Son Dəqiqə

Dünən, 20:38 - Ekologiya nazirinin müavini Vüqar Kərimovun dövlət meşə fondunda "taxıl biznes"i

Dünən, 20:36 - KORÇAY QORUĞUNDA DESPOT QANUNLAR

Dünən, 20:35 - Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru barədə yazılanlar həqiqəti əks etdirmir - Əslində İrşad Abbasov KİMDİR

Dünən, 11:16 - Ağdamın icra başçısı özü üçün biznes yaradır - VİDEO

Dünən, 10:11 - İsmayıllı sakini KİV vasitəsilə dövlət qurumlarından kömək istədi! Qızımı körpəsi ilə birlikdə girov saxlayırlar

Dünən, 10:05 - Ölkəmizin faunası ərəb turistlərinin qurbanına çevrilib

Dünən, 02:12 - Muxtar Babayevin diqqətinə: Lerik meşələrində " yaşıl soyqırım" səngimir

Dünən, 02:04 - ETSN-nazirin müavini Vüqar Kərimovun kələkbaz işləri

27-01-2022, 02:27 - Demokratik.Az-a qarşı plagiatlıq edib ADAU rektoruna hücum çəkən "reket"lər kimlərdir?

27-01-2022, 02:24 - Ağdam kolleci “QAİ”şnik hazırlayır ? - Kollecdə rüşvət pik həddə çatıb…

26-01-2022, 11:10 - Gəncə şəhər Təhsil idarəsinin müdiri Anar Qədiməliyevdən ÖZBAŞINALIQ!

26-01-2022, 02:22 - Ekologiya nazirinin müavuni Vüqar Kərimov hələ də "meşə quldurları"nı müdafiə etməkdədir

26-01-2022, 02:05 - Şok Şok! Masallıda ağ xalata ləkə salan həkim kimdir?

25-01-2022, 15:17 - Mehdiyevin kadrı olan nazir müavininin vəziyyəti yaxşı deyil - Vüqar Kərimov da İSTİNTAQA CAGRILA BİLƏR

25-01-2022, 11:12 - “Nar” Azərbaycan çempionu tituluna sahib oldu

25-01-2022, 11:04 - İcra başçısı Taleh Qaraşov Ulu Öndər siyasətinin əleyhinə gedir

24-01-2022, 10:12 - İsmayıllıda əlaqədar qurumların öz vəzifələrini yerinə yetirmək üçün mütləq tənqid lazımdır - Video

24-01-2022, 01:23 - ŞOK ŞOK! ANA TƏBİƏTİN VÜQAR KIRİMOV ADLI BƏLASI

24-01-2022, 01:05 - Azərbaycan xalqının qəlbində ucalan abidə gerçəyə döndü

24-01-2022, 01:03 - İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin daha bir uğuru. Yanvarın 22-də İsmayıllıda VII Azərbaycan Beynəlxalq Arıçılıq konfransı keçirilib

24-01-2022, 00:50 - Millət vəkilinin evində usta işləmiş şəxs bizə dərdini yazır, deyir inanırmaki hər kəs bunu paylaşacaq, səsimi eşitdirəcək

22-01-2022, 22:19 - Nazir müavini Vüqar Kərimovun ölkə ekologiyasına vurduğu ziyanın əvəzini kim ödəyəcək

22-01-2022, 12:50 - Acınacaqlı vətiyyətdə yaşayan məhkum atası ölkə rəhbərliyindən kömək istəyir

21-01-2022, 15:50 - Yevlax bələdiyyəsi işçilərinin aylıq maaşlarını vermir?

21-01-2022, 15:19 - ““Nar”ın dəstəyi ilə ən böyük Azərbaycandilli səsli kitabxana yaradıldı”

21-01-2022, 10:37 - Bərdə mərcan Broylerdə antisanitar vəziyyət hökm sürür - Buradan toyuq əti alarkən ehtiyatlı olun

21-01-2022, 10:36 - Sabiq nazir Səlim Müslümovun qardaşı Radim Müslümovun oğlunun həbsi barədə informasiyalar kimlər tərəfindən KİV vasitələrinə ötürülür?

