Son Dəqiqə

14-06-2021, 10:26 - İsmayıllıda ekologiya məhv olunur - VİDEO+FOTOLAR

14-06-2021, 10:02 - Qasım Muradov yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır

12-06-2021, 23:07 - Ekologiya və təbii sərvətlər nazirliyinin Hirkan qoruğunda baş verən qanunsuzluqlar - Şikayətçinin sözləri ilə - Foto+Audio+Video

12-06-2021, 13:35 - "Bakcell şəbəkəsi Şuşada!”

11-06-2021, 11:29 - Xınalıq internat məktəbinin direktoru Yunis Dəmirov - Şərəfli ömür yolu

10-06-2021, 08:56 - İsmayıllıda uşaq incəsənət məktəbində ölü canlar

9-06-2021, 13:34 - İsmayıllıda qaz problemi - İstehlakçıların hüquqları kobud şəkildə pozulur

9-06-2021, 00:13 - Kənd təsərrüfatı nazirliyinin İsmayıllıda yerləşən regional idarəsi haqqında şok faktlar, ifşaedici məlumatlar

8-06-2021, 23:13 - Daxili İşlər nazirindən yeni təyinat

8-06-2021, 23:08 - Paşinyan müharibədə məğlubiyyətin səbəbini tapdı

8-06-2021, 23:00 - Sent-Etyen şəhərinin sakinləri erməni qatillərə görə ayağa qalxdı

8-06-2021, 16:00 - Sabahın hava proqnozu açıqlandı

8-06-2021, 15:34 - Azərbaycanın milyonçu qadınları: Onlar kimdir? - SİYAHI

8-06-2021, 13:26 - Sürücüsü icra başçısının onun adına rəsmiləşdirdiyi 10 milyonluq varidatı satıb qaçıb - İDDİA

8-06-2021, 13:21 - Tahir Kərimli: "Xalq problemini sizdən yox, bizdən tələb edir"

8-06-2021, 13:08 - Deputat: “Dövlət məmuru öncəliklə insanla, vətəndaşla danışmağı öyrənməlidir"

8-06-2021, 13:04 - Mustafa Ceceli məsələsi böyüyür: Vəzifəli şəxsləri cəza gözləyir - RƏSMİ

8-06-2021, 12:59 - Baş nazir əlillik meyarları ilə bağlı əsasnaməyə dəyişiklik etdi

8-06-2021, 12:41 - Qarabağda qeydiyyata düşən abunəçilərin kodları belə olacaq - SİYAHI

8-06-2021, 12:37 - Milli Məclis rəhbərliyi şəhid jurnalistlərin ailələrinə başsağlığı verdi

8-06-2021, 12:30 - Kanadada müsəlmanlara qarşı vəhşilik: Üç günlük matəm elan olundu – FOTO

8-06-2021, 12:24 - Azərbaycan hansı ölkələrlə quru sərhədlərini aça bilər? - AÇIQLAMA

8-06-2021, 12:19 - Kütləvi tədbirlərin keçirilməsi ilə bağlı restoranlara XƏBƏRDARLIQ

8-06-2021, 11:57 - Bakıda qadını vəhşicəsinə qətlə yetirdilər

8-06-2021, 11:53 - İranın yol və şəhərsalma naziri Azərbaycana gəlir

8-06-2021, 11:47 - Metrodan istifadə edən sərnişinlərin sayı 2 dəfəyə qədər azalıb - RƏSMİ

8-06-2021, 11:42 - 8 Noyabr stansiyasında daşınan sərnişinlərin sayı açıqlandı

8-06-2021, 11:37 - Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb

Azinfo.tv
 Valyuta məzənnəsi

Əlimizdəki erməni terrorçularla nə etməli?.. - Azı getdi, çoxu qalır

Tarix:9-05-2021, 16:51

Əlimizdəki erməni terrorçularla nə etməli?.. - Azı getdi, çoxu qalır


İkinci Qarabağ müharibəsinin bitməsini nəzərdə tutan üçtərəfli Birgə Bəyanatdan sonra Qarabağda yaxalanan Ermənistanın 3 terrorçusunu Azərbaycan qarşı tərəfə təhvil verib. Terrorçuları İrəvana Qarabağdakı Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradov aparıb. Ermənistan tərəfinin “əsir” adlandırdığı, əslində isə terrorçu olan silahlıların qaytarılması bir çox suallar doğurur.

İctimaiyyət nümayəndələrinin əksəriyyəti terrorçuların qətiyyən Ermənistana verilməməsinin, Azərbaycan qanunları ilə ən sərt şəkildə cəzalandırılmasının tərəfdarıdır. Amma bir çox analitiklər bildirirlər ki, Azərbaycan Ermənistandan Birgə Bəyanatda nəzərdə tutulan məsələlərin həllini tələb edir. Bizdə saxlanılan 62 (bəzi məlumatlara görə, 68) terrorçudan üçünü qaytarmaqla razılaşmaya meylli olduğunu göstərir.

