Son Dəqiqə

Bu gün, 16:00 - Paşinyan qapalı iclasda İlham Əliyevlə görüşü haqda nə danışdı?.. - Ermənistan KİV

Bu gün, 15:30 - Ermənistanda yeni iqtisadi sıçrayış: Nikol yaxşı “oynayır” - Görünəni odur ki...

Bu gün, 14:22 - Gərginlik qırılma xəttinə çatır: Xaos planı ilə Azərbaycan ətrafında yerləşirlər - NƏ BAŞ VERİR?

Bu gün, 13:39 - DİQQƏT! - Bu şəxslər hərbi xidmətdən azaddır

Bu gün, 12:19 - “Əbədi Birlik” Gənclər İctimai Birliyi, Gəncliyə Yardım Fondu, BMT tərəfdaşı Beynəlxalq İnsan Hüquqları Müdafiə komitəsi və Beynəlxalq İnformasiya Agentliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı tədbir keçirilib

Bu gün, 10:00 - Bu gün Su çərşənbəsidir

Bu gün, 09:54 - Ali təhsilli olanları satıcı işləməyə nə vadar edir? - VİDEO

Bu gün, 09:43 - Məktəbə avtomobillə gələn yuxarı sinif şagirdləri ilə bağlı XƏBƏRDARLIQ

Bu gün, 09:38 - “Tərtər işi”ndə bəraət alan əsgərə təzminat veriləcək - Məbləğ

Bu gün, 09:33 - Rus sərhədçiləri Ermənistanı tərk etməlidir - Alen Simonyan

Bu gün, 09:17 - Azərbaycan Cənubi Qafqazda Fransa ilə Almaniyanı üz-üzə gətirir, hərbi-texniki əməkdaşlıq...

Bu gün, 09:00 - Çingiz Mustafayevlə bağlı 32 illik gerçək üzə çıxdı

Bu gün, 08:44 - Bayden: "İsrail Ramazan ayında Qəzzada fəaliyyətini dayandıracaq"

Bu gün, 08:40 - Kamil Zeynallı başına gələnləri onun "üstünə yıxdı" - FOTO

Bu gün, 08:28 - Prezidentin nazir təyin etdiyi Fərid Əhmədov kimdir? - DOSYE

Bu gün, 08:24 - İlham Əliyev yeni nazir təyin etdi - FOTO

Bu gün, 07:17 - Tanınmış həkim sevgilisi ilə birlikdə həyat yoldaşını döydü - KİV

Bu gün, 07:12 - Prezident Səudiyyə Ərəbistanının Həcc və Ümrə nazirini qəbul etdi

Bu gün, 07:01 - Ailə boşandıqda qanunvericilik daha çox kişiyə, yoxsa qadına hüquq tanıyır? – AÇIQLAMA

Bu gün, 06:15 - İranın bu addımı Qərbdə müsbət qarşılanacaq – The Wall Street

Bu gün, 06:08 - Azərbaycanda əxlaq polisi yaradılır? - VİDEO

Dünən, 16:00 - Qafqazda sülh müqaviləsi post-Putin dövrünün məsələsidir - NƏ ETMƏLİ?

Dünən, 15:30 - Yeni müharibəyə hazırlıq: Ermənistana silah gətirən nazirin şok planı - GƏLİŞMƏ

Dünən, 14:22 - Müharibə riski artır, Paşinyan üçün təhlükə böyüyür - Növbəti gediş Kremlindir

Dünən, 10:13 - Rusiya "erməni böhranı"nı birdəfəlik həll edəcək: Kreml Ermənistanın taleyi ilə bağlı yekun qərar vermək üzrədir

Dünən, 10:01 - Nazirliyə yeni təyinat - SƏRƏNCAM (FOTO)

Dünən, 10:00 - Ərdoğan: Türkiyə Qarabağda qardaşları ilə əl-ələ, çiyin-çiyinə dayanır

