Son Dəqiqə

10-05-2021, 23:15 - Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov ilk iş gününə Ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət edərək başlayıb

10-05-2021, 22:53 - Ağsu rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib

10-05-2021, 22:48 - İkinci Dünya müharibəsində qələbənin 76-cı ildönümü qeyd olunub

10-05-2021, 22:44 - Ağsu rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib

10-05-2021, 22:34 - Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

9-05-2021, 17:04 - Lerik və Lənkaran rayonundan şikayyətlər səngimək bilmir..

9-05-2021, 16:52 - Keçmiş deputatın başı cəncəldə - ÇƏKİŞMƏ...

9-05-2021, 16:52 - Rafil Hüseynovun həbs olunacağı deyilir... - Ramiz Mehdiyevin kadrıdır...

9-05-2021, 16:52 - Gəncədə qida təhlükəsizliyi, şübhəli diplom,yoxsa adam bıçaqlayan rəis? - İTTİHAM

9-05-2021, 16:51 - Astarada başçı dəyişikliyi gözlənilir... - Ağayevin durumu qəlizdir...

9-05-2021, 16:51 - Əlimizdəki erməni terrorçularla nə etməli?.. - Azı getdi, çoxu qalır

9-05-2021, 16:49 - İsmayıllı RMX-sı PHŞ-də əhaliyə Tibbi Sığorta ilə xidmət göstərilir

6-05-2021, 14:16 - İnsan hüquqları müvəkkili niyə susur?

4-05-2021, 10:55 - Pənah Hüseynov ona dəymiş maddi və mənəvi zərərlərə görə təzminat tələb edir - VİDEO // FOTO

1-05-2021, 11:21 - Ekologiyaya və təbiətə dəymiş ziyanın acı fəsadları - FOTOLAR

30-04-2021, 13:28 - Kamaləddin Qafarov baş həkimlərin həbsindən niyə narahat olub? – İzlər onu ələ verə bilər

30-04-2021, 13:27 - Başçısı Ağsuya göndərildi, problemlər isə qalır... - Lerikdə məmur qəbuluna düşmək nədən çətindir?

30-04-2021, 13:26 - "Sahil Babayev İLLƏRDİR MƏNİ DOLAYIR" - NECƏ YEYİRSİNİZ BU ƏLİLİN HAQQINI?

30-04-2021, 13:24 - Azərbaycanda psixi problemləri olan nə qədər məmur, deputat var? - ABUTALIBOVUN DAVAMÇILARI...

30-04-2021, 13:23 - Səlim Müslümovun Xətaidəki kadrı iş başındadır... - İTTİHAM

30-04-2021, 13:21 - “Qaçqınkom” Bakıda binaları kimlər üçün tikir? - Qeyri-müəyyən məsələyə ziddiyyətli izahlar...

30-04-2021, 13:20 - Əhmədzadənin Biləsuvardakı adamı köhnə ab-havadadır... - İLGİNC İDDİALAR...

30-04-2021, 13:19 - “Prezident fərman verir, icra başçıları icra etmir” - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR

29-04-2021, 01:21 - İsmayıllıda kütləvi narazılıq var - Rayonda məmur özbaşnalığı tüğyan edir

27-04-2021, 13:06 - İsmayıllı səhiyyəsi direktor Vidadi Rəhimovun yarıtmaz fəaliyyəti

27-04-2021, 12:39 - Sumqayıtda da HƏKİM HƏBSLƏRİ OLA BİLƏR... - Gedişat bunu göstərir...

27-04-2021, 12:39 - Biləsuvarda başçı dəyişsə də, iş prinsipi dəyişməyib - Şəhid ailəsi məhkəməyə verildi

27-04-2021, 12:38 - Ucar sakinindən məmura İTTİHAM - Müraciət...

Azinfo.tv
 Valyuta məzənnəsi

NÖVBƏSİNİ GÖZLƏYƏN FAZİL MƏMMƏDOV... - Sabiq nazirin də “xidmətlərinin” nəzərə alınmasının vaxtı çatıb

Tarix:27-04-2021, 12:35

NÖVBƏSİNİ GÖZLƏYƏN FAZİL MƏMMƏDOV... - Sabiq nazirin də “xidmətlərinin” nəzərə alınmasının vaxtı çatıb


Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun həbsi xəbəri istər-istəməz onun uzun illər əsas himayədarı hesab olunan sabiq Vergilər nazir Fazil Məmmədovu da yada salmağa əsas verir.

Xatırladaq ki, 17 illik nazirliyi dövründə F.Məmmədov Azərbaycanın ən varlı adamlarından birinə çevrilmişdi. Əgər ölkənin ən talançı, korrupsiyalaşmış, ziyankar məmurlarının siyahısı hazırlansa, F.Məmmədovun ilk beşliyə düşəcəyi heç bir şübhə doğurmur.

