Son Dəqiqə

Bu gün, 15:26 - Ermənilərin başına külli miqdarda PUL QOYDUĞU qəhrəman- FOTO

Bu gün, 15:19 - Deputat: Ağsunun icra başçısı vəfat etməyib - FOTO

Bu gün, 14:51 - Erməni işğalından azad edilən İstisu - VİDEO

Bu gün, 14:45 - Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! — VİDEO

Bu gün, 14:35 - Qarında ağrı nadir xəstəliyin əlaməti ola bilər

Bu gün, 14:31 - Azərbaycan və İtaliya XİN başçıları arasında telefon danışığı olub

Bu gün, 14:27 - Tovuzda əri tərəfindən bıçaqlanan qadının xəstəxanada öldü

4-11-2020, 15:29 - Prezident: “Vasitəçilər Ermənistanla əlaqələrinin nə dərəcədə olmağından asılı olmayaraq neytral olmalıdırlar”

4-11-2020, 15:26 - İlham Əliyev: "O, Putinə gündə beş dəfə zəng edir"

4-11-2020, 15:22 - Prezident: “İtaliya neft təchizatına görə əsas ticarət tərəfdaşımızdır”

4-11-2020, 15:18 - Prezident: "O deməlidir ki, qoşunlarını Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında qalmış ərazilərindən geri çəkəcək"

4-11-2020, 14:54 - Dövlət başçısı: "Onlar öz məğlubiyyətlərini etiraf ediblər"

4-11-2020, 14:50 - İlham Əliyev: “Onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilməmişdilər”

4-11-2020, 14:45 - Ermənilər Tərtərə 45-ə yaxın top mərmisi atıb

4-11-2020, 14:41 - Dövlət başçısı: "Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi təmin ediləcək"

4-11-2020, 14:38 - Prezident Ankaranın dəstəyi barədə: “Bu, yalnız siyasi və mənəvi dəstəkdir”

4-11-2020, 14:31 - İzmirdə zəlzələ qurbanlarının sayı 114 nəfərə çatıb

4-11-2020, 14:28 - ABŞ-da Trampa qarşı etiraz aksiyaları başlayıb - VİDEO

4-11-2020, 14:24 - Ermənilər indiyə qədər 1815 hektarlıq meşə sahəmizi məhv edib - FOTO

2-11-2020, 17:06 - 65 saat sonra dağıntılar altından 3 yaşlı körpə sağ çıxarıldı - İzmirdə möcüzə - FOTO

2-11-2020, 17:05 - Düşmənin daha 30-a yaxın hərbçisi məhv edildi

2-11-2020, 17:05 - Binali Yıldırım Bakıdadır - FOTO

2-11-2020, 17:04 - Bu ölkədə qrip peyvəndi vurduranlar dünyasını DƏYİŞİR

2-11-2020, 17:04 - Bu gündən tədrisin distant təşkilinə başlanıldı

2-11-2020, 17:03 - Düşmənin Su-25 döyüş təyyarəsi məhv edildi

2-11-2020, 17:02 - Düşmən Zəngilana hücum etmək istədi, ciddi itkilər verdi

2-11-2020, 17:02 - Prezident Bağdad Amreyevi, Mustafa Rifatı, Adham İkramovu və Marat Şarşekeyevi qəbul edib

2-11-2020, 17:01 - Ermənilərin “nəfəs borusu” adlandırdıqları Laçın dəhlizi – Tarixi, əhəmiyyəti, işğalı – FOTOLAR

Azinfo.tv
 Valyuta məzənnəsi

Dövlət müəssisəsini "ata mülkü" zənn edən xırda məmurlar...

Tarix:2-11-2020, 16:57

Dövlət müəssisəsini "ata mülkü" zənn edən xırda məmurlar...


VƏTƏN. Nədir Vətən? Niyə sevməliyik Vətəni? Nədir bu məfhum? Vətən doğulub böyüdüyümüz, üzərində yaşadığımız, lazım gələndə uğrunda canımızı verəcəyimiz torpaq bütünüdür. Diqqət edək: "Uğrunda canımızı verəcəyimiz”. Yəni bir torpaq parçası üçün can fəda edilirsə, o torpaq Vətəndir. Şairin dediyi kimi: Torpaq – əgər uğrunda ölən varsa, Vətəndir. Bu uğurda canından keçmək isə Vətən sevgisinə sahiblikdən doğur. Fəqət,torpağın əsil sahibi sənsənsə,o zaman şirin can bahasınada başa gəlsə belə,bu uğurda mübarizə aparmaq mütləqdir.