Dünən, 09:54 - Prezident Xocalıda soyqırımı memorialının təməlini qoyub

Azinfo.tv
 Valyuta məzənnəsi

PULLU HƏRBİ XİDMƏT: Niyə olmaz?.. - İNCƏLƏMƏ

Tarix:5-02-2024, 16:00

PULLU HƏRBİ XİDMƏT: Niyə olmaz?.. - İNCƏLƏMƏ


Milli Məclisin deputatı Elnur Allahverdiyev daha az müddətdə hərbi xidmət keçirilməsi üçün alternativ (pullu) modelin yaradılmasını təklif edib. Hazırda müddətli həqiqi hərbi xidmət 1 il 6 ay, ali təhsilli vətəndaşlar üçün 1 il müddət təşkil edir. Onun təklifi belədir ki, bundan sonra kim pul ödəyəcəksə, 2 və ya 6 ay müddətində hərbi xidmət keçməlidir. Ödənişli və qısamüddətli hərbi xidmətin dövlət büdcəsinə böyük gəlirlər gətirəcəyini bildirən E.Allahverdiyevin belə bir təkliflə çıxış etməsi təəccüblü deyil, çünki adam biznesmendir, menecer təfəkkürlüdür, həm də ölkənin məşhur “Kontakt Home” mağazalar şəbəkəsinin sahibidir. O, əslində pul müqabilində hərbi mükələfiyyətdən yayınmağı təklif edir. E.Allahverdiyev hesab edir ki, hazırkı hərbi xidmət müddəti gənclərin təhsil karyerasına, insan kapitalının formalaşdırılmasına mane olur və qarşıda Ermənistanla sülh müqaviləsinin imzalanması məsələsi var, həm də bu amilə görə alternativ hərbi xidmət modelinə keçid daha məqsədəuyğundur.
Şübhəsiz ki, E.Allahverdiyevin təklifi öz təşəbbüsü deyil. Bu təklif ideoloji və dövlətçilik prinsipləri ilə daban-dabana ziddir.
BİRİNCİSİ, bu təklif qəbul edilərsə, yeni korrupsiya kanalı açılmış olacaq. Nəticədə büdcə qazanacaq, xalq isə borclanacaq. İlk baxışndan belə anlaşılır ki, ödənişli hərbi xidmət üçün tələb edilən məbləği yalnız varlı ailələr ödəyə biləcək. Bu, şəksizdir. Amma kasıb ailələr də bir neçə il öncədən pul yığmağa, banklardan yüksək faizli kreditlər götürməyə, ayrı-ayrı şəxslərdən faizlə pul almağa məcbur olacaq. Dövlət büdcəsi qazanacaq deyə, xalqı borcalandırmağı doğru addım hesab etmirəm. Çünki dövlətin əsas funskiyalarından biri xalqı qorumaq və onun həyat şəraitini yaxşılaşdırmaqdır.
İKİNCİSİ, E.Allahverdiyevin təklifi gələcəkdə Azərbaycan odusunu ikinci plana keçirmək məqsədi güdür. Sanki belə anlaşılır ki, Ermənistanla sülh müqaviləsi imzalanandan sonra ölkədə məcburi hərbi xidmətə və orduya ehtiyac qalmayacaq. Amma unudur ki, Ermənistanla müharibə bundan sonra da davam edəcək, sülh müqaviləsi bağlansa da, iki ölkə arasındakı problem 20,30,50 il sonra yenidən alovlanacaq. Bu, bizim taleyimizdir. Biz qonşu ölkələrlə gələcəkdə nə gözləyir, onu da bil(m)irik. Güclü ordu və güclü iqtisadiyyat prinsipini heç bir halda arxa plana keçirmək olmaz. Digər tərəfdən, Azərbaycanın gələcək hədəfləri, yerləşdiyi coğrafi mövqe, 3 nəhəng imperiya ilə qonşu olması, Qərblə Şərq arasında əhəmiyyətli körpü rolunu oynaması Ordumuzun böyüməsini, məcburi hərbi xidmətin saxlanılmasını zəruri edir. Hərbi xidmətlə bağlı dövlətin vətəndaşlar üzərində məcburi addımlarının olması mütləqdir. Heç bir halda, bu məsələyə pul, ödəniş amilini yeritmək olmaz.
ÜÇÜNCÜSÜ, hazırki hərbi xidmətin gənclərin təhsil karyerasına və insan kapitalının formalaşmasına mane olduğunu bildirən E.Abdullayevin düşüncəsindən belə anlaşılır ki, hərbçilərin insan kapitalına heç bir aidiyyatı yoxdur və insan kapitalı deyəndə yalnız xaricdə təhsil alan gənclər nəzərdə tutulur. O, anlamaqda çətinlik çəkir ki, əslində Azərbaycanın ən böyük insan kapitalı məhz hərbçilərdir. II Qarabağ müharibəsi bunu isbatlamış oldu.
DÖRDÜNCÜSÜ, deputat bu təkliflə bağlı Türkiyə modelini önə çəkir. Əvvəla, Türkiyə “Kəbə evi” deyil, orada bütün sahələr üzrə yaradılan təcrübənin Azərbaycanda kor-koranə tətbiqi yolverilməzdir. Digər tərəfdən, Türkiyə modelinin tətbiqi Azərbaycanda ordusunda müxtəlif istiqamətlərdə reallaşdırılıb. Məsələn, komanda briqadaların yaradılması.
BEŞİNCİSİ, 1 il 6 ay və 1 illik hərbi xidmət heç bir əsgəri peşəkarA çevirmir. Bu müddət hərbi sahə ilə tanışlıqdır. İndi pul müqabilində bu müddətin daha da azaldılması hərbi sahə ilə tanışlıq imknalarını da minimuma endirəcək.
Ən əsası, Azərbaycan qalib dövlətdir, II Qarabağ müharibəsindən sonra yaranan əminlik və arxayınlıq bu dövlətin bundan sonra mülkiləşdirilməsinə imkan verməməlidir. Dövlət, əksər strukturlar hərbiləşdirilməlidir. Xaricdə təhsilin əsas fazasını hərbi təhsil faktoru təşkil etməlidir. Dövlətə menecerlər də lazımdır, amma gənclərin Qərb ölkələrində kütləvi şəkildə menecment təhsili alması ölkəni fəlakətə sürükləyir.
Heç bir halda şübhə etmirəm ki, bu təklifin irəli sürülməsi təkcə daxili faktorla bağlı deyil, bu məsələdə xarici faktor da var və dirəniş hiss olunur. Uzun illərdir alternativ hərbi xidmət modeli müzakirə olunsa da, əhəmiyyət yükü də az idi. Bundan sonra bu təklifin aktiv fazaya daxil olması təhlükəlidir. Alternativ hərbi modelin tətbiqi cəzbedici görünsə də, taktiki yanaşmadır.
Ümumiyyətlə, ölkədə həll olunmalı minlərlə problem var, yaxşı olar ki, bu problemlərin həlli ilə məşğul olsunlar. Məsələn, narkotik maddələrin dövriyyəsi pik həddə çatıb, Penitensiar Xidmətdə məhbusların hüquqları kobud şəkildə pozulur, orada hər ay milyonlarla yeyinti həyata keçirilir, məhbusların bərbad yaşam şəraiti hələ də kosmetik üsullarla ört-basdır edilir, regionlarda işsizlik hökm sürür,məhkəmələr pulsuz qərar çıxarmır, kriminal durumun səviyyəsi günbəgün artır, hər gün ölkədə 60 ailə boşanır və s.
Çox təəssüf ki, gənc kadrların əksəriyyətinin başı pul qazanmaq istiqamətində işləyir, onların heç biri ideoloji yanaşma sərgiləyə bilmirlər. Özlərinə, şirkətlərinə və büdcəyə pul qazandırmaq üçün hər cür təklifi səsləndirməyə hazırdırlar. Varlı ailənin övladları başqa nə cür düşünə bilərlər ki...
Ourduda islahatların aparılmasının tərəfdarıyam. Daha peşəkar ordu formalaşdırmaq lazımdır, kəmiyyət yox, keyfiyyət önə çəilməlidir. Amma pul qazanmaq naminə də kəmiyyəti aşağı salmaq olmaz. Bu, əlavə problemlər yaradacaq.