21-01-2022, 10:33 - Tarix müəllimi Hüseynqulu getdi, filosof Muxtar gəldi .. - Milli ekologiyamızın faciəli durumu...

Azinfo.tv
 Valyuta məzənnəsi

“Omicron”u bu ştamdan ayırd etmək mümkün deyil - Səhiyyə Nazirliyi

Tarix:14-01-2022, 12:37

“Omicron”u bu ştamdan ayırd etmək mümkün deyil - Səhiyyə Nazirliyi


Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov qurumun sosial şəbəkələrdəki hesablarına “Omicron” ştamı ilə bağlı gələn sualları cavablandırıb.

“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Koronavirusun yeni variantı olan “Omicron” ştamı haqqında nə məlumdur? Yeni ştamın digər mutasiyalardan fərqləri hansılardır?

- Koronavirus infeksiyasının “Omicron” variantı ilə yoluxma üçün inkubasiya dövrü sələfləri ilə müqayisədə nəzərəçarpacaq dərəcədə qısadır (əsasən, 1-3 gün). Həmçinin yeni ştam yüksək yoluxucudur. Belə ki, o, artıq bir sıra ölkələrdə “Delta” ştamını sıxışdıraraq qısa müddət ərzində dominant ştama çevrildiyi müşahidə olunur. Sürətlə yayılan “Omicron” ştamı əksər hallarda daha yüngül keçir, əvvəlki ştamlarla müqayisədə ağır pnevmoniyanın inkişafı daha az rast gəlir, proses əsasən yuxarı tənəffüs yollarında yerləşir.

- Yeni ştamla yoluxma üçün karantin müddəti nə qədərdir?

- Koronavirusun “Omicron” variantında yoluxduruculuq, yəni aşkar edilməsi dövrü daha qısadır. Buna əsasən, karantin dövrü bəzi olkələrdə xəstəliyin formasından asılı olaraq 5-7-9 günədək qısaldılıb.

- “Omicron” ştamına yoluxduğu halda bədənin bərpası üçün nə qədər vaxt lazımdır?

- Başqa mutasiyalardan fərqli olaraq, sağalma əksər hallarda daha tez baş verir. “Omicron” və təkrar xəstələnmə hallarından mövcud immuniteti (xəstələnmə və ya vaksinasiya nəticəsində əldə edilmiş) güclü olanlar şəxslər daha çox yayına bilir. Həmçinin tam vaksin olunmuşların xəstələnməsi hallarına daha az rast gəlinir (qorunmaq səviyyəsinin artırılması üçün buster doza tələb olunur).

- “Omicron” ştamı necə aşkarlanır?

– COVID-19-un bir variantı olduğu üçün ənənəvi PZR burun-udlaq yaxma testləri virusu aşkar edilir. Lakin aşkarlanmış koronavirusun “Omicron” ştamı olmasını daha mürəkkəb və bahalı olan sekvenləşmə metodu ilə müəyyən olunur.

- “Omicron” ştamının spesifik simptomları hansılardır?

- Yeni ştamın spesifik simptomları yoxdur. Xəstəlik daha çox digər respirator virus infeksiyalarını xatırladır (əsasən subfebril hərarət, ümumi zəiflik, əzginlik, baş ağrısı, əzələ ağrıları, bədəndə qırılmalar, boğazda qaşınma və ya ağrı hissi, quru öskürək, burun axması və ya tıxanması, bəzən mədə-bağırsaq əlamətləri -ürəkbulanma, qusma və s). Dad və iybilmənin itirilməsi daha az rast gəlinir. İndi “Omicron” və “Delta” olan xəstələri ayırd etmək klinik cəhətdən demək olar ki, mümkün deyil.

- Özünüzü və yaxınlarımızı COVID-19-un yeni mutasiyasından necə qorumalıyıq?

