Son Dəqiqə

Bu gün, 05:28 - Fəqan müəllim: Salyan şəhərində kücələrə yeni asflat örtüyü döşənilir

Bu gün, 05:11 - Əlixan Zeynalov: Mənim prezidentim daim ölkəm üçün çalışır

Bu gün, 04:55 - Rüstəm Xəlilov: Beynəlxalq ictimaiyyət növbəti dəfə Azərbaycan Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olmasına şahidlik etdi

Bu gün, 04:33 - "Oliqarxlar AVTOVAĞZALI özəlləşdirib, BİZİ ALDATDILAR" - Yeyinti ittihamı...

Bu gün, 04:33 - Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur

Bu gün, 04:31 - Goranboyda nələr baş verir? - İDDİA

Bu gün, 04:30 - Ramiz Mehdiyev milli kadrları necə “məhv edib”… - ŞOK FAKTLAR

Bu gün, 04:29 - FHN şefinin oğlunun başı CƏNCƏLDƏ... - TƏFƏRRÜAT

Bu gün, 04:28 - Qubada qeydiyyatdan keçib,Balakəndə oturan MMC-ni Bakıdan kimlər idarə edir? - İTTİHAM

Bu gün, 04:26 - Azərbaycandan ildə 1 milyard manat hara çıxarılır? - İLGİNC FAKTLAR

Dünən, 15:45 - Prezident Administrasiyasına dəvət olunan Ərtoğrul Kamalova yeni vəzifə verildi

Dünən, 15:39 - Koronavirusa görə bağlanan bazardan XƏBƏR VAR

Dünən, 15:32 - Metroda karantin rejimini pozaraq polisə müqavimət göstərən şəxslər HAKİM QARŞISINDA

Dünən, 15:23 - Ekspert: Müharibə dövründə avtomobillərin səfərbər edilməsi qanuna uyğundur

Dünən, 14:31 - Cəlal İsayevdən HƏYƏCAN TƏBİLİ: “Yoluxan şagirdlər..."

18-09-2020, 17:58 - Xalq artisti Zemfira Nərimanova məhkəməlik oldu

18-09-2020, 14:03 - Axtarışa verilən Əli Həsənova Abidin Fərzəliyevin bağışladığı villa — FOTO

16-09-2020, 19:39 - Gözdən əlili ara fəhləsi kimi işlədirlər... - GİLEY

16-09-2020, 19:39 - Gəncə təhsilində nələr baş verir? - İDDİA

16-09-2020, 19:37 - Ağdamın başçısına qohumbazlıq suçlaması - "Biabırçılıqdır..."

16-09-2020, 19:36 - ŞOK FAKT: İnam Kərimovu necə gözdən salmaq istəyiblər? - Ramiz Mehdiyevlə Əli Həsənovun çirkin oyunları...

16-09-2020, 19:35 - “Zeytun”la bağlı şok iddialar: Şantaj, hədə... - İTTİHAM

16-09-2020, 19:33 - Sabirabad Olimpiya Kompleksində ŞOK YEYİNTİ... - İTTİHAM

16-09-2020, 19:32 - "Mənə tikilən evi satıblar başqasına... QALMIŞIQ ÇÖLDƏ" - Ağcabədidə NARAZILIQ

16-09-2020, 19:31 - "Oqtay Əsədovun qudası Samuxda insanlara zülm edir..." - İTTİHAM

16-09-2020, 19:29 - Xalq şairi Əli Həsənovu "TOPA TUTDU" - "Onun Fətullah Gülənlə əlaqələrinin olması..."

12-09-2020, 19:58 - Bakcell Əli Həsənovun toruna necə düşübmüş? – Nəsib Həsənov onun sözündən niyə çıxa bilmirdi?

12-09-2020, 19:58 - Kərəm Həsənovun “Hacıkənd əməliyyatı” – Bu dəfə onu əfv edəcəklərmi?

Azinfo.tv
 Valyuta məzənnəsi

Qazax rayon Azad Həmkarlar İttifaqının sədri Maya xanım Hüseynova peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır

Tarix:29-08-2020, 19:06

Qazax rayon Azad Həmkarlar İttifaqının sədri Maya xanım Hüseynova peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır


İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Maya xanım Hüseynovanı tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Qazax rayon Azad Həmkarlar İttifaqının sədri Maya xanım Hüseynovadır.

