Son Dəqiqə

14-10-2020, 17:47 - Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI

14-10-2020, 17:46 - Millimizin baş məşqçisi: "Azərbaycan Qarabağ uğrunda müharibə aparır"

14-10-2020, 17:46 - İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibə verib - VİDEO

14-10-2020, 17:45 - Azərbaycan Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ

14-10-2020, 17:44 - İlham Əliyev: "Ermənistan hesab edirdi ki, atəşkəsdən istifadə edərək yeni qüvvələr səfərbər edə bilərlər"

14-10-2020, 17:38 - Bu rayonda vəzifələr "vərəsə"liklə ötürülür…

4-10-2020, 00:54 - Azərbaycanlı hakerlər erməni naziri porno izləyərkən "yaxaladı"

4-10-2020, 00:46 - İlham Əliyev Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib

4-10-2020, 00:37 - SON DƏQİQƏ: İlham Əliyev elan etdi: Madagiz işğaldan azad olundu

3-10-2020, 18:34 - Erməni işğalçıları postdan qaçmasın deyə qandallanırlar - VİDEO

3-10-2020, 18:27 - Azərbaycan Ordusu düşmənin bir qrup hərbi qulluqçusunu əsir götürdü

3-10-2020, 18:17 - Ermənilər Laçından qaçırlar - FOTO

3-10-2020, 18:03 - Ermənilərin Xankəndidən qaçmasının görüntüləri yayıldı - VİDEO

3-10-2020, 17:51 - Prezident: “Ermənistan bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq”

3-10-2020, 17:34 - İlham Əliyev: “Onların fikrincə, hər şey çox məntiqlidir, lakin çox böyük səhv etdilər”

3-10-2020, 17:03 - Müdafiə Nazirliyi orduya yardımla bağlı məlumat yaydı

3-10-2020, 16:53 - İlham Əliyev: “Ermənistan sülh istəmir, onlar bizim torpaqları həmişəlik işğal altında saxlamaq istəyirlər”

3-10-2020, 16:42 - İlham Əliyev və Mehriban Əliyeva bir aylıq əməkhaqlarını Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər

3-10-2020, 16:36 - Prezident İlham Əliyevə müraciətlər: vətəndaşlar işğalçılarla mübarizəyə hazırdır

3-10-2020, 16:31 - Tramp hospitala yerləşdirildi

3-10-2020, 16:12 - Azərbaycan Prezidenti: "İndi baş verənlər Ermənistanın destruktiv siyasətinin nəticəsidir"

3-10-2020, 15:38 - Cəbhənin müxtəlif istiqamətlərində düşmənin döyüş aktivliyinin qarşısı alındı - VİDEO

3-10-2020, 15:31 - Makron İlham Əliyevə zəng etdi

3-10-2020, 15:26 - Bakıdan cəbhəyə yollanan müəllimlərin sayı açıqlandı - RƏSMİ

3-10-2020, 15:19 - Türkiyədə küçələrin birinə general Polad Həşimovun adı veriləcək

3-10-2020, 02:17 - Azərbaycan alimləri, ölkəmizin hər bir vətəndaşı kimi öz bacarıqlarını və biliklərini Vətənimizin xoşbəxt gələcəyinə, ərazi bütövlüyünə həsr etməyə, canlarını qurban verməyə hazırdırlar!

3-10-2020, 02:04 - Bu gün işğaldan azad olunan ərazilərimiz – Döyüşdə iştirak edən, düşməni geri oturdan igidlərimizi siz də tanıyın!

2-10-2020, 19:33 - Xocavənd: İşğaldan azadlığa doğru - VİDEO

Azinfo.tv
 Valyuta məzənnəsi

Qubada qeydiyyatdan keçib,Balakəndə oturan MMC-ni Bakıdan kimlər idarə edir? - İTTİHAM

Tarix:23-09-2020, 04:28

Qubada qeydiyyatdan keçib,Balakəndə oturan MMC-ni Bakıdan kimlər idarə edir? - İTTİHAM


Xəbər verildiyi kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən intensiv meyvə bağlarının yaradılması və təsərrüfatların təhvil verilməsi ilə bağlı malların (işlərin, xidmətlərin) satın alınması üzrə keçirdiyi tender proseduruna yekun vurub və 21.09.2020-ci il tarixdə “Parlar Ting A.T” MMC ilə 2233507.04 manat dəyərində müqavilə bağlamasını elan edib.

Aktualinfo.org xatırladır ki,intensiv meyvə bağlarının salınması üçün hələ bir neçə il öncə regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, istixana, intensiv bağçılıq, tingçilik və toxumçuluq, meyvə-tərəvəz emalı, tara, quru meyvə istehsalı müəssisələrinin yaradılması layihələrinə milyonlarla manat güzəştli kredit verilib,maliyyələşdirilib.

Qeyd edək ki,regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi də ölkədə məşğulluğun artırılması və işsizliyin aradan qaldırılması məqsədi ilə bir çox layihələr həyata keçirib.Lakin qurumun intensiv meyvə bağlarının yaradılması üzrə elan etdiyi bu açıq tenderdə alınan malların həcmi ilə bərabər görüləcək işlər və xidmətlər ictimaiyyətə heç də açıq göstərilməmişdir.Bununla yanaşı nizamnamə kapitalı cəmi 10 manat olan,fəaliyyəti isə tamamilə qaranlıq olan bu MMC ilə iki milyon manatdan çox dövlət sifarişi üzrə müqavilə bağlayarkən ağentliyin Tender Komissayısı görünür bir çox nüansları nəzərə almamışdır.

