Son Dəqiqə

30-05-2020, 19:28 - 11 saylı cəzaçəkmə müəssisəsində nə baş verir? - İDDİA

30-05-2020, 19:28 - Qucağına quzu almışdı ey... - Reallıq tamam başqadır!

30-05-2020, 19:28 - Jurnalistlərin binasında "Çin əməliyyatı" - Küllü miqdarda yeyinti aşkarlandı

30-05-2020, 19:27 - "DƏMİR-CƏNAB": Cavid Qurbanov... - Hardan haraya...

30-05-2020, 19:27 - Gömrük Komitəsinin rəis müavini 3 mərtəbəli obyekt tikir - FOTO

30-05-2020, 19:26 - “Mars Overseas Baku”dan ÖZBAŞINALIQ - GİLEY

29-05-2020, 18:46 - Bakı Baş Gömrük İdarəsində nə baş verir? - KƏNAN MƏMMƏDOV SAHİBKARLARI MÜFLİS EDİR

29-05-2020, 18:46 - Başçısı həbs olunmuş rayonda tenderləri KİMLƏR UDURMUŞ? - İLGİNC SİYAHI

29-05-2020, 18:46 - ADAU rektorunun daha bir villası tapıldı - Pullar hardandı?

29-05-2020, 18:46 - Görəsən, o da pullarını dəstələyib, qutulara doldurub?.. - İDDİA

29-05-2020, 18:45 - Ceyhun Bayramovun distant təhsil biabırçılığı - BACARMADI...

29-05-2020, 18:45 - Bu üç rayonda sakinlər şikayətçi düşsə də... - VİDEOGİLEY

29-05-2020, 18:43 - Ağdaş Təhsil Şöbəsində dövlət büdcəsi talanır - İTTİHAM

25-05-2020, 17:31 - Hotel adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvaları-Video

25-05-2020, 03:43 - "Dəstək Olaq" İctimai Birliyi və Buta.ws saytı aztəminatlı ailələrə Ramazan sevinci yaşadıb - FOTOLAR

25-05-2020, 03:28 - Bu Vətən üçün, bu xalq üçün yaşamağa da, ölməyə də dəyər!

22-05-2020, 06:00 - Qəbələ rayonu Vəndam qəsəbəsində aztəminatlı ailələrə ərzaq yardımı göstərilib - FOTOLAR+VİDEO

20-05-2020, 19:42 - Cəlilabadda “yetim malı”na tamah salanlar... - Özlərini nədən bu qədər rahat hiss edirlər?

20-05-2020, 19:40 - Gömrük hospitalı da əcaib qanunlarla işləyir - İDDİA

20-05-2020, 19:39 - Kəlbəcərin yeni icra başçısı “siftə elədi...” - Bizə də "Allah xeyir versin" demək qaldı...

20-05-2020, 19:38 - Samux İH başçısının kürəkənindən hədə: “Biz resublikada 3 nəfərdən biriyik...” - GİLEY

20-05-2020, 19:36 - Daha bir başçı GƏRGİNLİKDƏ... - İDDİA

20-05-2020, 19:35 - Bakı Baş Gömrük İdarəsində qara maskalılar nə zaman görünəcək? - İTTİHAM

20-05-2020, 19:33 - Qəzənfər Ağayev rayonda əlini “ağdan qaraya” vurmaq istəmir - Astaranın "astar üzü"...

20-05-2020, 19:27 - "Aqil Nəzərliyə müraciət etsəm də..." - GİLEY

20-05-2020, 19:11 - Lerik rayonu icra başçısından Prezidentə şikayət

19-05-2020, 15:31 - Lənkəranda yerli məmurlardan narazı olan əlil atası od püskürdü-VİDEO/FOTO

19-05-2020, 15:28 - Xalq artisti Zeynəb Xanlarovanın ölüm xəbəri yayılıb

Azinfo.tv
 Valyuta məzənnəsi

Haqqı tapdanan sahibkarlar başçıya ÜSYAN ETDİ - "Lap qəbrindən olsa da, pulumuzu alacağıq"

Tarix:15-05-2020, 03:23

Haqqı tapdanan sahibkarlar başçıya ÜSYAN ETDİ - "Lap qəbrindən olsa da, pulumuzu alacağıq"


Xəbər verdiyimiz kimi, Suqayıt Dənizkənarı Bulvarın və şəhərin giriş hissəsinin tikintisini həyata keçirən bir qrup sahibkar və 400 civarında fəhlə ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov arasında borc qalmaqalı uzun müddətdir ki, davam edir. Belə ki, tikinti işlərini hələ 2016-cı ilin sentyabrında başa çatdıran iş adamları bu günə qədər milyonlarla manat vəsaitlərini ala bilməyiblər. Məsələ ilə bağlı dəfələrlə müxtəlif dövlət qurumlarına müraciət edən və dəstək istəyən iş adamları növbəti dəfə cənab Prezident İlham Əliyevə müraciət ediblər:

Cənab Prezident !