Vaxtilə mətbuatda F.Məmmədovun nazir işlədiyi dövrdə vergi şəklində yığılan 4 milyard manata yaxın vəsaiti büdcədən yayındıraraq ofşorlara yönləndirdiyi barədə xəbərlər yayılmışdı. Ümumilikdə isə sabiq nazirin ölkəyə, dövlətə, xalqa, iqtisadiyyata vurduğu ziyan 10 milyarddan artıq olar ki, əskik olmaz. Onun rəhbərlik etdiyi nazirliyin həmin illərdəki “iş prinsipi”ni nəzərə alsaq, yuxarıda qeyd olunan məbləğlər kifayət qədər inandırıcı görünür.

F.Məmmədovun öz başına müavinlər, müşavirlər, idarə rəisləri və s. qismində topladığı sözün tam mənasında əsl quldur dəstəsinin Azərbaycanın sahibkarlıq, biznes mühitinə, iqtisadiyyatına, büdcəsinə və s. vurduğu ziyanı yalnız ermənilərin Ağdama vurduqları ziyanla eyniləşdirmək olar. Bəli, heç bir şişirtməyə yol vermədən deyə bilərik ki, F.Məmmədov və onun quldur dəstəsi ölkənin biznes mühitini Ağdam kimi düzləmiş, məhv etmişdi.

Bu mühit hələ günü bu gün də özünə gələ bilmir. Vəziyyət o yerə çatmışdı ki, bu quldur dəstəsi MTN adlı digər bir quldur dəstəsinə “pas atmaqla” məşğul idi, az-çox imkanı olan iş adamlarının sahibkarların siyahısını Eldar Mahmudovun başkəsənlərinə ötürürdü ki, Vergilər Nazirliyinin taladıqları azmış kimi, qalan var-yoxlarını da MTN əllərindən alsın. Bunu yalnız erməni xislətinə malik varlıqlar edə bilərdi .

Ancaq nə olsun, F.Məmmədov və ətrafındakılar hazırda öz keflərindədirlər, vaxtilə oğurladıqlarını, taladıqlarını yeməklə məşğuldurlar, hamısınıın biznesi, var-dövləti öz yerində. Bəzilərisə hələ də yüksək vəzifələrdədirlər.

F.Məmmədovun özü də bütün əksər sabiq məmurlar kimi vəzifədən çıxarılandan sonra xəstəlik adıyla pərdələnib, taladığı vəsaitlərlə qurduğu biznes imperiyasının başındadır. Onun biznesinin bir hissəsi əlindən alınsa da, yenə “əlində-ovcunda” qalanların dəyəri yüz milyonlarla, bəlkə də milyardlarla ölçülə bilər.

Xatırladaq ki, F.Məmmədovun biznes imperiyasının bir hissəsi “Synergy Group” MMC şirkətlər qrupunda birləşmişdi, “ATAbank” da onun idi. Ötən il həmin bank bağlandı, nəticədə çoxlu sayda əmanətçiyə, iş adamına ziyan dəydi, bank əməkdaşları işsiz qaldı və s. Lakin F.Məmmədovun sərvəti, varidatı bu qeyd olunanlarla təbii ki, yekunlaşmır. Gəncədə xəstəxanadan tutmuş Şəmkirdə, Gədəbəydə, Bakıda saysız-hesabsız obyektlərə, müəssisələrə, bizneslərə, torpaq sahələrinə və s. qədər böyük varidata sahibdir.

Ancaq təbii ki, onun sərvətləri, biznesləri ölkə daxililə məhdudlaşmır. Sabiq nazirin İngiltərədə, Türkiyədə, Ukraynada və digər ayrı-ayrı ölkələrdə mal-mülkünün, hesablarının, biznesinin olduğu qeyd edilir. Məsələn, F.Məmmədovun xaricdəki biznesləri sırasında Ukraynanın kurort şəhəri Truskovetsdə yerləşən "Mir” adlı dəbdəbəli lüks oteli xüsusi yer tutur.

Bundan başqa, onun Kiyevdə 5 ulduzlu "11 Mirrors Design Hotel”inin, siqaret, təkər zavodlarında payının və böyük bazarının olduğu bildirilir. Kiyevdəki “Vladimirski” bazarı da sabiq vergilər nazirinin böyük biznesinin kiçik bir hissəsi sayılır. Doğrudur, bu bizneslərin nə qədərinin, hansı hissəsinin onun əlindən alındığı barədə dəqiq məlumat yoxdur. Ancaq bütün bunlara baxmayaraq, sabiq nazirin hələ də ölkənin ən varlı adamlarından biri olaraq qaldığı şübhə doğurmur. 17 il Vergilər naziri olmuş adamın varidatı asanlqla tükənə bilməz...

