Son Dəqiqə

Dünən, 01:03 - SOS! Nə baş verir? - Məhkəmədən özbaşınalıq - Cənab Prezidentin nəzərinə

Dünən, 00:58 - Ekologiya Nazirinin MASALLIDA KI, qoçuları at oynadmaqdadır

21-10-2021, 17:26 - Muxtar Babayevin diqqətinə: MASALLIDA Adəm İsmiyevin biabırçı hərəkəti

20-10-2021, 16:18 - “Nar” ən böyük Azərbaycandilli səsli kitabxanaya dəstəyini davam etdirir”

20-10-2021, 14:57 - Münaqişəyə nöqtə qoymuş Bəyanat

20-10-2021, 14:56 - Kənd təsərrüfatı nazirliyi ölkədə sosial narazılıq yaradıb

20-10-2021, 14:54 - Cənab Prezidentin diqqətinə - Planetimizin "ağ ciyəri" adlanan meşələr soyqırıma məruz qalır

20-10-2021, 02:16 - İsmayıllı sakini Prezidentə və birinci vitse prezidentə müraciət etdi! İcra məmuru bizi dövlətimizdən, şəxsən prezidentimizdən narazı salır VİDEO

19-10-2021, 14:39 - İsmayıllıdan olan şəhidin cənnətdəki doğum günü qeyd olunub

19-10-2021, 14:34 - İsmayıllıda İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərlə növbəti görüş keçirilib

19-10-2021, 14:31 - İsmayıllıdan olan şəhidin cənnətdəki ilk doğum günü qeyd olunub

19-10-2021, 14:26 - İsmayıllıdan olan şəhidin anım günü qeyd olunub

19-10-2021, 11:05 - "Azərsu" ASC-nin Göyçaydakı səlahiyyətli adamı vətəndaşları Prezidentən narazı salmağa çalışır?! - ŞİKAYƏT

18-10-2021, 15:48 - Azərbaycan və Qoşulmama hərəkatının artan nüfuzu

18-10-2021, 15:47 - Xalqımızın azadlıq mübarizəsi - müstəqilliyimizin bərpası

18-10-2021, 15:45 - Azadlığın mübarək, Füzuli!

18-10-2021, 15:25 - Dövlət müstəqilliyinin bərpası

18-10-2021, 15:23 - Yalan üzərində qurulan Erməni siyasəti

18-10-2021, 14:49 - Bakcell Bakının mərkəzində yenilənmiş konsept mağazasını təqdim edib

18-10-2021, 01:33 - Mİ Xidmətin rəisi Namik Xıdırov cənub meşəlırinə qənim kəsilib və statiskaları saxtalaşdırır

16-10-2021, 13:38 - Ekologiya Nazirliyində növbəti biabırçılıq faktı

15-10-2021, 14:33 - Masallı Meşə İdarəsi Muxtar Babayevə kələk gəlir?!

14-10-2021, 15:07 - ““Nar”ın hər bir abunəçisi üçün özəl təklifi var!”

14-10-2021, 14:59 - İsrail dronları İsmayıllı səmasında - FOTOREPORTAJ

14-10-2021, 12:09 - 14 oktyabr qanı ilə tarix yazan tarix müəliminin şəhadətə ucaldığı gündür

14-10-2021, 12:07 - İsmayıllıda I Qarabağ müharibəsi zamanı şəhid olmuş şəxslərin ailə üzvləri ilə görüş keçirilib

14-10-2021, 12:04 - Qəhrəman xalqın zəfər simvolu

14-10-2021, 01:16 - Göyçay rayonunda özbaşınalıq - Vətəndaş Şikayət edir - Nazirliyin nəzərinə

Azinfo.tv
 Valyuta məzənnəsi

Suqovuşanın azad olunması Vətən müharibəsində Böyük Qələbəni təmin etmiş önəmli uğurlardandır

Tarix:9-10-2021, 22:11

Suqovuşanın azad olunması Vətən müharibəsində Böyük Qələbəni təmin etmiş önəmli uğurlardandır