- Yayılan yeni ştamnan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra gücləndirici (buster) doza ilə peyvəndlənmək vacibdir. Qorunmaq yolları isə eynidir: maska geymək, insanların sıx toplaşdığı məkanlara getməmək, məsafə gözləmək, əl və respirator gigiyena qaydalarına ciddi əməl etmək.

- Sizdə koronavirusun “Omicron” variantının əlamətlərinin olduğunu düşünürsünüzsə, nə etməli?

- Hər bir şəxs məsuliyyətli olmalıdır. Özündə bu əlamətləri hiss etdikdə ilk növbədə özünü təcris etməli, təmaslarını azaltmalı, o cümlədən ailə üzvləri ilə, özü maska geyərək bunu digər ailə üzvlərindən də tələb etməli, sonra həkimə müraciət etməlidir. Valideynlər uşaqlarına qarşı diqqətli olmalı, onlarda xəstəliyin əlamətlərinin olmasını vaxtında aşkarlamalı. Xəstə uşağı evdə təcrid edərək bağçaya və ya məktəbə buraxmamalıdır. Eyni zamanda, vətəndaşlar vaksinasiyada aktiv iştirak etməli və buster dozanı göstərişə uyğun almalıdır.
Oxunub: 15

XƏBƏR LENTİ
Dünən, 20:38 Ekologiya nazirinin müavini Vüqar Kərimovun dövlət meşə fondunda "taxıl biznes"i
Dünən, 20:36 KORÇAY QORUĞUNDA DESPOT QANUNLAR
Dünən, 20:35 Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru barədə yazılanlar həqiqəti əks etdirmir - Əslində İrşad Abbasov KİMDİR
Dünən, 11:16 Ağdamın icra başçısı özü üçün biznes yaradır - VİDEO
Dünən, 02:12 Muxtar Babayevin diqqətinə: Lerik meşələrində " yaşıl soyqırım" səngimir
Dünən, 02:04 ETSN-nazirin müavini Vüqar Kərimovun kələkbaz işləri
27-01-2022, 02:27 Demokratik.Az-a qarşı plagiatlıq edib ADAU rektoruna hücum çəkən "reket"lər kimlərdir?
27-01-2022, 02:24 Ağdam kolleci “QAİ”şnik hazırlayır ? - Kollecdə rüşvət pik həddə çatıb…
26-01-2022, 11:10 Gəncə şəhər Təhsil idarəsinin müdiri Anar Qədiməliyevdən ÖZBAŞINALIQ!
26-01-2022, 02:22 Ekologiya nazirinin müavuni Vüqar Kərimov hələ də "meşə quldurları"nı müdafiə etməkdədir
26-01-2022, 02:05 Şok Şok! Masallıda ağ xalata ləkə salan həkim kimdir?
25-01-2022, 15:17 Mehdiyevin kadrı olan nazir müavininin vəziyyəti yaxşı deyil - Vüqar Kərimov da İSTİNTAQA CAGRILA BİLƏR
25-01-2022, 11:04 İcra başçısı Taleh Qaraşov Ulu Öndər siyasətinin əleyhinə gedir
24-01-2022, 10:12 İsmayıllıda əlaqədar qurumların öz vəzifələrini yerinə yetirmək üçün mütləq tənqid lazımdır - Video
24-01-2022, 01:23 ŞOK ŞOK! ANA TƏBİƏTİN VÜQAR KIRİMOV ADLI BƏLASI
24-01-2022, 01:05 Azərbaycan xalqının qəlbində ucalan abidə gerçəyə döndü
24-01-2022, 01:03 İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin daha bir uğuru. Yanvarın 22-də İsmayıllıda VII Azərbaycan Beynəlxalq Arıçılıq konfransı keçirilib
24-01-2022, 00:50 Millət vəkilinin evində usta işləmiş şəxs bizə dərdini yazır, deyir inanırmaki hər kəs bunu paylaşacaq, səsimi eşitdirəcək
22-01-2022, 22:19 Nazir müavini Vüqar Kərimovun ölkə ekologiyasına vurduğu ziyanın əvəzini kim ödəyəcək