

13-04-2021, 14:57 - Operativ Qərargah buna icazə verdi

13-04-2021, 14:57 - Zəngilanın Sarıqışlaq kəndinin görüntüləri - VİDEO

13-04-2021, 14:57 - Bakıda quldurluq edən şəxslər saxlanılıb - VİDEO

13-04-2021, 14:56 - Azərbaycanda məhkəmə hakimi vəfat etdi

13-04-2021, 14:56 - Aqil Abbas: “Niyə “Şəhid anaları” medalı olmasın?”

13-04-2021, 14:56 - Anasını çəkiclə öldürən oğul HAKİM QARŞISINDA

13-04-2021, 14:55 - Bu şəxslərin maaşları artırıldı

13-04-2021, 14:55 - Azərbaycan Prezidenti: Ermənistan əlaqə qurmaq istəyərsə, biz də əlimizdən gələni etməyə hazırıq

13-04-2021, 14:55 - İlham Əliyev: Biz Prezident Vladimir Putinlə “İsgəndər-M” raketi ilə bağlı məsələni müzakirə etmişik

13-04-2021, 14:54 - İlham Əliyev: "Biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olduğunu bilsin"

13-04-2021, 14:52 - Sabirabad sakinini KİMLƏR HƏDƏLƏYİR? - GİLEY

13-04-2021, 14:51 - Oqtay Şirəliyev Azərbaycanı necə biabır edir? - FAKT BUDUR!

13-04-2021, 14:49 - Ərəb turistlər Azərbaycanda 50 min dollar rüşvəti hansı məmura verib… - İLGİNC FAKTLAR

13-04-2021, 14:48 - Sahil Babayevə cinayət işi açılmalıdır – “Nə ixtiyarın var ki, insanların pensiyasını kəsirsən?”

13-04-2021, 14:47 - Azad Rəhimovun qudası necə polkovnik oldu? - Gəncənin şefi ilə bağlı iddialar...

10-04-2021, 13:07 - Şəki məhkəməsi rüşvət umdu, jurnalistin iddiasini haqqsiz olaraq təmin etmədi

9-04-2021, 15:09 - “Onlayn təhsil “Nar”ın “TƏHSİL+” internet paketi ilə daha rahatdır!”

2-04-2021, 17:25 - Los-Ancelesdə Ermənistanın cinayətlərinə dair yeni film hazırlanıb - VİDEO

Azinfo.tv
 Valyuta məzənnəsi

Allahşükür Paşazadə Patriarx Varfolomeylə görüşdü

Tarix:2-04-2021, 14:58

Allahşükür Paşazadə Patriarx Varfolomeylə görüşdü


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin sessiyasında iştirak çərçivəsində İstanbulda Rum Fənər Pravoslav Patriarxlığında Ekumenik Patriarx Varfolomeylə görüşüb.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Şeyxülislam Allahşükür Paşazadə ilə görüşmək imkanından məmnunluğunu bildirən Patriarx Varfolomey həzrətləri qonağını səmimi salamladı.

Qafqazın Şeyxülislamı ilə söhbət zamanı əvvəlki görüşlərini xatırlayan Patriarx Varfolomey Azərbaycana səfərini rəğbətlə vurğulayıb. Bu səfərin onun qəlbində hər zaman xoş xatirə kimi qaldığını qeyd edən Patriarx Varfolomey Azərbaycana səfəri zamanı Ulu Öndər Heydər Əliyevlə görüşündən danışıb, bu görüşün onda unudulmaz təəssürat buraxdığını bildirib. Həmin görüş zamanı, Şeyxülislamın qonaqpərvərliyi və səmimiyyətini xüsusi qeyd edən Ekumenik Patriarx Varfolomey A. Paşazadənin dini lider olaraq bölgədə və dünya çapında sülhməramlı fəaliyyətini, qlobal miqyasda dinlərarası dialoq və əməkdaşlığa verdiyi böyük töhfələri yüksək qiymətləndirdiyini xüsusi qeyd edib, ona möhkəm cansağlığı diləyib. Dünyanın tezliklə pandemiya bəlasından qurtulması üçün dualar edən Patriarx gələcəkdə də dinlər, mədəniyyətlər arasında dialoqun dərinləşdirilməsi, insanlar arasında sülhün möhkəmləndirilməsi yönündə birgə səyləri davam etdirmək niyyətində olduğunu bildirib.