Qeyd edək ki, 04.10.2019-cu il tarixdə Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu da “Parlaq Ting A.T” MMC ilə 1 milyon 245 min manat dəyərində müqavilə imzalayıb.Müqavilə 15 hektar müasir bağ sahəsində telli tərbiyə, dolu və günəşdən qoruma, damla suvarma və erkən xəbərdarlıq sistemlərinin yaradılması üçün nəzərdə tutulub.Maraqlıdır görəsən “Parlaq Ting ” MMC bu dövlət sifarişini həyata keçiribmi?

Vergilər Nazirliyinin reyestr məlumatlarına görə, “Parlaq Ting A.T” 7 iyul 2017-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Maraqlıdır ki, nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı əvvəllər Quba rayonu, Quba şəhəri, Zərdabi küçəsi, ev Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu olub (Mənbə: “Vergilər” qəzetinin 11 oktyabr 2017-ci il tarixli 39 (401) saylı xüsusi buraxılışı).

Hazırda Vergilər Nazirliyinin reystr məlumatlarında“Parlaq Ting A.T”MMC-nin hüquqi ünvanı İqriğ kəndi göstərilir. Lakin MMC-nin qanuni təmsilçisi Orucov Nasrullah Bayram oğlunun bu kəndə daimi qeydiyyatda olmadığını Mərkəzi Seçki Komissiyasının seçiilərin siyahısı da təsdiq edir.Dövrü mətbuatın yazdığına görə Nasrullah Orucov Balakən bələdiyyəsinin üzvüdür. O, 2014-cü ildə keçirilən bələdiyyə seçkilərində 2313 səslə qalib gəlib.

Nasrullah Orucov və “Parlaq Ting A.T” MMC barədə açıq mənbələrdə bundan başqa hər hansı məlumat yoxdur.Bir ilin içində barəsində heç bir məlumat olmayan,cəmi 10 manat nizamnamə kapitalı olan MMC ilə ümumi dəyəri 3478507 manatlıq satınalma müqaviləsinin bağlanılmasına İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti necə yol verib?Bu maraqlıdır.Daha maraqlısı isə odur ki,Quba rayonunda dövlət qeydiyyatına alınmış,qanuni təmsilçisinin Balakəndə yaşadığı bildirilən bu MMC respublika səviyyəli tenderlərdə necə qalib olmasıdır.Görəsən bu MMC-ni Bakıdan kimlər idarə edir?İpin bir ucu Kənd Təsərrüfatı Nazirliyindədirsə, digər ucu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gedib çıxır. //Aktualinfo.org//
Oxunub: 21

XƏBƏR LENTİ
14-10-2020, 17:46 Millimizin baş məşqçisi: "Azərbaycan Qarabağ uğrunda müharibə aparır"
14-10-2020, 17:46 İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibə verib - VİDEO
14-10-2020, 17:45 Azərbaycan Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ
14-10-2020, 17:44 İlham Əliyev: "Ermənistan hesab edirdi ki, atəşkəsdən istifadə edərək yeni qüvvələr səfərbər edə bilərlər"
14-10-2020, 17:38 Bu rayonda vəzifələr "vərəsə"liklə ötürülür…
4-10-2020, 00:46 İlham Əliyev Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib
4-10-2020, 00:37 SON DƏQİQƏ: İlham Əliyev elan etdi: Madagiz işğaldan azad olundu
3-10-2020, 17:51 Prezident: “Ermənistan bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq”
3-10-2020, 17:34 İlham Əliyev: “Onların fikrincə, hər şey çox məntiqlidir, lakin çox böyük səhv etdilər”
3-10-2020, 17:03 Müdafiə Nazirliyi orduya yardımla bağlı məlumat yaydı
3-10-2020, 16:53 İlham Əliyev: “Ermənistan sülh istəmir, onlar bizim torpaqları həmişəlik işğal altında saxlamaq istəyirlər”
3-10-2020, 16:42 İlham Əliyev və Mehriban Əliyeva bir aylıq əməkhaqlarını Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər
3-10-2020, 16:36 Prezident İlham Əliyevə müraciətlər: vətəndaşlar işğalçılarla mübarizəyə hazırdır
3-10-2020, 16:31 Tramp hospitala yerləşdirildi
3-10-2020, 16:12 Azərbaycan Prezidenti: "İndi baş verənlər Ermənistanın destruktiv siyasətinin nəticəsidir"
3-10-2020, 15:31 Makron İlham Əliyevə zəng etdi
3-10-2020, 15:26 Bakıdan cəbhəyə yollanan müəllimlərin sayı açıqlandı - RƏSMİ
3-10-2020, 15:19 Türkiyədə küçələrin birinə general Polad Həşimovun adı veriləcək
3-10-2020, 02:17 Azərbaycan alimləri, ölkəmizin hər bir vətəndaşı kimi öz bacarıqlarını və biliklərini Vətənimizin xoşbəxt gələcəyinə, ərazi bütövlüyünə həsr etməyə, canlarını qurban verməyə hazırdırlar!