Son Dəqiqə

17-09-2021, 16:38 - Quba regional meşə təsərrüfatı mərkəzində nələr baş verir! Hər ayın axırı nazir müavini gəlib 70-80 min manat rüşvət aparır!Video-fakt

17-09-2021, 09:25 - Saakaşvili Gürcüstana gəlmək üçün Avropa Parlamentinin üzvləri ilə görüş keçirib

17-09-2021, 09:23 - O torpaq sahəsinə görə icra başçısı Mehdi Səlimzadəyə 5000(beş min) mnat rüşvət vermişəm - KORRUPSİYA

16-09-2021, 21:54 - İsmayıllıda bir neçə kəndin avtomobil yolu yenidən keyfiyyətli şəkildə təmir olundu! Fotolar

16-09-2021, 15:32 - "“Bakcell”dən “Pulsuz zəng” adlı yeni məhsul”

16-09-2021, 10:25 - İsmayıllıda vətəndaşlara olan xüsusi diqqət və qayğı davam etdirilir

16-09-2021, 10:23 - İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub

16-09-2021, 10:19 - Lerik meşələrinin qənimi Nazir Orucov yenə də qan-qan deyir! Video-audio

15-09-2021, 13:14 - Azərbaycan Respublikasının Prezdenti İLHAM ƏLİYEVƏ

15-09-2021, 13:12 - Nazir Sahil Babayev vərəm xəstəsinin təqaüdünü kəsib Video müsahibə

15-09-2021, 01:31 - Nazir Sahil Babayev ruhi xəstənin təqaüdünü kəsib. Video müsahibə

14-09-2021, 14:12 - "Bakcell abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna SMS-lə ianə etmək imkanı”

13-09-2021, 15:00 - "Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsi elan olundu”

13-09-2021, 02:17 - İsmayıllıda internet yoxdur! Kütləvi narazılıq növbəti problemlərə səbəb olacaq - VİDEO

11-09-2021, 15:59 - İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub

9-09-2021, 10:56 - Vətəndaş! Xalq bank saxtakarlıq, fırıldaq, quldurluq və reketliklə məşğuldur - VİDEO

8-09-2021, 01:52 - Təhsil əngəl tanımır

8-09-2021, 01:50 - İsmayıllının İvanovka kəndinin əhalisinin içməli su problemi həll edilmişdir

7-09-2021, 10:29 - Yardımlıda narkotacirlərə niyə dəyib-dolaşan yoxdur?

7-09-2021, 10:27 - Körpəsi alınan ANANIN üsyanı - Balamı mənə vermirlər! Məhkəmənin qərarı icra olunmur!

7-09-2021, 10:13 - Ucar rayonu Alpout kənd sakini Abbasova Mehriban İnqilab qızı tərəfindən ŞİKAYƏT

7-09-2021, 10:09 - Siyəzəndə şəhid oğlu icra başçısı Novruz Novruzov və birinci müavini Aqşin Ağayev barəsində şok ittihamlar səsləndirdi Video

6-09-2021, 00:37 - Mehdi Səlimzadə üzünə qanunsuz əməllərinə görə etiraz etdiyimə görə məndən qisas alır Video

6-09-2021, 00:31 - Siyəzən rayon icra hakimiyyəti başçısının birinci müavini Aqşin Ağayev barəsində şok iddia - Video

3-09-2021, 10:39 - Şuşa Azərbaycan şəhəridir

3-09-2021, 10:39 - Şuşada Molla Pənah Vaqifin məqbərəsinin yenidən ucaldılması bütövlükdə Azərbaycan ədəbiyyatına verilən yüksək dəyərdir

3-09-2021, 00:11 - Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş keçirilib

3-09-2021, 00:08 - Göyçay: Məktəbimiz, yolumuz bərbad, baxanımız yoxdur,10 dəqiqəlik yolu 40 dəqiqəyə gedirik,uşaqlar məktəbdən evə bit-birə gətirirlər...!_ŞİKAYƏT