Belə fikirlər də var ki, terrorçular erməni yaraqlılarının Qarabağdan çıxarılması müqabilində qaytarılıb. Əlbəttə, rəsmi informasiya olmadıqda, qeyri-rəsmi şəkildə müxtəlif mülahizələr səsləndirilir. Bəzi məlumatlara görə isə, təhvil verilən erməni terrorçuları Birgə Bəyanatdan sonra yox, sənəd imzalanan günü yaxalananlardır. Yerdə qalan terrorçuların taleyi necə olacaq, Azərbaycan onları da zaman-zaman təhvil verəcəkmi, hansı addımlar atılacaq – bu suallar açıq qalır.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev məsələ ilə bağlı AYNA-ya deyib ki, üç erməninin Ermənistana qaytarılması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən atılan humanist addımlardan biridir: “Ermənistan tərəfi beynəlxalq miqyasda Azərbaycanda saxlanılan hərbçilərlə bağlı böyük hay-küy qaldırsa da, müxtəlif instansiyalara müraciətlər etsə də, azad olunanlar hərbi əsirlər deyil. Birgə Bəyanatın tələblərinə uyğun olaraq, noyabrın 10-dan sonra Azərbaycan ərazisində tutulan diversantlar hərbi əsirlər sayılmırlar. Əlbəttə, Ermənistan öz havadarları ilə birlikdə hay-küy qaldırsa da, buna haqları yoxdur. Çünki Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 min azərbaycanlı haqqında hələ də heç bir məlumat yoxdur”.

“Kəlbəcərin Başlıbel kəndində aparılan axtarışlar ermənilərin soydaşlarımıza qarşı amansız terror həyata keçirdiklərini bir daha təsdiqlədi. 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndinin yurd-yuvasını tərk etməyən, 4 ay ərzində mağaralara sığınmış 76 dinc sakinin mühasirə həyatı Birinci Qarabağ müharibəsinin ən dəhşətli səhnələrindəndir. Azərbaycan ərazisinin işğalı zamanı törədilən ağır cinayətlərə görə təcavüzkar Ermənistana qarşı beynəlxalq miqyasda hələ də heç bir ciddi tədbir görülməyib. Bizdən təxribat törədən vətəndaşlarını tələb edən Ermənistan xalqımıza qarşı törətdiyi saysız-hesabsız təxribatların, terror aktlarının cavabını verməlidir”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, Avropa Parlamentinin 121 üzvünün Avropa Komissiyasının və Avropa İttifaqının (Aİ) sədrinə müraciət edərək, Azərbaycandan “erməni əsirlərin” qaytarılmasını tələb etməyə çağırması da anlaşılan deyil: “O zaman Avropa İttifaqı Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş və beynəlxalq təşkilatların 1993-1994-cü illərdə əksəriyyətinin sağ olduğunu təsdiqlədiyi 4 mindən çox azərbaycanlının taleyinə biganə qaldığını açıqlasın. Bu susqunluğun səbəbi nədədir? Belə olan halda, 4 min azərbaycanlının taleyi ilə bağlı məsələyə aydınlıq gətirilməlidir”.

Nağıyev hesab edir ki, Azərbaycan tərəfi humanist addım atırsa, qarşı tərəf də buna adekvat cavab verməlidir: “30 ilə yaxın torpaqlarından didərgin düşmüş insanların öz evlərinə qayıtmaları üçün bölgədə təhlükəsizlik mühüm şərtdir. Həmin ərazilər minalardan təmizlənməlidir ki, qayıdış bərpa olunsun. Müharibə artıq bitib. Qarşıda sərhədlərin demarkasiyası, bərpa-quruculuq işlərinin aparılması qalır. Artıq Qarabağda bərpa işləri gedir. Biz dünyaya göstərdik ki, hərb meydanında şərəflə vuruşduğumuz kimi, dinc quruculuq işlərində də öncülük. Güman ki, Prezident bu humanist addımı ataraq qarşı tərəfə mesaj verdi ki, yola gəlsinlər”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu AYNA-ya açıqlamasında xatırladıb ki, Ermənistan aylardır “əsir” mövzusundan Azərbaycana qarşı təzyiq aləti kimi istifadə edir: “Açıq demək lazımdır ki, beynəlxalq aləmdən kifayət qədər dəstək qazanıblar. Emənilərin beynəlxalq təşkilatlardakı, o cümlədən ABŞ Konqresi və Avropa Parlamentindəki dostları “əsirlər” mövzusunda Azərbaycana təzyiqi artırıblar. Halbuki 10 noyabr 2020-ci ildən sonra Azərbaycan sərhədini qanunsuz keçən Ermənistan vətəndaşları əsir sayılmamalıdır”.

