Son Dəqiqə

16-05-2022, 10:54 - Cəlilabad meşələri qan ağlayır

16-05-2022, 10:45 - Könül Həkimin Könlündə ki, Rüşvət Sevdası-VİDEO

16-05-2022, 10:43 - Qəbələdə dövlət vəsaitlərinin mənimsənildiyi iddia edilir

16-05-2022, 10:40 - Göyçay rayon sakinindən cənab Prezidentə ŞİKAYƏT

15-05-2022, 23:41 - Göyçay sakini ölüm həddinə gəlib - Cənab Prezidentə MÜRACİƏT

15-05-2022, 23:33 - Masallı meşə təsərrüfatının direktoru artıq siftə etdi

15-05-2022, 23:31 - DİN BDYPİ- si sürücülərə torba tikməklə məşğuldur?

15-05-2022, 23:28 - 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi hara baxır

15-05-2022, 23:26 - Mingəçevirdə dövlət vəsaitlərinin qaranlıq təyinatı

14-05-2022, 14:20 - Qəbələdə icra başçısı səviyyəsində sahibkara qarşı özbaşınalıq

14-05-2022, 12:17 - Siyasi dialoq:Dövlətin gələcəyinə hesablanmış ənənə

14-05-2022, 01:48 - Quba RMTM-nin sabiq (keçmiş) direktoru nə oyun çıxardır

13-05-2022, 23:12 - Göycaylı kimsəsiz ana yenidən Mehriban Əliyevaya MÜRACİƏT ETDİ: "Məni hədələyirlər"

13-05-2022, 14:32 - “Bakcell”dən Azərbaycanda növbəti İLK

12-05-2022, 02:54 - Masallıda dövlət meşə fondu zəbtləri

11-05-2022, 11:40 - Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə “Xalq üçün yaşanan ömür” adlı tədbir keçirilib

10-05-2022, 13:24 - Cəlilabad meşələri işbazların gəlir mənbəyinə çevrilib

9-05-2022, 17:12 - Şok: Cənab Prezidentin diqqətinə: Masallıda ana təbiət təhlükə altında_VİDEO

8-05-2022, 22:17 - Masallı meşə təsərrüfatının bədxassəli şişi M. Nurəliyev

8-05-2022, 22:16 - İsmayıllı sakini Elşən İsmayıllı: Dövlətimiz hüquqlarımı pozursa kimə, hara müraciət etməliyəm?

8-05-2022, 02:04 - Bu gün şəhid Ramil Musayevin doğum günüdür

8-05-2022, 02:03 - Xalq şairi İsmayıllıda məzarı başında anıldı

8-05-2022, 01:57 - İsmayıllıda məktəb müəlliməsinə qarşı aparılan iyrənc kompaniya - Üçüncü yazı

8-05-2022, 01:55 - Cəlilabad meşələrində "biçənək biznesi"

7-05-2022, 15:53 - ETSN-nin "bədxassəli şişi" Vüqar Kərimov

7-05-2022, 12:54 - Yevlaxda yol polisi rüşvət başında vətəndaş tərəfindən videoya alındı

6-05-2022, 13:11 - Şok şok: Masallıda açılan "saxta bülleten" qalmaqalı böyüyür

4-05-2022, 15:12 - Gömrükdə inhisarçılığı yaradan generallar - Kimlər hansı sahələrə nəzarət edir? - ARAŞDIRMA

Azinfo.tv
 Valyuta məzənnəsi

Azərbaycan xalqının qəlbində ucalan abidə gerçəyə döndü

Tarix:24-01-2022, 01:05

Azərbaycan xalqının qəlbində ucalan abidə gerçəyə döndü


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib. Abidə metronun “İçərişəhər” stansiyasının qarşısındakı meydanda ucaldılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə ucaldılan abidə bürüncdəndir.

Ölkə başçımız abidənin açılışı zamanı çıxışında xüsusi olaraq vurğulayıb ki, Hacı Zeynalabdin Tağıyev tarixdə zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalmışdır. Bildirib ki, Hacı Zeynalabdin Tağıyev çox zəngin adam idi, amma hər kəs bilir ki, çox kasıb ailədə böyümüşdü və sərvətini öz zəhməti hesabına qazanmışdır. Əgər onun xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, o, Azərbaycan xalqının yaddaşında qalmazdı.
Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanda bir çox önəmli layihələr həyata keçirilmişdir. Onların arasında Bakıya təmiz içməli suyun gətirilməsi layihəsi xüsusilə qeyd olunmalıdır. Şollar su kəməri bu günə qədər fəaliyyətdədir, bu günə qədər Bakını, Sumqayıtı təmiz içməli su ilə təmin edir. Bu kəmərin tikintisi üçün Zeynalabdin Tağıyev öz vəsaitindən istifadə etmişdir. Məhz onun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda teatr binası, bir çox sənaye müəssisəsi inşa edilmişdir, azərbaycanlı qızlar üçün ilk dünyəvi məktəb açılmışdır. Bakıda tramvay xətlərinin açılması da Tağıyevin adı ilə bağlıdır. Bu gün Bakıya əlavə gözəllik verən, Bakının memarlığına töhfə verən bir çox binaların təşəbbüskarı məhz Hacı Zeynalabdin Tağıyevdir.

