Son Dəqiqə

Dünən, 23:01 - “Nar” BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstəkləyən Qlobal Sazişinə qoşuldu

5-07-2022, 16:00 - Azerinfo.az-ın rəhbəri Baş Prokurora MÜRACİƏT ETDİ

1-07-2022, 19:06 - Muxtar Babayevin diqqətinə: Ekologiya rəisi vətəndaşı söydü_VİDEO

1-07-2022, 12:08 - TƏHSİL NAZİRİ ZİYALILARIMIZI BİLƏRƏKDƏN DÖVLƏTDƏN NARAZI SALIR?

1-07-2022, 12:05 - Ekologiya oğrusu elə bağırdı, dorğunun bağrı yarıldı

1-07-2022, 02:48 - Ağdaş rayonu Orta Ləki kənd sakini Əhmədov Rasim Ramin oğlu tərəfindən - ŞİKAYƏT ƏRİZƏSİ

1-07-2022, 02:45 - "Azərsun Holding" işçi əməyini istismar edir ?! - ETİRAZ

1-07-2022, 02:44 - Qanunsuzluğa "qanuni don" geyindirənlər... - VİDEO

1-07-2022, 02:41 - Klinikada baş verən ŞOK olay !

1-07-2022, 02:40 - Hirkan Milli Parkı təhlükə altında

1-07-2022, 01:32 - Bakcell abunəçiləri üçün onlayn qaydada eSIM almaq imkanı

29-06-2022, 11:21 - Kamaləddin Qafarov: “Azərbaycanın səyləri regional maraqların təmin olunmasına yönəlib”

28-06-2022, 17:00 - “Nar” eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimləri layihəsinə yenidən start verdi

28-06-2022, 14:42 - Biləsuvarda fəaliyyət göstərən əxlaqsızlıq yuvası ən yüksək səviyyədə himayə olunur

28-06-2022, 13:33 - Nəzakət xanım Məcidzadə: Məktəbəqədər təhsil sahəsində inkişaf göz qabağındadır

27-06-2022, 21:00 - Masallıda ekoloji fəlakət - VİDEO

25-06-2022, 20:13 - " Azərişıq", FHN və ETSN-nin əməkdaşları işlərinin başında deyil

25-06-2022, 10:48 - DGK-dan daha bir qanunsuzluq - Yüklə dolu maşın terminaldan çıxarıldı - Videolar

25-06-2022, 10:25 - İş adamı Bakı Baş Gömrük İdarəsi rəisindən şikayətçidir - Rəsmi məktuba şifahi cavab verilir - VİDEO+FOTO

23-06-2022, 18:35 - Masallı meşələri biznes ocağına çevrilib

23-06-2022, 10:59 - Göytəpə şəhərində orta məktəb yolun zəbt edən sahibkar kimdir?

23-06-2022, 10:58 - Daşınmaz əmlakı daşıtdıran nazir müavini kimdir?

21-06-2022, 16:38 - Zaqatala rayon Məhkəməsinin hakimi Şəxsən Tural Həsənova

21-06-2022, 12:00 - Ekologiya Nazirliyinin bədxassəli şişi olan Vüqar Kərimovun gizlətdirdiyi audit yoxlamasının....

21-06-2022, 00:53 - Muxtar Babayevin nəzərinə: İki həmyerli-Mirsalam Qənbərov və Şakir Quliyev sindiromu

20-06-2022, 13:29 - Keçirilən tədbirdə şəhidlərə hörmətsizlik - VİDEO

20-06-2022, 12:51 - Yaşıllıqların cəlladı Mirsalam Qənbərov

17-06-2022, 19:48 - Sabirabad meşə təsərrüfatında olan özbaşınalıq /Foto-Fakt

Azinfo.tv
 Valyuta məzənnəsi

Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimovun qanunsuz əməlləri - Cənab Prezidentin nəzərinə