“Görünür, bu həqiqəti Qərbdə qəbul etmək istəmirlər. Demək, biz bu vəziyyətdən çıxış yolu tapmalıyıq. Siyasətdə manevr imkanlarımız olmalıdır. Mən dəqiq bilmirəm, üç erməni terrorçu hansı şərtlər və səbəblərdən təhvil verilib, qarşılığında nə alınıb... Amma biz bu məsələ ilə bağlı konkret siyasətimizi müəyyən etməliyik”, - deyə analitik söyləyib.

“Bir neçə gün əvvəl bildirmişdim ki, əlimizdə olan ermənilərlə bağlı strategiyamızı müəyyənləşdirməliyik. Əməllərində cinayət tərkibi, o cümlədən mülki və ya hərbi Azərbaycan vətəndaşlarının öldürülməsi və ya yaralanması ilə nəticələnən əməliyyatlarda iştirakı müəyyən edilməyən ermənilər hissə-hissə Ermənistana təhvil verilə bilər. Buna baxmayaraq, hamısını birdən təhvil vermək olmaz. Bu halda ermənilərin və onların xaricdəki dostlarının təzyiqləri qarşısında geri çəkildiyimiz - “təzyiq et, istədiyini al” görüntüsü yaranar”, - deyə Şahinoğlu vurğulayıb.

Politoloq qeyd edib ki, Birinci Qarabağ müharibəsi dövründən itkin düşmüş hesab olunan 4 mindən artıq Azərbaycan vətəndaşı barəsində bugünə qədər Ermənistan tərəfindən məlumat verilmir: “Onların əksəriyyəti öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Bu məsələdə beynəlxalq aləmdən səs çıxmır. Beynəlxalq aləm Qarabağda girov saxlanılan 2 vətəndaşımızın geri qaytarılması üçün neçə illər ərzində heç nə etmədi. Əksinə, Emənistanın Baş naziri Nikol Paşinyan deyirdi ki, “həmin iki nəfəri Azərbaycana geri qaytara bilmərik, çünki Bakıda onları qəhrəman kimi qarşılayacaqlar”. Buna görə də təzyiq qarşısında əlimizdəki ermənilərin tamamını təhvil verməməliyik. Onlar illərlə bizə əziyyət verdilər, qarşılığını almalıdırlar”.
Oxunub: 15

XƏBƏR LENTİ
14-06-2021, 10:26 İsmayıllıda ekologiya məhv olunur - VİDEO+FOTOLAR
14-06-2021, 10:02 Qasım Muradov yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır
12-06-2021, 23:07 Ekologiya və təbii sərvətlər nazirliyinin Hirkan qoruğunda baş verən qanunsuzluqlar - Şikayətçinin sözləri ilə - Foto+Audio+Video
11-06-2021, 11:29 Xınalıq internat məktəbinin direktoru Yunis Dəmirov - Şərəfli ömür yolu
10-06-2021, 08:56 İsmayıllıda uşaq incəsənət məktəbində ölü canlar
9-06-2021, 13:34 İsmayıllıda qaz problemi - İstehlakçıların hüquqları kobud şəkildə pozulur
9-06-2021, 00:13 Kənd təsərrüfatı nazirliyinin İsmayıllıda yerləşən regional idarəsi haqqında şok faktlar, ifşaedici məlumatlar
8-06-2021, 23:13 Daxili İşlər nazirindən yeni təyinat
8-06-2021, 23:08 Paşinyan müharibədə məğlubiyyətin səbəbini tapdı
8-06-2021, 23:00 Sent-Etyen şəhərinin sakinləri erməni qatillərə görə ayağa qalxdı
8-06-2021, 15:34 Azərbaycanın milyonçu qadınları: Onlar kimdir? - SİYAHI
8-06-2021, 13:26 Sürücüsü icra başçısının onun adına rəsmiləşdirdiyi 10 milyonluq varidatı satıb qaçıb - İDDİA
8-06-2021, 13:21 Tahir Kərimli: "Xalq problemini sizdən yox, bizdən tələb edir"
8-06-2021, 13:08 Deputat: “Dövlət məmuru öncəliklə insanla, vətəndaşla danışmağı öyrənməlidir"
8-06-2021, 13:04 Mustafa Ceceli məsələsi böyüyür: Vəzifəli şəxsləri cəza gözləyir - RƏSMİ
8-06-2021, 12:59 Baş nazir əlillik meyarları ilə bağlı əsasnaməyə dəyişiklik etdi
8-06-2021, 12:41 Qarabağda qeydiyyata düşən abunəçilərin kodları belə olacaq - SİYAHI
8-06-2021, 12:37 Milli Məclis rəhbərliyi şəhid jurnalistlərin ailələrinə başsağlığı verdi
8-06-2021, 12:30 Kanadada müsəlmanlara qarşı vəhşilik: Üç günlük matəm elan olundu – FOTO