Son Dəqiqə

Dünən, 10:13 - Azərbaycanda 5 mindən çox şəxs mənzil fırıldağının qurbanı olub - VİDEO

Dünən, 10:00 - Azərbaycan İsrailə başsağlığı verib

Dünən, 09:41 - Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı yaralananların vəziyyəti AÇIQLANDI

Dünən, 09:13 - Təhlükəsizlik mütəxəssisi “Haber Global”a danışdı: “Öldürməyə motivasiya edilmiş qatildən bəhs edirik” - VİDEO

Dünən, 09:00 - Səlcuq Bayraktar Azərbaycan xalqına başsağlığı verib

27-01-2023, 16:00 - Rusiya Qarabağda NƏ HOQQA ÇIXARIR? - Hürən itin əsl sahibi Kremldir...

27-01-2023, 15:30 - Ermənistan müharibəyə cəhd etsə... - NƏ ETMƏLİ?

27-01-2023, 15:00 - “Ermənilər Cənubi Qafqazda yaşamaq haqqını itiriblər” - Zatən burda qonaq idilər...

27-01-2023, 14:22 - Amerika Cənubi Qafqazda nə qədər səmimidir?.. - Ekspertlər danışır

27-01-2023, 13:59 - İranlı diplomatlar Bakıdakı səfirlikdən sənədləri götürüb qaçdılar - VİDEO

27-01-2023, 13:50 - İran polisi səfirliyimizə edilən terror aktının qarşısını niyə almayıb? - ANBAAN VİDEO

27-01-2023, 13:44 - Quranı yandıran şəxs Ərdoğanı “hədələdi”

27-01-2023, 13:43 - Prezident Azərbaycanın İrandakı səfirliyinə hücumu qınayıb, başsağlığı verib

27-01-2023, 12:42 - Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumun görüntüləri - ANBAAN VİDEO

27-01-2023, 12:37 - Türkiyə XİN Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanat verdi

27-01-2023, 12:02 - “İran buna cavab verməlidir” - Süleymani səfirliyə hücumdan danışdı

27-01-2023, 11:58 - Azərbaycan səfirliyinə o hücum edib – İran mediası

27-01-2023, 11:53 - Tehranın polis rəisi Azərbaycan səfirliyinə silahlı hücum barədə açıqlama verib

27-01-2023, 11:48 - Zaxarova Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib: "Şokdayam"

27-01-2023, 11:44 - Azərbaycanın İrandakı Səfirliyinin mühafizə xidmətinin rəisi qətlə yetirilib, iki nəfər xəsarət alıb - RƏSMİ

27-01-2023, 10:18 - ABŞ “Vaqner”i transmilli cinayət təşkilatları siyahısına daxil edib

27-01-2023, 10:12 - Yaşar Əliyev BMT TŞ-nin müzakirələrində işğal altındakı 8 kəndi gündəmə gətirib

27-01-2023, 10:08 - Xankəndi-Laçın yolunda aksiya 47 gündür davam edir

27-01-2023, 09:58 - Röyanın qovulmasına köməkçisindən reaksiya

27-01-2023, 09:00 - Qarabağda hərbi əməliyyat ehtimalı artır - VİDEO

26-01-2023, 16:00 - ORDUMUZUN İRƏVANA QƏDƏR YOLU VAR... - FAKT BUDUR!

26-01-2023, 15:30 - Azərbaycanın sayəsində isinən Avropadan SOYUQ MÜNASİBƏT - Çörəyimizin DUZU YOXDUR...

26-01-2023, 14:33 - Qarabağdakı rezidentlər 10 il müddətinə idxal gömrük rüsumundan azad edilib

Azinfo.tv
 Valyuta məzənnəsi

Bir məktəbdə rüsvay olmuş o müəllim-müdir başqa bir məktəbin qapısını müdir olaraq necə aça bilir?

Tarix:29-11-2022, 15:48

Bir məktəbdə rüsvay olmuş o müəllim-müdir başqa bir məktəbin qapısını müdir olaraq necə aça bilir?


Demək, bir məktəb direktorunun rüşvət almasını sübut edən səsyazısı yayılır. Nazir rüşvətxor direktoru işdən çıxarır… aparıb başqa bir məktəbə direktor təyin edir. Kimdisə “alınyazısı” direktor olmaqmış… özü də rüsvay olmuş direktor…

Hansı məktəbdisə cəzası ağır olub…

Və nazir belə deyir, özü də utanmadan xalqın gözünün içinə deyir:
-RÜŞVƏTXOR DİREKTORA ŞANS VERDİK

Yaxşı, zatən, bütün oğrulara şans verib büdcəni talan etdirir, sonra həbsə atırsınız… oğurladıqlarını da mənimsəyirsiniz… bunu bildik, bunda işimiz yox… gücümüz də yox…

Bildiyiniz bütün pislikləri bu xalqa, xüsusilə, onun gələcəyini müəyyən edən təhsilə də edirsiniz…

Bəs o direktor, yəni rüşvət üstdə məktəbdən qovulmuş o adam başqa bir məktəbə necə müdir gedə bilir? Hansı üzlə gedir? Hansı abırla gedir? Hansı mənəviyyatla o məktəbin qapısını aça bilir? Əli o qapıya necə uzanır? Hansı duyğularla o görəvi qəbul edə bilir?