Tarix:14-06-2022, 09:25

Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimovun qanunsuz əməlləri - Cənab Prezidentin nəzərinə


Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini, 1-ci qrup hərbi əlil, hüquq müdafiəçisi Məhəmmədəli Səmədov tərəfindən

Ə R İ Z Ə

Hörmətli cənab Prezident, yazaraq bildirmək istəyirəm ki, Mehdi Səlimzadə rayonumuza icra başçısı təyin olduğu vaxtdan etibarən bir çox yerli "məmur"lar onun sifariş verdiyi cinayətlərə ortaq olmuşdurlar. Özünü Firon kimi yuxarıdan aparan və əbədiyyən Göyçaya sahib olacağını hesab edən Mehdi Səlimzadə öz tutduğu vəzifəsindən azad edildiyi gün isə ətrafındakılar sanki qanadı qırılmış quş kimi param-parça oldular. Hazırda onların məsəli səhrada tək başına qalmış "Dəvəsi ölmüş ərəb" qismindədir və hər an aslanın şikarı olacaqları qorxusu ilə yaşayırlar. Həmin "məmur"lardan biri də Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimovdur. Sabiq icra başçısının qanunsuz olaraq alqı-satqı etdiyi və yalnız "Tikintiyə icazə aktı" ilə satdığı torpaqların demək olar əksəriyyətində Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimovun yaxından iştirakı və böyük rolu vardır. Bildiyiniz kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 40.2.-ci maddəsində "Bilə-bilə qanunsuz əmri və ya sərəncamı yerinə yetirməklə qəsdən cinayət törətmiş şəxs ümumi əsaslarla cinayət məsuliyyətinə cəlb olunur".
Əlbətdə qanunsuz olaraq satılan torpaqların yerində şəhərsalma və tikinti işlərinin həyata keçirilməsi zamanı bir çox vacib şərtlər mövcüddür. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 7-ci maddəsində "Təhlükəsizliyin təmin edilməsi, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi, şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi" şəhərsalma və tikinti fəaliyyətinin əsas prinsiplərindəndir. Təəssüflər olsun Göyçay şəhər ərazisində şəxsən bildiyim bir çox tikintilər yolun yaşıllıq hissəsində, parklar və istirahət zonalarında tikilmişdir və hətta maddi gəlir əldə etmək məqsədilə gərginliyi 10000 voltadək olan elektrik xəttlərinin altında fəaliyyət göstərən ticarət obyektlərinin tikintisinə belə icazə verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsinə əsasən "İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər".
Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimov sabiq icra başçısının imzaladığı "sərəncam" əsasında tikiləcək obyektlərə "Bələdiyyə sənədi" verməklə Mehdi Səlimzadənin qanunsuz əməllərinə şərik olmuşdur. Ola bilər ki, bəziləri Mehdi Səlimzadənin Cavid Rəhimova nisbətən daha güclü insan olduğunu düşünərlər və məhz ona görə də Bələdiyyə sədrinin çarəsizlikdən onun əmrini icra etdiyini iddia edərlər. Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının qanunu maddə 2-ə əsasən "Azərbaycan Respublikasının Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir". Qanunda bildirildiyi kimi Bələdiyyələr müstəqildirlər və əgər Cavid Rəhimov icra başçısı tərəfindən təziqlərə məruz qalaraq qanunsuz əmrləri icra etməyə məcbur edilmişdirsə, bunun üçün o, Azərbaycan Respublikasının Baş Prokurorluğuna və aidiyyatı qurumlara məlumat verməli idi.

Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimovun qanunsuz əməlləri - Cənab Prezidentin nəzərinə


“Eldar şamı” cinsindən olan ağacın köküstə kəsilərək məhv edilməsi ilə bağlı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə Göyçay rayon prokurorluğunda araşdırma aparılmış və Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimov barəsində Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılmışdır. Fəqət "Bəxtəvər" və eyni zamanda "Şanslı" Bələdiyyə sədri Cavid Rəhimov Göyçay Rayon Məhkəməsinin hakimi İbrahim Fəttahovdan müəmmalı yollarla bəraət hökmü əldə etmişdir. Şəki Apellyasiya Məhkəməsi də İbrahim Fəttahov sayağı qərar qəbul edərək həmin hökmü qüvvədə saxlamışdır. Yəni bu o deməkdir ki, Cavid Rəhimov toxunulmazdır və o, hər nə edirsə etsin, cinayət məsuliyyətinə cəlb olunmayacaq, həbs edilməyəcəkdir. Yuxarıda göstərdiyim kimi öz vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, qanunsuz tikintilərə "Bələdiyyə sənədi, vermək, insanların həyatı üçün təhlükə yaradan faktları gizlətmək, məhkəmədən bəraət hökmü almaq, bunlar hamısı onun sanki "toxunulmaz" olduğunu təsdiqlən amillərdir.
Hörmətli cənab Prezident! Sizdən Göyçay rayon sakini və hüquq müdafiəçisi kimi çox xahiş edirəm, detalları ilə açıq-aşkar bildirdiyim bütün faktlar mənim də iştirakımla tərəfinizdən obyektiv araşdırılsın və Cavid Rəhimov haqqında Azərbaycan Respublikasının Qanunları əsasında ədalətli tədbir görülsün. Sizə öz minnətdarlığımı bildirirəm.
Oxunub: 37

XƏBƏR LENTİ
5-07-2022, 16:00 Azerinfo.az-ın rəhbəri Baş Prokurora MÜRACİƏT ETDİ
1-07-2022, 19:06 Muxtar Babayevin diqqətinə: Ekologiya rəisi vətəndaşı söydü_VİDEO
1-07-2022, 12:08 TƏHSİL NAZİRİ ZİYALILARIMIZI BİLƏRƏKDƏN DÖVLƏTDƏN NARAZI SALIR?
1-07-2022, 12:05 Ekologiya oğrusu elə bağırdı, dorğunun bağrı yarıldı
1-07-2022, 02:48 Ağdaş rayonu Orta Ləki kənd sakini Əhmədov Rasim Ramin oğlu tərəfindən - ŞİKAYƏT ƏRİZƏSİ
1-07-2022, 02:45 "Azərsun Holding" işçi əməyini istismar edir ?! - ETİRAZ
1-07-2022, 02:44 Qanunsuzluğa "qanuni don" geyindirənlər... - VİDEO
1-07-2022, 02:41 Klinikada baş verən ŞOK olay !
1-07-2022, 02:40 Hirkan Milli Parkı təhlükə altında
29-06-2022, 11:21 Kamaləddin Qafarov: “Azərbaycanın səyləri regional maraqların təmin olunmasına yönəlib”
28-06-2022, 17:00 “Nar” eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimləri layihəsinə yenidən start verdi
28-06-2022, 14:42 Biləsuvarda fəaliyyət göstərən əxlaqsızlıq yuvası ən yüksək səviyyədə himayə olunur
28-06-2022, 13:33 Nəzakət xanım Məcidzadə: Məktəbəqədər təhsil sahəsində inkişaf göz qabağındadır
27-06-2022, 21:00 Masallıda ekoloji fəlakət - VİDEO
25-06-2022, 20:13 " Azərişıq", FHN və ETSN-nin əməkdaşları işlərinin başında deyil
25-06-2022, 10:48 DGK-dan daha bir qanunsuzluq - Yüklə dolu maşın terminaldan çıxarıldı - Videolar
25-06-2022, 10:25 İş adamı Bakı Baş Gömrük İdarəsi rəisindən şikayətçidir - Rəsmi məktuba şifahi cavab verilir - VİDEO+FOTO
23-06-2022, 18:35 Masallı meşələri biznes ocağına çevrilib
23-06-2022, 10:59 Göytəpə şəhərində orta məktəb yolun zəbt edən sahibkar kimdir?