Son Dəqiqə

Bu gün, 15:26 - Ermənilərin başına külli miqdarda PUL QOYDUĞU qəhrəman- FOTO

Bu gün, 15:19 - Deputat: Ağsunun icra başçısı vəfat etməyib - FOTO

Bu gün, 14:51 - Erməni işğalından azad edilən İstisu - VİDEO

Bu gün, 14:45 - Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! — VİDEO

Bu gün, 14:35 - Qarında ağrı nadir xəstəliyin əlaməti ola bilər

Bu gün, 14:31 - Azərbaycan və İtaliya XİN başçıları arasında telefon danışığı olub

Bu gün, 14:27 - Tovuzda əri tərəfindən bıçaqlanan qadının xəstəxanada öldü

4-11-2020, 15:29 - Prezident: “Vasitəçilər Ermənistanla əlaqələrinin nə dərəcədə olmağından asılı olmayaraq neytral olmalıdırlar”

4-11-2020, 15:26 - İlham Əliyev: "O, Putinə gündə beş dəfə zəng edir"

4-11-2020, 15:22 - Prezident: “İtaliya neft təchizatına görə əsas ticarət tərəfdaşımızdır”

4-11-2020, 15:18 - Prezident: "O deməlidir ki, qoşunlarını Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında qalmış ərazilərindən geri çəkəcək"

4-11-2020, 14:54 - Dövlət başçısı: "Onlar öz məğlubiyyətlərini etiraf ediblər"

4-11-2020, 14:50 - İlham Əliyev: “Onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilməmişdilər”

4-11-2020, 14:45 - Ermənilər Tərtərə 45-ə yaxın top mərmisi atıb

4-11-2020, 14:41 - Dövlət başçısı: "Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi təmin ediləcək"

4-11-2020, 14:38 - Prezident Ankaranın dəstəyi barədə: “Bu, yalnız siyasi və mənəvi dəstəkdir”

4-11-2020, 14:31 - İzmirdə zəlzələ qurbanlarının sayı 114 nəfərə çatıb

4-11-2020, 14:28 - ABŞ-da Trampa qarşı etiraz aksiyaları başlayıb - VİDEO

4-11-2020, 14:24 - Ermənilər indiyə qədər 1815 hektarlıq meşə sahəmizi məhv edib - FOTO

2-11-2020, 17:06 - 65 saat sonra dağıntılar altından 3 yaşlı körpə sağ çıxarıldı - İzmirdə möcüzə - FOTO

2-11-2020, 17:05 - Düşmənin daha 30-a yaxın hərbçisi məhv edildi

2-11-2020, 17:05 - Binali Yıldırım Bakıdadır - FOTO

2-11-2020, 17:04 - Bu ölkədə qrip peyvəndi vurduranlar dünyasını DƏYİŞİR

2-11-2020, 17:04 - Bu gündən tədrisin distant təşkilinə başlanıldı

2-11-2020, 17:03 - Düşmənin Su-25 döyüş təyyarəsi məhv edildi

2-11-2020, 17:02 - Düşmən Zəngilana hücum etmək istədi, ciddi itkilər verdi

2-11-2020, 17:02 - Prezident Bağdad Amreyevi, Mustafa Rifatı, Adham İkramovu və Marat Şarşekeyevi qəbul edib

2-11-2020, 17:01 - Ermənilərin “nəfəs borusu” adlandırdıqları Laçın dəhlizi – Tarixi, əhəmiyyəti, işğalı – FOTOLAR

Azinfo.tv
 Valyuta məzənnəsi

Ermənilərin “nəfəs borusu” adlandırdıqları Laçın dəhlizi – Tarixi, əhəmiyyəti, işğalı – FOTOLAR

Tarix:2-11-2020, 17:01

Ermənilərin “nəfəs borusu” adlandırdıqları Laçın dəhlizi – Tarixi, əhəmiyyəti, işğalı – FOTOLAR


Laçın dəhlizi - 1992-ci ilin mayında Azərbaycan Respublikasının ərazisində erməni qüvvələri tərəfindən Qarabağın qondarma "Dağlıq Qarabağ Respublikası" ilə Ermənistan Respublikası arasında açılan dəhlizdir.
Laçın dəhlizi Gorus – Şuşa – Kəlbəcər – Qubadlı arasında yerləşən coğrafi ərazidir. Bu ərazi strateji baxımdan çox əhəmiyyətlidir. Laçının şərq hissəsi Qarabağ silsiləsinin qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub yamaclarında ( Dəlidağ dağ, 3616 metr), qərbi Qarabağ vulkanik yaylasında yerləşir. Bu yüksəkliklərdən Qarabağın bütün ərazilərini müşahidə etmək mümkündür.

Uzun illər fəaliyyət göstərən Laçın dəhlizi, Ermənistanın Qarabağın dağlıq hissəsinə birləşdirən yeganə təchizat və təminat yoludur. Qarabağ müharibəsinin ilk mərhələsində Ermənistan bu dəhlizi “nəfəs borusu” adlandırırdılar. Həm birinci Qarabağ müharibə dövründə, həm də indi Ermənistan Qarabağın bütün hərbi, texniki və mülki təhcizatını bu yol vasitəsi ilə keçirir.