Azinfo.tv
 Valyuta məzənnəsi

Mina xəritələrinin Azərbaycana verilməməsi mənəviyyatsızlıqdır

Tarix:28-07-2021, 09:47

Mina xəritələrinin Azərbaycana verilməməsi mənəviyyatsızlıqdır


Məlum olduğu kimi, müharibənin bitməsindən sonra qalib ölkə olaraq Azərbaycanın öhdəliyinə düşən ən mühüm məsələ işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərinin həyata keçirilməsidir. Əlbəttə, II Qarabağ savaşının ardından ortaya çıxan, işğaldan azad edilmiş ərazilərdəki mövcud mənzərə ölkəmiz üçün böyük çətinlik yaratdı. Burada infrastruktur tamamilə məhv edilib, binalar sökülüb. Postmüharibə dövrünün başlaması ilə həmin ərazilərdə Azərbaycan vətəndaşlarının normal yaşayışını bərpa etmək üçün intensiv işlər başlanıb və bu gün də sürətlə davam etdirilir. Bu mənada qarşımızdakı yeganə əngəl ərazilərin pərakəndə şəkildə minalanmasıdır. Təbii ki, ilk növbədə işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işləri aparılmalı, təhlükəsizlik təmin edilməlidir. Vaxt itirilmədən respublikamızda minatəmizləmə əməliyyatları üzrə milli standartlar müəyyən edildi. Bu prosesin dünya standartlarında həyata keçirilməsi üçün lazımi tədbirlər görülür. Çünki bizim azad edilmiş ərazilərdə olan minalanmanın həcmi bəlkə də dünya miqyasında ən böyük dərəcələrdən biridir.

Bundan əlavə, azad edilmiş ərazilərimizdə kifayət qədər partlamamış silah-sursat da var. Torpaqları minalardan təmizləmək də olduqca böyük zəhmət tələb edən işdir. Prezident İlham Əliyev müharibədən sonrakı çıxışında qeyd etmişdi ki, ərazilərdəki minatəmizləmə əməliyyatlarına ən müasir texnologiyanın cəlb edilməsi üçün artıq müvafiq addımlar atılıb. Həmçinin, peyklərdən istifadə edilməsi burada həlledici məqamlardan biridir. Bildiyiniz kimi, peyk görüntüləri ölkəmizə əlavə imkanlar yaradır ki, biz bu imkanların müharibə vaxtı da şahidi olmuşuq. Belə ki, peyk görüntüləri ermənilər tərəfindən ərazilərimizə dəyən zərərin müəyyən edilməsində mühüm əhəmiyyətə malikdir. Habelə, minaların sıx olduğu sahələri də peyk vasitəsilə aşkar etmək mümkündür.

Minatəmizləmə əməliyyatları üçün ölkəmizə xüsusi texnika da gətirilir. Bunlar arasında Türkiyənin “MEMATT” (mexaniki minatəmizləmə təchizatı) zirehli minatəmizləmə aparatı proses zamanı insan tələfatını minimuma endirmək üçün ideal qurğulardan hesab edilir.

Ermənistan isə dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bu ərazilərin mina xəritələrini verməkdən boyun qaçırır, əksinə yeni minalar yerləşdirmək üçün müxtəlif təxribatlara əl atırdı. Prezident İlham Əliyev bu əməli Ermənistanın növbəti müharibə cinayəti adlandırdı. Ölkə başçısı qeyd edirdi ki, ən böyük çətinlik məhz ondan ibarətdir ki, erməni tərəfi mina xəritələrini verməkdən boyun qaçırır. Ümumiyyətlə, unutmamaq lazımdır ki, ərazilərin minadan təmizlənməsi prosesi hələ uzun müddət davam edəcək. Çünki bu işlər həyati önəm daşıyır və təhlükəsizlik tam təmin edilmədən bu torpaqlarda həyat da bərpa edilə bilməz. Mina xəritələrinin mərhələ-mərhələ təhvil verilməsi isə işin informasiya tərəfidir. Ekspertlərin dediyinə görə, ilkin olaraq bu informasiyanın dəqiqləşdirilməsi lazımdır. Yalnız bundan sonra xəritələrin nə dərəcədə düzgün olduğu müəyyənləşdiriləcək. İkinci mərhələdə xəritələrin əhəmiyyətlilik dərəcəsi hesablanacaq. Bu iki mərhələdən sonra verilən mina xəritələrinin bizə nə dərəcədə faydalı olduğunu söyləmək mümkün olacaq. Əlbəttə, ən yaxşı ssenaridə xəritələrin xətasız olduğu müəyyən edilsə belə, ərazilərin minadan təmizlənməsi üçün Azərbaycanın resurslarından istifadə ediləcək.