Sizin sahibkarlara, iş adamlarına dəstəyinizi həmişə hiss etmişik. Son vaxtlar sahibkarlara, iş adamlarına, vətəndaşlara qənim kəsilən icra başçılarına, məmurlara qarşı apardğınız qətiyyətli mübarizə ölkə ictimaiyyətinin diqqət mərkəzindədir.
Bir neçə rayonun icra başçılarının və digər məmurların DTX tərəfindən həbs edilməsi, haqlı olaraq cəzalandırılması Sizin siyasi iradəniz nəticəsində mümkün olub.
Cənab Prezident !
Sumqayıt Dənizkənarı Bulvarın və şəhərin giriş hissəsinin tikintisinin həyata keçirilməsini biz həyata keçirmişik. Bizim gecə-gündüz zəhmətimizn nəticəsində görülən işləri Siz Bulvarın açılışında möhtəşəın işlər adlandırmısınız. Ancaq bu möhtəşəm işləri görən 400-dən artıq iş adamı, sahibkar, fəhlə bu günədək öz halal pullarını ala bilmirlər. Gördüyümz işlərin əvəzi olaraq bizə çatmalı olan milyonlarla vəsaiti Zakir Fərəcov vermir. Zakir Fərəcov hətta bizə hədə-qorxu gəlir, həbslə hədələyir.
Cənab Prezident !
Biz dəfələrlə Zakir Fərəcovdan sənəd əsasında işləməyi tələb etsək də, o "Şəhərin sahibi mənəm, nə sənəd -zad..." deyərək görülən işlərin sənədləşməsinə imkan verməyib. Zakir Fərəcovdan hər dəfə pullarımızı tələb edəndə "Tələsməyin, Bakıya icra başçısı gedirəm..." deyərək bizləri aldadıb.
Cənab Prezident !
Zakir Fərəcov deyir ki, guya bizim pullarımızı verib, qoy ortaya bircə sənəd qoysun. Qoya bilməz, çünki bizim halal pullarımızı verməyib.
Cənab Prezident !
Zakir Fərəcov bizimlə görüşəndə yeni bəhanələr tapır, "Tələsməyin müavinim Adil Xudadatov iş adamlarından pulları yığıb borcunuzu bağlayacaq".
Görəsən, vaxtilə KAMAZ şoferi işləyən, heç bir ali təhsili olmayan, Abşeronda çalışarkən Fərəcova milyonlar atan və cəzasını çəkən, sonra Fərəcovun etimadını doğruldan və Sumqayıt icra hakimiyyətində işləyən Xudadatov kimdir ki, sahibkarlardan, ticarət obyektlərindən pul yğır? Görəsən şəhərin hüquq-mühafizə orqanları hara baxır ?
Yeri gəlmişkən, Adil Xudadatov kefi yaxşı olanda "Mən Abdullanın əsgəriyəm" deyir. Qoy təhlükəsizlik orqanları araşdırsın görək Abdulla kimdir ?

Cənab Prezident !

Adil Xudadatov kimdir ki, hansı səlahiyyətlə iş adamlarından pul yığır ?
Adil Xudadatov dəyəri yüz minlər, milyonlar olan obyektləri hansı pullarla alıb ?
Zakir Fərəcovun mülklərinin ümumi dəyəri bəlkə də Sumqayıt şəhərinin büdcəsindən çoxdur.
Cənab Prezident !
Biz dərdimizi kimə deyək, hara şikayət edək, hansı quruma müraciət edək ? Ki, problemimiz həll olunsun.
Cənab Prezident !
Bizim yazdığımız müraciətlər, şikayətlər niyə Sizə yetişmir?
Siz öz çıxışınızda qeyd etmisiniz ki, bəziləri şikayətlıərin sizə çatmasına mane olublar. Bəs bu gün niyə bizim şikayətlərimiz Sizə çatmır ?
Cənab Prezident !
Zakir Fərəcovdan halal pullarımızı necə alaq? Bəlkə, bizə bir yol göstərəsiniz. Bu adam təkcə bir obyektini satsa borcların hamısını bağlayar. Bizim də canımız qurtarar.
Cənab Prezident !
Biz iş adamları evimizi-eşiyimizi girov qoyub mal-material alıb götürüb Sumqayıtı yenidən qurmuşuq. İndi hamımız çətin durumdayıq. Bizim düşdüyümüz durumu nəzərə alın, göstəriş verin zakir Fərəcova pullarımızı qaytarsın.
Cənab Prezident ! Bir çıxışınızda vicdansız məmurlara müraciətlə " Barı Allahınız olsun" demisiniz.
Cənab Prezident! zakir Fərəcovun Allahı yoxdur, bizi bu Allahsızın əlindən xilas elə, ya da onu da göndər həbsxanadakı dostlarının yanına.