Azərbaycan Respublikasının Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsində yerləşən Suqovuşan kəndi 3 oktyabr 2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Coğrafi baxımdan zəngin sərvətlərə malik olan bu ərazidə əsasən dərin yarğanlarla kəsilmiş yüksək, seyrək meşəlik çəmənliklər mövcuddur. Həmçinin qəsəbədən Tərtər çayı axır. Ərazinin təbii ehtiyatlarının sırasına əhəngdaşı ehtiyatlarının da mövcudluğunu əlavə edə bilərik. Kənd ərazisində Suqovuşan su anbarı və Suqovuşan-1 və Suqovuşan-2 su elektrik stansiyaları yerləşir. Ərazidə 2014-cü ildə balıqartırma zavodu tikilmişdi. Aprel döyüşləri zamanı elektrik stansiyası və balıqartırma zavoduna ziyan dəysə də, onlar sonradan yenidən bərpa ediliblər.
Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi müharibənin gedişatında strateji əhəmiyyətə malik olmuşdur. Bu qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı və qəsəbənin əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlük təşkil edirdi. Müharibənin ilk günlərində strateji qəsəbəni işğaldan azad etmək böyük uğur hesab edilir və bu uğur əsgərlərimizin döyüş ruhunun yüksəlməsinə səbəb olmuşdu. Bu barədə Pirezident İlham Əliyev 2021-ci il 3 oktyabr tarixində Tərtər rayonunun Suqovuşan qəsəbəsində çıxışı zamanı söyləmişdi: “Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi. Müharibənin ilk günündə əldə edilmiş qələbələrdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi xalqımıza əlavə güc verdi”.
Ərazidə yerləşən su anbarı Sərsəng su anbarı ilə irgə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilmişdir. Həmin su anbarlarının əsas məqsədi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarının kənarında yerləşən rayonlara yəni, Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su verməkdən ibarət idi.
Torpaqlarımız işğal altında olduğu zaman Ermənistan Suqovuşan su anbarından istifadə edərək Azərbaycana qarşı ekoloji terrora səbəb olurdu. Həmçinin qeyd edə bilərik ki, Avropa Şurası Parlament Assambleyasının sessiyalarının birində bu məsələ ilə bağlı xüsusi məruzə təqdim olunmuşdu və nəticədə xüsusi qətnamə qəbul edilmişdi. Ermənistan dövləti bu çirkin əmələ görə ittiham edilmişdi və bu da Azərbaycanın böyük uğuru olmuşdur. İşğal zamanı ermənilər yay fəslində suyun qarşısını bağlayaraq suyu kəsirdilər, qış mövsümündə isə suyu buraxırdılar. Beləcə bizim kəndlilərimiz, fermerlərimiz susuz qalırdı, qışda isə suyu buraxıb daşqınlara səbəb olan təbii fəlakət törədirdilər.
Sevinc hissi ilə qeyd edirik ki, bu il ölkəmiz Suqovuşan su anbarından istifadə edərək 30 il ərzində ilk dəfə olaraq Tərtər və digər rayonlara su verildi. Qeyd edə bilərik ki, işğaldan zadan olunmuş “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyalarının bərpası ilə bağlı lazımı işlər görülməyə başlanmış və artıq bu su elektirik stansiyaları işlək vəziyyətdədir. Bölgəni elektrik enerjisi və su ilə təmin etmək üçün Suqovuşan qəsəbəsinin xüsusi əhəmiyyəti var. Vaxtilə sovet dövründə su anbarının yanında Ulu Öndər Heydər Əliyev tərəfindən iki su elektrik stansiyası inşa edilmişdi. Lakin müharibə zamanı düşmən tərəfindən bu stansiyaları da dağıdılmışdır.
Suqovuşan qəsəbəsinin işğaldan azad olunması təkcə ətraf rayonların deyil həmçinin digər şəhər və rayonlarımıza da müsbət təsirini göstərməkdədir. Beləki, ölkədə ekoloji cəhətdən təmiz olan kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və daxili bazara çıxarılması, siyasi və iqtisadi çəhətdən hər bir vətəndaş üçün önəmli meyyardı.

Abdullayeva Xoşqədəm
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi

İnformasiya şöbəsi
Oxunub: 63

XƏBƏR LENTİ
Dünən, 01:03 SOS! Nə baş verir? - Məhkəmədən özbaşınalıq - Cənab Prezidentin nəzərinə
Dünən, 00:58 Ekologiya Nazirinin MASALLIDA KI, qoçuları at oynadmaqdadır
21-10-2021, 17:26 Muxtar Babayevin diqqətinə: MASALLIDA Adəm İsmiyevin biabırçı hərəkəti
20-10-2021, 14:57 Münaqişəyə nöqtə qoymuş Bəyanat
20-10-2021, 14:56 Kənd təsərrüfatı nazirliyi ölkədə sosial narazılıq yaradıb
20-10-2021, 14:54 Cənab Prezidentin diqqətinə - Planetimizin "ağ ciyəri" adlanan meşələr soyqırıma məruz qalır
20-10-2021, 02:16 İsmayıllı sakini Prezidentə və birinci vitse prezidentə müraciət etdi! İcra məmuru bizi dövlətimizdən, şəxsən prezidentimizdən narazı salır VİDEO
19-10-2021, 14:39 İsmayıllıdan olan şəhidin cənnətdəki doğum günü qeyd olunub
19-10-2021, 14:34 İsmayıllıda İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərlə növbəti görüş keçirilib
19-10-2021, 14:31 İsmayıllıdan olan şəhidin cənnətdəki ilk doğum günü qeyd olunub
19-10-2021, 14:26 İsmayıllıdan olan şəhidin anım günü qeyd olunub
19-10-2021, 11:05 "Azərsu" ASC-nin Göyçaydakı səlahiyyətli adamı vətəndaşları Prezidentən narazı salmağa çalışır?! - ŞİKAYƏT
18-10-2021, 15:48 Azərbaycan və Qoşulmama hərəkatının artan nüfuzu
18-10-2021, 15:47 Xalqımızın azadlıq mübarizəsi - müstəqilliyimizin bərpası
18-10-2021, 15:45 Azadlığın mübarək, Füzuli!
18-10-2021, 15:25 Dövlət müstəqilliyinin bərpası
18-10-2021, 15:23 Yalan üzərində qurulan Erməni siyasəti
18-10-2021, 01:33 Mİ Xidmətin rəisi Namik Xıdırov cənub meşəlırinə qənim kəsilib və statiskaları saxtalaşdırır
16-10-2021, 13:38 Ekologiya Nazirliyində növbəti biabırçılıq faktı