Azərbaycan müharibənin ardından siyasi arenada haqqı olanı tələb etdi. Bu gün Ermənistan uzun müddət ayaq dirədiyi, verməkdən boyun qaçırdığı mina xəritələrini təhvil verirsə, bu, onların beynəlxalq aləmdə ciddi şəkildə sıxışdırıldıqlarını göstərir. Bunun nəticəsidir ki, onlar ard-arda bu ərazilərin xəritələrini verməyə məcbur olurlar. Məlum olduğu kimi, Azərbaycan işğaldan azad olunan ərazilərində törədilən vəhşiliklərə görə təzminat ödənilməsi üçün beynəlxalq məhkəmələrə müraciət edib. Mina xəritələrinin verilməməsi isə Ermənistanın boynuna düşən təzminatın daha da ağırlaşması deməkdir. Beynəlxalq konvensiyalara nəzər saldıqda görə bilərik ki, minaların basdırılması qanunsuz həyata keçirilib. Bu, azmış kimi, mənfur düşmən hətta əraziləri tərk etdikdən sonra da burada mina basdırmaq üçün cəhdlər edirdi. İndiki

mərhələdə ermənilər tərəfindən geri atılan addım isə Azərbaycanın siyasi arenadakı qələbəsinin məntiqi davamıdır.

Bu gün regionda yaranan vəziyyəti strateji olaraq qiymətləndirsək, görərik ki, Azərbaycan istər diplomatik, istər informasiya, istər iqtisadi, istər hərbi cəhətdən özünü dünyaya sübut etmiş ölkədir. Ermənistana qarşı yürüdülən təcrid siyasəti davam edir. Bu mənada, Zəngəzur dəhlizinin açılması məsələsi də regionun iqtisadi maraqlarını birləşdirən önəmli bir layihədir. Ermənistan isə artıq başa düşməlidir ki, ölkədə davam edən böhran vəziyyətindən çıxmaq üçün Azərbaycanın şərtlərini qəbul etməlidir.

Aqil Qurbanov,

Salyan rayon Qarabağlı 2 saylı kənd tam orta məktəbin müəllim
Oxunub: 42

XƏBƏR LENTİ
17-09-2021, 16:38 Quba regional meşə təsərrüfatı mərkəzində nələr baş verir! Hər ayın axırı nazir müavini gəlib 70-80 min manat rüşvət aparır!Video-fakt
17-09-2021, 09:25 Saakaşvili Gürcüstana gəlmək üçün Avropa Parlamentinin üzvləri ilə görüş keçirib
17-09-2021, 09:23 O torpaq sahəsinə görə icra başçısı Mehdi Səlimzadəyə 5000(beş min) mnat rüşvət vermişəm - KORRUPSİYA
16-09-2021, 21:54 İsmayıllıda bir neçə kəndin avtomobil yolu yenidən keyfiyyətli şəkildə təmir olundu! Fotolar
16-09-2021, 10:25 İsmayıllıda vətəndaşlara olan xüsusi diqqət və qayğı davam etdirilir
16-09-2021, 10:23 İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
16-09-2021, 10:19 Lerik meşələrinin qənimi Nazir Orucov yenə də qan-qan deyir! Video-audio
15-09-2021, 13:14 Azərbaycan Respublikasının Prezdenti İLHAM ƏLİYEVƏ
15-09-2021, 13:12 Nazir Sahil Babayev vərəm xəstəsinin təqaüdünü kəsib Video müsahibə
15-09-2021, 01:31 Nazir Sahil Babayev ruhi xəstənin təqaüdünü kəsib. Video müsahibə
13-09-2021, 02:17 İsmayıllıda internet yoxdur! Kütləvi narazılıq növbəti problemlərə səbəb olacaq - VİDEO
11-09-2021, 15:59 İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
9-09-2021, 10:56 Vətəndaş! Xalq bank saxtakarlıq, fırıldaq, quldurluq və reketliklə məşğuldur - VİDEO
8-09-2021, 01:52 Təhsil əngəl tanımır
8-09-2021, 01:50 İsmayıllının İvanovka kəndinin əhalisinin içməli su problemi həll edilmişdir
7-09-2021, 10:29 Yardımlıda narkotacirlərə niyə dəyib-dolaşan yoxdur?
7-09-2021, 10:27 Körpəsi alınan ANANIN üsyanı - Balamı mənə vermirlər! Məhkəmənin qərarı icra olunmur!
7-09-2021, 10:13 Ucar rayonu Alpout kənd sakini Abbasova Mehriban İnqilab qızı tərəfindən ŞİKAYƏT
7-09-2021, 10:09 Siyəzəndə şəhid oğlu icra başçısı Novruz Novruzov və birinci müavini Aqşin Ağayev barəsində şok ittihamlar səsləndirdi Video