Son Dəqiqə

9-12-2023, 13:51 - Prezidentin istefaya buraxdığı general Məhərrəm Əliyev kimdir? - DOSYE

9-12-2023, 13:45 - “2026-cı ilin sonunadək biz 140 min insanı yerləşdirməyi planlaşdırırıq”

9-12-2023, 13:39 - “Sülh sazişinin imzalanmasına hər hansı ciddi maneə görmürəm”

9-12-2023, 10:19 - Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib

9-12-2023, 09:08 - Əliyevin Zəngəzur mesajları son xəbərdarlıqdır: Ermənistan “kollaps vəziyyəti”nə düşür

9-12-2023, 09:02 - Yanvarın 28-dək seçki bülletenləri hazırlanacaq

8-12-2023, 16:00 - 150 illik nağıl başa çatdı: Son seçim Bakıya və Ankaraya sığınmaqdır... - FAKT BUDUR!

8-12-2023, 15:30 - Sülh danışıqlarında “yazışma diplomatiya”sı - NƏ BAŞ VERİR?

8-12-2023, 15:01 - Ərdoğan: “Fransa Ermənistanı aldadır”

8-12-2023, 14:56 - Prezident bu yolların təmirinə 300 min manat ayırdı

8-12-2023, 14:52 - Gədəbəydə yol təmirinə 2 milyon manat ayrılıb - SƏRƏNCAM

8-12-2023, 14:47 - Simonyanın bəyanatı: 8 kəndi niyə tələb etməməliyik? - AKTUAL

8-12-2023, 14:30 - Bakcell dünyanın ən sürətlilərinin sürət tərəfdaşı oldu!

8-12-2023, 14:22 - Güclü zəlzələ həyət evlərini bahalaşdıracaq? - Ekspert danışır...

8-12-2023, 13:28 - Prezident Azərbaycanla Ermənistan arasında qəbul olunan birgə bəyanatdan DANIŞDI

8-12-2023, 13:10 - Niyə sülhə bu qədər yaxınlaşdılar və bir gündə nə yaşandı? - TƏHLİL

8-12-2023, 12:09 - Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlanıb

8-12-2023, 12:03 - İlham Əliyev Avropa Şurasının Baş katibini qəbul edib

8-12-2023, 11:41 - "Azərbaycan-Ermənistan sülh sazişi niyyəti təsdiq edildi"

8-12-2023, 11:34 - Bu evləri almaq təhlükəlidir - VACİB ÇAĞIRIŞ

8-12-2023, 11:01 - “Kral” NİYƏ SATILMIR? – İLGİNC

8-12-2023, 10:57 - Bakıdan Kiyevə növbəti yardım göndərildi - FOTO

8-12-2023, 10:45 - Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir - VİDEO

8-12-2023, 09:55 - DİQQƏT! Bu şəxslərə 300 manat cərimə yazıla bilər

8-12-2023, 09:49 - Əliyev və Paşinyanın bu addımını alqışlayırıq - ABŞ

8-12-2023, 09:45 - Bakıya 10 min həb gətirən narkoşəbəkə ələ keçdi

8-12-2023, 09:00 - Arayikgil Bakıda qalacaq

7-12-2023, 21:01 - Azərbaycan və Ermənistan birgə bəyanat yaydı: 34 nəfər azad olundu