Son olaraq, onun kürəkəni, nazir işlədiyi illərdə müavini olmuş Namiq Əliyevin oğlu Əbdül Əliyevin adına Londonda yalnız bu il 3 şirkət açdığı və bununla da təkcə İngiltərədəki şirkətlərinin sayının 8-ə çatdığına dair məlumat yayıldı.

Belə görünür ki, sabiq nazir biznesinin böyük hissəsini İngiltərəyə köçürməkdə qərarlıdır. Ən əsası isə odur ki, bu adam Azərbaycan sahibkarına, iqtisadiyyatına vurduğu ziyan azmış kimi, buradan taladığı vəsaitin böyük hissəsini ölkəmizə yox, xaricə yatırıb.

Həmçinin, yaxşı olar ki, F.Məmmədovun ətrafında olmuş, onun adamlarlı kimi tanınan müavinlərindən tutmuş müşavirlərinə, idarə rəislərinə qədər hamısı ilə bağlı araşdırıma aparılsın. Bu adamların arasında F.Məmmədovdan da betər rüşvətxorlar, sahibkarın qanını içənlər, talançılar olub. Onların bəziləri hələ də bu və ya digər qurumda yüksək vəzifədədirlər. Və bu adamlar uzun illər Azərbaycanda olmuş, lakin son illər əsas başçıları vəzifədən kənarlaşdırıldıqdan sonra dağıdılmağa başlayan idarəçilik sisteminin məhsullarıdırlar.

Onu da xatırladaq ki, vəzifədə olarkən sabiq nazirin kurasiyasında bir neçə rayon vardı. Binəqədi, Şəmkir, Gədəbəy və Yardımlı rayonları sabiq nazirin qeyri-rəsmi “qubernatorluğuna” daxil idi. Binəqədinin başçısı Xaləddin İskəndərov və Şəmkirin icra başçısı Alimpaşa Məmmədov, Gədəbəyin icra başçısı Ramiz Yediyarovla ona daha yaxın şəxslər sayılırdı. Xaləddin İskəndərovla sabiq nazir həm də yeznə – qayındır.

İnanın ki, F.Məmmədovun özünün, eləcə də ətrafında olmuş adlarını çəkdiyimiz və çəkmədiyimiz bu adamların varidatları bir yerə toplansa ortaya Azərbaycanın bir neçə illik büdcəsinə bərabər vəsait çıxar.
“AzPolitika.info”
Oxunub: 13

XƏBƏR LENTİ
10-05-2021, 23:15 Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov ilk iş gününə Ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət edərək başlayıb
10-05-2021, 22:53 Ağsu rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib
10-05-2021, 22:48 İkinci Dünya müharibəsində qələbənin 76-cı ildönümü qeyd olunub
10-05-2021, 22:44 Ağsu rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib
10-05-2021, 22:34 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
9-05-2021, 17:04 Lerik və Lənkaran rayonundan şikayyətlər səngimək bilmir..
9-05-2021, 16:52 Keçmiş deputatın başı cəncəldə - ÇƏKİŞMƏ...
9-05-2021, 16:52 Rafil Hüseynovun həbs olunacağı deyilir... - Ramiz Mehdiyevin kadrıdır...
9-05-2021, 16:52 Gəncədə qida təhlükəsizliyi, şübhəli diplom,yoxsa adam bıçaqlayan rəis? - İTTİHAM
9-05-2021, 16:51 Astarada başçı dəyişikliyi gözlənilir... - Ağayevin durumu qəlizdir...
9-05-2021, 16:51 Əlimizdəki erməni terrorçularla nə etməli?.. - Azı getdi, çoxu qalır
9-05-2021, 16:49 İsmayıllı RMX-sı PHŞ-də əhaliyə Tibbi Sığorta ilə xidmət göstərilir
6-05-2021, 14:16 İnsan hüquqları müvəkkili niyə susur?
4-05-2021, 10:55 Pənah Hüseynov ona dəymiş maddi və mənəvi zərərlərə görə təzminat tələb edir - VİDEO // FOTO
1-05-2021, 11:21 Ekologiyaya və təbiətə dəymiş ziyanın acı fəsadları - FOTOLAR
30-04-2021, 13:28 Kamaləddin Qafarov baş həkimlərin həbsindən niyə narahat olub? – İzlər onu ələ verə bilər
30-04-2021, 13:27 Başçısı Ağsuya göndərildi, problemlər isə qalır... - Lerikdə məmur qəbuluna düşmək nədən çətindir?
30-04-2021, 13:26 "Sahil Babayev İLLƏRDİR MƏNİ DOLAYIR" - NECƏ YEYİRSİNİZ BU ƏLİLİN HAQQINI?
30-04-2021, 13:24 Azərbaycanda psixi problemləri olan nə qədər məmur, deputat var? - ABUTALIBOVUN DAVAMÇILARI...