Qazax rayon Azad Həmkarlar İttifaqının sədri Maya xanım Hüseynova peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Maya xanım Hüseynova kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Maya xanım Hüseynovadan danışdılar yaxşı ki, Maya xanım Hüseynova Qazax rayon Azad Həmkarlar İttifaqının sədridir… Maya xanım Hüseynova öz isguzarlığı ilə tanınır və seçilir….

Maya xanım Hüseynova Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Maya xanım Hüseynova böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Maya xanım Hüseynova yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Maya xanım Hüseynovanın böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Maya xanım Hüseynova insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Maya xanım Hüseynova bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Qazax rayon Azad Həmkarlar İttifaqının sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Maya xanım Hüseynova özünü doğruldub. Bizdə hörmətli Maya xanım Hüseynovanı dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Qazax rayon Azad Həmkarlar İttifaqının sədri Maya xanım Hüseynova - Pandemiyanın bütün dünya iqtisadiyyatında yaratdığı qlobal problemlərə baxmayaraq ölkədə aparılan uğurlu siyasət dövlətlər üçün təqdirəlayiq nümunəyə çevrilmişdir

Bütün bəşəriyyətin həyati təhlükə ilə sınağa çəkildiyi bir dövrdə karonavirus pandemiyasının dünyada yaratdığı qlobal problemlərə baxmayaraq Azərbaycanda həyata keçirilən effektiv qabaqlayıcı tədbirlərin, ilk gündən bugünkü günə qədər düşünülmüş dövlət siyasətinin, operativ qərarların qəbulu yolu ilə gərginliyin qarşısı önəmli ölçüdə alınmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin avqustun 6-da koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirilən müşavirədə qeyd etdiyi kimi, artıq üç həftədir ki, ölkəmizdə müsbət dinamika müşahidə edilir.
COVID-19 infeksiyası yayılmağa başladığı ilk günlərdən ölkə səhiyyəsi koronavirusla səmərəli mübarizə üçün tələb olunan standartlara uyğunlaşdırılmış, müasir tibbi laboratoriyalar, xüsusi avadanlıqlar alınmış, qoruyucu və dezinfeksiya vasitələrinin istehsalı təşkil olunmuşdur. Ən qısa müddət ərzində koronavirusla birbaşa mübarizə üçün 10 mindən artıq çarpayı yeri hazırlanmış, digər ölkələrdən böyük təcrübəyə malik olan həkim personalı Azərbaycana gətirilmiş, 9 modul tipli xəstəxana istismara verilmişdir. Bu gün Respublikada 46 xəstəxana bu istiqamətdə fəaliyyət göstərir.
Son dövrdə, əsasən, iyunun 21-dən etibarən ölkəmizdə xəstəlik çoxalmağa başlamış, lakin bütün resurslar xəstəliyə yönəlmiş, görülmüş preventiv tədbirlərin və həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir.
Pandemiya şəraitində sosial və iqtisadi məsələlərin həlli istiqamətində də ardıcıl tədbirlər həyata keçirilmiş, bu dövrdə 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edilmiş, 760 min sahibkara lazımi maliyyə dəstəyi göstərilmiş, 600 min işsiz və aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunmuşdur. Heç təsadüfi deyil ki, ölkə Prezidenti cənab İlham Əliyevin son müşavirədə verdiyi tapşırığa əsasən, xüsusi karantin rejimi tətbiq edilən 13 rayonun həssas sosial təbəqədən olab insanlarına ayqust ayında da birdəfəlik ödəmənin verilməsi qərara alınmışdır.
Pan¬demiyanın hökm sürməsinə və dünya bazarında neftin qiymətinin aşağı olmasına baxmayaraq, ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə rekord sayda məcburi köçkün ailəsi evlərlə, ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaqdır.
Respublikamızda həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən birini şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin müdafiəsi təşkil edir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə iyulun 21-də şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasiminin keçirilməsi də bunun bariz ifadəsidir. Qlobal böhranın iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq bu kateqoriyadan olan vətəndaşlar üçün yeni mənzillər tikilir, onlar avtomobillərlə təmin edilirlər. İndiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev, müharibə əlillərinə 6900 avtomobil təqdim olunmuşdur. Eyni zamanda, özünəməşğulluq proqramının əhatə dairəsi genişləndirilmiş, ünvanlı sosial yardımdan istifadə edənlərin sayında da artımlar qeydə alınmışdır. Koronavirus pandemiyası bu gün qlobal iqtisadiyyatda kəskin azalmalara gətirib çıxarmış, dünya iqtisadiyyatında, eləcə də aparıcı ölkələrin ümumi daxili məhsulunda azalma müşahidə edilmişdir. Pandemiyanın bütün dünya iqtisadiyyatında yaratdığı qlobal problemlərə baxmayaraq ölkədə aparılan uğurlu siyasət dövlətlər üçün təqdirəlayiq nümunəyə çevrilmişdir.
Ölkə başçısı son müşavirədə qeyd etdi ki, bu gün ölkəmizdə bütövlükdə iqtisadiyyatın liberallaşdırılması ilə bağlı ölkənin iqtisadi blokuna məsul dövlət qurumları durum dəyərləndirmələri aparır, planlar qurur, özəlləşdirmə sahəsində də daha geniş islahatların aparılması gözlənilir. Cənab prezidentin tapşırığına əsasən, bu ilin sonuna qədər görüləcək işlər, xüsusilə, sahibkarlıqla bağlı olan işlər, eyni zamanda, dövlət şirkətlərinin idarə edilməsi istiqamətində atılacaq addımlar iqtisadi canlanmanı təmin edəcək, itkiləri azaldacaqdır. Bu gün Azərbaycanın iqtisadi gücü, maliyyə durumu ən mürəkkəb hallarda belə mühüm qərarlar qəbul etməyə və onun səmərəsini təmin etməyə imkan verir.
Azərbaycanda pandemiyanın yayılması sahəsində vəziyyətin yaxşılaşma istiqamətində inkişaf etdiyini nəzərə alaraq, Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma proseslərinə də hazırlıq işləri görür. Lakin, insanlarımız maska və sosial izolyasiya rejiminə, sanitar-epidemioloji qaydalara hələ uzun müddət riayət etməlidir. Çünki, xəstəlik yoxa çıxmayıb, xəstəliyə qarşı mübarizə aparılır. COVİD-19 bu gün dünyanın bir nömrəli bəlasıdır. Şükür olsun ki, Azərbaycanda koronavirusla bağlı mövcud vəziyyətin nəzarətdən çıxmaması üçün bütün qüvvələr səfərbər edilib. Biz də vətəndaş olaraq qaydalara əməl etməklə dövlət tərəfindən görülən tədbirlərə dəstək olmuş olarıq.
Oxunub: 816