Azinfo.tv
 Valyuta məzənnəsi

Sayca 3-cü, vətənpərvərlikdə 1-ci məktəb

Tarix:30-11-2022, 03:11

Sayca 3-cü, vətənpərvərlikdə 1-ci məktəb



Xırdalan şəhər Bəxtiyar Cəfərov adına 3№-li məktəb-liseydə gözəl vətənpərvərlik ənənəsi yaranıb. Belə ki, məktəbin siniflərinə ayrı-ayrı şəhidlərimizin adları verilir.
Qeyd edək ki, Xırdalan 3 saylı məktəb həmişə respublikamızın sayılıb-seçilən, qabaqcıl təhsil müəssisələrindən olub. Məktəbin indi keçmiş məzunları sayılan istedadlı şagirdləri ölkəmizi hətta sovetlər dönəmində ümumittifaq miqyaslı “Artek” pioner düşərgəsində təmsil ediblər. Dövlətimizin başçısının 2019-cu ilin yanvarında imzaladığı Sərəncamla bu təhsil müəssisəsinin 1176 şagird yerlik korpusu əsaslı təmir olunub və 1200 şagird yerlik yeni əlavə korpus inşa edilib. Yeni tikilən korpusda müasir sinif otaqları, informatika, hərbi hazırlıq, əmək təlimi, məktəbəqədər hazırlıq kabinetləri yaradılıb və zəruri dərs vəsaiti ilə təchiz olunub. Burada, həmçinin STEAM – elm, texnologiya, mühəndislik, incəsənət, riyaziyyat otağı, laboratoriyalar, akt zalı və açıq idman meydançası yaradılıb. Prezident İlham Əliyev və Vitse-Prezident Mehriban Əliyeva 2021-ci ilin fevral ayında məktəbin yeni korpusunun açılışında iştirak ediblər.
İndi isə qayıdaq məqaləmizin qayəsini təşkil edən mövzuya. Məsələn, məktəbin 2 ç sinifi xüsusi təyinatlı şəhid Mühid Orucovun, 1c sinifi "Murov Qartalı" Raquf Orucovun, 1 g sinifi şəhid Rəhman Əjdərovun, 9 B sinifi şəhid general Polad Həşimovun, 9 t sinifi şəhid Vasif Süleymanovun, 10 t sinifi I Qarabağ müharibəsi şəhidi Nazim Cəbrayılovun, 4 d sinifi şagirdləri və bir qrup müəllimlər Aprel döyüşləri şəhidi Murad Mirzəyevin, 4 E sinifi şəhid Fəzail Əliyevin və s. adlarını daşıyırlar. Şagirdlər şəhidlərin doğum və anım günlərində və başqa əlamətdar günlərdə istər məktəbdə, bəzən də şəhidlərin evlərini ziyarətə gedərək, onların ailə üzvləri ilə görüşürlər.
Müşahidələr göstərir ki, bu təşəbbüs sinif kontingentində - şagirdlərdə oxumağa məsuliyyəti artırır, onlara vətənpərvərlik hisslərini aşılanmasını sürətləndirir. Məktəbin bu ilki buraxılışı, 11a və 11b sinifləri yüksək nəticə əldə edərək ali məktəblərə qəbul olmuşdur. 11a sinifdə 22 şagirdin 20-si, 11b sinifdə 21 şagirdin hər biri dövlət sifarişli yerləri tutmuşdur.
Məktəbin 9 -cu sinif şagirdləri də ümumi orta təhsil bazasını uğurla başa vurmuş və misal üçün təkcə 9 t sinfindən 9 nəfər şagird yüksək nəticələrlə qırmızı attestata yiyələnmişlər.
4E sinif şagirdi Mirzəyev Məcid "Master Readers" Olimpiadasında iştirak edərək yüksək nəticə ilə "Qızıl Sertifikat "a layiq görülmüşdür.
AR ETN-in Beynəlxalq əməkdaşlıq şöbəsi, əcnəbi tələbələrlə iş sektoru ölkə təqdimatları lahiyəsini həyata keçirməkdədir. Azərbaycanda təhsil alan əcnəbi tələbələrin öz ölkələri barədə Temas Platforması üzərində məktəblilər üçün təqdimatlar edirlər. Xırdalan 3 saylı məktəbin bir neçə şagirdi də bu lahiyədə iştirak edir.
Əlbəttə ki, bu və digər gözəl ənənələrin formalaşması məktəbin direktoru, təcrübəli pedaqoq Sevinc Məmmədəliyevanın və təşəbbüsə dəstək verən kollektiv üzvlərinin - müəllimlərin vətənpərvərliyindən qidalanıb. Məktəbin, müəllimin vəzifəsi təkcə bilik vermək, hansısa elmin sirlərini açıqlamaq deyil, həm də Vətənə layiqli şəxsiyyət yetişdirməkdi. Məktəblərdə uşaqlara ilkin vətənpərvərlik hissinin aşılanması müxtəlif üsullarla - onlara vətənpərvərlik mövzusunda mahnı və şeirlər öyrətmək, dövlət atributlarının şəkillərini çəkdirmək və s. vasitələrlə öyrədilir. Ümumiyyətlə, məktəbdə bütün fənlərin tədrisində vətənpərvərlik tərbiyəsinin aşılanması üçün kifayət qədər imkanlar var. Vətən uğrunda, torpaqlarımız uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş şəxslərin, beynəlxalq yarışlarda bayrağımızı yüksəldən idmançıların, Azərbaycanı dünyada tanıdan dövlət xadimlərinin, alim, yazıçı və incəsənət xadimlərinin şəxsi nümunələri də şagirdlər üçün tərbiyə məktəbidir.
İbrahim Hümbətov
Oxunub: 266

XƏBƏR LENTİ
9-12-2023, 13:51 Prezidentin istefaya buraxdığı general Məhərrəm Əliyev kimdir? - DOSYE
9-12-2023, 13:45 “2026-cı ilin sonunadək biz 140 min insanı yerləşdirməyi planlaşdırırıq”
9-12-2023, 13:39 “Sülh sazişinin imzalanmasına hər hansı ciddi maneə görmürəm”
9-12-2023, 10:19 Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib
9-12-2023, 09:08 Əliyevin Zəngəzur mesajları son xəbərdarlıqdır: Ermənistan “kollaps vəziyyəti”nə düşür
9-12-2023, 09:02 Yanvarın 28-dək seçki bülletenləri hazırlanacaq
8-12-2023, 16:00 150 illik nağıl başa çatdı: Son seçim Bakıya və Ankaraya sığınmaqdır... - FAKT BUDUR!
8-12-2023, 15:30 Sülh danışıqlarında “yazışma diplomatiya”sı - NƏ BAŞ VERİR?
8-12-2023, 15:01 Ərdoğan: “Fransa Ermənistanı aldadır”
8-12-2023, 14:56 Prezident bu yolların təmirinə 300 min manat ayırdı
8-12-2023, 14:47 Simonyanın bəyanatı: 8 kəndi niyə tələb etməməliyik? - AKTUAL
8-12-2023, 13:28 Prezident Azərbaycanla Ermənistan arasında qəbul olunan birgə bəyanatdan DANIŞDI
8-12-2023, 13:10 Niyə sülhə bu qədər yaxınlaşdılar və bir gündə nə yaşandı? - TƏHLİL
8-12-2023, 12:09 Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlanıb
8-12-2023, 12:03 İlham Əliyev Avropa Şurasının Baş katibini qəbul edib
8-12-2023, 11:41 "Azərbaycan-Ermənistan sülh sazişi niyyəti təsdiq edildi"
8-12-2023, 11:01 “Kral” NİYƏ SATILMIR? – İLGİNC
8-12-2023, 10:57 Bakıdan Kiyevə növbəti yardım göndərildi - FOTO
8-12-2023, 10:45 Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir - VİDEO