Böyük nüfuz sahibi olan dini lider — Patriar Varfolomeylə görüşə böyük dəyər verdiyini bildirən Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını Ekumenik Patriarxa çatdırıb. Patriarx Varfolomey Azərbaycan Prezidentinin diqqətini minnətdarlıqla qarşılayıb, öz növbəsində, xeyir-dualarını və ən xoş arzularını Azərbaycan prezidentinə çatdırmağı Şeyxülislamdan rica edib.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın müxtəlid din nümayəndələrinin dost, qardaş kimi yaşadığı bir dövlət olduğunu, bütün dünyada sülh tərəfdarı olduğunu vurğulayıb və 44 günlük Qarabağ savaşında Azərbaycanın öz əzəli torpaqlarını işğaldan azad edib tarixi ədaləti bərpa etməsini fəxarətlə qeyd edib. Şeyxülislam A. Paşazadə Ermənistanın işğalı nəticəsində vaxtilə çiçəklənən, abad Azərbaycan şəhərlərinin işğal dövründə ruhlar məkanına çevrilməsini, ərazilərimizdə ümumbəşər əhəmiyyətli tarixi, dini, mədəni abidələrin, minlərlə tarixi, dini, mədəniyyət abidələrimizin, ziyarətgah və qəbirstanlıqlarımızın, İslam, xristian və yəhudi məbədlərininin məhv edildiyini Patriarx Varfolomeyin diqqətinə çatdırıb. QMİ sədri qeyd edib ki, məscidlərimiz İslam dinində haram sayılan heyvanların saxlanılması kimi misli görünməmiş həqarət əməllərinə məruz qalmışdır. Halbuki, bütün bu illər ərzində Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində erməni kilsəsi təmir edilərək abad şəkildə qorunub saxlanılmaqdadır və on minlərlə erməni əsilli vətəndaşımız ölkəmizdə əmin-amanlıq şəraitində yaşayır.

Hər zaman dinlərarası və mədəniyyətlərarası dialoq tərəfdarı olduğunu bildirən Şeyxülislam A. Paşazadə vurğulayıb ki, dini lider olaraq, Uca Yaradanın buyurduğu kimi, hər zaman ədalətli sülhə çağırmışdır. O bilirib ki, azad olunmuş Qarabağda bütün dinlərin əmin-amanlıq şəraitində yaşamağa davam etməsini Azərbaycan dövləti təmin edəcəkdir. Öz növbəsində, dinlər arasında ehtiram, anlaşma və dialoqun davamlı inkişafı üçün əlindən gələni əsirgəməyəyini bildirən QMİ sədri Şeyxülislam A. Paşazadə Patriarx Varfolomeyi və Mitropolit Emanueli Qarabağdakı məscidləri və kilsələri birlikdə ziyarət etmək üçün bir daha Azərbaycana səfər etməyə dəvət edib.

QMİ sədri təəssüflə qeyd etdi ki, erməni kilsəsi qonşu xalqlara qarşı təcavüzü dəstəkləyir, erməni din xadimləri bir əlində xaç, bir əlində silah müharibəyə çağırışlar edir. Şeyxülislam A. Paşazadə ümid etdiyini bildirdi ki, erməni katolikosu dini liderə yaraşan, mənəvi öhdəliklərinə uyğun şəkildə müharibə deyil, sülhü və dialoqu təşviq edəcək, sülhpərvər və humanist ideyaları təbliğ edəcək, dini müstəvidə nifrət çağırışlarından çəkinəcəkdir. Patriarx Varfolomey bu mövqeni müdafiə etdiyini bildirib və Erməni Apostol Kilsəsinin məhz bu yöndə səy göstərməsinin vacib olduğuna vurğu edib.

