Son Dəqiqə

Dünən, 01:21 - DÖVLƏT ƏMƏK MÜFƏTTİŞLİYİNİN MASALLI REGİONAL ŞÖBƏSİNİN SAXTAKARLIĞI

27-11-2021, 17:21 - Cəsarət Əhmədov: “Gənclər və İdman Nazirliyi yanında İctimai Şura ölkəmizə, xalqımıza və dövlətimizə çox fayda verəcək”

27-11-2021, 11:46 - “Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır

26-11-2021, 10:30 - VÜQAR KƏRİMOVA SÖYKƏNƏN "MEŞƏ MAFİYA"SININ "CƏNUB QANADI"

25-11-2021, 11:44 - EKOLOGİYADA NAZİRLİYİNDƏ NƏ BAŞ VERİR ? "YERSIZ GƏLDİ YERLİ QAÇ "

25-11-2021, 11:01 - CƏLİLABADLILAR MEŞƏ SOYQIRIMININ DAYANMSINI TƏLƏB EDİRLƏR

24-11-2021, 02:40 - CƏLİLABADDA NAMİK XIDIROVUN "MEŞƏ SOYQIRIMI" DAVAM EDİR EKOLOGİYA NAZİRI İSƏ SUSUR

24-11-2021, 02:24 - "Kəndimizin etüdü" adlı rəsm sərgisi keçirilib

24-11-2021, 02:22 - Azəriqaz istehsalat birliyi İsmayıllı, Göyçay və Ağsu əhalisinə divan tutur.Video

24-11-2021, 02:20 - CƏLİLABADDA "MEŞƏ MAFİYASI" ŞİKAYƏTÇİNİ POLİSLƏ HƏDƏLIDİ

24-11-2021, 02:18 - Həbsdən çıxmış jurnalist yenidən hədəfdə

24-11-2021, 02:16 - NAMİK XIDIROV ÖZÜ KİMİ QOVULMUŞLARI İŞƏ GÖTÜRÜR

24-11-2021, 02:12 - CƏLİLABADDA SAHİBKAR QOÇU PEYDA OLUB

23-11-2021, 02:43 - VÜQAR KƏRİMOV TƏLƏBƏ YOLDAŞININ ƏLİYLƏ CƏNUB MEŞƏLIRUN BELƏ MƏHV ETDİRİR

23-11-2021, 02:39 - NAMİK XIDIROV MEŞƏLƏRİ MƏHV ETDİRİR EKİLOGİYA NAZİRLİYİ İSƏ SUSUR

23-11-2021, 02:12 - Samux bizim ailə günəbaxan tumlarının qablaşdırılması müəssisəsində antisanitar vəziyyət