Dərin hörmətlə,

1. Məmmədov İlham Musa oğlu - iş adamı
2. Həmidov Saatxan Cəlil oğlu - iş adamı
3. Abdullayev Aydın Əzzali oğlu - iş adamı
4. Mansurov Çingiz Əfraim oğlu - iş adamı
5. Qasımov İsa Umudxan oğlu - iş adamı
6. Ənnağıyev Bəxtiyar Tapdıq oğlu - iş adamı
7. Qarayev Elçin Məhəmmədəli oğlu - iş adamı
8. Rzayev Zöhrab Rafik oğlu - iş adamı
9. Müqayis Verdiyev - iş adamı

Sonda zərərçəkən iş adamları Zakir Fərəcova bildirirlər ki, işdən çıxsan da, həbsxanaya düşsən də, ölkədən qaçsan da, hətta ölsən də biz səndən halal pulumuzu alacağıq. Lap qəbrindən olsa da, pulumuzu alacağıq. //araz.az//
Oxunub: 19

XƏBƏR LENTİ
30-05-2020, 19:28 11 saylı cəzaçəkmə müəssisəsində nə baş verir? - İDDİA
30-05-2020, 19:28 Qucağına quzu almışdı ey... - Reallıq tamam başqadır!
30-05-2020, 19:28 Jurnalistlərin binasında "Çin əməliyyatı" - Küllü miqdarda yeyinti aşkarlandı
30-05-2020, 19:27 "DƏMİR-CƏNAB": Cavid Qurbanov... - Hardan haraya...
30-05-2020, 19:27 Gömrük Komitəsinin rəis müavini 3 mərtəbəli obyekt tikir - FOTO
30-05-2020, 19:26 “Mars Overseas Baku”dan ÖZBAŞINALIQ - GİLEY
29-05-2020, 18:46 Bakı Baş Gömrük İdarəsində nə baş verir? - KƏNAN MƏMMƏDOV SAHİBKARLARI MÜFLİS EDİR
29-05-2020, 18:46 Başçısı həbs olunmuş rayonda tenderləri KİMLƏR UDURMUŞ? - İLGİNC SİYAHI
29-05-2020, 18:46 ADAU rektorunun daha bir villası tapıldı - Pullar hardandı?
29-05-2020, 18:46 Görəsən, o da pullarını dəstələyib, qutulara doldurub?.. - İDDİA
29-05-2020, 18:45 Ceyhun Bayramovun distant təhsil biabırçılığı - BACARMADI...
29-05-2020, 18:45 Bu üç rayonda sakinlər şikayətçi düşsə də... - VİDEOGİLEY
29-05-2020, 18:43 Ağdaş Təhsil Şöbəsində dövlət büdcəsi talanır - İTTİHAM
25-05-2020, 17:31 Hotel adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvaları-Video
25-05-2020, 03:43 "Dəstək Olaq" İctimai Birliyi və Buta.ws saytı aztəminatlı ailələrə Ramazan sevinci yaşadıb - FOTOLAR
25-05-2020, 03:28 Bu Vətən üçün, bu xalq üçün yaşamağa da, ölməyə də dəyər!
22-05-2020, 06:00 Qəbələ rayonu Vəndam qəsəbəsində aztəminatlı ailələrə ərzaq yardımı göstərilib - FOTOLAR+VİDEO
20-05-2020, 19:42 Cəlilabadda “yetim malı”na tamah salanlar... - Özlərini nədən bu qədər rahat hiss edirlər?
20-05-2020, 19:39 Kəlbəcərin yeni icra başçısı “siftə elədi...” - Bizə də "Allah xeyir versin" demək qaldı...