Lütfən, özünüzü məktəbli yerinə qoyun, sizin məktəbə yeni direktor gəlib. Bu gələn direktor-müəllim başqa bir məktəbdən rüşvət üstdə vəzifədən atılıb. O təzə gələnin “kimliyini” birincidən sonuncu sinifə kimi hər kəs bilir… ölkə bilir…
Belə bir məktəbin məktəblisi olmağı təsəvvür edə bilirsinizmi?

Ah! Yazıq məktəblilər!!!

Əlbəttə, o nazir təsadüfi deyil, gerçək bir təhsil adamı olsaydı qətiyyən belə qərar verməzdi. Və bu qərarı ona heç kəs, heç nə verdirə bilməzdi. Təhsilə münasibəti, təhsil əxlaqı, peşəkarlığı, xüsusilə, insanlığı buna yol verməzdi.

Heç insafı da yol verməzdi…
Məktəbin və məktəblinin əxlaqı ilə oynamağı özünə yaraşdırmazdı.

Nazir gerçək bir təhsil adamı olsaydı rüşvət aldığı aləmə car çəkilmiş birini başqa məktəbə müdir göndərməzdi, şans verməzdi. Ən yaxşı halda kəsib atmazdı, tanınmaz bir yerdə müəllimlik etmək üçün bir dəfə şans verərdi. Və bu qədər…
O günahsız məktəbə yazığı gələrdi, ürəyi yanardı. O yazıq məktəbə elə cəza yazmazdı. Ən azı düşünərdi ki belə bir əməl təhsil tərbiyyəsinə və peşəkarlığa ziddir. Məktəb sisteminə və şagird tərbiyəsinə düşmənçilikdir. Xalqın övladının mənəviyyatını ələ salmaqdır. Şagirdlərə haqsızlıqdır…

Bəlli, təhsil naziri təhsilin və məktəbin nə demək olduğunu bilmir. Nazir öz mənəvi ölçüləri ilə rüşvətxoru burdan alıb ora atır… sanki bu fabrikdən o fabrikə, bu rayondan o rayona icra başçısı, rəis… ölçüləri ilə…

Bəs müəllim? Təkrar edirəm: Bir məktəbdə rüsvay olmuş o müəllim-müdir başqa bir məktəbin qapısını müdir olaraq necə aça bilir? Hansı üzlə açır? Hansı sifətlə ayağını o məktəb kəndarından içəri ata bilir? Heç utanıb ölmürmü? O, yeni təyin olduğu məktəbin müəllimlərinin, şagirdlərinin üzünə necə baxır? Baş müəllim kreslosunda necə oturur?

Əlbəttə, fəlakətdi… MƏNƏVİ FƏLAKƏT..
Və bu fəlakətin qurbanı məktəblidi. Direktorunun rüşvət üstdə başqa məktəbdən qovulub ona müdir təyin edildiyini bilən, deyən, gülən, danışan, zarafatlaşan, gələcək vətəndaş… MƏKTƏBLİ…

Nazirin belə bir təyinatı şagird mənəviyyatına qarşı açılmış bir savaşdır. Təhsil əxlaqına, insanlığa meydan oxumaqdı…

Ya bilməmək, anlamamaq… ya da qəsd etməkdi…

Mehriban Vəzir
Oxunub: 29

XƏBƏR LENTİ
Dünən, 10:00 Azərbaycan İsrailə başsağlığı verib
Dünən, 09:13 Təhlükəsizlik mütəxəssisi “Haber Global”a danışdı: “Öldürməyə motivasiya edilmiş qatildən bəhs edirik” - VİDEO
Dünən, 09:00 Səlcuq Bayraktar Azərbaycan xalqına başsağlığı verib
27-01-2023, 16:00 Rusiya Qarabağda NƏ HOQQA ÇIXARIR? - Hürən itin əsl sahibi Kremldir...
27-01-2023, 15:30 Ermənistan müharibəyə cəhd etsə... - NƏ ETMƏLİ?
27-01-2023, 15:00 “Ermənilər Cənubi Qafqazda yaşamaq haqqını itiriblər” - Zatən burda qonaq idilər...
27-01-2023, 14:22 Amerika Cənubi Qafqazda nə qədər səmimidir?.. - Ekspertlər danışır
27-01-2023, 13:59 İranlı diplomatlar Bakıdakı səfirlikdən sənədləri götürüb qaçdılar - VİDEO
27-01-2023, 13:44 Quranı yandıran şəxs Ərdoğanı “hədələdi”
27-01-2023, 13:43 Prezident Azərbaycanın İrandakı səfirliyinə hücumu qınayıb, başsağlığı verib
27-01-2023, 12:37 Türkiyə XİN Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanat verdi
27-01-2023, 12:02 “İran buna cavab verməlidir” - Süleymani səfirliyə hücumdan danışdı
27-01-2023, 11:48 Zaxarova Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib: "Şokdayam"
27-01-2023, 11:44 Azərbaycanın İrandakı Səfirliyinin mühafizə xidmətinin rəisi qətlə yetirilib, iki nəfər xəsarət alıb - RƏSMİ
27-01-2023, 10:18 ABŞ “Vaqner”i transmilli cinayət təşkilatları siyahısına daxil edib
27-01-2023, 10:12 Yaşar Əliyev BMT TŞ-nin müzakirələrində işğal altındakı 8 kəndi gündəmə gətirib
27-01-2023, 10:08 Xankəndi-Laçın yolunda aksiya 47 gündür davam edir
27-01-2023, 09:58 Röyanın qovulmasına köməkçisindən reaksiya
27-01-2023, 09:00 Qarabağda hərbi əməliyyat ehtimalı artır - VİDEO