23-11-2021, 02:08 - İsmayıllı ətraf mühitlə bağlı layihələrdə fəallıq göstərir

22-11-2021, 11:45 - Bakcell “Milli KSM Mükafatı 2020”nin qalibləri sırasında

22-11-2021, 01:51 - Qarabağ əlili! Ölkədə hüquq sistemi çökdürülüb - Video

22-11-2021, 01:45 - XİDMƏT RƏİSİ NAMİK XIDIROV SİNDİROMUNUN İÇ ÜZÜ

20-11-2021, 21:29 - ETSN: NAMİK XIDIROVUN CƏNUBDA KI, "MEŞƏ MAFIYASI" HƏLƏ DƏ İŞ BAŞINDADIR

20-11-2021, 21:22 - MEŞƏ TƏSƏRRÜFATININ ACI DURUMU

19-11-2021, 14:59 - EKOLOGİYA NAZİRLİYİNİN ƏMƏKDAŞI SAXTAKARLIĞI ÜZƏ ÇIXARTDIĞI ÜÇÜN TÖHMƏT ALDI

19-11-2021, 10:40 - VƏTƏNDAŞ 1 SAYLI REGİONAL EKOGİYADAN ÖLKƏ BAŞÇISINA ŞİKAYƏT EDTİ

19-11-2021, 10:21 - EKOLOGİYA NAZİRİNİN DİQQƏTİNƏ: NAMIK XIDIROVUN MASALLIDA KI, "QARA XƏZİNADARI" KİMDİR

18-11-2021, 13:33 - DÖVLƏT ƏMƏK MÜFƏTTİŞLİYİNİN MASALII ŞÖBƏSİNİ RƏİSİ AKİF ƏLİYEV TAMAHININ BƏLASINA DÜŞÜB

18-11-2021, 12:18 - EKOLOGIYA NAZIRLIYINDƏ ÖZBAŞNALIQ VƏ SAXTAKARLIQLAR ARTIQ PİK HƏDDƏ ÇATIB

18-11-2021, 10:33 - “Nar”ın keçirdiyi “Mobil rabitənin əsasları” təlimi yekunlaşdı

Azinfo.tv
 Valyuta məzənnəsi

Azadlığın mübarək, Füzuli!

Tarix:18-10-2021, 15:45

Azadlığın mübarək, Füzuli!




"Şanlı Azərbaycan ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir. Bu gün də böyük məmnunluq hissi ilə növbəti yaşayış məntəqələrini işğaldan azad olunmasını xalqıma çatdırıram. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub”, - deyə ölkə Prezidenti İlham Əliyev xalqına xoş müjdəni belə çatdırdı.

17 oktyabr nəinki füzulililərin xatirəsində, həm də Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. İnsanlar öz doğma torpaqlarına qayıdacaqlar. İşğaldan azad olunmuş torpaqlarımızın inkişafını görən həyatdan getmiş on minlərlə qaçqın və köçkünlərimizin ruhu da şad və rahat olacaqdır.
Mümkünsüzü mümkün etmiş Azərbaycan Ordusunun Füzuli uğrunda apardığı döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Çox böyük peşəkarlıq, məharət, şücaət və fədakarlıq tələb etmiş bu döyüşlər haqqında kitablar yazılacaqdır. 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdu, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil.
Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb etmişdir. Füzuli əməliyyatı ilə tarixi, qədim yaşayış məskənimiz azad olundu.

Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuliyə dəfələrlə səfər etmiş , İlham Əliyev Füzuli şəhərində Azərbaycan bayrağını qaldırmışdır. Sonradan Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməli qoyuldu. Bu səfərlər çərçivəsində, o cümlədən Füzuli Beynəlxalq Hava Limanının, Horadiz-Ağbənd dəmir yolu xəttinin, Füzuli-Hadrut avtomobil yolunun təməli qoyuldu, Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında yaradılan şəraitlə tanışlıq və “Füzuli” yarımstansiyasının açılışı oldu. "Füzuli aeroportu Qarabağın hava qapısıdır".
bu fikri Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfəri zamanı Füzuli Beynəlxalq Hava Limanı barədə danışarkən bildirib.

Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Bu döyüşlərdə Füzuli rayonundan 80 nəfərədək sakin şəhid olmuş, 300 nəfərədək sakin yaralanmışdır. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub.

Bu əməliyyat sayəsində həmçinin Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən azad edilmişdir.

Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 11 365 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişlər.

Çox qürurverici haldır ki, doğma İsmayıllımızın qəhrəman oğulları da bu döyüşlərdə şücaət göstərmiş, müxtəlif orden və medallarla, o cümlədən, " Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunmuşlar.

Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb etmişdir. Füzuli əməliyyatı ilə tarixi, qədim yaşayış məskənimiz azad olundu, on minlərlə insanın o yerlərə qayıtması təmin edildi. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər verdi.
Azərbaycan Ordusu məsuliyyətli və peşəkar Ordudu kimi namərd, xain, hərbi cinayətlər törədən, dinc əhalini atəşə tutan və bunun nəticəsində azyaşlı uşaqlar həlak olmasına səbəb olan cinayətkar Ermənistandan bu əməllərin qisasını döyüş meydanında aldı,mülki vətəndaşlardan deyil.
Biz döyüş meydanında qisasımızı almışıq və həlak olanların qanı yerdə qalmayıb.
Peşəkarlıq və mərdliyi ilə düşməni qorxuya salan Azərbaycan Ordusu qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur.