Patriarx Varfolomey Şeyxülislam Allahşükür Paşazadəni növbəti müddətə KAİCİİD Beynəlxalq Mərkəzinin Direktorlar Şurasının üzvü seçilməsi münasibətilə səmimi təbrik edib və ona səmərəli fəaliyyətində uğurlar diləyib. Görüşdə iştirak edən Mitropolit Emmanueli Ekumenik Patriarxatının ağsaqqalı və Kadıköy (Xalkidon) Mitropoliti seçilməsi münasibətilə təbrik edən Şeyxülislam A. Paşazadə, öz növbəsində, ümidvar olduğunu bildirib ki, onların fəal əməkdaşlığı hər ikisinin Direktorlar Şurasının üzvü olduqları KAİCİİD Beynəlxalq Dinlər və Mədəniyyətlərarası Dialoq Mərkəzi platformasında, həmçinin, beynəlxalq dinlər və mədəniyyətlərarası əməkdaşlıq müstəvisində bundan sonra da davam edəcəkdir. Təbriklərə görə öz təşəkkürünü bildirən Mitropolit Emmanuel, öz növbəsində, Ekumenik Patriarxlıq ilə QMİ nəzdində Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycanın paytaxtında beynəlxalq dinlərarası forumun təşkil olunması təşəbbüsünü irəli sürüb. QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bu təşəbbüsü dəstəkləyib və yüksək qiymətləndirib.
Oxunub: 45

XƏBƏR LENTİ
Dünən, 13:23 Şəki rayon məhkəməsində “cərimə rüşvəti“ - Məhkəmənin sədri Ceyhun Əhmədov hara baxır?
Dünən, 13:22 Nazirlik qolunu itirən qaziyə köhnə protez verib - BİABIRÇI FAKT
Dünən, 13:20 Ağcabədiyə görün, kim rəhbərlik edir... - İLGİNC İDDİA
Dünən, 13:19 Keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi saxtakarlıqda ittiham olunur - GİLEY
Dünən, 13:17 Travmotologiya İnstitutunda Canbaxışovun “canfəşanlığı”nın sirri: - həkim səhvindən ayağı axsaq qalan gənc nələr danışdı?
Dünən, 13:16 Əgər dövlət bir çarə qılmasa... - Pandemiya təhsilimizi bərbad günə qoyub...
Dünən, 13:15 İcra başçısı qadın sahibkara təzyiq edir – Prezidentə şikayət
Dünən, 13:13 "Sahil Babayev kimdir ki, mənim pensiyamı kəsir?" - Neftçaladan ETİRAZ
Dünən, 12:05 QARABAĞ VETERANINI QƏBUL ETMƏYƏN İCRA BAŞÇISI ŞƏHİDLƏR XİYABANINDA FOTOSESSİYA EDİR - VİDEO
13-04-2021, 14:57 Operativ Qərargah buna icazə verdi
13-04-2021, 14:57 Zəngilanın Sarıqışlaq kəndinin görüntüləri - VİDEO
13-04-2021, 14:56 Aqil Abbas: “Niyə “Şəhid anaları” medalı olmasın?”
13-04-2021, 14:55 Bu şəxslərin maaşları artırıldı
13-04-2021, 14:55 Azərbaycan Prezidenti: Ermənistan əlaqə qurmaq istəyərsə, biz də əlimizdən gələni etməyə hazırıq
13-04-2021, 14:55 İlham Əliyev: Biz Prezident Vladimir Putinlə “İsgəndər-M” raketi ilə bağlı məsələni müzakirə etmişik
13-04-2021, 14:54 İlham Əliyev: "Biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olduğunu bilsin"
13-04-2021, 14:52 Sabirabad sakinini KİMLƏR HƏDƏLƏYİR? - GİLEY
13-04-2021, 14:51 Oqtay Şirəliyev Azərbaycanı necə biabır edir? - FAKT BUDUR!
13-04-2021, 14:49 Ərəb turistlər Azərbaycanda 50 min dollar rüşvəti hansı məmura verib… - İLGİNC FAKTLAR