Məhz bu amalla haqlı mübarizəyə qalxmaq əmrini verən Ali Baş Komandan cənab İlham Əliyev tarixi,əzəli və əbədi torpaqlarımızın ərazi bütövlüyünün təminatı üçün əmrində qətiyyətlidir. Əmrin icrasına qalxan müzəffər,şanlı ordumuz qətiyyətli addımlarla irəliləməkdədirlər. Təbii ki,bu cür uğurlar tək cəbhədə deyil,bütün sahələrdə paralel olaraq aparılması,qüdrətli dövlətimizin gələcəyi üçün olduqca vacibdir. Əfsuslar,çox-çox əfsuslar olsun ki,bir sıra dövlət qurumları var ki,təcrübəsiz rəhbərlərinin sayəsində,köhnə "dəyirman" daşı kimi səs çıxardır,amma quruma nailiyyətlər qazandırmır.

Səbəb? Səbəb isə çox sadədir. Şəxsi maraq,şəxsi nüfuz və sair. Bu kimi amillər ilk olaraq insanın ağlına siraət edir və sonra isə əməlinə və nəhayət isə vərdişinə çevrilir. Vərdişə çevrilən əməli isə tərgizmək asanlıqla başa gələn bir məsələ deyildir. Əminəm ki,ötən buraxılışlarımızın birində Cəbrayıl Təhsil Şöbəsi haqqında "DogruXeber.az" informasiya agentliyimizdə yazdığımız kiçik məlumatdan xəbərdarsınız. Bildiyimiz kimi sabiq Cəbrayıl TŞ-nin müdiri Validə Həsənova bu müəssisəni elə qara günə salıb ki,bundan sonra neçə il də ötsə düzələn deyil. Çünki təhsil müəssisəsini "bazar" zənn edən V.Həsənova istənilən işçini işə qəbul etdikdə ondan rüşvət almalıydı. Hətta gördüyü işin müqabilində qarşılıq olaraq xırdabuynuzlu heyvana qədər "ənam" almışdır.

Zamanı gəldikdə,öz diliylə gördüyü işlər qarşılığında aldığı pullar barədə işlətdiyi ifadələrə dair olan videoçarxı sizlərin diqqətinə çatdıracağıq. Bu gün isə bu müəssisədə görülən işlər müasir üsulda həyata keçirilir. Görülən işlər dedikdə,düşünməyin ki,təhsillə bağlı görülən işləri nəzərdə tuturuq! Əksinə,təhsillə bağlı yuxarıda qeyd etdiyimiz kimi köhnə "dəyirman" daşı kimi səsi var işi yox. İş gəldikdə isə səlahiyyətli şəxslər şəxsi maraq və nüfuzuna dair bəzən qurumda elə bir işlər həyata keçirirlər ki,sanki ata mülkləridir və istədiyi işi görə bilərlər. Bu gün hamımız yaxşı bilirik ki,işə qəbul üçün tətbiq olunan test üsulları,sadəcə görüntü xarakteri daşıyır. Hətta elə müəssisə,idarə və təşkilatlar var ki,ora işçi ehtiyac olduqda,vakansiya elan etmek əvəzinə bir sıra "fırıldaq" işə düzəltmə mərkəzləri ilə müəyyən maraq qarşılığında oradan göndərilən işçiləri işə qəbul edirlər. Bu minvalla da idarə,müəssisə və təşkilatlarda işə daxil olmaq müşkül məsələyə çevrilir. Bu arada bunu da unutmayaq ki,hər zaman "dayday" və rüşvət hesabına işə qəbul olub,olur və olacağı da qaçılmazdır.

Necə ki,bir zamanlar Cəbrayıl TŞ-də bu səpgidə baş vermiş hadisə barədə bir çox saytlarda yazılar dərc olunmuşdur. O saytlardan biri A24.Az saytıdır ki,orada qeyd olunmuşdur.Qeyd: "5 saylı ibtidai məktəbin direktoru İsmət Məhəmmədovun istintaqa verdiyi ifadədə 40 min müdirə (V.Həsənova) 16 min isə müdir müavininə (A.Bəyişov) verdiyini bildirib. Bu isə tərəflər arasında qalmaqala səbəb olub. Nəticədə müdir V.Həsənova,müavin Aydın Bəyişovun hər ay verilən paketini kəsib." Bəli bu qeyd olunanlar A24.Az saytında müəllifi qeyd olunan məlumatdır. Əlbəttə ki,sabiq müdir V.Həsənovanın sehirli çubuğu bu məlumatı,həmin saytdan yoxa çıxartdı. Amma unutduğu bir məqam olmuşdur ki,həmin məlumat istinadən bir çox saytlarda dərc olunmuşdur. Necə ki,həmin vaxt,"28.09.2017-ci il"bizim agentliyin admini tərəfindən istinad olaraq saytlarımıza yerləşdirilmişdir.
Təqdim etdiyimiz linkdə:

http://dogruxeber.az/gundem/28277-thsil-bsinin-iclasnda-dava-mavin-mdir-l-qaldrd.html