Ermənilərin “nəfəs borusu” adlandırdıqları Laçın dəhlizi – Tarixi, əhəmiyyəti, işğalı – FOTOLAR


Ərazi etibarı ilə təbii resurslarla zənginliyi Laçın dəhlizinin əhəmiyyətini daha da artırır. Zəngəzur silsiləsinin bütün zirvə hissəsi başlanğıclarını Laçın dəhlizindən götürür. Bu dağ silsiləsi qalın otlaqlı yaylaqlardan, böyük çınqıllıqlardan, yeraltı və yerüstü mədənlərdən, mineral yataqlarından, eləcə də silsilənin ətəkləri isə nadir növlü ağaclara malik enliyarpaqlı meşələrdən və kolluqlardan ibarətdir. Zəngəzur dağ silsiləsinin şimal-şərq və cənub-şərq istiqamətlərində dağlar arasında xeyli sayda böyük şirin su ehtiyatına malik göllər vardır. Təsadüfi deyildir ki, Həkəri, Bərgüşad, Tərtər və Bazarçay çayları öz mənbələrini buradan götürür.

Laçın “dəhlizi” həm də Azərbaycan üçün strateji (tarixi əhəmiyyəti) olan ərazidir. Laçın ərazisində hələ tədqiq edilməmiş 500 tarix və mədəniyyət abidəsi, o cümlədən I-II əsrlərə aid qaya təsvirləri, 1 mağara, 5 antik qala, Siklop tipli yaşayış yerləri, kurqanlar, at – qoç fiqurları, pirlər, inanc yerləri, türbələr, məscidlər, Qafqaz Albaniyası dövrü memarlıq abidələri və s. var.

Ermənilərin “nəfəs borusu” adlandırdıqları Laçın dəhlizi – Tarixi, əhəmiyyəti, işğalı – FOTOLAR


Laçın dəhlizinin işğalı

Dağlıq Qarabağın azərbaycanlılar yaşayan bir sıra şəhər və kəndini ələ keçirdikdən və mayın 8-də Şuşanı işğal etdikdən sonra Ermənistan silahlı qüvvələri öz məkrli planlarını - Ermənistanla birbaşa əlaqələri üçün Şuşa-Laçın-Zabux yolunu açmağa başladılar.

Artıq Laçın şəhərinin mərkəzi Turşsu və Gorus, Tex və Xınatsax istiqamətindən qrad və toplarla vurulurdu. Ermənistan bütün qüvvəsini, demək olar, buraya cəmləşdirmişdi.

Ermənistandan Qarabağa 3-cü dəhliz? - Mütləq bombalanmalıdır! (ANALİZ)

Mayın 16-17-si Laçında qalan digər hərbçilər də ərazini tərk etməyə başladılar. Yerli qüvvələr Laçının işğal ediləcəyini anlayaraq öz ailələrini şəhərdən çıxarır. Müdafiə Nazirliyinin bölmələri isə bölünərək Kəlbəcər və Qubadlı istiqamətinə çəkildilər. Bütün bunlar isə artıq Laçının süqutu demək idi. On minlərlə insanın yaşadığı 125 kəndin, 1 şəhərin, 1 qəsəbənin taleyi belə həll olundu. 101 ümumtəhsil məktəbi, 217 mədəniyyət mərkəzi, 140 səhiyyə obyekti, 200-dən çox IX-XV əsrlərə aid tarixi abidə hələ də erməni işğalçılarının tapdağı altındadır.
Oxunub: 60

XƏBƏR LENTİ
Bu gün, 15:26 Ermənilərin başına külli miqdarda PUL QOYDUĞU qəhrəman- FOTO
Bu gün, 15:19 Deputat: Ağsunun icra başçısı vəfat etməyib - FOTO
Bu gün, 14:51 Erməni işğalından azad edilən İstisu - VİDEO
Bu gün, 14:35 Qarında ağrı nadir xəstəliyin əlaməti ola bilər
Bu gün, 14:31 Azərbaycan və İtaliya XİN başçıları arasında telefon danışığı olub
4-11-2020, 15:29 Prezident: “Vasitəçilər Ermənistanla əlaqələrinin nə dərəcədə olmağından asılı olmayaraq neytral olmalıdırlar”
4-11-2020, 15:26 İlham Əliyev: "O, Putinə gündə beş dəfə zəng edir"
4-11-2020, 15:18 Prezident: "O deməlidir ki, qoşunlarını Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında qalmış ərazilərindən geri çəkəcək"
4-11-2020, 14:54 Dövlət başçısı: "Onlar öz məğlubiyyətlərini etiraf ediblər"
4-11-2020, 14:50 İlham Əliyev: “Onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilməmişdilər”
4-11-2020, 14:41 Dövlət başçısı: "Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi təmin ediləcək"
4-11-2020, 14:38 Prezident Ankaranın dəstəyi barədə: “Bu, yalnız siyasi və mənəvi dəstəkdir”
4-11-2020, 14:31 İzmirdə zəlzələ qurbanlarının sayı 114 nəfərə çatıb
4-11-2020, 14:28 ABŞ-da Trampa qarşı etiraz aksiyaları başlayıb - VİDEO
2-11-2020, 17:06 65 saat sonra dağıntılar altından 3 yaşlı körpə sağ çıxarıldı - İzmirdə möcüzə - FOTO
2-11-2020, 17:05 Binali Yıldırım Bakıdadır - FOTO
2-11-2020, 17:04 Bu ölkədə qrip peyvəndi vurduranlar dünyasını DƏYİŞİR
2-11-2020, 17:04 Bu gündən tədrisin distant təşkilinə başlanıldı
2-11-2020, 17:02 Prezident Bağdad Amreyevi, Mustafa Rifatı, Adham İkramovu və Marat Şarşekeyevi qəbul edib