Bəli, döyüş meydanında göstərdiyimiz gücün mənbəyi Azərbaycan xalqının iradəsidir. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib. Qələbəni görən və bu hissləri yaşayan xalq xoşbəxtdir.

Azərbaycan xalqı əmindir ki, ölkənin inkişafı, cəmiyyətin rifahı və milli maraqların qorunması naminə bütün lazımi işlər görülüb və görüləcəkdir. Qüdrətli Azərbaycan bundan sonra da öz şərəf tarixini hünərlə yazacaqdır.
Azadlığın mübarək, Füzuli!

Şahin Gənciyev
İsmayıllı Rayon Təhsil Şöbəsi
Metodik Kabinetin direktoru

İnformasiya şöbəsi
Oxunub: 26

XƏBƏR LENTİ
Dünən, 01:21 DÖVLƏT ƏMƏK MÜFƏTTİŞLİYİNİN MASALLI REGİONAL ŞÖBƏSİNİN SAXTAKARLIĞI
27-11-2021, 17:21 Cəsarət Əhmədov: “Gənclər və İdman Nazirliyi yanında İctimai Şura ölkəmizə, xalqımıza və dövlətimizə çox fayda verəcək”
26-11-2021, 10:30 VÜQAR KƏRİMOVA SÖYKƏNƏN "MEŞƏ MAFİYA"SININ "CƏNUB QANADI"
25-11-2021, 11:44 EKOLOGİYADA NAZİRLİYİNDƏ NƏ BAŞ VERİR ? "YERSIZ GƏLDİ YERLİ QAÇ "
25-11-2021, 11:01 CƏLİLABADLILAR MEŞƏ SOYQIRIMININ DAYANMSINI TƏLƏB EDİRLƏR
24-11-2021, 02:40 CƏLİLABADDA NAMİK XIDIROVUN "MEŞƏ SOYQIRIMI" DAVAM EDİR EKOLOGİYA NAZİRI İSƏ SUSUR
24-11-2021, 02:24 "Kəndimizin etüdü" adlı rəsm sərgisi keçirilib
24-11-2021, 02:22 Azəriqaz istehsalat birliyi İsmayıllı, Göyçay və Ağsu əhalisinə divan tutur.Video
24-11-2021, 02:20 CƏLİLABADDA "MEŞƏ MAFİYASI" ŞİKAYƏTÇİNİ POLİSLƏ HƏDƏLIDİ
24-11-2021, 02:18 Həbsdən çıxmış jurnalist yenidən hədəfdə
24-11-2021, 02:16 NAMİK XIDIROV ÖZÜ KİMİ QOVULMUŞLARI İŞƏ GÖTÜRÜR
24-11-2021, 02:12 CƏLİLABADDA SAHİBKAR QOÇU PEYDA OLUB
23-11-2021, 02:43 VÜQAR KƏRİMOV TƏLƏBƏ YOLDAŞININ ƏLİYLƏ CƏNUB MEŞƏLIRUN BELƏ MƏHV ETDİRİR
23-11-2021, 02:39 NAMİK XIDIROV MEŞƏLƏRİ MƏHV ETDİRİR EKİLOGİYA NAZİRLİYİ İSƏ SUSUR
23-11-2021, 02:12 Samux bizim ailə günəbaxan tumlarının qablaşdırılması müəssisəsində antisanitar vəziyyət
23-11-2021, 02:08 İsmayıllı ətraf mühitlə bağlı layihələrdə fəallıq göstərir
22-11-2021, 01:51 Qarabağ əlili! Ölkədə hüquq sistemi çökdürülüb - Video
22-11-2021, 01:45 XİDMƏT RƏİSİ NAMİK XIDIROV SİNDİROMUNUN İÇ ÜZÜ
20-11-2021, 21:29 ETSN: NAMİK XIDIROVUN CƏNUBDA KI, "MEŞƏ MAFIYASI" HƏLƏ DƏ İŞ BAŞINDADIR