Məqsədimiz keçmişdə baş verənləri yeniləmək deyil,əslində bu gün Cəbrayıl TŞ-in gənc müdiri Zamiq Qurbanovun səlahiyyətindən sui-istifadə etməsilə əlaqədardır. Düşünürəm ki,bu şəxsi əyani görənlər,onun özünü necə təkəbbürlü və "lovğa" apardığını daha yaxşı xatırlayarlar. Təbii ki,bu da bizim üçün önəmli deyil,önəmli olan odur ki,təhsil müəssələrində "irsi" və "vərəsə" lik metodlarının hökm sürməsidir. Bacının yerinə qardaşı götürmək,atanın yerinə oğlu götürmək və sair bu kimi davamçılıq metodları hansı səbəbdən və hansı qaydayla həyata keçirilir,bu bizim üçün çox maraqlı və təəccüblüdür. Hətta Cəbrayıl təhsil müəssisələrində psixoloq və şahmat fənləri üzrə təyin olunan şəxslər xüsusi kadrlar olaraq müəyyən olunur. Zənn etməyin ki,onların xüsusiliyi bacarıqlı və savadlı olmaları ilə əlaqədardır,xeyr,bu fənlərdə çalışanlar ona görə xüsusi təyin olunmuşlardır ki,heç bir dərslərdə iştirak etmədən ay sonu əməkhaqqı kartlarını bankomatlara salıb,asanlıqla qazanc əldə etmələridir. Hələ bu harasıdır,bu rayonun müxtəlif qurumlarında o qədər maraqlı işlər baş verir ki,illərlə yazsan bitib tükənməz.

Odur ki,bizi izləməkdə davamlı olun və baş verənlərdən sizin də xəbəriniz olsun. Son olaraq bir vacib məsələni də qeyd etmək istəyirəm ki,rayon İcra başçısı hörmətli Kamal Həsənov sözügedən müəssisədə baş verənlərə nəzər salıb,müvafiq tədbir görülməsi üçün,göstəriş verməlidir. Əks halda heç bir dost-tanışın xahişini nəzərə almayacağıq və növbəti bruraxlışlarımızda adbaad qeyd edəcəyik! Bizi izləyin...!!!

Redaksiya hər zaman qarşı tərəfin söz haqlarını tanıyır:

"DogruXeber.az"
Oxunub: 58

XƏBƏR LENTİ
Bu gün, 15:26 Ermənilərin başına külli miqdarda PUL QOYDUĞU qəhrəman- FOTO
Bu gün, 15:19 Deputat: Ağsunun icra başçısı vəfat etməyib - FOTO
Bu gün, 14:51 Erməni işğalından azad edilən İstisu - VİDEO
Bu gün, 14:35 Qarında ağrı nadir xəstəliyin əlaməti ola bilər
Bu gün, 14:31 Azərbaycan və İtaliya XİN başçıları arasında telefon danışığı olub
4-11-2020, 15:29 Prezident: “Vasitəçilər Ermənistanla əlaqələrinin nə dərəcədə olmağından asılı olmayaraq neytral olmalıdırlar”
4-11-2020, 15:26 İlham Əliyev: "O, Putinə gündə beş dəfə zəng edir"
4-11-2020, 15:18 Prezident: "O deməlidir ki, qoşunlarını Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında qalmış ərazilərindən geri çəkəcək"
4-11-2020, 14:54 Dövlət başçısı: "Onlar öz məğlubiyyətlərini etiraf ediblər"
4-11-2020, 14:50 İlham Əliyev: “Onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilməmişdilər”
4-11-2020, 14:41 Dövlət başçısı: "Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi təmin ediləcək"
4-11-2020, 14:38 Prezident Ankaranın dəstəyi barədə: “Bu, yalnız siyasi və mənəvi dəstəkdir”
4-11-2020, 14:31 İzmirdə zəlzələ qurbanlarının sayı 114 nəfərə çatıb
4-11-2020, 14:28 ABŞ-da Trampa qarşı etiraz aksiyaları başlayıb - VİDEO
2-11-2020, 17:06 65 saat sonra dağıntılar altından 3 yaşlı körpə sağ çıxarıldı - İzmirdə möcüzə - FOTO
2-11-2020, 17:05 Binali Yıldırım Bakıdadır - FOTO
2-11-2020, 17:04 Bu ölkədə qrip peyvəndi vurduranlar dünyasını DƏYİŞİR
2-11-2020, 17:04 Bu gündən tədrisin distant təşkilinə başlanıldı
2-11-2020, 17:02 Prezident Bağdad Amreyevi, Mustafa Rifatı, Adham İkramovu və Marat Şarşekeyevi qəbul edib