XƏBƏR LENTİ
Bu gün, 05:28 Fəqan müəllim: Salyan şəhərində kücələrə yeni asflat örtüyü döşənilir
Bu gün, 05:11 Əlixan Zeynalov: Mənim prezidentim daim ölkəm üçün çalışır
Bu gün, 04:55 Rüstəm Xəlilov: Beynəlxalq ictimaiyyət növbəti dəfə Azərbaycan Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olmasına şahidlik etdi
Bu gün, 04:33 "Oliqarxlar AVTOVAĞZALI özəlləşdirib, BİZİ ALDATDILAR" - Yeyinti ittihamı...
Bu gün, 04:33 Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur
Bu gün, 04:31 Goranboyda nələr baş verir? - İDDİA
Bu gün, 04:30 Ramiz Mehdiyev milli kadrları necə “məhv edib”… - ŞOK FAKTLAR
Bu gün, 04:29 FHN şefinin oğlunun başı CƏNCƏLDƏ... - TƏFƏRRÜAT
Bu gün, 04:28 Qubada qeydiyyatdan keçib,Balakəndə oturan MMC-ni Bakıdan kimlər idarə edir? - İTTİHAM
Bu gün, 04:26 Azərbaycandan ildə 1 milyard manat hara çıxarılır? - İLGİNC FAKTLAR
Dünən, 15:45 Prezident Administrasiyasına dəvət olunan Ərtoğrul Kamalova yeni vəzifə verildi
Dünən, 15:39 Koronavirusa görə bağlanan bazardan XƏBƏR VAR
Dünən, 15:23 Ekspert: Müharibə dövründə avtomobillərin səfərbər edilməsi qanuna uyğundur
Dünən, 14:31 Cəlal İsayevdən HƏYƏCAN TƏBİLİ: “Yoluxan şagirdlər..."
18-09-2020, 17:58 Xalq artisti Zemfira Nərimanova məhkəməlik oldu
18-09-2020, 14:03 Axtarışa verilən Əli Həsənova Abidin Fərzəliyevin bağışladığı villa — FOTO
16-09-2020, 19:39 Gözdən əlili ara fəhləsi kimi işlədirlər... - GİLEY
16-09-2020, 19:39 Gəncə təhsilində nələr baş verir? - İDDİA
16-09-2020, 19:37 Ağdamın başçısına qohumbazlıq suçlaması - "Biabırçılıqdır..."