Samir Feyruzov
Oxunub: 13

XƏBƏR LENTİ
Bu gün, 16:00 Paşinyan qapalı iclasda İlham Əliyevlə görüşü haqda nə danışdı?.. - Ermənistan KİV
Bu gün, 15:30 Ermənistanda yeni iqtisadi sıçrayış: Nikol yaxşı “oynayır” - Görünəni odur ki...
Bu gün, 14:22 Gərginlik qırılma xəttinə çatır: Xaos planı ilə Azərbaycan ətrafında yerləşirlər - NƏ BAŞ VERİR?
Bu gün, 13:39 DİQQƏT! - Bu şəxslər hərbi xidmətdən azaddır
Bu gün, 12:19 “Əbədi Birlik” Gənclər İctimai Birliyi, Gəncliyə Yardım Fondu, BMT tərəfdaşı Beynəlxalq İnsan Hüquqları Müdafiə komitəsi və Beynəlxalq İnformasiya Agentliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı tədbir keçirilib
Bu gün, 10:00 Bu gün Su çərşənbəsidir
Bu gün, 09:54 Ali təhsilli olanları satıcı işləməyə nə vadar edir? - VİDEO
Bu gün, 09:43 Məktəbə avtomobillə gələn yuxarı sinif şagirdləri ilə bağlı XƏBƏRDARLIQ
Bu gün, 09:33 Rus sərhədçiləri Ermənistanı tərk etməlidir - Alen Simonyan
Bu gün, 09:17 Azərbaycan Cənubi Qafqazda Fransa ilə Almaniyanı üz-üzə gətirir, hərbi-texniki əməkdaşlıq...
Bu gün, 08:44 Bayden: "İsrail Ramazan ayında Qəzzada fəaliyyətini dayandıracaq"
Bu gün, 08:40 Kamil Zeynallı başına gələnləri onun "üstünə yıxdı" - FOTO
Bu gün, 08:28 Prezidentin nazir təyin etdiyi Fərid Əhmədov kimdir? - DOSYE
Bu gün, 08:24 İlham Əliyev yeni nazir təyin etdi - FOTO
Bu gün, 07:12 Prezident Səudiyyə Ərəbistanının Həcc və Ümrə nazirini qəbul etdi
Bu gün, 07:01 Ailə boşandıqda qanunvericilik daha çox kişiyə, yoxsa qadına hüquq tanıyır? – AÇIQLAMA
Bu gün, 06:15 İranın bu addımı Qərbdə müsbət qarşılanacaq – The Wall Street
Bu gün, 06:08 Azərbaycanda əxlaq polisi yaradılır? - VİDEO
Dünən, 16:00 Qafqazda sülh müqaviləsi post-Putin dövrünün məsələsidir - NƏ ETMƏLİ?