Qeyd edilməlidir ki, onun təhsillə bağlı təşəbbüsləri təkcə Bakı ilə məhdudlaşmırdı. Eyni zamanda, Naxçıvanda, Gəncədə, Şamaxıda, həmçinin Gürcüstanda azərbaycanlıların yaşadıqları bölgələrdə onun vəsaiti hesabına məktəblər açılmışdır;
Yüzlərlə azərbaycanlı gənclərin Rusiyaya və Avropaya göndərməklə onların təhsil xərcini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürmüşdür. Həmin o tələbələrin arasında Əziz Əliyev də olmuşdur. Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində doğulmuşdur. O da Tağıyev kimi kasıb ailədən idi, oxumaq istəyirdi. Tağıyevə məktub yazıb xahiş etmişdi ki, ona maddi kömək göstərilsin. Tağıyev də onu təbii ki, tanımırdı, sadəcə olaraq, bir gəncin təhsilə olan belə marağını nəzərə alaraq ona pul göndərmişdir və Əziz Əliyev bu pul hesabına o vaxt Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxumuşdur. İkinci Dünya müharibəsində onu Bakıdan Dağıstana ezam etmişlər. Bir neçə il Dağıstanın rəhbəri vəzifəsində işləmişdir və dağıstanlıları sürgündən xilas etmişdir. Mahaçqalada dağıstanlıların təşəbbüsü ilə Əziz Əliyevin abidəsi ucaldılmışdır. Təqdirəlayiqdir ki, Zeynalabdin Tağıyev Qurani-Kərimi ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə etdirmişdir. Onun təşəbbüsü və maliyyə vəsaiti hesabına Azərbaycanda bir çox dini abidə inşa edilmiş və təmir olunmuşdur.
Azərbaycan xalqı qarşısında, tarix qarşısında, millət qarşısında xidməti olan hər bir insanı Azərbaycan xalqı öz qəlbində yaşadır. Hələ 2000-ci illərin əvvəllərində Zeynalabdin Tağıyevin qəbrinin yerləşdiyi Pir Həsən ziyarətgahı abadlaşdırılmışdır.

Dövlət rəhbəri böyük ehtiram hissi ilə xalqın missioner oğlu haqqında danışarkən onu da vurğulayıb ki, mən Zeynalabdin Tağıyevin şəxsiyyətinə həmişə böyük hörmətlə yanaşmışam. Hələ 2000-ci illərin əvvəllərində, Prezident deyildim, onun qəbrinin yerləşdiyi Pirhəsən ziyarətgahı mənim təşəbbüsümlə abadlaşdırıldı və qəbrin ətrafında olan ərazi yeni görkəm aldı. Prezident seçiləndən sonra dərhal mənim təşəbbüsümlə onun evi, hazırda Tarix Muzeyinin binası əsaslı təmir edildi, həm onun yaşadığı evin bir hissəsi muzey kimi qaldı...

Xatırladaq ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi keçirmişdi. Tanınmışlarla yanaşı, gənc rəssam-heykəltəraşlar və əcnəbi müəlliflərin də qatıldığı müsabiqəyə təqdim olunan 26 əsərdən Xanlar Əhmədovun bu əsəri müsabiqənin qalibi oldu.
Bəli, bu gün İçərişəhərdə ucaldılan bu abidə Azərbaycan xalqının qəlbində əbədilik yurd salmış xeyriyyəçi oğlunun xatirəsinə dərin ehtiramın nümunəsidir. Qədirbilən Azərbaycan xalqı və onun əbədi Prezidenti İlham Əliyev xalqın belə övladlarını heç zaman unutmur və unutmayacaq.

Rövşən Əliyev
İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri

İnformasiya şöbəsi
Oxunub: 53

XƏBƏR LENTİ
16-05-2022, 10:54 Cəlilabad meşələri qan ağlayır
16-05-2022, 10:45 Könül Həkimin Könlündə ki, Rüşvət Sevdası-VİDEO
16-05-2022, 10:43 Qəbələdə dövlət vəsaitlərinin mənimsənildiyi iddia edilir
16-05-2022, 10:40 Göyçay rayon sakinindən cənab Prezidentə ŞİKAYƏT
15-05-2022, 23:41 Göyçay sakini ölüm həddinə gəlib - Cənab Prezidentə MÜRACİƏT
15-05-2022, 23:33 Masallı meşə təsərrüfatının direktoru artıq siftə etdi
15-05-2022, 23:31 DİN BDYPİ- si sürücülərə torba tikməklə məşğuldur?
15-05-2022, 23:28 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi hara baxır
15-05-2022, 23:26 Mingəçevirdə dövlət vəsaitlərinin qaranlıq təyinatı
14-05-2022, 14:20 Qəbələdə icra başçısı səviyyəsində sahibkara qarşı özbaşınalıq
14-05-2022, 12:17 Siyasi dialoq:Dövlətin gələcəyinə hesablanmış ənənə
14-05-2022, 01:48 Quba RMTM-nin sabiq (keçmiş) direktoru nə oyun çıxardır
13-05-2022, 23:12 Göycaylı kimsəsiz ana yenidən Mehriban Əliyevaya MÜRACİƏT ETDİ: "Məni hədələyirlər"
12-05-2022, 02:54 Masallıda dövlət meşə fondu zəbtləri
11-05-2022, 11:40 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə “Xalq üçün yaşanan ömür” adlı tədbir keçirilib
10-05-2022, 13:24 Cəlilabad meşələri işbazların gəlir mənbəyinə çevrilib
9-05-2022, 17:12 Şok: Cənab Prezidentin diqqətinə: Masallıda ana təbiət təhlükə altında_VİDEO
8-05-2022, 22:17 Masallı meşə təsərrüfatının bədxassəli şişi M. Nurəliyev
8-05-2022, 22:16 İsmayıllı sakini Elşən İsmayıllı: Dövlətimiz hüquqlarımı pozursa kimə, hara müraciət etməliyəm?